Ə. Mirzəzadə Azərbaycan xanlıqları


Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı Xanlıqların ictimai-siyasi quruluşu və iqtisadi həyatı



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

  

4. Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı Xanlıqların ictimai-siyasi quruluşu və iqtisadi həyatı  

           XVII əsrin ikinci yarısında ümumilikdə Azərbaycanda məhsuldar qüvvələr zəif inkişaf edirdi. Kənd təsərrüfatı 

ağır vəziyyətdə idi. Torpağın becərilməsində ibtidai alətlərdən istifadə edilirdi. Xarici basqınlar, feodal ara müharibələri 

süni suvarma şəbəkəsini dağıtmış, mal-qaranın sayının azalmasına səbəb olmuşdu.  

           Lakin  buna  baxmayaraq  ayrı-ayrı  xanlıqlarda  əkinçilik  və  maldarlıq  dirçəlir,  suvarma  şəbəkələri  bərpa  edilr. 

Pənahəli və İbrahimxəlil xanın dövründə Mildə olan suvarma arxlarınm bərpasına təşəbbüs edilir.  




 

12  


           Azərbaycan  əhalisi  əsas  taxılçılıq,  maldarlıq,  bağçılıqla  məşğul  olur.  Quba,  Dərbənd,  Bakı  xanlıqlarında  boya 

bitkisi, zəfəran və s. yetişdirilirdi. Şəki və Şirvan ipəkçiliyin əsas mərkəzi olaraq qalırdı. Səlyanda Kür çayı hövzəsində 

balıq ovu genişlənmişdir. Balıq ovu 50 min gümüş manat gəlir verirdi.  

           Əvvəlki  feodal  torpaq  mülkiyyət  formaları  qalmaqda  idi.  Xanlıqlarda  bütün  torpaqlar  xana  məxsus  idi.  Divan 

torpağı ilə xanın şəxsi torpağı arasında fərq yox idi. Xanın ayrı-ayrı şəxslərə verdiyi torpaq  - tyul adlanırdı. Tyuldar 

xanın fərmanı ilə ona verilən torpağın və kəndlilərin sahibi idi. Tyul torpaqları ancaq xanın fərmanı ilə irsi keçə bilərdi. 

Tyuldan  fərqli  olaraq  mülk  sahibləri  xana  xidmət  etməyə  borclu  deyildir.  Onlar  xanın  xəzinəsinə  müəyyən  miqdarda 

vergi verirdi. Mülklər alınıb-satıla bilərdi.  

            İstismar  olunan  kəndlilər  bir  neçə  qrupa  bölünürdü.  Onların  əsas  hissəsini  raiyyət  təşkil  edirdi.  Kəndlilər 

icmalarda birləşir, divan, vəqf, sahibkar torpaqlarını becərirdilər. Nisbətən azlıq təşkil edən qrup rəncbərlər idilər. Onlar 

xanın və naiblərin təsərrüfatlarında işləyirdilər. Feodal ara müharibələri nəticəsində əldə edilən əsirlər, bir çox hallarda 

rəiyyət  rəncbərə  çevrilir.  Əhalinin  müəyyən  hissəsi  elat  təşkil  edirdi.  Onlar  vergilərdən  azad  edilir,  xanın  hərbi 

qüvvələrində iştirak edirdilər. Vergi immunitetinə malik olan elat məaf adlanırdı.  

            Natural  təsərrüfatın  hökm  sürdüyü  şəraitdə  Azərbaycanın  iqtisadiyyatında  sənətkarlıq  mühüm  yer  tutmuşdur. 

Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları vardır. Şamaxı özünə 

ipək parçaları ilə şöhrət tapmışdır. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli 

toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdır.  

          XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  ümumilikdə  şəhər  həyatı  durğunluq  keçirirdi.  Ancaq  bu  və  ya  digər 

xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, Şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə 

elə  bir  dəyişiklik  olmamışdır.  Şəhər  əhalisinin  bir  hissəsi  sənətkarlıq  və  ticarətlə  məşğul  olsa  da,  kənd  təsərrüfatında 

tam ayrılmamışdır. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft 

və duz təşkil edirdi. Qmelin yazır ki, neft və duzdan 40 min manat gəlir əldə edilirdi. Şamaxıda 5 min əhali yaşayırdı. 

A.V.Suvorovun məlumatlarında Şuşa, Dərbənd, Lənkəran haqqında maraqlı faktlar vardır.  

      Xanlıqlar dövründə ticarət xeyli zəifləmişdir. Azərbaycan şəhərlərini əsasən quru ticarət yolları birləşdirirdi. Xarici 

ölkələrə əsasən neft, ipək, duz, balıq, zəfəran, mahud və s. ixrac edilirdi.  

Azərbaycanın  xarici  ticarətində  əsas  yeri  Rusiya  tuturdu.  Bakıda  tez-tez  rus  ticarət  gəmiləri  görünürdü.  1785-ci  ildə 

Həştərxandan Bakıya 22 gəmi gəlmişdi.  

           Onlar  metal  şeylər,  parça  və  başqa  mallar  gətirmişlər.  1793-cü  ildə  Həştərxandan  Bakıya  310  min  manatlıq, 

Bakıdan oraya isə 240 min manatlıq mal aparılmışdır.  

             Rusiya ilə ticarətdə Quba xanlığı böyük yer tuturdu. 1782-ci ildə bağlanmış saziş bu sahədə mühüm rol oynadı. 

Niyazabad  limanı  abadlaşdırıldı,  rus  tacirlərinin  mallarını  qorumaq  üçün  dəstələr  ayrıldı.  Xanlıqlar  arasında  gömrük 

haqqı daxili  ticarətə  maneçilik  törədirdi.  Bakıdan Tiflisə aparılan  eyni  mal  üçün  5  dəfə  gömrük  haqqı  vermək  lazım 

gəlirdi.  Azərbaycanda  vahid  pul  sistemi  yox  idi,  hər  bir  xanlığın  özünün  pul  vahidi  var  idi.  Qarabağda  15  qəp., 

Pənahabad, Qubada gümüş abbası, Bakıda mis pul, Şirvanda adsız abbası kəsilirdi.  

            Azərbaycanın  xeyli  hissəsi  İran  əsarətindən  qurtardıqdan  sonra  bir  sıra  xanlıqlar  müstəqil  dövlət  qurumlarına 

çevrildilər. Xanlıqların dövlət quruluşu İranın dövlət quruluşuna nisbətən xeyli sadələşmişdir. Xanlığın adi hakimi xan 

idi,  hər  bir  xanlığın  özünəməxsus  dövlət  quruluşu  və  məhkəmə  sistemi  var  idi.  Bəzən  xanlıqlarda  (məs.,  Qarabağ) 

dövlət  -  dövlət  şurası  (divan),  inzibati,  vergi  və  hərbi  idarələrdən  ibarət  idi.  Xanlıqlar  inzibati  cəhətdən  mahallara 

bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardır. Məhkəmə 

işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil 

edirdi. Onlar maaf və tyuldarlar tərəfindən göndərilən dəstələrdən ibarət idi.   

          Xanlıqların  mərkəzi  olan  şəhərlər  sənətkarlıq  və  ticarət  mərkəzləri  olmaqla  yanaşı  mədəni  mərkəzlər  idilər. 

Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil 

alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi.  

           Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani və tarixçi 

Əbdülrəzzaq bəy bu dövrdə yaşayıb-yaratmışlar.  

Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri 

xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim sinfin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı 

və aşıq şeri inkişaf edirdi.  

            Azərbaycan  ədəbiyyatı  və  dili  tədricən  xarici  sözlərdən  təmizlənirdi.  Füzuli  ənənələrini  davam  etdinə,  aşıq 

yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi.  

             Azərbaycan ədəbiyyatında Nişat Şirvani, Şakir Şirvani və s. əsərlərində xalqın etiraz səsi ucalırdı. Nişat Şirvani 

Şirvanda anadan olub, türk istilası zamanı Rusiyanın himayəsində olan Salyana köçmüşdür. Onun yaradıcılığında əsas 

yeri məhəbbət mövzusu tutmuşdur. Onun şeirlərində dövrünün haqsıqlıqlarına qarşı etirazlar da vardır. Şakir Şirvaninin 

«Şirvanın əhvalı» şeirində Nadirin burada törətdiyi hadisələrdən bəhs edilir.  

             XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi, Arif Şirvani, Ağa Məkih Şirvani, Nəbi, Baba Şirvani, 

Xəstə  Qasım  və  başqaları  olmuşlar.  Arif  Təbrizi  Təbrizdə  və  Şuşada  yaşamış  lirik  bir  şair  idi.  Arif  Şirvani  Lahıcda 

yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Ağaməsiy Fətəli xanın həyatına həsr etdiyi irihəcmli «Şahnamə» əsərinin 




 

13  


müəllifidir.  Nəbi  Şəkidə  baş  verən  kəndli  çıxışlarına  şeirlərində  geniş  yer  vermişdir.  Xəstə  Qasım  qoşma  və  gəraylı 

formasında  yazmışdır.  Şikəstə  Şirin  Qacarın  Tiflisdə  törətdiyi  fəlakətlərdən  bəhs  etmişdir.  XVIII  əsr  Azərbaycan 

ədəbiyyatının  görkəmli  nümayəndələri  Vidadi  və  Vaqif  olmuşdur.  Molla Vəli Vidadi  1709-cu  ildə  Şəmkirdə anadan 

olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 

1807-ci ildə vəfat etmiş, Qaz Gəmiqaya adlı yerdə basdırılmışdır. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və 

aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Dövrünün acınacaqlı vəziyyəti şairin şeirlərinə çökmüş və onu 

bədbinləşdirmişdir. 1780-ci ildə Şəki xanı Hüseynin öldürülməsinə həsr etdiyi şeirində feodal ara müharibələrini kəskin 

tənqid  etmişdir.  Onun  «Vaqif»,  «Çoxdandır»,  «Durnalar»,  «Ağlarsan»  və  s.  şeirləri  böyük  əhəmiyyətə  malikdir. 

M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini Şərif Əfəndidən almışdır. O, əvvəl Gəncəyə, sonra 

isə  Şuşaya  gəlmiş,  burada  məktəbdarlıqla  məşğul  olmuşdur.  O,  İbrahim  xan  tərəfındən  saraya  dəvət  edilmiş,  burada 

eşikağası  və  vəzirliyə  qədər  yüksəlmişdir.  Qarabağ  xanlığının  möhkəmlənməsinə  böyük  əmək  sərf  etmişdir.  1797-ci 

ildə Məhəmməd bəy Cavanşir tərəfındən öldürülmüşdür.  

               

XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdir. Aşıq yaradıcılığı yüksək 

mərhələyə  qalxmışdır.  Bu  dövrdə  ən  çox  istifadə  edilən  musiqi  aləti  saz,  tar,  balaban,  zurna,  tütək,  nağara,  dəf 

olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaranmışdır. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada, bir 

sıra maraqlı memarlıq abidələri tikilmişdir.  

        Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün 1783-

1784-cü  illərdə  onun  ətrafına  3,7  km  uzunluğunda  müdafıə  hasarı  çəkdirmişdir.  Üç  tərəf  təbii  sərhəd  olduğuna  görə 

həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdir. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr 

olmuşdur. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», 

qərb tərəfə isə «İrəvan qapısı» adlanırdı.  



 

Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin