Dünya əhalisinin təxminən 10%-i, başqa sözlə desək 650 million insan, hal-hazırda əlildir. Onlar dünyadakı ən çoxsaylı azlıqdır



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix22.04.2017
ölçüsü0,98 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   10

 

İnsan hüquqları üzrə müasir beynəlxalq sistemin yaranması 60 ildən çox çəkmişdir. Hüquq 

müdafiə mexanizmləri inkişaf etmiş, diskriminasiya və insan haqlarının pozulmasının yalnız 

qadınlar, immiqrantlar, uşaqlar və sağlamlıq imkanları  məhdud insanlar kimi BMT tərəfindən 

bura aid edilən müəyyən qruplara daha çox təsir etməsi fikrindən uzaqlaşılmışdır. 

 

 BMT çərçivəsində mövcud beynəlxalq insan haqları qorunması sistemi ilə birlikdə dünyaın bəzi 



hissələrində həyata keçirilən regional hüquq müdafiə sistemləri, dövlətə insanların, o cümlədən 

psixi pozuntusu olan şəxslərin hüquqlarına hörmət etmək və qorumaq məsuliyyətini həvalə edir. 

Bu insan hüquqlarının qorunması sistemi insanların psixi pozuntusu olan şəxslərlə 

münasibətlərin təşviqinə  və müxtəlif ölkələrdə psixi sağlamlıq sferasında milli qanunvericiliyin, 

siyasətin, strategiyaların və xidmətlər sisteminin hazırlanmasında rəhbərlik rolunu oynayır. 

İnsan hüquqlara insanlara dünyaya gələndən təbiətdən xasdır və müvafiq olaraq psixi pozuntusu 

olan insanlar öz hüquqlarını digər insanlar kimi həyata keçirmək imkanlarına sahib olmalıdırlar. 

İnsan hüquqları sahəsində beynəlxalq hüquq hökumətin üzərinə növbəti vəzifələri qoyur: 

a) insan hüquqlarına hörmət etmək, yəni insan hüquqlarının pozulmasına yol verməmək 

b) insan hüquqlarını qorumaq, yəni dövlət üçüncü şəxslər tərəfindən insan hüquqlarının 

pozulmasının qarşısını almaq üçün tədbirlər görməldir 

c) insan hüquqlarını həyata keçirmək, yəni dövlət insan hüquqlarını təmin etmək üçün müvafiq 

qanunvericilik, administrativ-büdcə, məhkəmə və digər mexanizmləri işləyib hazırlamalıdır. 

 

Hüquqi vacib BMT sənədləri 

 

İnsan hüquqları üzrə açar beynəlxalq müqavilələr - İqtisadi, Sosial və Mədəni (kultural) Hüquqlar 



üzrə Beynəlxalq Pakt və Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, İnsan Hüquqları üzrə 

Beynəlxalq Deklarasiya (İnsan Hüquqları üzrə Beynəlxalq Deklarasiya, 1948) tərəfindən təyin 

olunmuş hüquqların daha ətraflı izahını  təqdim etməklə yanaşı, həm də bu müqavilələri 

imzalamış hökumətlərin üzərinə hüquqi vəzifələr qoyur. Bu üç sənəd bir yerdə insan hüquqları 

haqda Beynəlxalq qanun lahiyəsi adlandırılır. 

Bu sənədlərə  əsaslanaraq, irqi azlıqlar, qadınlar və  uşaqlar kimi əhalinin konkret qrup və ya 

kateqoriyasına aid insanların hüquqlarının qorunmasına və ya işgəncələr kimi insan hüquqlarının 

qorunması sferasına aid ayrı-ayrı problemlərin həllinə yönəlmiş insan hüquqları üzrə digər 

beynəlxalq müqavilələr  işlənib hazırlanmışdır. Hal-hazırda BMT insan hüquqları sistemi doqquz 

əsas hüquqi məcburi  müqavilədən ibarətdir: 

 

 

ICERD/ İDLBK 



İrqi diskriminasiyanın bütün formalarının ləğvi haqda 

Beynəlxalq konvensiya  

21 dekabr 1965  

ICCPR/İSMHBP 

 

İqtisadi, sosial və mədəni Hüquqlar üzrə Beynəlxalq pakt  



 

16 dekabr 1966  

ICESCR/VSHBP 

  Vətəndaş və siyasi hüquqlar üzrə Beynəlxalq pakt  

16 dekabr 1966 


11 

 

CEDAW/QDLK 



 

Qadınlara münasibətdə diskriminasiyanın bütün  

formalarının ləğvi haqda Konvensiya  

 

18 dekabr 1979  



CAT/İQK 

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqət  

alçaldıcı rəftar və cəzalara qarşı Konvensiya  

10 dekabr 1984  

CRC/UHK Uşaq hüquqları üzrə Konvensiya 

20 dekabr 1989 

ICRMW/ƏMBK 

 

Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin 



hüquqları haqda Beynəlxalq konvensiya  

 

18 dekabr 1990  



CPED/ZİMBK 

Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə 

Beynəlxalq konvensiya  

20 dekabr 2006 

CRPD/ƏHK 

Əlilliyi olan insanların hüquqları üzrə Konvensiya  

13 dekabr 2006 

1948-ci ildə Ümumdünya insan hüquqları deklarasiyasının qəbulundan sonra, BMT-nin üzv-

ölkələri insan hüquqları üzrə əsas beynəlxalq müqavilələrin heç olmasa birini, onlardan 80%-si 

isə 4  və daha çox müqaviləni ratifikasiya etmişlər (OHCHR, tarixsiz). Dövlət onun insan hüquqları 

üzrə müqavilələrin iştirakçısı olub-olmamaq barədə  sərbəst qərar vermək hüququna malikdir. 

Lakin,  əgər bu qərar qəbul olunacaqsa, o dövlətin üzərinə müqavilənin  şərtlərinə  əsasən 

fəaliyyət göstərmək vəzifəsini qoyur. İnsan hüquqları üzrə beynəlxalq müqaviləni ratifikasiya 

etməklə, dövlət həmin müqavilədə göstərilən  vəzifə  və öhdəlikləri  milli səviyyədə  işləyib 

hazırlamağı və həyata keçirməyi öz üzərinə götürür. İnsan hüquqlarının pozulması problemlərini 

ölkədaxili qanunlar çərçivəsində həll etmək mümkün olmadığı hallarda, insan haqları sahəsində 

beynəlxalq normalara riayət olunması  və onların həyata keçirilməsi məqsədilə yaradılmış 

beynəlxalq və regional səviyyədə  fərdi  şikayət və  məlumatların verilməsi mexanizm və 

prosedurları işə düşür. 

Əlilliyi olan insanlar üzrə BMT konvensiyası  (ƏHK) – BMT-nin ən yeni hüquqi məcbur  

sənədlərindən biridir. Əlilliyi olan insanlarin hüquqları barədə Konvensiyanın qəbul olunması 

(2006), dünyada əlillikdən  əziyyət çəkən 650 milyon insanın hüquq və azalıqların davamlı 

pozuntu obyekti olmasının nəticəsidir. Tədqiqatlar göstərmişdir ki, əvvəlki konvensiyalar 

sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının real müdafiəsini təmin etmir və onlar 

faktiki olaraq ikinci növ vətəndaş kimi qalır. Müvafiq olaraq, yeni konvensiya birmənalı olaraq və 

birbaşa şəkildə əlilliyi olan insanlara aid insan hüquqlarını qəbul etməli idi. Konvensiyanın qəbul 

olunması müxtəlif ölkələrdən  əlilliyi olan insanların, onların səsinin eşidilməsi və ümumi 

problemlərinin (o cümlədən  əksər  əlilliyi olan insanların məruz qaldığı gündəlik məişət 

diskriminasiyası) beynəlxalq ictimaiyyətin gündəminə  çıxarılması  məqsədilə birlikdə apardığı 

hərəkatın uğurunun göstəricisidir. Diskriminasiya təcrübəsi əlilliyi olan insanları onlara aid insan 

hüquqları uğrunda mübarizədə birləşdirdi. 

BMT-nin əlilliyi olan insanların hüquqları üzrə konvensiyası – insan hüquqları haqda ХХI əsrin ilk 

müqaviləsi - əlilliyi olan insanların həyatının bütün aspektlərini əhatə edən geniş spektr hüquq 

və azadlıqlara zəmanət verir. Baxmayaraq ki, bu sənəd yeni hüquqlar yaratmaq yox, artıq əvvəlki 

müqavilələrdə mövcud hüquqları yenidən və daha aydın  şəkildə  bəyan etmək məqsədilə 

yaradılmışdır,  ƏHK-də  bəyan olunan qeyri-diskriminasiya, müstəqillik və  cəmiyyətin həyatına 

inteqrasiya (включенности) prinsipləri  əlilliyi olan insanlara qarşı mövcud paradiqmanın 

beynəlxalq hüquq kontekstində  dəyişilməsini elan edir. ƏHK konvensiyanı ratifikasiya etmiş 

cavabdeh bütün institut və dövlət sektorlarına milli siyasət və qanunvericiliyin konvensiyanın 


12 

 

müddəalarına uyğunluğunun təmin olunması  vəzifəsini qoyaraq, əlilliyi olan insanlara 



münasibətdə insan hüquqlarının müdafiəsini həyata keçirir. ƏHK-nin qəbul olunması  əhalinin 

zəif  hissəsinin hüquqlarının müdafiəsi üçün göstərilən iradənin  əhəmiyyətli siyasi və ictimai 

tanınma aktıdır. Bu o deməkdir ki, əlilliyi olan insanlar haqda Konvensiya siyasət və 

qanunvericiliyin dəyişikliyi üçün şərait yaradaraq, milli və qlobal gündəmə yeni suallar çıxarır. 

Beləliklə, ƏHK-nin təsiri ilk növbədə hökumət, parlament, milli və yerli institutlara şamil olunur. 

Konvensiya milli bə beynəlxalq səviyyədə  dəyişikliklərə  gətirib-çıxara bilən həqiqətən güclü 

vasitədir.  O əlilliyi olan insanların imkanlarını  əhalinin digər seqmentləri ilə 

bərabərləşdirilməsinə  və bununla da sağlamlıq imkanları  məhdud olan insanların və onların 

ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən ədalətli iş şəraitinin yaradılmasına 

kömək edə bilər. O həm də əlilliyi olan insanların harda yaşamağından asılı olmayaraq cəmiyyətə 

inteqrasiyasını stimulyasiya edə, onların icmaların həyat və  fəaliyyətinə  cəlb edilməsinə  şərait 

yarada bilər (Scuola Aifo Follereau, 2007). 

ƏHK həmçinin psixi sağlamlığın qorunmasına aid gələcək beynəlxalq və milli qanunların 

hazırlanması üçün də son dərəcə böyük əhəmiyyət daşıyır. Buna görə də, psixi pozuntusu olan 

insanların hüquqlarına aid modulun bu bölümü (bax: aşağı),  əlilliyi olan insanlar haqda 

Konvensiyada müəyyən edilmiş müddəalara əsaslanır. 



İnsan hüquqları sahəsində BMT-nin qeyri-məcburi hüquqi standartları 

 

Yuxarıda göstərilən pakt və BMT konvensiyalarının onları imzalayan dövlətlər üçün hüquqi 



qüvvəsi var. Bu müqavilələrdən başqa, birbaşa  əlillik və psixi pozuntular sferasını  əhatə edən, 

hüquqi məcburi olmasa belə beynəlxalq ictimaiyyət üçün konsensus əhəmiyyəti daşıyan və 

beynəlxalq müqavilələrin şərhi üçün orientir rolunu oynaya bilən bir sıra beynəlxalq sənədlər də 

var. 


BMT psixi xəstələrin müdafiə prinsipləri (MI Principles / PX Prinsipləri, 1991) psixi pozuntusu 

olan insanlara tətbiq olunan insan hüquqlarına riayət olunması haqda ətraflı beynəlxalq sazişdir.  

PX Prinsipləri tibbi yardım və müalicə standartlarına aid geniş qrup öhdəliklərdən ibarətdir. Bu 

prinsiplər diqqəti pasientlərin psixiatiya müəssisələrində üzləşdikləri problemlər üzərində 

toplayaraq, yaşanılan yer üzrə və səhiyyənin ilkin yardım zəncirində psixiatrik müalicəyə proritet 

verir. Daha sonralar PX Prinsipləri müəyyən tənqidlərə məruz qaldı, məsələn, 2003-cü ildə BMT 

baş katibi öz hesabatında qeyd etdi ki, PX Prinsipləri „bir sıra hallarda mövud insan hüquqları 

haqda müqavilələrə görə daha aşağı  dərəcədə müdafiə  təmin edir, məsələn, pasientin mütləq 

əvvəldən müalicəyə məlumatlı razılıq halında“ (BMT Baş Assambleyasında baş katibin hesabatı/ 

Secretary-General to the United Nations General Assembly, 2003). 

Qeyd etmək lazımdır ki, PX Prinsipləri hal-hazırda öz əhəmiyyətini itirmişdir və daha sonralar 

qəbul olunmuş, PX Prinsiplərini  əvəz edən və hüquqi məcburi  ƏHK müddəaları ilə  təzad təşkil 

etdiyi və üst-üstə düşmədiyi sahələrdə artıq tətbiq olunmur. 

 

Əlillərə bərabər şəraitin yaradılmasının standart qaydaları, 1993-cü ildə qəbul olunmuş, əlilliyi 

olan insanlara bütün sahələrdə bərabər imkanların yaradılmasını təmin edən geniş siyahınıdan 

ibarətdir. 22 qanun tibb xidməti, reabilitasiya, yardımçı xidmətlər, maarifləndirilmə səviyyəsinin 

artırılması, təhsil,  əmək fəaliyyəti, ailə  həyatı, siyasət və qanunvericiliyə münasibətdə olan 

tələbləri müəyyənləşdirir (Standart qanunlar / Standart Rules, 1993). Standart qanunlar hüquqi 

qeyri-məcburi sənəd kimi, əlillərin hüquqları haqda Konvensiyanı əvəz etdi.  

 

İnsan hüquqları üzrə orqanlar 



 

13 

 

İnsan hüquqları üzrə müqavilələrin icrasına müqavilə (nəzarət) orqanları, yəni BMT çərçivəsində 



yaradılmış və çalışan müstəqil ekspertlərdən ibarət komitə, nəzarət edir. 

BMT-də insan hüquqlarına riayət edilməsinin, qanuni  və müqavilə orqanlarından ibarət, ikili 

monitorinq sistemi yaradılmışdır. Qanuni orqanlara BMT sisteminin qərar və  sərəncamlarını 

yerinə yetirilməsi məqsədilə  təsis edilmiş, insan hüquqları üzrə  Şura, Xüsusi məruzəçi və b. 

(aşağı baxın) aiddir. Müqavilə orqanları insan hüquqları üzrə müxtəlif  beynəlxalq müqavilələrə 

əsasən təsis olunur.  



Müqavilə (nəzarət) orqanları 

BMT Konvensiyaları, bir qayda olaraq, tərkibində olan normaların həyata keçirilməsinə nəzarət 

və monitorinq sistemini təmin edir. Bu sistemin əsasını müxtəlif konvensiyaların yerinə 

yetirilməsinə nəzarət edən müstəqil komitələrin ekspertlərindən ibarət müqavilə orqanları təşkil 

edir.  

İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrə riayət olunmasına nəzarət edən 9 müqavilə 



orqanı və işgəncələrə qarşı Komitə (İQK) mövcuddur: 

BMT insan hüquqları üzrə sənədlər 

Müqavilələrə riayət edilməsinin monitorinq 

orqanları 

Vətəndaş  və siyasi hüquqlar üzrə Beynəlxalq 

pakt (VSHBP / ICCPR) 

İnsan hüquqları üzrə Komitə (İHK / HRC) 

İqtisadi, sosial və  mədəni Hüquqlar üzrə 

Beynəlxalq pakt (İSMHBP / ICESCR) 

İqtisadi, sosial və  mədəni hüquqlar üzrə 

Komitə (İSMHK / CESCR) 

İrqi diskriminasiyanın bütün formalarının 

ləğvi haqda Beynəlxalq konvensiya (İDLBK / 

ICERD) 

İrqi diskriminasiyanın bütün formalarının 



ləğvi üzrə Komitə (İDLK / CERD) 

Qadınlara münasibətdə diskriminasiyanın 

bütün  formalarının ləğvi haqda Konvensiya 

(QDLK / CEDAW) 

Qadınlara münasibətdə diskriminasiyanın 

bütün formalarının ləğvi üzrə Komitə (QDLK / 

CEDAW) 

İşgəncə  və digər qəddar, qeyri-insani və ya 



ləyaqət alçaldıcı  rəftar və  cəzalara qarşı 

Konvensiya  

(İQK / CAT) 

İşgəncələrə qarşı Komitə (İQK / CAT) 

Uşaq hüquqları üzrə Konvensiya (UHK / CRC) 

Uşaq hüquqları üzrə Komitə (UHK / CRC) 

Bütün  əməkçi miqrantlar və onların ailə 

üzvlərinin hüquqları üzrə Beynəlxalq 

konvensiya (ƏMBK / ICRMW) 

Bütün  əməkçi miqrantlar və onların ailə 

üzvlərinin hüquqları üzrə Komitə  (КТМ / 

CMW) 


Əlilliyi olan insanların hüquqları üzrə 

Konvensiya  

(ƏHK / CRPD) 

Əlilliyi olan insanların hüquqları üzrə Komitə 

(ƏHK / CRPD) 


14 

 

Bütün  şəxslərin zorakı itkin düşmələrdən 



müdafiəsi üzrə Beynəlxalq konvensiya (ZİMBK 

/ CPED) 


Zorakı itkin düşmələr üzrə Komitə (ZİK / CED) 

İşgəncə  və digər qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və  cəzalara qarşı Komitə BMT 

insan hüquqları sistemində yeni növ müqavilə orqanlarına aiddir. Onun səlahiyyətlərinə işgəncə 

və digər layiq olmayan münasibətlərin qarşısının alınmasına yönəlmiş innovasion, davamlı  və 

önləyici yanaşma çərçivəsində yalnız preventiv fəaliyyətdir. Komitə  işgəncələrə qarşı 

Konvesiyanın Fakultativ protokolunun (İQKFP / OPCAT) (OHCHR, tarixsiz) müddəalarına uyğun 

olaraq yaradılmış  və öz işinə 2007ci ilin fevralında başlamışdır.  İQK psixi pozuntuları olan 

insanların hüquqlarının qorunmasında vacib rol oynayır, belə ki, dövlət psixiatriya 

müəssisələrində insan hüquqlarına riayət olunmasının monitorinqini həyata keçirir. 

Müqavilə orqanları  nəzarət etməli olduqları müqavilənin müddəaları  əsasında təsis olunur. 

Müqavilə orqanlarının üzvləri mütəmadi olaraq iştirakçı ölkələrin hesabatlarının baxılması  və 

hökumətlərlə insan hüquqları üzrə götürülən öhdəliklərin yerinə yetirilməsi tədbir və metodları 

barədə konstruktiv dialoq aparılması üçün bir araya gəlirlər.  İştirakçı hökumətlər müqavilə 

orqanlarına insan hüquqlarının qorunması üzrə aparılan işlərin gedişi barədə hesabatları 

müqavilə orqanlarına təqdim etməli, həmçinin cəmiyyətin bu hesabatlardan sərbəst istifadəsinə 

şərait yaratmalıdırlar. Bu şəkildə, hesabatlar insan hüquqları məsələləri barədə milli müstəvidə 

diskussiyaların yaranması, vətəndaş  cəmiyyətinin proseslərə  cəlb olunmasına və  iştirakının 

stimulyasiyası  və bütövlükdə dövlət siyasətinə ictimai nəzarət prosesində katalizator rolunu 

oynaya bilər. Sessiyanın sonunda müqavilə orqanı, iştirakçı dövlətlərin hakimiyyətləri üçün, 

insan hüquqları sferasında vəziyyətin yaxşılaşdırılması haqda tövsiyyələri özündə birləşdirən 

"yekun qeydlər" formalaşdırır. 

ƏHK Komitəsi  əlilliyi olan insanların hüquqları haqda Konvensiyaya riayət edilməsinin 

monitorinqi aləti kimi çox vacib əhəmiyyət daşıyır. O iştirakçı-dövlətlər tərəfindən Konvensiyaya 

riayət edilməsinə  nəzarət edən 18 müstəqil ekspertdən ibarətdir. Bütün dövlətlər  əlilliyi olan 

insanlara münasibətdə insan hüquqlarının qorunması  və riayət olunması haqda Komitəyə 

mütəmadi olaraq hüsabatlar təqdim etməlidirlər. 

Dövlətlər Konvensiyanın ratifikasından keçən iki il ərzində birinci hesabatı  təqdim etməli və 

sonralar hər dörd ildən bir Komitə qarşısında hesabat verməlidirlər. Komitə hər hesabata baxır, 

məqsədəuyğun təkliflər və ümumi tövsiyyələr  əlavə edərək onu müvafiq iştirakçı-dövlətə 

yönəldir.   Bu tövsiyyələrin məcburi xarakter daşımamasına baxmayaraq onlar əlilliyi olan 

insanların hüquqları qorunması ilə  məşğul olan hərəkatlara ölkə  və  ya  regional  müstəvidə 

situasiyanı izləmək və konkret yaxşılaşmaların monitorinqi üçün əlverişli vasitə təqdim edir.  

 

İnsan hüquqlarına riayət olunmasının monitorinqində iştirak edən digər BMT orqanları 

BMT strukturunda insan hüquqlarının müdafiəsi və  təşviqi üzrə işdə iştirak edən digər təşkilatlar 

da mövcuddur. BMT-nin insan hüquqlarının qorunması üzrə  əsas bölmələrindən biri Ali 

komissarın insan hüquqları üzrə İdarəsidir (AKİHİ/OHCHR). Bu  bölmə Birləşmiş Millətlər Təşkilatı 

Katibliyinin, bütün insanlar üçün BMT Qanunlarında və insan hüquqları haqda beynəlxalq 

müqavilə  və qanunlarda təsbit olunmuş müddəaları  təmin etməklə  səlahiyyətləndirilmişdir. 

Onun vəzifələrinə insan hüquqlarının pozulmasının qarşısını almaq, bütün insan hüquqlarının 

təmin edilməsi, insan hüquqlarının qorunması üçün millətlərarası münasibətlərin 

möhkəmləndirilməsi və BMT-nin bütün orqanlarına müvafiq tədbirlərin  koordinasiyası, 

həmçinin BMT çərçivəsində bütöv insan hüquqları müdafiəsi sisteminin inkişafı  və 



15 

 

təkmilləşdirilməsi daxildir. Bununla yanaşı, AKİHİ BMT orqanları  işinin bütün istiqamətlərində 



insan hüquqlarının möhəmləndirilməsinə yönəldilmiş yanaşmanın inteqrasiyası üçün səylər 

göstərir.  

AKİHİ  işi həm müqavilə orqanlarına (bax:yuxarı), həm də insan hüquqları üzrə  Şura da daxil 

olmaqla qanuni orqanlara insan hüquqları sahəsində konsultasiyalar verilməsi və müxtəlif 

monitorinq mexanizmlərinə dəstək göstərilməsindən ibarətdir (Open Society Foundation, 2012).  

Qanuni orqanlar 

 



İnsan hüquqları üzrə Şura 

 



İnsan hüquqları üzrə Şuranın xüsusi prosedurları (xüsusi məruzəçilər)   

 



İnsan hüquqları üzrə Şurada şikayətlərin qəbulu və baxılması proseduru  

 

Qanuni orqanlar 



 

İnsan hüquqları üzrə  Şura - BMT-də ümumi islahatlar çərçivəsində 2006-cı ildə  təsis olunmuş, 

BMT sistemində daha bir hüquq-mühafizə orqanıdır.  İHŞ müəyyən ölkələrdə insan hüquqları 

sahəsində situasiya və bütün dünya üzrə  əhəmiyyətli insan hüquq pozuntuları barədə ictimai 

hesabatları  təhlili, monitorinqi və  təqdim edilməsinin  əsas mexanizmi olan BMT-nin insan 

hüquqları üzrə əvvəllər fəaliyyət göstərən Komissiyasını əvəz edir. 

İHŞ BMT-ni Baş Asambleyası  tərəfindən seçilir və bütün üzv-dövlətlərdə insan hüquqları 

sahəsində  vəziyyət haqda periodik rəylər verir. Şuranın üzvləri ildə 10 həftə  ərzində birgə 

işləyirlər, hansı ki, öz sələfinin - insan hüquqları üzrə Komissiyanın -  görüşlərindən təxminən iki 

dəfə çoxdur. İHŞ-ə daha çox regional və yerli nümayəndə daxildir ki, bu da ölkələr üzrə 

vəziyyətini daha dəqiq monitorinq və daimi sistemiatik rəyləri təmin edir. İHŞ potensialı xüsusi 

mexanizmlərin - müəyyən ölkələrdə insan hüquqları sahəsində yaxud bütün ölkələr üzrə 

müəyyən problemlər üzrə Xüsusi prosedurlar - təsis edilməsi ilə əhəmiyyətli dərəcədə artmışdır. 

Xüsusi prosedurlar Xüsusi məruzəçi və ya müstəqil ekspert tərəfindən həm individual, həm də 

işçi qrup formasında reallaşdırılır. Onların hər biri şəxsi keyfiyyət və könüllü əsaslarla işləyir və 

İHŞ  tərəfindən etibarlı müstəqil ekspertlər içərisindən təyin edilir. Xüsusi prosedurların 

mandatları konkret ölkələr yaxud konkret ərazilərdə insan hüquqları sahəsində vəziyyət barədə 

ictimai hesabatların təhlili, monitorinqi, konsultasiyası  və  təqdim olunmasını  tələb edən ölkə 

mandatlarına və bütün dünya üzrə  əhəmiyyətli insan hüquq pozuntularınına aid tematik 

mandatlara bölünür. Hal-hazırda 30 tematik və 8 ölkə mandatı  fəaliyyət göstərir. Bütün 

səlahiyyət sahibləri  insan hüquqları üzrə Şuraya öz nəticələri və tövsiyyələri haqda hesabatlar 

təqdim etməyə borcludurlar. Bəzi hallarda Xüsusi prosedurlar insan hüquqları sahəsində 

müəyyən problem haqda beynəlxalq ictimaiyyəti xəbərdar etməyə qadir yeganə mexanizm olur. 

Psixi pozuntusu olan insanların hüquqlarına riayət edilməsi kontekstində sağlamlıq,  əlillik və 

işgəncə məsələləri üzrə üç Xüsusi məruzəçini qeyd etmək lazımdır.  

 

Sağlamlıq məsələləri üzrə Xüsusi məruzəçi  2002-ci ildə  hələ  İHŞ-nin sələfi, BMT-nin insan 

hüquqları üzrə Komissiyası tərəfindən təyin edilmişdir.Xüsusi məruzəçi hər bir insanın ən yüksək 

mümkün sağlamlıq, o cümlədən psixi sağlamlıq dərəcəsi hüququ ilə  məşğul olur. Mərizəçinin 

vəzifələrinə dövlətlərlə, hökumətlərarası  təşkilatlar və  vətəndaş  cəmiyyətləri ilə  əməkdaşlıq; 

bütün dünyada sağlamlıq hüququnun vəziyyəti haqda hesabatların təqdim edilməsi; sağlamlıq 

hüququnun qorunması  və  təbliğ edilməsi haqda tövsiyyələrin verilməsi və müvafiq tədbirlərin 

təklif olunması aiddir (UN Special Rapporteur on health report, 2005). 



16 

 

 



Əlillik məsələləri üzrə Xüsusi məruzəçi  əlilliyi olan insanlar üçün bərabər imkanların 

yaradılmasının Standart qanunların tətbiqinə nəzarəti həyata keçirir (ƏHK-dan əvvəl əlilliyi olan 

insanların hüquqlarının qorunmasının  əsas standartlarını  təsdiq edən hüquqi qeyri-məcburi 

beynəlxalq sənəd). Məruzəçi hər il sosial inkişaf üzrə BMT Komissiyası, BMT-nin sosial və iqtisadi 

şurasının funksional komissiyası qarşısında hesabat verir. Hesabatlar  Standart qanunların 

tətbiqinə  nəzarət və  təbliği haqda nəticələri və  gələcək inkişaf üzrə tövsiyyələri özündə 

birləşdirir. Beləliklə, Standart qanunlar ƏHK-nin müddəaları ilə hissəvi üst-üstə düşdüyündən, 

Məruzəçinin işi  əlilliyi olan insanların hüquqları haqda Konvensiyanın həyata keçirilməsi üçün 

birbaşa əhəmiyyət daşıyır (UN Enable, tarixsiz). 

 

İşgəncələr, qeyri-insani və  ləyaqətin alçaldıcı münasibət və  cəzalar məsələsi üzrə Xüsusi 

məruzəçi  işgəncələrlə bağlı  məsələlərin araşdırılması  məqsədilə  təyin olunmuşdur. Mandat 

2008-ci ilin iyununda 8/8 rezolyusiyasında insan hüquqları üzrə Şura tərəfindən 3 il uzadılmışdır 

(UN Special Raporteur on Torture Report, 2008). Bu Xüsusi məruzəçinin mandatı dövlətin 

işgəncələr və digər qəddar, qeyri-insani və  ləyaqət alçaldıcı münasibətə qarşı Konvensiyanı 

ratifikasiya edib-etməməsindən asılı olmayaraq bütün ölkələri  əhatə edir. Mandat özündə üç 

əsas fəaliyyət istiqamətini birləşdirir: 

 



 



dövlətləri hər hansı insana münasibətdə  işgəncə  tətbiq olunması riski haqda məlumat 

halında təxirəsalınmaz fəaliyyətə, həmçinin artıq baş vermiş işgəncə halları haqda məlumatın 

verilməsinə çağırır 

 



faktiki məlumat toplamaq məqsədilə ölkələrə səfərlərin keçirilməsi 

 



BMT Baş Asambleyasına və insan hüquqları üzrə  Şuraya işin gedişi, mandat və  fəaliyyət 

metodları haqda illik hesabatların təqdim olunması (AKİHİ / OHCHR, tarixsiz). 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin