Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə121/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   117   118   119   120   121   122   123   124   125
 
 
195 
 
GÖZƏL DÜNYA,  
GÖZƏLLƏRĠN VAR OLSUN! 
 
Gülüşündə güllər açdı könlümüz,  
Gözəl dünya, gözəllərin var olsun!  
Vurğunu da, yorğunu da biz olduq,  
Gözəl dünya, gözəllərin var olsun1  
 
Ürəyi var – ürəklərin nəşəsi,  
Toxunarsan, pul-pul olar şüşəsi,  
Könül verib könül almaq peşəsi,  
Gözəl dünya, gözəllərin var olsun!  
 
Fərhadına yetişməsə Şirinlər,  
Qartal susar, pələng ağlar, şir inlər.  
Dayaz olmaz məhəbbəti dərinlər,  
Gözəl dünya, gözəllərin var olsun!  
 
Neçə dəfə pəncərədən daş gəlib,  
Neçə dəfə xumar gözdən yaş gəlib,  
Sevən kəslər Allaha da xoş gəlib,  
Gözəl dünya, gözəllərin var olsun1  
 
Qız çiçəkdir, o çiçəkdə şeh mənəm,  
Qız çəməndir, o çəməndə meh mənəm,  
Gözəlliyə beş-on günlük mehmanam,  
Gözəl dünya, gözəllərin var olsun!  
 
Əcəl ömrü zəmi kimi biçsə də,  
Bir qurtuma şərbət bilib içsə də,  
Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də,  
Gözəl dünya, gözəllərin var olsun!



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin