«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə28/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   24   25   26   27   28   29   30   31   ...   149
«Doqquz Bitik» s-ras-

Paqas  məntəqəsinə  yaxın  1903-cü  il  xəritəsində  Taparavan  gölü  və  Poqi 
kəndi
 
vardır.
 
Pevtinqer  xəritəsindəki  Apulum  dağadı  orada  türkcə  olan 
iki Böyük və Kiçik Abul dağının adını əks etdirir.
 
Y.
 
A.
 
Manandyanın ver-
diyi Kaspi,  Metkuri məntəqə  adları  da türkmənĢəlidir. Asqur  yaxınlığında 
Kür  üzərindən  keçid  yerinin  xəritədə  «Kür  qırağı»  anlamını  verən  Ad 
Metkurium adlanması təbiidir,
 
çünki iber boyları (gürcülər) türk hidronimi 
olan  Kür  çayına  Mtkvari  (mt-kuari)  deyir  və  rumlar  bu  deyimi  xəritədə 
vermiĢlər. 
Qədim  Azərbaycanın  türk  sakinlərinin  adı  olan  «kaspi»  etnonimi 
ayrı-ayrı
 
bölgələrə
 
yayılan bu protoazər
 
boylarının azər/xəzər
 
adının
 
baĢqa 
bir türk dialektində formalaĢmıĢ variantıdır.
130
 
Qədim Azərbaycanda kas-
pi boylarının əsas yayılma sahəsi Xəzər yaxaları olsa da, onların Kürün 
yuxarı axarlarında bir neçə bölgədə  görünməsi də təbiidir. Ġber üzərinə 
yürüĢündə Pompey iki ayrı-ayrı Kaspi məntəqəsindən keçməli olur.
131
 
 
Pompeyin yolunda birinci Kaspi haqqında Dion Kassinin məluma-
tından  fövqəladə  uğurla  bəhrələnən  Y.  A.  Manandyan  mətndəki  ’Ασπί 
adını yeni Xospi (Kaspi) toponimi ilə eyni saymıĢ, əvvəlki tədqiqatçılar-
dan fərqli olaraq, Dion Kassinin dediyi kimi, rum legionunun hər iki qıĢı 
məhz Kür qırağı olan bu bölgədə qıĢladığını düzgün müəyyənləĢdirə bil-
miĢdir.
132
  Yalnız  Dionun  mətnində  adın  yanlıĢ  yazıldığını  güman  edən 
alim
 
onun Kaspi
 
Ģəklində
 
yazılmalı olduğunu qeyd etmiĢdir ki, buna lü-
zum yox
 
idi, çünki qədim yunan yazısında apostroflu həmin ad elə Haspi
Xaspi Ģəklində oxunur. Həm də nəzərə alınmalıdır ki, protoazər dialektlə-
rində
 
azər  /  xəzər
 
deyimi  fərqləndiyi  kimi,  kaspi  etnoniminin  də  aspi
 

haspi
 
/
 
xaspi variantları vardır. 
Beləliklə, Pompey ArtaĢatdan çıxıb, qədim türk hidronimi kimi o 
çağın  xəritələrinə  düĢən  Kasax  çayının  qırağındakı  qədim  as  boyunun 
                                                 
130
 Azər xalqı, 17. 
131
 Kaspi boyndan bəzi uruqların  Avropaya gedib çıxmasını da görmək olur. Ölkəsin-
dən  sürgün  edilən  Ovidiy  yazdığı  əsərində  yerlilərdən  eĢitdiyi  bir  rəvayəti  təkrar  edərək 
deyir ki, keçmiĢdə Dunay çayının deltasında kaspi boyundan olan Egis möhkəm bir qala 
tikdirmiĢ və ona öz adını vermiĢdir (Подосинов, 1985, 122).  
132
  «Ġndiyə  qədər  tarixi-coğrafi  tədqiqatlarda  izah  edilməyən  bu  formanın  Pevtinqer 
xəritəsində  Caspiae  ilə  müqayisəsi  Pompeyin  legionla  66/65  və  65/64-cü  illərin  qıĢını 
Qoqaren  vilayətinin  Kürqırağı  bölgəsində  qıĢladığını  kifayət  qədər  aydın  təyin  edir» 
(Манандян, 1939, 74). 


 
57 
saldığı  AĢtarak  yurduna  gəlir  və  buradan,  əvvəllər  deyildiyi  kimi,  çayın 
solu ilə  yox, Ələyəz dağının ətəyindəki ovalıqla, yəni sağ sahil boyunca 
quzeyə - Qanlıcaya doğru irəliləyir. Qanlıcadan sonra Arpaçay boyunca 
yuxarı qalxıb
 
Göyər
 
(Gögər)
 
mahalının Kaspi bölgəsinə girir.
 
QıĢı burada 
keçirir, albanlarla ilk dekabr savaĢı da burada olur.
133
 
Pompeyin  yazbaĢı  kompaniyası,  iberlərlə  savaĢı  və  Potiyə  qədər 
getməsi mövzumuz
 
üçün
 
elə
 
bir  əhəmiyət daĢımır

sadəcə, bu yola qısa 
bir
 
diqqət yetirmək kifayətdir.
 
Onun  Borçalı 

Poti  marĢrutu
 
Göyər
 
ma-
halının Axısqa bölgəsindən baĢlanır. Kürün sol yaxasına keçən
 
Pompey 
Asqura  -  Barjom  yolu  ilə  çayboyu
 
irəli
 
gedir,
 
sonra  Kürün  sağ  sahilinə 
keçib,  Strabonun  Araq  formasında  verdiyi  Araqvi  çayının  Kürə  qovuĢ-
duğu bölgədə rum xəritəsinin göstərdiyi Qarmozika bölgəsində Ġber çarı 
Artokun ordusunu məğlub edib, Potiyə doğru geri qayıdır. Kürün Lexura 
çayını qəbul etdiyi və hər iki yaxası Kaspi adlanan bölgədə indiki Kaspi 
Ģəhərindən  və  Surami  aĢırımından  keçib,
 
Rion  çayı  boyunca  Qara-dənizə 
enir.  Rum
 
savaĢ
 
donanması
 
ilə onu Poti
 
limanında
 
gözləyən
 
Serviliyanı
 
Bospora göndərib, özü legionu ilə
 
Azərbaycana qayıdır. Dion
 
Kassinin
 
verdiyi
 
məlumata
 
görə
 
o,
 
Kürboyu
 
qısa yolla deyil,
 
Ərmən tərəfdən dolayı 
yolla Alban ölkəsinə keçir. 
Pompey Potidən Ərmənə daha qısa Ġmeret yolu ilə geri dönür, xəri-
tədə Ad fontem felikem dayanacağı kimi verilən məntəqəni və Zekar aĢırı-
mını keçir. Yolda vuruĢduğu yerli boylar legionun üç koqortunu məhv 
edir.
134
 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin