Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
mt-is muhazire-12

Xoy  xanlığı:  XVIII  əsrin  ortalarında  yaradılmış  Xoy  xanlığı  Maku,  Naxçıvan,  Qarabağ,  Təbriz, 

Urmiya  xanlıqları  və  Osmanlı  imperiyası  ilə  həmsərhəd  idi.  Xanlığın  mərkəzi  Xoy  şəhəri  idi.  Xanlığı 

Dünbuli tayfasından olan Şahbaz xan idarə edirdi. O Urmiyalı Fətəli xanla ittifaqa girmişdi. Kərim xan 

Zənd  Fətəli  xana qalib  gəldikdən sonra  «Şiraz qonaqlığı»  adı  altında Şiraza aparılan Şahbaz xan orada 

vəfat  edir.  Azərbaycanım  bir  hisəsinin,  xüsusən  Xoy  və  Təbriz  xanlıqlarının  Dünbuli  tayfa  başçılarının 

əlində  olması  bu  tayfanın  şöhrətinin  artmasına  səbəb  olmuşdu.  1763-1786-cı  illər  hakimiyyətdə  olan 




 

4  


Dümbuli Əhməd xan Azərbaycanın bir sıra xanlıqları və Kartli çarlığı ilə diplomatik əlaqə saxlayırdı. O, 

bir  müddət  İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarını  da  özündən  asılı  vəziyyətə  salmışdı.  Təbriz  xanı 

Nəcəfqulu  xan  Dümbuli  ona  canlı  qüvvə  və  pula  kömək  edirdi.  Qarabağ  xanlığı  ilə  əlaqələri  də  onun 

hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir edirdi. Onlar Qarabağ xanlığının ərazisini işğal edərək öz 

aralarında  bölüşdürmüşdülər.  Əhməd  xan  dirçəlməkdə  olan  Urmiya  xanlığnııda  tabe  etməyə  çalışırdı. 

Nəcəfqulu  xanın  ölümündən  sonra  onun  oğlu  Xudadat  xanı  Təbrizdi  hakimiyyətə  gətirən  Əhməd  xan 

onunla birləşərək Urmiyalı İmamqulu xan Əfşara həmçinin onun müttəfıqi sərablı Əli xan Şəqaqiyə qarşı 

çıxdı  və  1783-cü  ilin  payızında  Təbriz  yaxınlığındakı  döyüşdə  mühüm  qələbə  çaldı.  Bu  qələbə  Xoy 

xanlığının  nüfuzunu  daha  da  artırdı.  Lakin  hakimiyyət  uğrunda  amansız  mübarizə  Xoy  xanlığını  da 

zəiflətmişdi.  Digər  tərəfdən  Kərim  xan  Zənd  bu  xanlığın  gələcəkdə  daha  da  güclənərək  onun  üçün 

təhlükəyə  çevriləcəyindən  ehtiyat  etdiyinə  görə  necə  olursa-olsun  Əhməd  xanı  aradan  götürməyə 

çalışırdı.  Bu  məqsədlə  Şiraza  girov  aparılan  və  orada  vəfat  edən  Xoy  xanı  Şahbaz  xanın  oğlanları  ilə 

Əhməd  xan  arasında  düşmənçilik  yaratdı,  onları  əmilərinin  üstünə  qaldırdı.  Şahbaz  xanın  oğlanları 

Şirazdan  Xoya  qayıtdılar  və  1786-cı  ildə  Əhməd  xanın  oğlanları  və  baş  sərkərdə  Süleyman  xanı  qətlə 

yetirdilər. Cəfərqulu xan və Hüseynqulu xan qardaşlarını isə Əsir götürdülər. Lakin hakimiyyəti ələ ala 

bilmədilər. Cəfərqulu xan sui-qəstdən yaxa qurtarıb xanlığa qayıtdı və qardaşı Hüseynqulu xanı əsirlikdən 

azad  edib  xanlığın  taxtına  oturdu.  Cəfərqulu  xanın  düşmənlər  üzərində  çox  mühüm  qələbə  çalmasına 

baxmayaraq, xanlıq əvvəlki mövqeyini nisbətən itirmişdi.  




Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin