«Doqquz Bitik» sırası


Quzey  Azərbaycana  Pompeyin  yürüşü



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə25/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   21   22   23   24   25   26   27   28   ...   149
«Doqquz Bitik» s-ras-

Quzey  Azərbaycana  Pompeyin  yürüşü.  Keçən  eranın  son  yüzili 
Ön  Asiya  xalqlarının  tarixində  elə  bir  ciddi  dəyiĢiklik  yaratmadı.  Yenə 
əvvəlki kimi Batıda Roma, Doğuda Part imperiyası meydanda at oynadıb, 
gücü
 
çatan bölgələrdən bac-xərac toplayır,
 
bunun
 
cəfasını isə
 
arada qalan 
xalqlar  çəkirdi.  Bu durumda  Ərmən  ölkəsi  daha  pis  vəziyətdə  idi,  çünki 
hər  iki  imperiya  öz  sərhədini  geniĢləndirmək  istəyəndə  mütləq  Ərməni-
yədə  üz-üzə  durmalı  olurdu.  Bu  ölkənin  doğu  bölgələri  türkmən-saqa 
soylarından  olan  Ərsaq  sülaləsinin  qurduğu  Part  (Parfiya)  dövlətindən, 
Fərat çayının yuxarı axarlarından batı tərəflər isə
 
rumların əlində
 
idi.
 
Ər-
mən çarı gah bu, gah da
 
o biri imperiyaya sığınmaqla siyasi səhnədə
 
qalır, 
çox
 
vaxt
 
kanton bölgə kimi bu durum hər
 
iki imperiyaya sərf
 
edirdi.
 
Pom-
pey belə bir vaxtda Ərmən ölkəsini keçib Azərbaycana girmiĢdi. 
Rumlara  məğlub  olandan sonra Kolxidaya  qaçan  Pont  çarı  Mitri-
datı təqib edən Pompey iki il (m.ö.66-64) Güney Qafqazda yerli boylarla 
vuruĢmalı olur. Öncə ərsaqlardan asılı olan Tiqranı məğlub edib, Ġber öl-
kəsinə doğru gedir və bu arada ona hücum edən albanlarla savaĢır, sonra 
iberləri məğlub edib, indiki Poti limanına enir. Onu burada gözləyən rum 
gəmilərini Bosfora göndərir, özü isə legionla geri qayıdıb Albana  yürüĢ 
edir.
 
Xəzər
 
dənizindən üç günlük məsafədə savaĢdan sonra
 
Ponta qayıdır. 
Ġki illik yürüĢdə hər iki qıĢı Borçalı mahalının Kaspi bölgəsində keçirən 
Pompeyin Güney  Qafqazdakı  savaĢ  tarixinin qısa  xülasəsi belədir  və  bu 
barədə Strabon, Plutarx, Dion Kassi və baĢqa antik yazarların verdiyi mə-
lumat
 
XIX
 
əsrdən  üzübəri  müxtəlif  yöndən  dəfələrlə  Ģərh  edilmiĢdir.
119
 
  
Pompeyin bu yürüĢünə aid akademik Y.
 
A.
 
Manandyanın yazdığı məqalə 
bəzi qüsurlarına baxmayaraq, elmi dəyərini bugün də itirməmiĢdir.
120
 
 Bu 
barədə indiyə qədər deyilmiĢ fikirlərlə rumların  IV əsr dünya xəritəsində 
(Tabula Peutinqeriana) verilən maqistral yol, məntəqə və karvansaraylara 
aid  bəlgələri  müqayisə  edib,  Pompeyin  Azərbaycana  yürüĢ  marĢrutunu 
aydınlaĢdırmaq mümkündür. Oxucu üçün asan olsun deyə, yürüĢün yönü 
aĢağıdakı xəritədə verilmiĢdir: 
                                                 
119
  Моммзен,  1887;  Th.  Reinach,  1890;  Chapot,  1907;    Miller,  1916;  Markwart  1928; 
Тревер, 1959; Велиев, 1983;  və b. 
120
  Манандян, 1939. 


 
53 
Pompey  yürüĢə  Fəratın  yuxarı  axarında  Pasin-suyun  Araza  qovuĢ-
duğu  Körpü-köydən  baĢlayır;  burada  atasına  qarĢı  çıxmıĢ  gənc  Tiqranla 
görüĢür, yanına onu da alıb Dəli-baba aĢırımından ƏləĢkird ovasına keçir, 
buradan  Üç-kilisəyə,  oradan  da  Karvansaray  (Qucax)  aĢırımı  ilə  Ġqdıra
 
enir,
 
Arazı
 
keçib
 
ermən çarı oturan ArtaĢata yaxınlaĢır. Ərsaq dövlətinin 
tabeliyində  olan  Ermən  ölkəsinin  əsas  əhali  azər  türkləri  olan  bu  doğu 
bölgəsinə haylar kiçik qruplarla yenicə sızmağa baĢlamıĢdı. Hələ bir əsr 
sonra da bölgənin azər ölkəsi olması Strabonun bu qeydində aydın görü-
nür, o yazır ki, Azar
 
ölkəsində
 
Araz
 
çayı
 
ArtaĢatın
 
yanından
 
keçir.
121
 
Məhz 
bu Ģəhərdə Tiqran rumlara döyüĢsüz təslim olub, Rum vassallığını qəbul 
edir.  Bundan  qəzəblənən  Ərsaq  çarı  Pompeydən  gənc  Tiqranı  tələb  edir 
və Ərsaq-Rum sınırının Fərat yaxası olduğunu ona xatırladır. Plutarxın 
yazdığına görə, Pompey cavab verir ki, gənc Tiqran ərsaqların qohumu 
olsa
 
da,
 
atası
 
Tiqran rum tərəfdarıdır, sərhədlər isə ədalətlə bölünəcək.
122
 
Görpü-köydən ArtaĢata qədər 15-20 günlük durumu Plutarx qısaca 
belə verir: «Atasına qarşı çıxan gənc Tiqranın çağırışı ilə Ərməniyə gələn 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin