Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə119/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   115   116   117   118   119   120   121   122   ...   125
 
 
191 
 
 
AZ ADAM ĠNDĠ 
 
Ələk-vələk etsən əhli dünyanı 
Axtarıf taparsan az adam indi. 
Düşsən dəryalara itif-batarsan
Çalış damla-damla aza dam indi. 
 
Nişangah qalıfdı mərd iyid dəri
Könlümün bağını mərd iyid dəri. 
Namərd dünyasında mərd iyidləri, 
Yada salan olar az adam indi. 
 
Gəl, Əliyə dil oxuma min cür, ə, 
Tay olarmı tavar saza min cürə? 
Tanrının hökmü var hələ min cürə
Kim deyir həyatda azadam indi!?. 
 
 
 


 
 
Seçmə aşıq şeirləri 
 
192 
ZƏLĠMXAN YAQUB 
 
(1950) 
 
ÇƏKƏR 
 
Görüş var bir ömrü versən də azdır, 
Görüş var getməyə adam can çəkər. 
Görüş var şadlığı sığmır illərə, 
Görüş var fərəhi bircə an çəkər. 
 
Yaşasan ən şirin arzuyla, kamla, 
Sevincin sel olar, dərdinsə damla. 
Ürəkdən verilən xoş bir salamla 
Əli əl isidər, qanı qan çəkər. 
 
Ayrılıq həyatda hər şeydən çətin
Min bir əzabı var bir məhəbbətin. 
Gəlməsən yandırar məni həsrətin 
Gələrsən nazını Zəlimxan çəkər. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin