Dünya əhalisinin təxminən 10%-i, başqa sözlə desək 650 million insan, hal-hazırda əlildir. Onlar dünyadakı ən çoxsaylı azlıqdır



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix22.04.2017
ölçüsü0,98 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   10

 

17 

 

V. İnsan hüquqları üzrə regional konvensiyalar,  



standartlar və sənədlər 

(ITHACA Toolkit, 2008)  



 

Regional müstəvidə (qitələr səviyyəsində) dünyada insan hüquqlarına riayət olunmasına 

cavabdeh olan başqa orqanlar da fəaliyyət göstərir.  İnsanlar onların fikirlərinə görə regional 

konvensiyaları pozan hökumətlərin fəaliyyətindən şikayət verə bilər və bu konvensiyalara riayət 

olunmasına nəzarət məqsədilə yaradılmış regional komissiya və  məhkəmələr belə  şikayətlərə 

baxır və müvafiq qərarlar çıxarır. 



 

Afrika 

Afrika (Banjul) xalq və insan hüquqları xartiyası (1981-ci il) riayət olunmasına Afrika xalq və insan 

hüquqları komissiyası  tərəfindən nəzarət olunan, məcburi hüquqi qüvvəyə sahib sənəddir.  

Xartiya qanun qarşısında bərabərlik hüququ, hər növ ekspluatasiya və alçaldılmadan insan 

ləyaqət və azadlığına hörmət, məhkəmə fəaliyyətindən şikayət vermə və vəkil seçmə hüququ da 

daxil olmaqla məhkəmə müdafiəsi hüququnu özündə birləşdirən hər bir insana (bəziləri psixi 

pozuntusu olan insanlar üçün xüsusi əhəmiyyət daşıyır) aid hüquq və azadlıqların geniş siyahısını 

təsbit edir.  Bundan əlavə, xartiya hər bir insanın  ən yüksək mümkün fiziki və psixi sağlamlıq 

hüququnu təsdiq edir və dövləti  əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlərin 

görülməsi və xəstələnmə halında vacib tibbi yardımla təmin edilməsi ilə vəzifələndirir. 2004-cü 

ildə Afrika xalq və insan hüquqları üzrə  məhkəmənin təsis olunması haqda protokol qüvvəyə 

mindi, 2006-cı ildə isə hakimlər təyin olundu. 

 

 Amerika 



Şimali və  Cənubi Amerikada insan hüquqlarının, o cümlədən psixi pozuntuları olan insanların, 

hüquqlarının qorunması və təbliğini təmin edən bir sıra müqavilə və konvensiyalar mövcuddur. 

Məsələn, Amerika insan vəzifələri və hüquqları deklarasiyası (1948), Amerika insan hüquqları 

konvensiyası (1978), iqtisadi, sosial və  mədəni hüquqlar sferasında Amerika insan hüquqları 

konvensiyasına  Əlavə protokol (1986) və  əlilliyi olan insanlara münasibətdə  hər növ 

diskriminasiyanın ləğv edilməsi haqda Amerikadaxili konvensiya (2001)  bütün insanlara, o 

cümlədən psixi pozuntuları olan insanların hüquqlarının qorunmasını  təmin edir. 1999-cu ildə 

qəbul olunmuş  əlilliyi olan insanlara münasibətdə  hər növ diskriminasiyanın ləğv edilməsi 



haqda Amerikadaxili konvensiya birbaşa psixi pozuntusu olan insanların hüquqlarının 

qorunmasına həsr olunmuş ilk beynəlxalq konvensiyadır.  İnsan hüquqları üzrə Amerikadaxili 

konvensiyanın tətbiq olunmasına nəzarəti insan hüquqları üzrə Amerikadaxili komissiya (İHAK / 

IACHR) və insan hüquqları üzrə Amerikadaxili məhkəmə həyata keçirir.  



 

Avropa 

1950-ci ildə  əsas insan hüquq və azadlıqlarının qorunması üzrə Konvensiya  qəbul olundu. 

Adətən bu sənəd "Avropa insan haqları konvensiyası" adlandırılır. Strasburqda (Fransa) yerləşən 

Avropa insan hüquqları məhkəməsi, Avropa Şurasının 47 üzv-dövlət nümayəndələri tərəfindən 

verilə bilən individual şikayətlər barədə  çıxarılan qərarlarda  Avropa konvensiyasının 

müddəalarının tətbiqi ilə  məşğul olur. Avropa insan hüquqları  məhkəməsi psixi pozuntularla 

əlaqədar məsələlərdə  qərarların çıxarılmasında zəngin təcrübəyə malikdir (Mental Disability 

Advocacy Center, 2007; Bartlett P., Lewis O. and Thorold O. 2006). 



18 

 

İşgəncə  və qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və  cəzalara qarşı Avropa konveniyası 



(1987-ci il). Bu konvensiyanın məqsədi hüquqların bəyannaməsi deyil, işgəncə və qeyri-insani və 

ya ləyaqət alçaldıcı münasibət və  cəzalara qarşı Avropa komitəsinin təsis olunmasıdır (İQAK / 

CPT).  İQAK Avropa Şurasının bütün üzv-dövlətlərində psixiatriya və sosial müəssisələr də daxil 

olmaqla, həbsxanaları ziyarət edir. İnspeksiyanın nəticələrinə əsasən tərtib olunmuş hesabatlar, 

dövlət onun nəşrinə icazə verdikdən sonra ictimaiyyətə  təqdim olunur (Committee for the 

prevention of torture, tarixsiz). 

Yenidən baxılmış Avropa sosial xartiyası (1996-cı il) hüquq və azadlıqları  təsbit edir və üzv-

dövlətlər tərəfindən bu hüquq və azadlıqlara riayət olunmasına zəmanətin təmin edilməsinə 

nəzarət mexanizmini - sosial hüquqlar üzrə Avropa komitəsini - təsis edir. Komitə üzv-dövlətdəki 

vəziyyətin Xartiyaya uyğun olub-olmamasını hüquqi nöqteyi-nəzərdən müəyyən edir. Bəzi 

təşkilatlar Xartiyanın pozulması məsələləri haqda Komitəyə kollektiv şikayətlərlə müraciət etmək 

hüququna malikdirlər (Council of Europe, tarixsiz). 

Avropa Birliyi Xartiyası yalnız AB hüququnu tətbiq etdikləri halda Avropa Birliyinin üzv-

dövlətlərinə şamil olunur və AB məhkəmələrində hüquqi qüvvəyə malikdir. 

Yaxın  Şərqdə 2008-ci ilin martında qüvvəyə minən  Ərəb insan hüquqları xartiyası  fəaliyyət 

göstərir. Bu alət ərəb dövlətləri Liqası Şurasının nəzarətindədir. 

Asiyada hal-hazırda insan hüquqlarının qorunması üzrə subregional struktur və mexanizmlərin 

işlənib hazırlanması imkanlarını  nəzərdən keçirən Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası 

(ASEAN) mövcuddur. 

 

Azərbaycanın psixi pozuntusu olan insanların hüquqlarının qorunması üzrə Beynəlxalq 

öhdəlikləri  

 

Azərbaycan insan hüquqları haqda əksər beynəlxalq və regional (avropa) müqavilələri 



ratifikasiya etmiş  və bununla da üzərinə bu müqavilələrlə  təyin olunan sağlamlıq imkanları 

məhdud olan insanlar da daxil olmaqlar bütün insanlara münasibətdə hüquqlarının qorunması 

üzrə öhdəlikləri  götürmüşdür. Həm ayrı-ayrı  məsələlər, həm də bütünlükdə bu öhdəliklərə 

riayət edilməsinin monitorinqi ilə  məşğul olan mütəlif beynəlxalq orqanların nümayəndələri, 

aşağıdakı  məsələlərin inspeksiyasını keçirmək məqsədilə daim Azərbaycan Respublikasına 

(OHCHR, tarixsiz) səfərlər edir: uşaq hüquqları  (əlil uşaqlar daxil olmaqla), UHK/CRC-nin yekun 

qeydlərində analiz olunur (OHCHR, tarixsiz); işgəncə  və digər qəddar, qeyri-insani və  ləyaqət 

alçaldıcı münasibət və  cəzalar,  İQK/CAT (Committee against torture, 2009) və  İQAK/CPT 

(European Committee on the prevention of torture Report to Azerbaijani Government, 2009) 

hesabatlarında analiz olunur (daha ətraflı bu modulda aşağıda, psixi pozuntusu olan insanlara 

münasibətdə insan hüquqlarının monitorinqinə həsr olunmuş bölmədə müzakirə olunur). Qeyd 

etmək lazımdır ki, 2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikasında  əlilliyi olan insanların 

hüquqlarının qorunması, diskriminasiya ilə mübarizə, qanun qarşısında bərabərlik, 

reabilitasiyanın həyata keçirilməsi, imkanların genişləndirilməsi və onların potensialının 

gücləndirilməsi, sosial müdafiə və cəmiyyətə inteqrasiyasını məqsəd qoyan əlilliyi olan insanların 

hüquqlarının qorunmasına yönəlmiş "Əlilliyi olan insanların hüquqları üzrə BMT Konvensiyası və 

əlilliyi olan insanların hüquqları üzrə BMT Konvensiyasının Fakultativ protokolunun ratifikasiyası 

haqda" qanun qəbul olunmuşdur. 2009-cu il 28 yanvarda Azərbaycanda  əlilliyi olan insanlar 

haqda BMT Konvensiyası  və  əlilliyi olan insanlar haqda BMT Konvensiyasının Fakultativ 

protokolu rəsmi qüvvəyə minmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Hökuməti əlilliyi olan 

insanların hüquqları üzrə BMT Komitəsinə BMT Konvensiyasının reallaşdırılması haqda ilk 

hesabatı təqdim etmişdir. Hal-hazırda bu hesabat və ölkə əlilliyi olan insanların hüquqları üzrə 



19 

 

Komitə  tərəfindən onun növbəti sessiyasında baxılması üçün dəqiq vaxtın təyinini gözləyir 



(OHCHR,tarixsiz). 

20 

 

VI. Psixi pozuntusu olan insanların əsas hüquqları və bu 



hüquqların qorunması üçün beynəlxalq tədbirlər 

 

Psixi pozuntusu olan insanların bütün hüquqlarına riayət olunmasının vacibliyinə baxmayaraq, 

onlardan bəziləri bu insanlar üçün xüsusi əhəmiyyət daşıyır. 

Bu bölmədə psixi pozuntusu və  əlilliyi olan insanlar üçün daha böyük əhəmiyyəti olan insan 

hüquqlarına xüsusi diqqət verilir: 

 



Ən yüksək mümkün fiziki və psixi sağlamlıq hüququ 

 



Sərbəst həyat tərzi və cəmiyyətə qoşululuq hüququ 

 



Qanun qarşısında bərabərlik hüququ 

 



Azadlıq və şəxsi toxunulmazlıq hüququ 

 



İşgəncə və ya qəddar, qeyri-insani yaxud ləyaqət alçaldıcı münasibət və cəzalardan azadlıq 

 



Diskriminasiyadan azadlıq 

Bu hüquqlar psixi pozuntusu olan insanların tez-tez rastlaşdığı bir sıra problemlərlə birbaşa 

bağlıdır. Lakin, artıq deyildiyi kimi, psixi pozuntusu olan insanlar üçün insan hüquqlarının 

əhəmiyyəti yalnız bu problemlərlə məhdudlaşmır. 



 

 



Ən yüksək mümkün fiziki və psixi sağlamlıq hüququ 

Əlilliyi olan insanların sağlamlıq hüququ digər hüquqlardan ayrı reallaşdırıla bilməz. O 

diskriminasiya ilə mübarizə və digər prinsiplər, o cümlədən sərbəstlik və müstəqillik, cəmiyyətin 

həyatında iştirak və sosial qoşululuq, müxtəlif mənsubiyyətlərə hörmət, imkanların bərabərliyi 

və  əlçatanlığı, uşaqların inkişaf edən xüsusiyyətlərinə hörmətlə  sıx bağlıdır. Sağlamlıq hüququ 

"sağlam olmaq hüququ" demək deyil

 



Bu o deməkdir ki, hökumət hər kəsin mümkün olduğu qədər sağlam olması üçün şərait 

yaratmalıdır. 

 

Bundan başqa, bu təkcə dövlətin geniş spektr səhiyyə xidmətlərini  əlçatan etməli olduğu 



demək deyil, həm də insanları  ən yüksək sağlamlıq dərəcəsinə çatmaq üçün vacib olan bir 

çox digər şeylərlə də təmin etməli olduğu deməkdir. Ən yüksək sağlamlıq dərəcəsinə çatmaq 

imkanını  şərtləndirən faktorlara əmək məşğulluğu və digər növ fəaliyyətlərin  əlçatanlığı, 

təhlükəsiz və sağlam  əmək  şərtləri, layiqli mənzil və tam dəyərli qidalanma, təhsil və 

sağlamlıq haqda informasiya imkanları və s. aiddir. 

Ən yüksək mümkün sağlamlıq dərəcəsi (həm də "sağlam olma hüququ" adlandırılan) hüququ 

ÜST-nin qanunlarında ilk dəfə əks olunmuşdur (1946), 

 



hansı ki, sağlamlığı "xəstəlik və fiziki defektlərin olmamadı ilə məhdudlaşmayan, fiziki, əqli və 

sosial rifah halı" kimi müəyyənləşdirir, 

 

həmçinin bəyan edir ki, "ən yüksək mümkün sağlamlıq dərəcəsi irqi, dini mənsubiyyəti, siyasi 



baxışları, iqtisadi və sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından 

biridir". 



21 

 

Sonralar sağlam olma hüququ insan hüquqları üzrə beynəlxalq və regional müqavilələrin geniş 



dairəsinə daxil edildi. Sağlam olma hüququnun daha etibarlı izahı 1966-cı ildə iqtisadi, sosial və 

mədəni hüquqlar haqda Beynəlxalq paktda (1966) verilmişdir; burada sağlamlıq hüququ hüquqi 

məcbur qanun kimi 12-ci maddədə təsbit edilmişdir "Hər kəsin ən yüksək mümkün fiziki və psixi 

sağlamlıq hüququ". Bu fakt xüsusi əhəmiyyət daşıyır, belə ki, sağlam olma hüququ ilk dəfə 

olaraq üzv-ölkələr üçün məcburi hüquqi qüvvə qazandı. 

Əlilliyi olan insanların hüquqları haqda Konvensiyanın 25-ci maddəsi sağlamlıq hüququ anlayışını 

genişləndirir: "əlilliyi olan insanlar əlillik  əlamətinə görə diskriminasiya olunmadan ən yüksək 

mümkün sağlamlıq dərəcəsi hüququna malikdirlər". Sağlamlıq hüququ dövlətlər üçün 

sağlamlığın qorunması  və möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin görülməsi tələbi 

deməkdir (OHCHR, tarixsiz). 

İSMHBP-nin 12-ci maddəsinə uyğun olaraq sağlamlıq hüququ psixi pozuntusu olan insanların: a)  

mövcud olan, b) rahat/əlçatan, c) qəbul olunan, d) uyğun elmi səviyyə  və keyfiyyətdə olan  

xidmətlərdən istifadə hüququnu yaradır. 

Sağlamlıq hüququnun həyata keçirilməsi üçün vacib olan bir-biri ilə qarşılıqlı  əlaqəli bir sıra 

elementlər qeyd olunur: 

 



mövcudluq: tibb müəssisələri və xidmətlər labüd miqdarda təşkil olunmalıdır; 

 



əlçatanlıq: 

-tibb müəssisələri və xidmətlər hamıya istənilən növ diskriminasiya olunmadan təqdim 

olunmalıdır, 

-tibb müəssisələri və xidmətlərin fiziki əlçatanlığı  təmin olunmalıdır, xüsusilə  əhalinin qeyri-

qənaətbəxş vəziyyətdə və  zəif qrupu üçün, 

-tibb müəssisələri və xidmətlər iqtisadi baxımdan  əlçatan olmalıdır, yəni xidmətlər qarşılığında 

məbləğ ədalət prinsiplərinə uyğun olmalı və hər kəs üçün əlçatan olmalıdır, 

-informasiya əlçatanlığı təmin olunmalıdır, yəni sağlamlıq məsələlərinə aid məlumat və ideyaları 

axtarmaq, almaq və yaymaq hüququna əməl olunmalıdır. 

 



qəbul olunan: tibb müəssisələri və xidmətlər tibbi etikaya riayət etməli və  mədəni qəbul 

oluna bilən olmalıdır; 

 

keyfiyyət: tibb müəssisələri beynəlxalq standartlara cavab verməli və yüksək keyfiyyətli 



xidmət təqdim etməlidir. 

Ən yüksək mümkün sağlamlıq dərəcəsi hüququ, insan hüquqları üzrə beynəlxalq qanuvericilikdə, 

sosial razılıqlar toplusuna - bu hüququn reallaşmasını  təmin edən normalara, qanunlara, 

təşkilatlara və  əlverişli  şərtlərə    olan  tələbdir. 14-də müəyyən edilir ki, sağlamlıq hüququ 

qidalanma, mənzil, məşğulluq, təhsil, cəmiyyətin həyatında iştirak, elmi proqressin 

nəticələrindən istifadə  və onların praktiki tətbiqi, yaşama hüququ, diskriminasiyadan müdafiə, 

bərabərlik, işgəncələrdən azadlıq, şəxsi həyatın toxunulmazlığı, informasiya əldə etmək hüququ 

və assosiasiya, toplaşma və hərəkət azadlığı kimi digər insan hüquqlarının həyata keçirilməsi ilə 

sıx bağlıdır və onlardan asılıdır (CESCR, 2000). 14-də  həmçinin səhiyyə xidmətinin və psixi 

sağlamlığın qorunmasının təşkilinin yaşama yerinə görə aparılması xüsusi vurğulanır. Bu 

xidmətlərin təmin edilməsi, mövcudluğu və əlçatanlığı haqda tələblər o deməkdir ki, xidmətlər 

yaşama yerinə yaxınlıqda təqdim olunmalıdır. 

ƏHK həmçinin üzv-dövlətlərdən  əlilliyi olan insanlara digər insanlara olunan sağlamlığın 

qorunması, o cümlədən cinsi və reproduktiv sferada olan, eyni miqdarda, keyfiyyətdə  və 

səviyyədə pulsuz və ucuz xidmət və proqramlarının təmin edilməsini tələb edir (25-ci maddı, a). 


22 

 

Bu tədbirlər  əlilliyi olan insanlara onların  əlilliyi səbəbindən vacib olan, o cümlədən erkən 



diaqnostika və əlilliyin sonrakı inkişafının qarşısını alan və minimuma endirən, həmçinin onlara 

sərbəst olmağa imkan yaradan, xəstəliyin sonrakı  kəskinləşmələrinin qarşısını alan və onların 

sosial inteqrasiyasına kömək edən ortopedik və reabilitasion xidmətlər də daxil olmaqla səhiyyə 

və sosial xidmət sferasında bir sıra xidmətləri özündə birləşdirir (WHO, 2002). Bu müddəanın 

daxil edilməsi çox vacibdir, belə ki, dövləti psixi sağlamlığın qorunmasında göstərilən xidmətləri 

yaratmağı  tələb edərək, pozitiv fəaliyyətə stimulə edir. Qeyd etmək lazımdır ki, dövlət tibb 

işçilərindən  əlilliyi olan insanlara, müalicəyə könüllü məlumatlı razılıq da daxil olmaqla, 

başqalarına göstərilən yardımın göstərilməsini tələb etməyə borcludur. Bu məqsədlə dövlətlər 

tibb işçiləri üçün müvafiq təhsil təşkil etməli və özəl və dövlət səhiyyə xidməti üçün etik 

standartlar işləyib hazırlamalıdır. 



 

 



Müstəqil həyat tərzi və yerli cəmiyyətə qoşululuq (ƏHK, 19-cu maddə) 

 

ƏHK insan hüquqları üzrə yeganə beynəlxalq sənəddir ki, onda birmənalı  və aydın  şəkildə 



cəmiyyətdə müstəqil həyat tərzi hüququ təsbit olunur. 19-cu maddə dövlətdən  əlilliyi olan 

insanların adi yaşayış yerlərində  cəmiyyətdə yaşamaq hüququnu təmin etməsini tələb edir və 

göstərir ki, dövlətlər onların cəmiyyətin həyatına tam daxil olması  və qoşulmasına  şərait 

yaratmaq üçün effektiv və labüd tədbirlər görməlidir. Daha sonra maddədə deyilir ki, əlilliyi olan 

insanlar harada və kimlə yaşayacaqlarını seçmək imkanına sahib olmalıdırlar və onları hansısa 

müəyyən mənzil  şərtlərində yaşamağa məcbur etmək olmaz. Bu da vacibdir ki, ƏHK-nin 19-cu 

maddəsinə əsasən, insanlara yerli cəmiyyət əsasında yerli cəmiyyətdə həyata dəstək olmaq və 

ona qoşulmaq, o cümlədən təcrid olunmanın və yerli cəmiyyətdən seqreqasiyanın qarşısını 

almaq  üçün labüd şəxsi kömək də daxil olmaqla evdə, yaşayış yerində  və digər köməkçi 

xidmətləri  əlçatan etmək vacibdir. 19-cu maddədə müəyyən olunan daxil olma və qoşulma 

konsepsiyası o cümlədən təhsil,  əmək və  məşğulluq, siyasi, ictimai və  mədəni həyatda iştirak, 

həmçinin asudə vaxtının keçirilməsi, istirahət və idman hüququna aid Konvensiyanın digər 

maddələrində də işıqlandırılır (WHO QualityRights tool kit, 2012). 19-cu maddədə təsbit olunan 

müstəqil həyat tərzi və  cəmiyyətə qoşulma hüququ ƏHK-da müəyyənləşdirilən  əlilliyi olan 

insanlara münasibət paradiqmasının dəyişilməsinin  əsas göstəricilərindən biridir. ƏHK-nın 

müddəalarından belə  nəticəyə  gəlmək olur ki, cəmiyyətdə yaşamaq müstəqil yaşamaq üçün 

əlavə "xüsusiyyət", "səlahiyyət" və "bacarıq" sübutu tələb etməyən ayrılmaz hüquqdur. Bir sıra 

hallarda köməkçi xidmətlər lazım ola bilər və beləliklə, əsas məqsəd əlilliyi olan insanlara sərbəst 

yaşamaqda və yerli cəmiyyətə qoşulmaqda köməyin təşkil edilməsi olur. Bu hüququn qəbul 

olunması bir çox ölkələrdə siyasətin yaşayış yerinə görə sağlamlığın qorunması xidmətinin 

yaradılması (Open Society Foundation Report, 2011) və hər kəs üçün "digər insanlarla bərabər 

şəkildə öz yaşayış yerini, harada və kimlə yaşamağını, hansısa müəyyən mənzil  şəraitində 

yaşamaq məcburiyyəti olmadan seçmək imkanının" təmin olunması istiqamətində inkişafını 

stimulə edir (CRPD, maddə 19 a). Bundan başqa, "ümumi əhali üçün nəzərdə tutulmuş kollektiv 

istifadə xidmət və obyektləri, əlilliyi olan insanlar üçün bərabər çəkildə əlçatan olmalı və onların 

ehtiyaclarına cavab verməlidir" müddəası,  əlilliyi olan insanlara, psixi sağlamlıq və  əqli inkişaf 

problemləri olan şəxslər üçün əlçatan gündəlik xidmətlərin (mənzil, gündüz mərkəzləri, evsizlər 

üçün sığınacaq, nəqliyyat və b.) təqdim olunmasını tələb edir (ITHACA Toolkit, 2008). 

 



 



Qanun qarşısında bərabərlik (ƏHK, maddə 12) 

 

Əvvəl xatırladıldığı kimi, ƏHK-da  əlilliyi olan insanlara proqressiv münasibət və yanaşmanı  əks 



etdirən paradiqmanın dəyişməsi təsbit olunmuşdur. Paradiqma dəyişikliyinin  ən  əhəmiyyətli 

əlamətlərindən biri əlilliyi olan insanlara qanun imkanlarının möhkəmləndirilməsindən ibarətdir. 



23 

 

ƏHK əlilliyi olan insanlara münasibətdə məhdudiyyətlərə son qoyur və bəyan edir ki, əlilliyi olan 



insanlar digərləri ilə bərabər qanun imkanlarına malikdirlər və üzv-dövlətlər əlilliyi olan insanlara 

qərar qəbul etmək hüququnun reallaşdırılmasında lazım ola biləcək dəstəyi əlçatan etmək üçün 

müvafiq tədbirlər görməlidir. Hüquq səlahiyyəti  əlilliyi olan insanların hüquqları haqda 

Konvensiyanın 12-ci maddəsində baxılır. Bu məsələ geniş diskussiyaların predmeti olmuşdur. O 

həm də əlilliyi olan insanlar, hüquqşünaslar, qeyri-hökumət təşkilatları, insan hüquqları üzrə Ali 

komissarın böyük qayğısını oyadır və reallaşdırılması zamanı xüsusi diqqət tələb edir 

(International Disability Alliance, 2008). 

ƏHK 12-ci maddədə deyilir ki, əlilliyi olan insanlar hər yerdə hüquq subyektləri kimi qəbul 

olunmaq hüququna malikdirlər. Onda həmçinin bir daha təsdiq olunur ki, əlilliyi olan insanlar 

həyatın bütün aspektlərində digər insanlarla bərabər hüquqa malik olma səlahiyyətinə 

sahibdirlər. Burdan belə  nəticə  çıxır ki, əlilliyi olan insanların onların maraqlarına, o cümlədən 

müalicələrinə, yaşayış yerinin seçilməsi,  şəxsi və iqtisadi məsələlərə aid maraqlarına, aid 

qərarların qəbul olunmasında əsas rol oynamalıdırlar.  

12-ci maddə  həm də  təyin edir ki, lazım olan halda, şəxsə hüquqa malik olma səlahiyyətinin 

reallaşdırılmasında dəstək təqdim olunmalıdır. Beləliklə,  ƏHK-da qərarların qəbul olunmasına 

dəstək anlayışı daxil edilir. Qərarların qəbul olunmasında dəstək, qərarların qəbul olunmasına 

psixi pozuntusu olan insanın onun problemlərinə birbaşa aid qərarları müzakirə və konsultasiya 

etmək üçün qəyyum və ya qəyyumlar qrupunu seçməsini də daxil edir. Qəyyum psixi pozuntunu 

anlamağa kömək edə və onun müalicəsinə aid mövcud variantlar arasından seçim edə (məsələn, 

müalicə almaq lazımdırmı, harada müalicə almaq olar, hansı növ müalicəni seçmək lazımdır və 

s.), və ya edilən seçim barədə  zəruri hallarda üçüncü tərəfə  məlumat ötürə bilər. Onlar digər 

insanlara bunları başa düşməyə kömək edə bilərlər ki, sağlamlıq imkanları məhdud olan insanlar 

da  şəxsi tarixə, maraqlara və  həyat məqsədlərinə sahibdirlər və öz hüquqa malik olma 

səlajiyyətlərini istifadə etməyə qadirdirlər. Dəstəkli qərar qəbul etmədə  hər zaman həmin 

qərarın birbaşa onun həyatına təsir edən əlilliyi olan insanın xeyrinə prezumpsiya diqqətə alınır 

(UN, 2007). 

 



 



Azadlıq və şəxsi toxunulmazlıq hüququ (ƏHK, maddə 14) 

 

Bu hüquq VSHBP-nin 9-cu maddəsində, həmçinin  ƏHK-nın 14-cü maddəsində müəyyən edilir. 

ƏHK-nın 14-cü maddəsi müəyyən edir ki, "əlilliyin olması  qəti surətdə azadlıqdan məhrum 

edilmə üçün əsas ola bilməz". Bu müddəa psixi pozuntusu olan insanların bir neçə ay, bəzən isə 

illər  ərzində sistematik olaraq psixiatriya müəssisələrində saxlanılması hallarına cavabdır. Bu 

müddəa məcburi hosptalizasiya problemi və ya qapalı tipli sosial müəssisələrə yerləşdirmə 

kontekstində son dərəcə əhəmiyyətlidir. 

Bəzi təşkilatlar, məsələn,  əlillik məsələləri üzrə Beynəlxalq alliansa görə (IDA, tarixsiz) (əlillik 

problemləri ilə  işləyən təşkilatları birləşdirən birlik, ƏHK-nın hazırlanmasında mərkəzi rol 

oynamışdır) bu maddə o deməkdir ki, istər əlilliyi olan insanın öz təşəbbüsü ilə, istərsə də özünə 

yaxud başqalarına zərər yetirmə və ya cinayət törətmə kimi digər kriterilərə görə əlillik heç bir 

halda azadlıqdan məhrum edilmə üçün əsas ola bilməz. Onların mövqeyi bu sitatda ifadə 

olunmuşdur:  "Azadlıq hər hansı diskriminasiya olmadan qəbul olunmalı  və  həyata keçirilməli 

əsas hüquqdur. Ayrı-ayrı standart və prosedurlar (məsələn, qapalı tipli müəssisəyə  məcburi 

yerləşdirilmə və ya hospitalizasiya) əlilliyi olan insanları azadlıqdan məhrum etmək üçün istifadə 

edilməsi halları insan hüquqlarının pozulmasına bərabərdir. Bu problemə  ƏHK-nın 3, 14, 19 və 

25-ci maddələri aiddir. ƏHK-nın 14-cü maddəsi üzv-dövlətlərə  "əlilliyin olmasının heç bir halda 

azadlıqdan məhrum olmaya əsas olmamasına" zəmanət vermə öhdəliyini qoyur, ƏHK-nın 19-cu 


24 

 

maddəsi isə əlilliyi olan insanlara cəmiyyətdə yaşamaq, digər insanlarla bərabər şəkildə harada 



və kimlə yaşamağı seçmək hüququna zəmanət verir (IDA, tarixsiz)." 

Başqa mövqe bu cümləni başqa cür izah edir: əlillik özü özlüyündə heç bir halda azadlığın 

məhdudlaşdırılması üçün əsas ola bilməz, lakin, özü və  ətrafdakı insanlar üçün təhlükə kimi 

başqa kriterilərlə birlikdə qeyri-könüllü hospitalizasiya üçün əsas ola bilər. Buna görə də hər bir 

ölkəyə azadlığın məhdudlaşdırılmasının  əlavə kriterilərini müəyyənləşdirici qanunvericilik 

lazımdır. Bir çox hallarda özü və  və  ətrafdakı insanlar üçün zərər riskinin qiymətləndirilməsinə 

ehtiyac duyulur. Həbs olunma məhkəmə  və müstəqil ekspertizanın keçirilməsi kimi 

qanunvericilik və prosessual zəmanətə uyğun olduqda həyata keçirilməlidir. 

Gözlənilir ki, insan hüquqları üzrə Komitə bu mübahisəli məsələ üzrə  buraxacaq. Necə 

olmağından asılı olmayaraq, aydındır ki, məcburi hospitalizasiya və qeyri-könüllü müalicə azadlıq 

və öz müqəddəratı təyin etmə hüququ ilə toqquşur. Bununla əlaqədar olaraq, əsassız məcburi 

müalicə və psixiatriya stasionarına yerləşdirilmədən müdafiə olunmaq üçün müstəqil məhkəmə 

mexanizmləri yaradılması  və  şikayətlərə baxılma və apellyasiya prosedurları hazırlanılması 

vacibdir.  

Məcburi müalicə problemi daha ətraflı psixi pozuntusu olan şəxslərin qeyri-insani və  ləyaqət 

alçaldıcı münasibətdən azad olma hüququnun baxıldığı olunduğu bölmədə müzakirə olunacaq.   

 



 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin