Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə122/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   117   118   119   120   121   122   123   124   125
 
 
Seçmə aşıq şeirləri 
 
196 
 
 
 
 
BÜTÖV AZƏRBAYCAN  
DÜNƏNDƏ QALDI 
 
Bütün yaralılar baş-başa versə, 
Yoxdu mənim kimi yaralanmışı. 
Allahın özü də ovuda bilməz, 
Yurdundan, elindən aralanmışı. 
 
Qara günlərimin rəngi ağ olmaz
Belə düyün olmaz, belə dağ olmaz. 
Yazıyla, pozuyla yaşatmaq olmaz 
Fələk dəftərində qaralanmışı. 
 
Xoşbəxtlik nə səndə, nə məndə qaldı, 
Nə candan sevinən bir bəndə qaldı, 
Bütöv Azərbaycan dünəndə qaldı, 
Bu gün mənə çatıb paralanmışı. 
 
 
 


 
 
197 
 
 
 
 
 
QAÇQINLIQ 
 
Bu necə ömürdü, bu necə gündü
Köhləndən aralı, yəhərdən qaçaq. 
Meh başa həsrətdi, şeh də ayağa, 
Düşmüşük axşamdan, səhərdən qaçaq. 
    
Hanı o gülyanaq, o gül dostlarım, 
Mənim can dostlarım, könül dostlarım. 
Yanağı kül olmuş, a kül dostlarım, 
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq. 
 
Hərəmiz bir səmtə, bir yerə qaçdıq, 
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq. 
Kənddən baş götürüb şəhərə qaçdıq, 
Qorxuram indi də şəhərdən qaçaq. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin