Dünya əhalisinin təxminən 10%-i, başqa sözlə desək 650 million insan, hal-hazırda əlildir. Onlar dünyadakı ən çoxsaylı azlıqdır


İşgəncə  və  qəddar, qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və  cəzadan azad olma



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix22.04.2017
ölçüsü0,98 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   10

İşgəncə  və  qəddar, qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və  cəzadan azad olma 

(ƏHK, maddə 15 və 16) 

 

İnsan haqlarına dair Ümumi bəyannamənin 5-ci maddəsində vurğulanır ki, "heç kəs işgəncə və 



ya qəddar, qeyri-insaniyaxud ləyaqət alçaldıcı münasibət və  cəzaya məruz qalmamalıdır". 

VSHBP-nin 7-ci maddəsində də həmçinin bəyan olunur ki, "heç kəs işgəncə və ya qəddar, qeyri-

insaniyaxud ləyaqət alçaldıcı münasibət və  cəzaya məruz qalmamalıdır. Xüsusilə heç bir şəxs 

özünün könüllü razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz qalmamalıdır". 

ƏHK-nın 15 və 16-cı maddələri bu hüququ ayrıca  əlilliyi olan insanlara münasibətdə müəyyən 

edir, belə ki, geniş  qəbul olunmuşdur ki, psixi pozuntusu olan insanlar stasionar psixiatriya və 

sosial müəssisələrdə tez-tez fiziki, seksual və psixi zorakılığa məruz qalırlar. Əksər insanlar gün, 

ay və  hətta illərini məqsədsiz, qeyri-aktiv mövcudiyyətdə,  əzabverici cansıxıcılıq və tam sosial 

təcrid olunma şəraitində keçirirlər. Onları tez-tez fiziki təcrid edir (o cümlədən tək kameralarda) 

və ya fiziki təzyiq tədbirləri (zəncir, qandal və ya qəfəs-çarpayı) tətbiq edirlər. Bununla bərabər, 

onlara  əksər hallarda itaətkar və "asan idarə olunan" etmək üçün yüksək dozada 

psixofarmakoloji preparatlar təyin  edilir. Bir çox hallarda beynəlxalq qanun baxımında, belə 

"müalicə" qəddar münasibətə, bəzi hallarda isə  hətta işgəncələrə  bərabərləşdirilir (Special 

Raporteur on torture, 2008).  

Bununla əlaqədar, ƏHK-nın 15-ci maddəsi üzv-dövlətlərdən əlilliyi olan insanların işgəncə yaxud 

qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və  cəzalara məruz qalmaması üçün bütün 

mümkün effektiv tədbirləri keçirməyi tələb edir. Bu maddədə  həm də bildirilir ki, heç bir şəxs 

özünün razılığı olmadan tibbi və elmi təcrübələrə  məruz qalmamalıdır.  16-cı maddə 

ekspluatasiya, zorakılıq və təhqirin bütün formalarının qarşısının alınması üçün bütün mümkün 

tədbirlərin keçirilməsini tələb edir. Maddə həmçinin istənilən forma ekspluatasiya, zorakılıq və 

sui-istifadə qurbanı olan əlilliyi olan insanların fiziki, koqnitiv və psixoloji bərpası, reabilitasiyası 

və sosial reinteqrasiyası və qorunma ilə təmin etmə xidmətini nəzərdə tutan tədbirləri keçirməyi 

öhdəlik qoyur. Belə  bərpa və reinteqrasiya müvafiq şəxsin sağlamlığının, rifahının, özünə 

hörmət, ləyaqət və müstəqilliyinin möhkəmləndirilməsi şəraitində və yaş-cins xüsusiyyətlərinin 

şərtləndirdiyi ehtiyacların nəzərə alınması ilə aparılmalıdır. 16-cı maddədə göstərilən başqa bir 


25 

 

tələb də - əlilliyi olan insanlara xidmət məqsədilə yaradılmış bütün müəssisə  və proqramlara 



müstəqil orqanlar tərəfindən effektiv müşahidənin aparılmasının vacibliyidir (WHO QualityRights 

Toolkit, 2012). 

  



 



Diskriminasiyadan azad olma 

 

Diskriminasiyadan fundamental azad olma hüququ psixi sağlamlıq sferasındakı qanunvericiliyin 



bütün hissələrində təsbit olunur və BMT Qanunlarında (maddə 55-56), "hər kəsi" istənilən növ 

diskriminasiyadan qoruyan insan haqları Ümumi bəyannaməsində  qəbul olunur. 

Diskriminasiyadan azad olma hüququ həmçinin İSMHBP, VSHBP və ƏHK-da da ayrıca müəyyən 

edilir.  ƏHK-nın 5.2-ci maddəsi üzv-dövlətləri "əlillik  əlamətinə görə istənilən diskriminasiyanı 

qadağan etməklə" vəzifələndirir. Belə diskriminasiya 2-ci maddədə,  əlillik səbəbindən məqsədi 

yaxud nəticəsi bütün insan hüquq və azadlıqlarının qəbul olunması  və  həyata keçirilməsinin 

azaldılması  və ya inkar edilməsi olan istənilən fərqləndirmə, istisna etmə  və  məhdudlaşdırma 

kimi təyin edilir. Bu hüquq psixi pozuntusu olan insanlara münasibətdə  həyatın məşğulluq, 

təhsil, mənzil, sosial təminat, vətəndaş  və siyasi hüquqların (məsələn, seçmək və seçilmək 

hüququ) reallaşdırılması kimi bütün sferalarında diskriminasiyanın geniş yayılması  nəzərə 

alındığında həddindən artıq əhəmiyyət daşıyır. 

-Diskriminasiyadan azad olmanın 2 aspekti var 

Birincisi,  hökumət  əlillik səbəbindən olan diskriminasiyanın qarşısını almağa borcludur, o 

cümlədən əlilliyi olan insanlara münasibətdə aktiv diskriminasiyaya səbəb olan qanun, siyasət və 

təcrübəni ləğv etməlidir (məsələn, psixi pozuntusu olan şəxslərin səsvermə hüququnun həyata 

keçirilməsinə mane olan qanun). 



İkincisi,   hökumət  əlilliyi olan insanların öz hüquqlarını diskriminasiyasız, digərləri ilə  bərabər 

həyata keçirməsinə zəmanət vermək məqsədilə məntiqli üsullar təmin etməlidir (müəyyən aktiv 

tədbirlər görmək). 

Məntiqli üsullar    ƏHK-nın  əsas anlayışlarından biridir. ƏHK-nın 2-ci maddəsində  Разумное 

приспособление "konkret lazım olan halda, əlilliyi olan insanlar tərəfindən digərləri ilə bərabər 

insan hüquq və  əsas azadlıqlarının həyata keçirilməsi və reallaşdırılmasının təmin olunması 

məqsədilə, qeyri-mütənasib və əsassız yük olmayan zəruri və uyğun modifikasiya və  düzəlişlərin 

aparılması" kimi təyin edilir. 2-ci maddədə həmçinin bildirilir ki, Разумное приспособление-dən 

imtina etmək diskriminasiya formalarından biridir (UN Enable, tarixsiz). 

Psixi və fiziki əlilliyi olan insanlara digərləri ilə  bərabər münasibət göstərilsəydi, onların 

həyatında diskriminasiyadan qorunma belə böyük əhəmiyyət daşımazdı. Diskriminasiyadan 

əməli qorunmaq üçün Разумное  приспособление-dən fərqlənən və  əlilliyi olan insanlar kimi 

müəyyən qrup azlıqların vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar olan pozitiv tədbirlər 

aparılmalıdır ki, bu keçmişdə olan ədalətsizlikləri düzəltmək məqsədi daşıyır (razumnoe pris. 

əlilliyi olan insanlara əlilliyi olmayan insanlarla bərabər imkanların yaradılması  məqsədilə 

situasiyanın dəyişdirilməsi deməkdir). 

ƏHK-ə  əsasən, "əlilliyi olan insanların faktiki bərabərliyinə nail olmaq üçün zəruri konkret 

tədbirlər hazırki Konvensiyanın verdiyi məna cəhətdən diskriminasiya sayılmır" (ƏHK, maddə 

5.4). Beləliklə, iş yerlərində  əlilliyi olan insanların sayının artırılmasına yönəlmiş normalar kimi 

psixi pozuntusu olan insanların hüquqlarını qoruyan pozitiv tədbirlər qadağan olunmur. 

Qeyd etmək vacibdir ki, İSMHBP / ICESCR tərəfindən yaradılan, "tədrici reallaşdırılma" mövzusu 

olan bir çox "pozitiv hüquqlardan" fərqli olaraq əlillik  əlamətinə görə diskriminasiyanın 

olmaması dərhal qüvvəyə minən öhdəliklərə aiddir.  



26 

 

 



Azərbaycan Respublikası qanunvericiliyində psixi pozuntusu olan şəxslərə münasibətdə  əsas 

insan hüquqlarının qorunmasının təminatı 

 

Psixi pozuntusu olan şəxslərə (yaxud psixi pozuntu nəticəsində  əlilliyi olan) münasibətdə  əsas 



insan hüquqlarının qorunmasının təminatı Azərbaycanda müvafiq qanunvericilik, o cümlədən 

Azərbaycan Respublikası Konstitusiyası, "Əhalinin sağlamlığının qorunması haqda" Qanun, 

"Psixiatriya yardımı haqda" Qanun və Azərbaycan hökuməti tərəfindən imzalanan digər hüquqi 

aktlar və beynəlxalq müqavilələrlə tənzimlənir. 

"Psixiatriya yardımı haqqında" Qanun psixiatriya yardımı sferasında yaranan münasibətləri 

tənzimləyir, həmçinin bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini təyin edir.  

1996-cı ildə BMT Baş Asambleyası tərəfindən qəbul olunmuş rezolyusiyaların, o cümlədən "Psixi 

xəstə  şəxslərin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri "nin, daha dərin 

anlayışını  təmin etmək, həmçinin dövlətlərin öz qanunvericiliyini inkişaf etdirmələri üçün 

rəhbərlik kimi, ÜST "Psixi sağlamlığın qorunması üzrə qanunvericilik: on əsas prinsip" dərc etdi 

(WHO,1996). On əsas prinsip qısa şəkildə aşağıda göstərilmişdir: 

1. Psixi sağlamlıq dəyərlərinin propaqandası və psixi pozuntuların profilaktikası 

2. Psixi sağlamlıq sahəsində baza yardımının əlçatanlığı 

3. Psixi sağlamlıqla bağlı situasiyanın beynəlxalq səviyyədə  qəbul olunmuş prinsiplərə uyğun 

olaraq qiymətləndirilməsi 

4. Psixi sağlamlıq sahəsində ən az məhdud alternativ prinsipinə uyğun xidmətlərin və yardımın 

göstərilməsi  

5. Fərdin özünün öz müqəddəratını həll etməsi 

6. Öz müqəddəratını həll etmədə kömək almaq hüququ 

7. Qərarların yenidən baxılması prosedurunun mövcudluğu 

8. Müstəqil və mütəmadi nəzarət mexanizminin mövcudluğu 

9. Qərar qəbul edən şəxslərin müvafiq ixtisasının mövcudluğu 

10. Qanun qarşısında bərabərlik prinsipinə hörmət 

 

Bütün bu prinsiplər "Psixiatriya yardımı haqqında" Qanunda əks etdirilmişdir. Psixi pozuntusu 



olan  şəxslərin psixi sağlamlığının qorunması qanunilik, humanizm, həmçinin insan və  vətəndaş 

hüquq və azadlıqlarına əsasən həyata keçirilməlidir. 

Qanuvericiliyə uyğun olaraq, psixi pozuntusu olan insanlar həm də digər tibb müəssisələrində 

yardım alan pasientlər kimi hüquq və üstünlüklərə malikdirlər. Bu hüquqlar 6-cı maddədə 

sadalanır və aşağıdakıları daxil edir: 

 



Onların ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və insani münasibət 

 



Dövlət tibb müəssisələrində sanitar-gigiyenik tələblərə cavab verən  şəraitdə pulsuz 

psixiatriya yardımı almaq 



27 

 



 

Öz hüquqları, həmçinin psixi pozuntu və tətbiq olunan müalicə metodları haqda informasiya 

almaq 



 



Müayinə və müalicə üçün zəruri olan periodda psixiatriya stasionarında qalmaq 

 



Tibbi göstərişlər əsasında bütün mümkün müalicə növlərini almaq 

 



Təxirəsalınmaz psixiatriya yardımı istisna olmaqla, qalan hallarda konsilium və konsultasiya 

keçirilməsini tələb etmək 

 

Psixiatriya yardımı göstərmək hüququ olan istənilən mütəxəssisi (onun razılığı ilə) seçmək 



 

İstənilən tibb müəssisəsini seçmək 



 

Digər tibb mütəxəssislərinin konsultasiyasını tələb etmək 



 

Qanunvericiliyə uyğun qaydada vəkil, qanun təmsilçiləri və ya digər  şəxslərin köməyindən 



istifadə etmək 

Bundan başqa 15-ci maddə zəmanət verir: 

 

Təxirəsalınmaz psixiatriya yardımının göstərilməsi 



 

Stasionar və ambulator şərtlərdə konsultasion-diaqnostik, müalicə, profilaktik, reabilitasion 



yardım 

 



Bütün növ psixiatrik ekspertizanın keçirilməsi: hərbi-həkim (hərbi xidmətə yararlılıq), 

psixososial (əlilliyin təyini), məhkəmə-psixiatrik ekspertiza və b.; 

 

Sosial xidmətlərin göstərilməsi və əlilliyə görə pensiya təyini 



 

Qəyyumluq və himayəçilik məsələlərinin həlli 



 

Təbii fəlakət və qəzalar zamanı psixiatriya yardımının göstərilməsi 



 

Psixi pozuntusu olan həddi-buluğa çatmamış  şəxslər üçün ümumi və professional təhsilin 



təşkili 

 



Psixi pozuntusu olan şəxslər üçün əmək terapiyasının təşkili, işlə təminat, həmçinin ağır psixi 

pozuntuları olan şəxslərin əmək məşğulluğu üçün xüsusi şəraitin yaradılması 

 

Sosial əlaqələrini itirmiş və mənzili olmayan psixi pozuntusu olan şəxslər üçün yataqxanaların 



(dəstəkli mənzil) yaradılması 

 



Psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri digər tədbirlərin həyata 

keçirilməsi 

5-ci maddədə psixiatriya müalicəsinin könüllülüyü məsələlərinə baxılır. Psixiatriya yardımı 

könüllü və məlumatlı razılıq əsasında göstərilir. Razılıq yazılı formada, könüllü, təhdid və əsassız 

məcburiyyət olmadan təqdim olunmalıdır və pasient (və ya onun qanuni nümayəndəsi) və psixi 

sağlamlıq sahəsində cavabdeh mütəxəssis tərəfindən imzalanmalıdır. Stasionarda qeyri-könüllü 

müalicə halları istisna olmaqla pasientə onun məlumatlı razılığı olmadan heç bir müalicə  təyin 

oluna bilməz. Psixi pozuntusu olan şəxs və ya onun qanuni nümayəndəsi istənilən anda təklif 

olunan müalicədən imtina edə və ya müalicəni dayandıra bilərlər. Müalicədən imtina edən şəxs 

və ya onun qanuni nümayəndəsinə mümkün nəticələr haqda izahat verilir (səh.10). 

Psixi sağlamlıq sahəsində qanunvericilik həm də psixiatriya müəssisələri, eləcə də psixi sağlamlıq 

sahəsindəki mütəxəssislər üçün gizliliyin pozulması hallarında sanksiya və cəzalar tətbiq edərək 

informasiyanın gizliliyini qoruyur. "Psixiatriya yardımı haqqında" Qanunun 7-ci maddəsi  psixi 

pozuntusu olan şəxslərin psixi sağlamlığı  və psixiatriya yardımı göstərilməsi haqda 

informasiyanın gizliliyi hüququnu müəyyən edir; bu məlumatın pasientin razılığı olmadan üçüncü 


28 

 

şəxslərə verilməsi qanunvericilikdə göstərilən hallar istisna olmaqla qadağan olunur. Psixiatriya 



yardımı göstərən mütəxəssislər və psixiatriya müəssisələri, həmçinin digər dövlət orqanları 

pasientlərə aid məlumatların gizli saxlanılmasına məsuliyyət daşıyırlar.  

Psixi sağlamlıq sahəsində xidmətlər alan (və ya keçmişdə almış) şəxslər psixiatriya müəssisələri 

və mütəxəssislər tərəfindən alınan klinik məlumatları tam və azad şəkildə  əldə etmək üçün 

qanuni hüquqa malikdirlər. Bu məlumat yazılı ərizə verildikdən sonra iki gün ərzində verilməlidir. 

İnformasiyaya keçid pasientin və digər insanların təhlükəsizliyini sual altına qoyduğu hallarda 

məhdudlaşdırıla bilər. Ailə üzvləri yalnız psixi pozuntusu olan şəxsə tam  qayğı göstərilməsi üçün 

zəruri informasiyanı ala bilərlər, ona zərər yetirə biləcək informasiyanı əldə edə bilməzlər. 

Maddə 8 ən az məhdud alternativ prinsipini qəbul edir. Psixiatriya yardımı yalnız xəstəliyin 

müalicəsi zəruri olan periodda tələb olunan klinik təcrübənin müvafiq kriterilərinə daha çox 

uyğun vasitə  və metodların istifadəsi ilə pasientin hüquq və azadlıqlarını  məhdudlaşdırmadan 

göstərilir. 



Qeyri-könüllü hospitalizasiyadan yayınmaq üçün bütün mümkün səylərin göstərilməsinin 

lazımlığının qanunvericilik tərəfindən vurğulanmasına baxmayaraq, istisna hallarda psixi 

pozuntuları olan şəxslər stasionara qeyri-könüllü müalicəyə yönləndirilə bilər. 11-ci maddədə 

qeyri-könüllü psixistriya yardımının göstərilməsi üçün aydın əsaslar göstərilmişdir: 

 

Əgər psixi pozuntusu olan şəxs özü və  ətrafdakılar üçün ciddi və (və ya) bilavasitə  təhlükə 



törədirsə (məsələn, intihar cəhdi, aqressiv davranış)  

 



Psixi pozuntusu olan şəxsin acizliyi halında, yəni onun əsas həyati tələbləri sərbəst yerinə 

yetirə bilmədiyi hallarda (məsələn, katatonik stupor, ağır demensiya) 

 

Əgər stasionarda psixiatriya yardımının göstərilməməsi halında pasientin ağır psixi vəziyyəti 



daha da pisləşə bilərsə ki, bu da onun sonrakı müalicəsini mümkünsüz edə bilər 

25-ci maddə psixi pozuntusu olan şəxsin təcili qaydada qeyri-könüllü hospitalizasiyası ilə bağlı 

prosedurları təsvir edir. Təcili qaydada psixiatriya stasionarına yerləşdirilən şəxs 48 saat ərzində 

müayinədən keçməlidir. Hospitalizasiyanın əsassız sayılması hallarında şəxs dərhal stasionardan  

buraxılır. Hospitalizasiyanın  əsaslı hesab edildiyi hallarda 3 mütəxəssisdən ibarət həkim-

məsləhət komissiyasının ilk 48 saat ərzində qərarı psixiatriya müəssisənin yerləşdiyi və ya şəxsin 

yaşadığı yer üzrə  məhkəməyə  təqdim olunur. Sonra məhkəmə  qərarda göstərilən səbəblərin 

"Psixiatriya yardımı haqqında" Qanunun 11-ci maddəsinin müddəalarına uyğun olub-olmamasını 

araşdırır və şəxsin stasionarda qalması haqda qərar qəbul edir. Hosptalizasiyanın könüllü və ya 

qeyri-könüllü olmasından asılı olmayaraq bütün psixiatriya xəstəxanalarının bütün pasientləri 

istənilən vaxt onların xəstəxanada olması, həmçinin öz hüquq və maraqları ilə  əlaqədar bütün 

məsələlərlə bağlı  xəstəxana administrasiyasına  şikayət və  ərizə ilə müraciət edə bilərlər. Onlar 

həmçinin Səhiyyə Nazirliyinin baş psixiatrına, icra hakimiyyəti orqanlarına, prokuraturaya, 

ombudsman aparatına, məhkəmə  və qanuni nümayəndəyə (vəkilə) azad müraciət etmə 

hüququna malikdirlər. Sadalanan vəzifəli şəxslərlə görüş zamanı privatlığa zəmanət verilir. 

Qanunvericiliyin psixi pozuntusu olan şəxslərə çox hüquqlar verməsinə baxmyaraq, onlar öz 

hüquqları haqda məlumatsız ola və buna görə  də onları  həyata keçirməyə bilərlər (WHO 

Resource book, 2005). Buna görə  də "Psixiatriya yardımı haqqında" Qanun pasientlərin 

hospitalizasiyanın əsas və məqsədləri, onların hüquqları və xəstəxana qaydaları haqda müalicə 

müəssisəsinə daxil olduqdan dərhal sonra və ya pasientin vəziyyəti imkan verdiyi andan 

məlumat almaq hüququnu daxil edir. 

 

 



29 

 

VII. Psixi sağlamlıq sahəsində xidmətlərin göstərilməsi zamanı, müəssisələrdə və cəmiyyətdə 



psixi pozuntusu olan şəxslərə münasibətdə insan hüquqlarının pozulması. Psixiatriya 

müəssisələrində insan hüquqlarına riayət edilməsinin monitorinqi. 

 

Psixi pozuntusu olan şəxslərə münasibətdə insan hüquqlarının pozulması. 

Psixi pozuntulardan əziyyət çəkən  şəxslər, başqalarından daha tez-tez stiqma və 

diskriminasiyaya məruz qalırlar. Bu onlara zəruri müalicə və qayğının əldə edilməsinə mənfi təsir 

göstərir. Diskriminasiya səhiyyə sahəsindəli proqramların hədəf auditoriyaya uyğun gəlməməsi 

və tibb xidmətlərinin əlçatanlığının məhdudlaşdırılmasında biruzə verə bilər. Stiqmatizasiya psixi 

pozuntusu olan şəxslər üçün onların həyatının bir çox aspektlərində, o cümlədən məşğulluq 

hüququ, layiqli mənzil, təhsil və s. hüquqlarının reallaşdırılmasında diskriminasiya ilə nəticələnir. 

Psixi pozuntusu olan şəxslər aşağıdakı  həyat sferalarında xüsusi olaraq insan hüquqlarının 

pozulmalarına məruz qalırlar: 

 



müalicə əldə etmə sahəsində 

 



sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi prosesində 

 



cəmiyyətdə yaşadığı dövrdə 

 

Müalicə əldə etmə sferasında insan hüquq pozuntuları 

 

Psixiatrik yardımı  əldə etməyin çətinliyi problemini gözdən keçirərkən psixi pozuntusu olan 



insanların hüquqlarının pozuntusuna gətirib çıxaran bir neçə əsas faktorları qeyd etmək lazımdır: 

 



səhiyyə sahəsində proqram, qanun və resurslar, məsələn, 2001-ci ildə  aşağı  və orta gəlir 

səviyyəsi olan ölkələrdə psixi sağlamlığın qorunmasına onların büdcəsinin 1 faizindən azı 

ayrılmışdır. Bunun nəticəsində, psixi sağlamlıq sahəsində xidmətlər,  əsas medikamentlər 

(psixotrop preparatlar kimi) daxil olmaqla əhalinin böyük hissəsi üçün iqtisadi və coğrafi 

mənada əlçatmaz olur. 

 



Bəzi ölkələrdə praktiki olaraq psixi sağlamlıq sahəsində xidmətlər yoxdur, bəzilərində isə bu 

xidmətlər yalnız əhalinin müəyyən təbəqələri üçün əlçatandır 

 

Bəzi ölkələrdə psixi sağlamlıq sahəsində olan xidmətləri öz cibindən ödəmək lazım gəlir və 



insanlar sadəcə olaraq müalicə və qayğı üçün müraciət edə bilmirlər 

 



Bir çox ölkələrdə tibbi sığorta psixiatriya yardımı  xərclərinə aid edilmir və  ya  daha  qısa 

period üçün və daha az miqdarda xərclərin qarşılanmasını əhatə edir 

 

Bir sıra ölkələrdə müalicə metodları və xidmətlər tibbi normalara cavab vermir və pasientə 



zərər yetirə bilir. Məsələn, müalicə müəssisələrində tibb personalı keyfiyyətsiz təhsil almış 

ola bilər ki, bu da diaqnostikada səhvlərə, uyğun gəlməyən dərman preparatlarının təyininə 

və dozalanmanın aşılmasına gətirib çıxarır (WHO Report, 2010). 

 

 



 

30 

 

Psixi sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi 



zamanı hüquqların pozulması 

 

Psixi sağlamlığın qorunması üzrə xidmətlərin göstərilməsi zamanı hüquqların pozulması 



vəziyyətini araşdırarkən, bütün Avropa və dünyadakı müəssisələr (MDAC; Mental Disability 

International, tarixsiz) üzrə çoxsaylı hesabatlar insan hüquqları sahəsində ciddi problemlər 

aşkara çıxarmış  və  cəmiyyətin diqqətini uşaq və böyüklərin qapalı tipli psixiatriya 

müəssisələrində dəhşətli saxlanılma şəraiti və onlara qarşı alçaldıcı münasibətə cəlb etmişdir. Bir 

sıra müəssisələrdə qeyd olunan əsas neqativ faktorlar; şəxsi seçim və tələbləri nəzərə almayan 

sərt rejim, pasientlərin müəssisədən kənar insanlarda əlaqələrinin məhdudluğu və ya olmaması. 

Bəzi hesabatlar fiziki və seksual zorakılıq halları, qəfəs-çarpayıların və başqa fiziki təzyiq 

tədbirlərinin istifadəsi, reabilitasion və digər terapevtik tədbirlərin olmaması, psixofarmakoloji 

preparatlardan sui-istifadə, şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun pozulmasını aşkar 

etmişdir. 

 



 



Qapalı tipli psixiatriya müəssisələrində pis həyat şərtləri 

          -binalar uçuq və çirkli, sanitar və gigiyenik normalar gözlənilmir; 

          -pasientlərin geyim, təmiz su, qida, istilik, yataq dəstləri və tək qalma imkanları yoxdur 

 

Qeyri-insani və ləyaqət alçaldıcı münasibət: 



– psixiatriya müəssisələrində yaşayan bir çox insanlar qeyri-insani və ya ləyaqət alçaldıcı 

münasibətə məruz qalır, fiziki, seksual və psixi zorakılıq və baxımsızlıq qurbanı olurlar 

– izolyasiya metodlarından sui-istifadə, azadlığın məhdudlaşdırılması və fizili təzyiq tədbirlərinin 

görülməsi bəzi müəssisələrdə adi hal almışdır. Pasientləri həbsxana kameralarının analoqu olan 

kiçik otaqlarda başqa insanlarla əlaqə imkanı verilmədən uzun müddət saxlayırlar. Bəzən 

böyükləri və hətta uşaqları qəfəs-çarpayılarda bağlayırlar ki, onlar daimi hərəkətsiz saxlanılırlar. 

– bəzi müəssisələrdə böyüklər və  uşaqlar sərt münasibət və zorakılıq obyekti olurlar, bəzən, 

onların qayğısını  çəkməli insanlar tərəfindən  əziyyət görürlər. Onlar fiziki, seksual, psixi və 

emosional zorakılığa, baxımsızlıq və iqtisadi ekspluatasiyaya məruz qalır, əlilliyi olan qadınlar isə 

xüsusilə tez-tez məcburi sterilizasiya olunaraq zorlama qurbanları olurlar. Sağlamlıq imkanları 

məhdudu insanlara münasibətdə zorakılıq  əksərən güc balansını pozan, onlara qarşı sistem 

diskriminasiya kontekstində baş verir (WHO publication, 2007). Başqa növ təsdiq olunmayan və 

sərt münasibət, o cümlədən antisanitar və qeyri-insani şəraitdə saxlanılma, həmçinin təhlükəli 

və alçaldıcı müalicə metodları da geniş  tətbiq olunur. Bu diskriminasiya növləri haqda əksər 

hallarda heç hara məlumat verilmir və onlar cəzasız qalır, günahkarlara isə sui-istifadəyə davam 

etməyə heç nə mane olmur. 

– psixiatriya müəssisələrində yaşayan bir çox insanlar heç bir stimulyasiya almır və gün, ay və 

hətta illərlə əzabverici cansıxıcılıqda yaşayırlar. 

– bəzi insanlara belə müəssisələrdə yüksək dozalarda psixofarmakoloji preparatlar təyin edilir ki, 

onlar itaətkar və asan idarə olunan olsunlar. Bəzi hallarda, BMT işgəncə və digər qəddar, qeyri-

insani və  ləyaqət alçaldıcı münasibət və  cəzalar üzrə Xüsusi məruzəçisinin tərəfindən qeyd 

edildiyi kimi, könüllü məlumatlı razılıq olmadan tətbiq olunan medikamentoz vasitələr işgəncə 

və qəddar münasibət kimi qiymətləndirilə bilər (Special Rapporteur on torture Report, 2008). 


31 

 

– psixi pozuntusu olan insanları, onların iradəsi xaricində  və kifayət qədər  əsas olmadan, 



psixiatriya müəssisələrinə yönləndirirlər, harda ki, onlarbir neçə ay və hətta illər ərzində qalırlar. 

Bir çox hallarda müalicə könüllü məlumatlı razılıq olmadan aparılır ki, bu da onların sağlamlıq 

hüququnun aşkar və ciddi pozuntusudur. Bundan başqa, tez-tez onlar qapalı müəssisələrdə 

yalnız sağlamlıq imkanlarının məhdudluğu əsası ilə yaşayırlar. Bu sağlamlıq və digər hüquqların 

reallaşdırılması üçün ciddi nəticələrə  gətirir. Hospitalizasiyadan sonra onlar əksərən təcrid 

olunmuş, həbsxana kameralarını xatırladan otaqlarda yaşayır və/və  ya  fiziki  təzyiqlərə  məruz 

qalırlar (WHO report on Mental health and Development, 2010). 

 



 

Əsaslandırılmamış hospitalizasiya və müalicə 

– Psixi pozuntusu olan insanları  məlumatlı razılıq alınmadan hospitalizasiya edir və müalicəyə 

məruz qoyurlar. Hospitalizasiya və müalicəyə aid suallar müzakirə olunmur. İnsanları qanuna 

zidd və kifayət qədər  əsas olmadan aylar, bəzən illərlə qapalı saxlayırlar. Dünyanın bütün 

ölkələrində psixiatriya müəssisələrində orda olması    lazım olmayan insanlar saxlanılır. Avrop a 

komissiyası 2005-ci ildə psixi sağlamlıq məsələlərinə aid "Yaşıl kitab"da etiraf etdi ki, qapalı tipli 

müəssisələrə yerləşdirilmə və müalicə "pasientlər" üçün "ağır nəticələr" verə bilər və "yalnız az 

məhdudiyyət dərəcəli alternativ metodlar müsbət nəticə vermədikdə son tədbir kimi tətbiq 

oluna bilər".  Psixi pozuntusu olan insanlar üçün məcburi hospitalizasiya və məcburi müalicə son 

dərəcə  kəskin problemdir, belə ki, onları öz iradələri xaricində istənilən an psixiatrik 

xəstəxanalara yerləşdirilə, azadlıqları  məhdudlaşdırıla bilər, onları bağlaya, dərmanlar qəbul 

etməyə  və digər tibbi proseduralara məcbur edə bilərlər. Psixi sağlamlıq problemləri olan 

şəxslərin məcburi hospitalizasiya və məcburi müalicəsi şəxsi toxunulmazlıq və azadlıq hüququ da 

daxil olmaqla əsas insan hüquqularının həyata keçirilməsinə təsir edə bilər. Əlilliyi olan şəxslər 

azadlıqdan məhrum olunmada xüsusi riskə  məruz qalırlar belə ki, qapalı tipli müəssisəyə 

yerləşdirilmə və məcburi hospitalizasiya xüsusilə bir çox ölkələrdəki kimi bu qəyyumların razılığı 

ilə aparılırsa daxili qanunlarla "həbs" kimi hesab olunmur (Human rights watch, World report 

2012). 


– Problümin kəskinliyi ilə  əlaqədar, insan hüquqları sahəsində istər BMT, istərsə  də Avropa 

tərəfindən qəbul olunan standartlar əsas insan hüquqlarına  əsassız müdaxilələrə qarşı  sərt 

zəmanətlər daxil edir. ƏHK bu zəmanətləri daha da möhkəmləndirərək hökumətləri psixi 

pozuntusu olan insanları digər insanlara bərabər tutmaqla vəzifələndirir. Bunun üçün üzv-

dövlətlər bu sahədə psixi sağlamlıqla bağlı problemləri olan insanların cəmiyyətdəki həyatına 

mane olmayan normativ-hüquqi bazanı təmin etməlidirlər. 

–  Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi,  əksər hallarda hüquqlardan məhrum 

olunmağa gətirib çıxarır. Belə fikir hökm sürür ki, psixi pozuntusu olan insanlar öz həyatları ilə 

bağlı  qərar qəbul edə bilmirlər və bunun məntiqi nəticəsi olaraq onları öz müalicələri haqda 

qərar qəbul etməkdən, şəxsi və iqtisadi məsələlərini idarə etməkdən məhrum edirlər. Bütün bu 

məsələlərin həlli qəyyumluq edən şəxsə və ya mütəxəssisə həvalə olunur, baxmayaraq ki, psixi 

pozuntusu olan insan bəlkə də bu qərarları özü qəbul edə bilərdi. 

 



 



Hüquqi prosedurlara çıxışın yoxluğu 

Azadlıq və müstəqillik kimi əsas insan hüquqları pozulan pasientlərin hüquqi prosedurlara və 

hüquq müdafiə mexanizmlərinə  çıxışları olmur, baxmaraq ki, onlar azadlıq və  şəxsi 

toxunulmazlıq kimi əsas insan hüquqlardan məhrum ediliblər. 

– Bir çox ölkələrdə  qeyri-könüllü hospitaliziya və müalicə haqda qərarların müstəqil sitematik 

baxılma mexanizmi mövd deyil. 



32 

 

–  Əksər ölkələrdə qeyri-könüllü hospitalizasiya və müalicə  qərarını  şikayət etmə mexanizmi 



mövcud deyil. 

– Bir çox ölkələrdə həmçinin insan hüquqlarının pozulması məsələləri üzrə şikayətlərin verilməsi 

mexanizmi də yoxdur. 

 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin