«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə27/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   23   24   25   26   27   28   29   30   ...   149
«Doqquz Bitik» s-ras-

xazdar  (azlar)  forması  az/xaz  etnoniminin  tarixi  üçün  gərəkli  bəlgədir. 
Hay yazılarında Baqavan Ģəklində iĢlənən Baqauna indi Üçkilisə adlanır, 
rus hərbi xəritəsində (1903) isə Qarakilisə kimi  verilmiĢdir ki, bütün bu 
adlar qədim ocaq yeri olan Baqa məbədi ilə bağlıdır, bu da qədim türkcə 
tanrı adlarından biridir. 
Pompey ArtaĢatdan çıxıb quzeyə yönəlir ki, qıĢı Borçalıda keçirsin 
və Kolxidaya arxadan  girmək üçün  yaz kompaniyasını  oradan baĢlasın 
və bunun üçün yuxarıda iber, sağda alban boylarının ona hücum etməyə-
cəyinə
 
arxayın
 
olmalı idi.
 
Həmin cinahları təhlükəsiz etmək üçün Ġber və 
Alban çarlarının razılığını alır. Lakin 66/65-in qıĢını keçirdiyi Borçalının 
Axıska (Kaspi)
 
bölgəsində
 
rum
 
əsgərləri
 
17 dekabrda saturnaliy bayramını 
qeyd edib  Ģənləndikləri vaxtda  albanlar  qəfil hücum edir.  Appian  qeyd 
edir ki, bu hücumda Ġber çarı Artokun baĢçılığı ilə iberlər və Alban çarı 
                                                 
125
 HG
,  43-44.
 


 
55 
Uruzun  (Oroyz)  baĢçılığı  ilə  alban  boylarının  birləĢmiĢ  qüvvələri  iĢtirak 
edirdi.  Plutarx  və  Dion  Kassi  isə  bu  döyüĢdə  yalnız  alban  boylarının 
Kürü keçib Pompeyə hücum etdiyini və məğlub olub geri qayıtdığını ya-
zırlar. 
ArtaĢatdan Qoqar bölgəsindəki Axıskaya yaxın Kür çayına qədər 
Pompeyin  ƏĢtərək,  Ağbaba,  ġörəyel  (Siraq-el),
 
Pəmbək  bölgələrindən 
keçdiyi yolu Pevtinqer xəritəsi üzrə izləyən Y. A. Manandyan xəritədə bu 
yol üzərindəki məntəqələri müasir adları ilə müqayisədə belə verir:
126
 
Stranguriya  - AĢtarak,    
Apulum - Abul dağı, 
Condeso  - Kondaxsaz,    
Ganlita - Qanlıca, 
Paqas - Toporavan gölü,   
Caspiae - Xospiya (Kaspi), 
Ad Metcurium - Asqura yaxınlığında keçid
 
Bu
 
adlar üzərində geniĢ dayanmağa imkan olmasa da, bəziləri haq-
qında bir-iki söz deməyə ehtiyac vardır. Belə ki, AĢtarak/ƏĢtərək adının 
o çağlarda *as-tarañur forması və bunun  yabançı tələffüzdə  (a)strangur 
deyimi  ilə  rum  xəritəsinə  Strangur(iya)  Ģəklində  düĢməsi  mümkündür. 
Belə düĢünmək olar ki, bu toponim  Urartu çağında  yaranmıĢdır, çünki 
urartular
 
AĢtarak
 
bölgəsinə düĢmən az/as boyunun ölkəsi kimi girdiklərini 
qeyd  etmiĢlər.  Toponimin  ikinci  hissəsi  qədim  turk  dilində  «dağıtmaq» 
anlamlı tara- feili ilə iĢəndiyi üçün bütöv toponim «as dağılan» yer məna-
sını verir.
127
  
AĢtarakdan sonra Kasax çayının yuxarı axarının solunda verilən Kon-
deso məntəqəsi buradakı türk toponimi Kondaxsaz ilə eyniləĢdirilmiĢdir. 
Bu  da  mümkün  haldır,  lakin  bu  yerlərin  toponimikasını  dərindən  tədqiq 
edən Aslan Bayramov Qundaqsaz kəndini Kasax çayının solunda deyil, 
sağında Ələyəz rayonu ərazisində verir.
128
 
Xəritədəki məntəqə Qundaqsaz 
adına bənzəsə də, türk ellərində daha yayğın Gündüz toponimini xatırladır. 
1590-cı  il  sənədində  qeyd  olunan  yaxın  bölgədəki  Qundaq  yaylası
 
da 
Qondas
 
ilə
 
müqayisə
 
oluna  bilər.
129
 
  Bu
 
baxımdan,
 
Y.  A.  Manandyanın
 
müqayisəsi o
 
qədər də inandırıcı deyil. Alimin xəritədəki Qanlita məntə-
qəsinin
 
indiki
 
Qanlıca
 
olduğunu
 
deməsi isə
 
Ģübhəsiz bir
 
gerçəklikdir,
 
çünki 
bu adı
 
rumlar
 
yalnız
 
qanlita
 
formasında
 
tələffüz edib, elə də yaza bilərdi-
lər,  ayrı  variant  mümkün  deyil.  Kümrünün  yaxınlığında  olan  Qanlıca 
                                                 
126
 
Манандян, 1939, 75. 
127
 Müqayisə et:  anuñ süsin taradı «onun qoĢununu dağıtdı» (ДТС, 536). 
128
 Байрамов, 1996, 166. 
129
 EAMTĠL, 221. 


 
56 
Pompeyin həm Ġber, həm də Alban ölkəsinə getdiyi  yolun üzərindədir. 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin