Ə. Mirzəzadə Azərbaycan xanlıqları


III. Azərbaycanın Şimal xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
mt-is muhazire-12

  

 III. Azərbaycanın Şimal xanlıqları  

1. Şəki xanlığı  

  

 1743-1744-cü  illər  üsyanı  nəticəsində  Şəki  ərazisi  İran  əsarətindən  xilas  oldu.  Burada  müstəqil 



Azərbaycan dövləti olan Şəki xanlığı yaradıldı. Xanlığın əsasını qoyan Hacı Çələbi olmuşdur. Müstəqil 

Şəki xanlığının yaradılması əslində Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi.  

Şəki xanlığı öz banisi Hacı Çələbiııin dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək ətraf torpaqları 

özünə birləşdirmişdir. Hacı Çələbi əlverişli şəraitdən istifadə edərək Təbrizə qədər irəliləmiş, lakin Əmir 

Aslan xan onu geri çəkilməyə məcbur etmiş və əks hücuma keçərək Şəkiyə hücum edir. H.Çələbinin oğlu 

Həsənağa  isə  döyüşdə  öldürülür.  H.Çələbi  Şirvan  xanı  ilə  birləşərək  Qarabağa  soxulur.  Lakin  Boyat 

qalasını bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri çəkilir. H.Çələbi Kürdən keçərkən məyus 

halda demişdir: «Pənahəli xan özünü xan elan etmişdir, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq 

etdim». H.Çələbi yenə öz planlarından əl çəkmir, Qarabağ məliklərindən öz məqsədi üçün istifadə etməyə 

çalışır. O, Qazı Qumuxlu Məhəmməd Həsən xanın qızı ilə evlənməklə onu öz tərəfinə çəkir. Bir qədər 

sonra  Ərəş  və  İlisu  sultanlıqlarını  özündən  asılı  vəziyyətə  salır.  Beləliklə,  Şəki  xanlığı  bu  dövrdə 

Azərbaycan  xanlıqları  içərisində  ən  güclü  feodal  dövləti  olur.  H.Çələbi  Şəkidə  abadlıq  işləri  aparmış  - 

məscidlər, hamamlar, mədrəsələr və s. ictimai binalar tikdirmişdir. Vergiləri nizama salmaq məqsədi ilə 

Qanunnamə hazırlatmışdır.  

Şəki  xanlığının  güclənməsi,  onun  Car-Balakən  və  Gəncə  torpaqlarına  göz  dikməsi  bir  sıra 

Azərbaycan xanları və Kartlı - Kaxet çarlığını ciddi narahat edirdi. Gürcü hakimləri Carı ələ keçirməyə 

çalışırdılar.  Lakin  1751-ci  ildə  onların  qoşunları  Carda  H.Çələbi  tərəfindən  məğlub  edildi.  1752-ci  ildə 

Temuraz)  Kartli  çarı»  və  İrakli  (Kaxet  çarı)  Gəncəyə  hücum  etməyi  qərara  aldılar.  Onlar  bu  məqsədlə 

Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla ittifaqa girdilər. Bu ittifaq əslində H.Çələbiyə qarşı 

çevrilmişdi.  İttifaqa  Naxçıvanlı  Heydərqulu  xan,  Qaradağlı  Qasım  xan,  Gəncəli  Şahverdi  xan,  İrəvanlı 

Hüseyn  xan  da  cəlb  edildi.  1752ci  ilin  martında  müttəfiqlər  Gəncə  altında  Qızılqaya  adlanan  yerdə 

görüşdülər. Lakin İrakli xəyanət edərək xanları əsir aldı və onları özündən asılı vəziyyətə salmağa çalışdı.  

Kürün sol sahilində düşərgə salmış H.Çələbi xanların əsir alınması xəbərini aldıqda hücum edərək 

gürcüləri təqib etməyə başladı. Ağstafa çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad 

etdi.  Borçalı  və  Qazax  sultanlıqlarını  ələ  keçirdi,  oğlu  Ağakişini  ora  hakim  təyin  etdi.  Tariximizə 

«Qızılqaya xəyanəti» kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və 

ümumi  düşmənə  qarşı  vahid  cəbhədə  mübarizə  aparmalıdırlar.  1752-ci  ilin  yazında  H.Çələbi  dostluq 

münasibətləri yaratmaq üçün Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin hakimindən 2 

min qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı il H.Çələbi Cara hücum 

etsə  də,  məğlub  oldu.  Şirvan  torpaqlarını  ələ  keçirmək  üçün  1755-ci  ildə  H.Çələbi  ora  hücum  etdi. 

Ağsuyu  mühasirə  etsə  də,  məğlub  olub  geri  çəkildi.  H.Çələbi  12  il  xanlıq  etdikdən  sonra  1755-ci  ildə 

vəfat etmişdir.  

Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət  uğrunda mübarizə güclənmiş, Şəki xanlığı  öz 

əvvəlki qüdrətini itirmiş, Azərbaycanın siyasi həyatında elə bir rol oynaya bilməmişdir.  

Hakimiyyətə  H.Çələbinin  oğlu  Ağakişi  keçmişdir.  O,  qaymatası  qazıqumuxlu  Məhəmməd  Həsən 

xan  tərəfindən  Ərəşdə  öldürülmüşdür.  Məhəmməd  xan  40  gün  Şəkidə  hakimiyyətdə  olmuşdur. 

H.Çələbinin nəvəsi Hüseyn xan Qubalı Fətəli xanın köməkliyi ilə xanlığı ələ keçirmişdir. 1762-ci ildən 

Fətəli  xan  Əfşər  Azərbaycana  soxulur.  Bundan  istifadə  edən  Ərəş  sultanı  Əli  Hüseyn  xanlıqdan  kənar 

etmək  istədi,  lakin  bu  baş  tutmadı.  1767-ci  ildə  Qubalı  Fətəli  xan  Hüseyn  xan  ilə  birlikdə  Şirvanı  ələ 

keçirdilər. Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi. Hüseyn xan bunu hiss etdikdə 

Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768ci ildə Fətəli xan Hüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar 



 

6  


arasında  bağlanılan  müqaviləyə  görə  Hüseyn  xan  fətəli  xandan  asılı  vəziyyətə  düşdü.  O,  Şamaxı 

hadisələrinə  qayıtmayacağına  və  Fətəli  xana  qoşunla  kömək  edəyəciyini  üzərinə  götürmüşdü.  1779-cu 

ildə  Hüseyn  xan  22  il  hakimiyyətdən  sonra  əmisi  Əbdülqadir  tərəfindən  öldürülmüşdür.  Onun  oğlu 

Məhəmməd  Həsənağa  Cardan  qoşun  toplayaraq  hakimiyyəti  ələ  keçirmişdi.  Məhəmməd  Həsən  Şəki 

qalasını  tikdirmiş,  xanlıq  üçün  «Dəstur-əl  Əməl»  qanunnaməsi  hazırlamışda.  O,  Fətəli  xanın  siyasətinə 

qarşı çıxmış, 1785-ci ildə məğlub edilmişdir. 

      Fətəli xan onu özündən asılı vəziyyətə salmışdı.Onlar «Nigah diplomatiyasına» əl ataraq bir-birinin bacısı 

ilə  evlənmişdilər.  Məhəmməd  Həsən  Fətəli  xanın  asılılığından  qurtarmağa  çalışmış,  hətta  Ərəş  sultanı  ilə 

birlikdə  Ağsuya  hücum  etmişdi.  Məğlub  olduqdan  sonra  bacısı  vasitəsi  ilə  Fətəli  xandan  Aman  istəmişdir. 

1795-ci ildə Ağa Məhəmmədin hücumu zamanı onun tərəfınə keçmişdi. O, qardaşı Fətəlini kor etmiş, Səlim 

isə  Cara  qaçmışdı.  Səlim  xan  xanlığı  ələ  keçirmişdi.  1796-cı  ildə  o,  Zubovun  yanına  elçi  göndərmişdi. 

Qacarın 2-ci  hücumu  zamanı Şirvanlı Mustafa xan Şəkini tutub ora öz naibini  təyin  etmişdir. 1804-cü ildə 

Səlim xan Şəkidə hakimiyyəti yenidən ələ keçirdi. 1805-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Qarabağlı 

İbrahim xan və ailəsi ruslar tərəfındən öldürüldükdən sonra Səlim xan tərəddüdə başladı və İrana qaçmışdır. 

Şəkinin xanı Cəfərqulu xan Xoyski təyin olunmuşdur. Onun oğlu İsmayıl bəy öldükdən sonra (1819) Şəkidə 

xanlıq üsuli-idarəsi ləğv edildi.   




Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin