Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə120/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   117   118   119   120   121   122   123   124   125
 
 


 
 
193 
 
 
 
AĞRI 
 
Nələr çəkdik, dünya, sənin əlindən, 
Sinəmizin düyünü çox, dağı çox. 
Bəxtimizin ağlığına inanma, 
Saçımızın qarası çox, ağı çox. 
 
Canımızı dərdin odu yandırır, 
Zodduların gücü, zodu yandırır. 
Dilimizi dedi-qodu yandırır, 
Ömrümüzə qənim çoxdu, yağı çox. 
 
Su istədi yananların bağrı, su, 
Ağrı Vətən, ağrı Torpaq, ağrı Su, 
Qananların ürəyinin ağrısı, 
Nadanların ürəyinin yağı çox!


 
 
Seçmə aşıq şeirləri 
 
194 
 
 
 
 
 
QALARDIM 
 
Dağlar mənə gəl-gəl desə ürəkdən,  
Gəlib elə bu yerlərdə qalardım.  
Təbiətlə sevincimi, dərdimi  
Bölüb, elə bu yerlərdə qalardım.  
 
Nəfəsimdə yaşadardım ətrini,  
Əzizlərdim çiçəklərin xətrini.  
Ömrün-günün qiymətini, qədrini  
Bilib, elə bu yerlərdə qalardım.  
 
Nə gözəldi bu dağların lalası,  
Mən getsəm də, könlüm burda qalası.  
Sevsə məni bir zalımın balası,  
Ölüb elə bu yerlərdə qalardım.  
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin