«Doqquz Bitik» sırası



Yüklə 6.86 Mb.
Pdf просмотр
səhifə1/29
tarix23.06.2017
ölçüsü6.86 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

 

 
 
 
              «
Doqquz Bitik
» 
sırası 
 
 
   I Bitik.  Tarixi qaynaqlar  (2014)
 
 
 
   II Bitik. Tarixi coğrafiya  (2014)
 
 

   III Bitik. Azərbaycanda qurulan qədim dövlətlər 
 

   IV Bitik. Tarixi etnoqrafiya  
         

    V Bitik
.  
Mifologiyada tarix 
 

    VI BitikƏdəbiyat və folklorda tarix
 
       

    VII BitikAzər (türk) dilinin tarixi 
 
 

    VIII Bitik. Tarixi onomastika 
      

    IX BitikAzərbaycan türklərinin soykökü  
      
 
 
 
 
 
 

 

 
Firudin Ağasıoğlu 
 
 
 
 
 
 
 
 
 
II  Bitik 
 
TARĠXĠ 
COĞRAFĠYA 
 
 
 
 
 
 
 
 
  Bakı - 2014 
 
 
 Doqquz 
Bitik 
 AZƏRBAYCAN TÜRKLƏRİNİN 
 İSLAMAQƏDƏR TARİXİ 

 

 
 
Elmi redaktor:  Akad. Budaq Budaqov,  
                         Prof. Dr. Qiyasəddin Qeybullayev 
 
Redaktor:  Prof. Dr. Ramiz Əskər,  Şahvələd Çobanoğlu 
 
 
 
Firudin  Ağasıoğlu.  Azərbaycan  türklərinin  Ġslamaqədər  tarixi. 
(Doqquz Bitik); II Bitik: Tarixi coğrafiya. Bakı, 2014, «Ağrıdağ» 
nəĢriyatı,  275 s. 
     Azərbaycan türklərinin Ġslamaqədərki tarixindən bəhs edən bu 
əsərin  II  cildində  azər  xalqının  tarixi-etnik  coğrafiyası  araĢdırıl-
mıĢdır.  Urmu  teoriyası  baxımından  öyrənilən  oykumenlər,  etnik 
demoqrafiya,  kosmonimiya,  biosfer,  yollar,  coğrafi  durum,  areal 
izoqlosları, adı və yeri dəyiĢən toponimlər, çay və dağ adları kimi 
məsələlər diqqətə alınaraq, prototürk və protoazər boylarının ilkin 
Atayurdunun coğrafi koordinatları müəyyən edilmiĢ, tarixi köçlər 
haqqında yeni baxıĢ ortaya qoyulmuĢdur.  
      Burada Alban, Aran, Atropaten, Azərbaycan və Ərməniyə ad-
larının  əvvəlki  etimologiyalarından  fərqlənən  yeni  açımı  verilir. 
Bu  ölkə  adlarının  (xoronimlərin)  yeni  yozumu  yazılı  qaynaqlar-
dakı bəlgələrin etnolinqvistik tədqiqi ilə yorumlanmıĢdır.   
 
 
 
 
 
 
 
 
(Müəllif hüquqları agentliyi. ġəhadətnamə № 5797) 
                                                                  © Ağasıoğlu 
© «Ağrıdağ» nəĢriyatı, 2014 

 

                                
 
 BAŞLIQLAR 
 
1. Tarixi coğrafiya və etnologiya 
……...........……… ……….….
 
4
        
Oykumen
……………………………......…………………...……5
 
Demoqrafiya

………………………......………… ..…….…..  8
 
Biosfer 
…… …………………………….....……………....…..  14
 
Kosmonimiya
……

…………………….....…….
.
……..…...  22 
Coğrafi durum
……………………..…….....…………..……..  35 
Yollar
………………………
……
…………..…….....….......…. 40         
 
2. Tarixi coğrafiya coğrafi dilçilik işığında
 
….................….. 60 
Bölgəsəl sözlər (Areal izoqlosları)


.
........……...
…… 60 
Qədim coğrafi adlar (Paleotoponimiya)
…......

….……. 74 
Hidronimlər
…………………………..…………....…..….…..118 
Oronimlər
……
...…
…………………………………..…....… 147 
Adı dəyiĢən toponimlər
……
..…………….…….…......….. 168 
Yeri dəyiĢən toponimlər
......
…...……………….....….…… 172
 
3. Tarixi köçlər

….
…..
……………………………….....……… 179 
Köçün səbəbləri
….
………...…………………….....….…… 179 
Köçün növləri
…...………………………...……....………… 185 
Köçəri köçləri 

………………………...…….... …………..195
 
4. Türklərin Atayurdu
 
……………..….……..……....………… 208 
Prototürk Atayurdu
….………………..…..………....…

… 210 
Protoazər
 
Atayurdu
………………..…...…
...
……....……… 217 
Türklərin ikinci Atayurdları
…………..………....……….. 219
 
5. Etnik coğrafiya
 

……...………………………….... ……...… 228 
Ədəbiyat
……………………………………......………...….....…… 245 
Qısaltmalar 
....................................................................................... 271 
 
 

 

1. TARĠXĠ COĞRAFĠYA VƏ  ETNOLOGĠYA 
 
Etnosun doğum yeri və etnogenez fazalarının gerçəkləĢdiyi
 
coğrafi 
məkan
 
Atayurd adlanır.
 
Bu ilkin yurdun arealını dəqiq müəyyənləĢdirmək 
müasir  etnologiya  elmində  ən  çətin  problemlərdən  biridir  və  hər  hansı 
bir  xalqın  tarixinin  obyektiv  yazıla  bilməsi  gerçək  Atayurdun  düzgün 
tapılmasından asılıdır.
 
Bugünə qədər türk etnosunun yarandığı ilkin areal 
Ön Asiyada 
 
deyil

yanlıĢ olaraq Altay
 
çevrəsində
 
axtarıldığı üçün Türk dil 
ailəsi  daxilindəki  subetnos,  etnos  və  superetnosların  Ġslamöncəsi  tarixi 
düzgün  yazılmamıĢ,
 
bir-birini  tamamlamaq  əvəzinə,
 
biri  digərini  inkar 
edən
 
yozumlar və ziddiyətli fikirlər ortaya çıxmıĢdır.  
Atayurd  problemini  quru  nəzəriyə  ilə  deyil,
 
faktlara  əsaslanan 
metodlarla  öyrənmək  lazımdır.  Bunun  üçün  antropoloji,  arxeoloji,  etno-
linqvistik,  etnokultur  bəlgələrlə  yanaĢı,  geoekoloji,  biososioloji  və  tarixi-
coğrafi sahələrin sintezindən yararlanan etnologiya elmi tarixi onomastika, 
qonĢu etnoslarla münasibətlər, tarixi miqrasiyalar, areal dilçiliyi və tarixi 
demoqrafiya  məsələlərini  də  nəzərə  almalıdır.  Çünki  müəyyən  zaman  və 
müəyyən məkan daxilində yaranıb formalaĢan etnos canlı qurum olduğu 
üçün ətraf mühit, doğal Ģərait onun etnik atributlarına öz damğasını vurur 
və bu damğanın izi etnik stereotipdə,  yaĢam tərzində, dildə, xarakterdə, 
mifoloji
 
yaddaĢda
 

 
kultur
 
gələnəklərində
 
aydın görünür.
 
Bir
 
etnos məhz 
bu  görünən  özəl  əlamətlərlə  digərindən  fərqlənir.  Bütün  etnosların  saçı 
var,
 
lakin  saç  birində  qıvrım,
 
baĢqasında düz, birində  yumĢaq,
 
digərində 
cod  olur;  bütün  etnoslar  yemək  yeyir,  lakin  biri  at,  biri  it  ətini  delikates 
sayır, biri ilan-qurbağa, digəri qoyun əti yeməyi sevir.
 
Onlarla belə fərq-
ləndirici
 
əlamət  etnosun  doğulduğu  məkanda  biosferlə
 
qarĢılıqlı  əlaqədə 
yaranır.  
QonĢu  ölkələrin  və  xalqların  tarixi  coğrafiyası  hələ  çoxdan  ətraflı 
tədqiq olunduğu halda

Azərbaycanın tarixi coğrafiyası haqqında Seyran 
Vəliyevin  5
 
çap  vərəqi  həcmində  elmi-populyar  Ģəkildə  yazdığı  oçerkləri 
saymasaq,  bu  mühüm  sahəyə  yalnız  kiçik  bir  kitabça  həsr  olunmuĢdur.

Bu da ancaq son iki minilliyi əhatə edir, ondan əvvəlki
 
dövrlər
 
isə
 
ayrıca
 
tədqiq
 
olunmamıĢ
,
 
qədim
 
tarixdən
 
bəhs
 
edən
 
tədqiqatlarda
 
bu  mövzuya 
                                                 
1
  Велиев,  1983;   ИГА,  1987;  II Bitik  yazılandan  sonra  prof.  Vaqif  Piriyevin  «Azər-
baycanın  tarixi  coğrafiyası»  adlı  kitabı  çap  olundu.  Mövzumuzla  bağlı  Ġslamaqədərki 
dövr burada əsasən Mana, Atropaten və Alban dövlətlərinin coğrafiyası ilə əhatə olunsa 
da, bu əsərdən istifadə etmək imkanı olmadı (Piriyev, 2002). 

 

ötəri  toxunulmuĢdur

Areal
 
dilçiliyi  baxımından

azər  türklərinin  tarixi 
coğrafiyası  böyük
 
və  lokal  miqrasiyaların  demoqrafik
 
nəticələri

qonĢu 
etnoslarla qarĢılıqlı əlaqələr

Atayurd problemi kimi məsələlər isə öyrənil-
məmiĢdir.
 
Qeyd  edək  ki,
 
etnosun  doğulub  etnogenez  fazalarını  yaĢadığı 
bölgənin biosferi,  landĢaft
 

 
fauna-flora  özəllikləri,  iqlim  Ģəraiti  nəzərə 
alınmaqla
 
Atayurd  haqqında  ümumiləĢmiĢ  fikrə  gəlmək  mümkündür. 
Etnik  atributlar  və  bu  atributların  fərqləndirici  əlamətləri  uyğun  bitik-
lərdə  verildiyindən,  burada  yalnız  Atayurda  gəlib  çatmaq  üçün  etnosun 
tarixi-çöğrafiya  ilə  bağlı  cəhətlərini  və  etnologiyanın  məkan  özəlliklərini 
gözdən keçirmək lazım gəlir. 
 
Hələ
 
antik
 
çağ müəllifləri Yerin kürə Ģəklində olduğu-
nu
 
dərk  etsələr
 


o
 
çağda  insanların  məskunlaĢdığı 
bir çox bölgə (oykumen) haqqında bəlgələr yarımçıq 
olduğu üçün geniĢ demoqrafik bilgilər yox idi. Yal-
nız  zaman-zaman
 
yeni-yeni  ərazilərə  yayılan  və  ya 
böyük müharibələrə cəlb olunan xalqlarla
 
və onların 
torpaqları  haqqında  tanıĢlıq  artdıqca  Dünya  xəritəsinin  konturları  da  ay-
dınlaĢırdı.
 
Əgər
 
ilkin antik
 
dövrdə Dünya üç
 
qitə
 
(Avropa
,
 
Afrika
,
 
Asiya) və 
isti, soyuq, mülayim kimi üç iqlimə ayrılırdısa, artıq Ġslam çağına yaxın-
laĢdıqca  oykumen  və  iqlimlərin  sayı  xeyli  artmıĢdı.  Ġslamdan  sonrakı 
əsrlərdə
 
isə
 
oykumen,
 
landĢaft
 

 
ümumiyətlə
,
 
biosfer
 
haqqında
 
biliklər
 
get-gedə  elmi  məcraya  düĢürdü.
 
Ona  görə  də,  Ġslamaqədərki  yazılı  qay-
naqlarda  verilən  hər  hansı  bölgə  koordinatları  dövrün  təsəvvürləri  fo-
nunda
 
araĢdırılmalı,
 
çağdaĢ
 
bilgi
 
ilə
 
tənzimlənməlidir.

 
Belə
 
ki

təkcə 
Xəzər dənizinin coğrafi ölçüləri, onun guya quzey okeana
 
birbaĢa
 
birləĢ-
məsi barədə fikirlər

bu dənizə tökülən çayların yanlıĢ izahı, çayadlarının 
dolaĢıq  salınması  kimi  məsələlər  tekstoloji  təhlillə  dəqiqləĢəndən  sonra 
ilkin  bəlgələrdən  istifadə  oluna  bilər.  Digər  tərəfdən,  qədim  mənbələrdə 
rast gəlinən landĢaft
 
dəyiĢmələri

subasma (Nuh tufanı)

məcrasını dəyiĢən 
çaylar
,
 
dəniz
 

 
göllərin qabarıb-çəkilməsi
 
kimi
 
bəlgələr
 
geoloji
 
dəyiĢmələ-
rin tarixi
 
baxımından maraq doğurur.  
Ġslamaqədərki  qaynaqlarda
 
oykumenlər  haqqında  təsəvvür
 
qədimə 
getdikcə bəsit bilgilərlə müĢayiət olunur. Hər bir yazılı qaynaq yazarın bu 
sahədəki bilik
 
səviyəsinə uyğun bəlgələr verir

adətən

müəllif öz yurduna 
yaxın əraziləri daha dəqiq, qonĢu bölgələri yarımgerçək, uzaq ölkələrisə 
əldə
 
etdiyi doğru
 

 
ya fantastik bəlgələr əsasında təsvir edir.
 
Ona
 
görə
 

 
                                                 
2
 Яцунский, 1955; ИОИИЕ, 1970; Дитмар, 1980; Райт, 1988. 
 
 
Oykumen        
 

 

tarixi-coğrafi  qaynaqlardan  istifadə  edərkən  qaynaq  müəllifinin  imkan 
dairəsini
 
nəzərə  almaq  lazım  gəlir.  Antik  müəlliflərdə  oykumenlər  haq-
qında  biliklər  durulaĢdıqca  informasiya  gerçəkliyi  artır.  Bu  baxımdan, 
m.ö. I minilin yunan-latın qaynaqlarına nisbətən, III-I minillərə aid əra-
zicə daha yaxın olan sumer, akad, miladdan sonra hay, gürcü, ərəb, fars 
yazıları
 
Azərbaycanın
 
tarixi
 
coğrafiyası
 
üçün
 
daha
 
gerçək
 
məlumat verir. 
Strabon özünün «Coğrafiya» kitabında Homerin coğrafi görüĢlərini 
geniĢ Ģərh edəndən sonra yazır ki, ilk xəritəni m.ö. VII-VI əsrdə filosof 
Anaksimandr
 
çəkmiĢdir,
 
ilk
 
coğrafiya kitabını isə tarixçi-səyyah Hekatey 
yazmıĢdır.

Əgər m.ö.VIII-II əsrlərdə Hesiod, Hekatey, Herodot, Demok-
rit,  Eratosfen  və  baĢqa  yazarların  oykumenlər  haqqında  təsəvvürlərini 
m.s. II  əsrdə Klavdi Ptolemeyin xəritəsi ilə müqayisə etsək,
 
minil ərzində
 
antik  dövr müəlliflərinin  oykumen haqqında  biliklərinin  nə  qədər  zəngin-
ləĢdiyini  aydın  görmək  olar.
4
   
Ġstəxri  (
950
)  ilə  Ġdrisinin  (
1154
)  xəritələri 
arasındakı fərq də ərəb coğrafi biliyinin inkiĢafını əks etdirir.
5
 
 
Ġbn  Havqəlin  (X  əsr)  Azərbaycan,  Ərməniyə,  Aran  və  Xəzərə  aid 
aĢağıdakı xəritələrində qədim yolların keçdiyi məntəqə və toponimlər ol-
duqca gərəkli bəlgələrdir. Burada Kür-Araz çaylarının qovuĢması və ayrı-
ayrılıqda  Xəzərə  tökülməsi  əks  olunmuĢdur.  Dairəvi  xəritədə  «Azərbay-
can»  ölkəadı  Dərbənddən  baĢlanıb  Kürü,  Arazı  keçir,  Muğanın  üstündən 
güneyə uzanır, o biri xəritədə isə bu ad Arazın sağında verilir: 
 
                                                 
3
 Страбон, I. I. 11. 
4
 Дитмар, 1980, 38-39, 44-45, 71 və 97-ci səhifələrdəki xəritələr. 
5
 Атлас Азербайджанской ССР. Б.- М. 1963, 202-203. 

 

Ġkiçayarasında yaranmıĢ Nuh əfsanəsi uzun müddət xalqların oyku-
menlər üzrə  yayılması haqqında bilginin əsasını  təĢkil etmiĢ və bu bilgi 
m.ö. I minildə dövrün durumuna uyğunlaĢdırılıb yəhudi Bibliyasında yeni 
çalarlarla
 
əks
 
olunmuĢ,
 
bu qutsal kitabda verilən «xalqlar
 
Ģəcərəsi»
 
baĢqa 
dillərə tərcümədə,
 
özəlliklə yunan dilinə çevriləndə müəyyən dəyiĢmələrə 
uğramıĢdır.
 
Quranda  Nuh  motivi  sonrakı  Ġslam
 
qaynaqlarına,
 
ərəb, fars 
və türkcə yazılan tarixi və çoğrafi əsərlərə keçmiĢdir. Hər iki qutsal kitab 
qoq-maqoqları (yəcuc-məcuclar)
 
quzey oykumendə verir və bu ad
 
altında 
Bibliyada
 
saqa-qamər türkləri,
 
Quranda
 
isə bozqır
 
xalqı təsəvvür edilir. 
Yəhudi dinini qəbul edən Xəzər xaqanı da xəzərlərin soykökünü və 
soydaĢları  olan  türk  boylarını  Bibliya  gələnəyi  ilə  sadalayır.  Azərlərin 
tarixi coğrafiyası
 
baxımından
 
həmin məktubun böyük əhəmiyəti vardır. 
Lakin Nuhla bağlı xalqların yayılma oykumeni əfsanədir, həm də xalqların 
yaddaĢında
 
dərin
 
iz buraxan bir mifdir.
 
Yunan əsatirlərində
 
də ucqar
 
oy-
kumen  kimi  Qafqazın  qeyd  olunması,  Prometeyin  Qafqaz  dağlarında 
çarmıxa çəkilməsi, Heraklın
 
«ölüm
 
Ģahlığının
 
qapısı»
 
sayılan bu bölgəyə 
gəlib  onu  xilas  etməsi,
 
arqonavtların
 
qızıl  əldə
 
etməyin
 
sirri  yazılmıĢ 
«Dəri»  kitab  üçün  Güney  Qafqazın
 
Kolxida
 
bölgəsinə
 
gəlməsi  barədə
 
miflər
 
ilkin
 
türk-yunan kontaktlarının nəticəsi idi. Belə mənbələrdən is-
tifadə  edərkən,  sadəcə,  oradakı  yarımgerçək  faktları  seçib,
 
sinxron  qay-
naqların verdiyi bəlgələrlə uzlaĢan məqamları nəzərə almaq lazım gəlir. 
Azərbaycan
 
tarixĢünaslığında
 
Skandinav
 
qaynaqları nəzərə
 
alınmır. 
Halbuki bu quzey german xalqlarının soykökü yaddaĢından süzülüb onla-
rın Ģifahi ədəbiyatında formalaĢan saqa və eddalarda qədim Azərbaycanla 
əlaqəli  çox  qiymətli  bəlgələr  vardır.  Burada  təkrar-təkrar
 
verilən  qədim 
asların köçü,
 
onların
 
Troya ilə əlaqəsi,
 
Qaradənizin quzey yaxalarına gəlib 
oradan
 
Quzey
 
Avropaya,
 
oradan da Ġslandiya
 
adasına keçməsi haqqındakı 
məlumatlar olduqca gərəkli
 
bəlgədir.
6
 
Skandinav saqalarında
 
saqa türkləri, 
hunlar və xəzərlərlə əlaqələr də geniĢ yer tutur. 
Tarixi-coğrafiya
 
haqqında  bilgi  müxtəlif  mənbələrdən  əldə
 
olunur. 
Belə qaynaqlardan biri antik dövrdən üzübəri qədim xəritələrə köçürülən 
toponimiyadır. KeçmiĢdə tərtib olunan xəritələr primitiv olsa da, bir çox 
tarixi  adları  əks  etdirdiyi  üçün  qiymətlidir.  Bu  baxımdan,  qədim  yol-
lardan bəhs edən  itinerariya (yollar  bilgisi)  adlı  sxem-kartlar  da  böyük 
önəm daĢıyır

belə
 
ki

burada  bölgə-ölkə
 

 
ayrı-ayrı  yaĢayıĢ məskənləri

                                                 
6
 Ъялилов, 1988 a, 101-102. 

 
10 
dağ-çay  adları,
 
keçidlər  ilə  yanaĢı,
 
məntəqələr  arasındakı  məsafə  ölçüləri 
də  var.
7
  Antik  dövr  müəllifləri  yollar  bilgisini  tərtib  edərkən  Doğu  ilə 
Batı
 
arasında ticarət-karvan  yollarını,
 
müharibə edən qoĢunların marĢru-
tunu,  Ġpək  yolu  haqqındakı  bəlgələri,  səyyahların  yol  qeydlərini  nəzərə 
almıĢlar.  Xristianlıqdan  sonra  müxtəlif  yönlərdən  Qüdsə  ziyarət  yolunu 
əks
 
etdirən xeyli yol sxem-kartları yaranmıĢdır.
 
Makedoniyalı Ġskəndərin 
yürüĢündən sonra (m.ö. IV əsr) Asiya haqqında batı xalqlarının biliyi 
xeyli  artdı.  Dəniz  yolları
 
haqqındakı
 
əvvəlki
 
biliklər Kolumbdan neçə əsr 
öncə Amerikaya qədər gedib çıxan, Ġslandiya
 
və Qrenlandiyaya üzən
 
vi-
kinqlərin dövründə xeyli artmıĢ oldu. Ġslamdan sonrakı ərəbdilli qaynaq-
larda da iqlimlər,
 
ölkələr və yollar
 
haqqında çoxlu yeni bilgilər toplanırdı. 
Azər
 
xalqının  tarixi-coğrafiyası  türk  etnosunun
,
 
o
 
da
 
öz
 
növbəsində
 
bəĢəriyətin
 
ümumi
 
coğrafiyasının 
tərkib hissəsidir.
 
Türklərin
 
tarixi
 
demoqrafiyası ay-
rılıqda yox, dünya xalqlarının tarixi demoqrafiyası 
fonunda aydın görünür. Bugün bir ucu Batıda Bal-
kan-Anadolu,
 
digər ucu da saxaların yaĢadığı Uzaq 
Doğu bölgələrinə qədər uzanan və Avrasiyanın böyük bir qurĢağını tutan 
türk  məskənləri,  əlbəttə,  sonrakı  miqrasiyaların  nəticəsidir.  Belə  yayılma 
təkcə türk etnosunun deyil, əksər dünya xalqlarının müxtəlif istiqamətlərə 
olan köçlərində özünü göstərir. Lakin köçdən köçə də fərq vardır: uzaq-
yaxın köçlər, böyük-kiçik köçlər, kütləvi
 

 
kiçik
 
qruplarla
 
yerdəyiĢmə-
lər. Hər bir konkret köçün
 
də öz
 
səbəbi olur: zəlzələ, doğal durumun
 
qə-
fil
 
pozulması, savaĢ
 
və epidemiya,
 
kəskin
 
iqlim
 
dəyiĢməsi,
 
yeni məhsul-
dar torpaq axtarıĢı
 
kimi
 
müxtəlif
 
səbəblər
 
insanları
 
yerdəyiĢməyə məcbur
 
etmiĢdir. 
Qədim demoqrafiya fonunda baĢ vermiĢ bu
 
yerdəyiĢmə sistemində 
türk  etnosunun
 
yerini  müəyyən  edib,  türklərə  aid  bəlgələri  ayırmaq  lazım 
gəlir.
 
Bu prosesin tarixi isə yalnız son 
25-30
 minilin payına düĢür,
 
daha ön-
cəki
 
dövrlər isə etnosöncəsi çağları əhatə  edir. Oykumenlərin çoxalması 
iqtisadiyatla  bağlı  yığımdan  istehsala  keçid  nəticəsində
 
sürətləndi
 

 
Yer  kürəsində  əhalinin  sayı
 
15  dəfə  artdı:  əgər  əvvəllər  Ön  Asiyada 
insan  sıxlığı  hər  100  km
2
  sahə  üçün  5-6  nəfər  idisə,  artıq  maldar-əkinçi 
təsərrüfatı çağında bu rəqəm minə çatdı.
8
 
Yer  üzünə 
 
insanların
 
yayılma 
tarixi  çox  qədimdir,  hələ  paleolit  çağında  bir-birindən  uzaq
 
bölgələrdə
 
                                                 
7
 Elter, 1908; Miller, 1916; Markwart, 1928. 
8
 Массон, 1989, 47. 
 
 
Demoqrafiya      

 
11 
yaĢayıĢ
 
məskənləri vardı.
 
Etnologiya
 
uzmanlarının
 
verdiyi
 
bu
 
sxem paleo-
litdən  dəmir
 
çağına
 
qədərki
 
köçü  və  irqlərin
 
yayılma
 
yollarını
 
aydın  əks 
etdirir:    
Prototürk
 
etnosu-
nun və protoazər boyla-
rının
 
Atayurdunda  əha-
linin  etnik
 
tərkibi,  türk-
lərin  etnik  sıxlığı,  son-
rakı artımları və ya sey-
rəlmələri  haqqında  bilgi
 
əldə
 
etmək
 
üçün  arxeo-
loji
 

 
qədim
 
demoqra-
fik bəlgələrin verdiyi in-
formasiyalar  tam
 
olma-
sa
 
da,
 
müəyyən
 
təsəvvür
 
yarada  bilir.  Bu  yöndə 
əldə olunmuĢ onomastik 
bəlgələrin  daĢıdığı  bil-
gilər Urmu teoriyası iĢı-
ğında  daha  aydın  izah 
oluna bilir.  
Atayurdda  etnik  tərkibin  tədqiqi  göstərir  ki,  Güney  Azərbaycanda 
gəlmə tarixi bəlli olan hurri, urartu, pers və etnik mənĢəyi bəlli olmayan 
kassi və sair boyları ayırandan sonra,  yerdə qalan bəlli avtoxton əhali 
subar, qut, lulu, turuk (türk), kuman, zəngi, mitan, ermən və bugün üçün 
qəribə səslənən barsbörüxoruz adlı boylar idi. Quzey Azərbaycanda 
da müxtəlif qaynaqlarda adı xatırlanan az, saqa,
 
qamər,
 
xəzər
 
(azər),
 
kaspi, 
alban,
 
aran,
 
ermən və sair türk boyları, quzey bölgələrdə isə qafqazdilli 
boylar yaĢayırdı. Strabon Alban elində 26 xalqdan bəhs etsə də, onlardan 
dörd-beĢinin adını çəkir. Təbii ki, bu boyların əksəriyəti iki etnosun, türk 
və  Qafqaz
 
dillərinin fərqli
 
dialektlərində danıĢan xalqların nümayəndələri 
idi. Bunu baĢqa qaynaqlarda verilən etnonimlər aydın göstərir. Belə ki, 
Alban elində udi, leq, silv, andak, didur kimi bəzi qafqazdilli boylarla ya-
naĢı,
 
kaspi,
 
alban,
 
aran, qorus
 
(xoruz),
 
arsaq,
 
saqa,
 
qamər,
 
qarqar,
 
gögər,
 
kəngər,
 
ağacəri, hun,
 
ağhun, xəzər,
 
ağxəzər, sabir, barsil, qıpçaq və baĢqa 
türk  boylarının  oykumeni  -  məskunlaĢması  bəllidir.  Azərbaycanın quzey 
bölgələrində  bəzi  qafqazdilli  boyların  məskunlaĢması  yaxın  tarixə  aiddir. 

 
12 
Belə  ki,
 
Dağıstandan  avarların
 
Car-Balakən  bölgəsinə  köçməsi
 
XVI
 
əsrin 
sonunda, saxurların Ġlisuya köçü isə XVIII əsrdə olub. 

 
Saqaların  Azərbaycana  gəliĢi,  daha  doğrusu,  qayıdıĢı  m.ö.VII  əsrə 
aid edilir, lakin arxeoloji bəlgələrdəki ornamentləri müqayisə edən T. Su-
limirski doğru olaraq, saqa (skit) boylarının burada daha əvvəllər, m.ö.X-
IX əsrlərdə yaĢadığını yazır.
10
 Azərbaycana qayıdan saqa boylarının burada 
oturmasından danıĢan Herodot onların sayını verməsə də, saqaların «təxmi-
nən bütöv Ön Asiyanı itaət altına aldığını» qeyd edir Bu qeyd Atayurda 
dönən saqa boylarının az olmadığını göstərir. 
Təbərinin  yazdığına görə, Xosrov ƏnuĢirəvan (531-578) Azərbay-
cana 10 min xəzər yerləĢdirmiĢdir. Ġbn əl-Əsir isə ƏnuĢirəvanın sac qəbi-
lələrini Dərbənd, Məsqət
 

 
ġabirana yerləĢdirdiyini yazır.
 
Mərvanın isə 
733-də həmin
 
bölgəyə
 
ailəsi ilə birlikdə 1000 xəzər əsiri yerləĢdirməsi
 
bəllidir.
 
Ġbn
 
Xordadbeh
 
yazır 
ki,
 
ərəblərə
 
qədər
 
Aran,  Cur-
zan  və  as-Sisacan  xəzərlərin 
məmləkəti idi.
11
 
Bu son bəlgə 
gerçək duruma daha yaxındır, 
belə  ki,  Xəzər  adlı  yer-yurd 
adları Doğu Anadolu və Van-
Urmu  hövzələrində  bugünə-
cən qalmaqdadır.  
Azərbaycanda  etnik  mənzərə  dəyiĢkən  olub,  çünki  buraya  miqra-
siya  edən  hay  və  bəzi  qafqazdilli  boylardan  baĢqa,  bu  əraziyə  ayrı-ayrı 
bölgələrdən zaman-zaman türk və irandilli boylar, asur, yəhudi, aramey, 
ərəb və sair sami tayfaları köçürülmüĢdür.
12
 
Böyük kütləvi «deportasiya» 
qədimdə  daha  çox  Asur-Babil  və  Pers  hökmdarlarının  tətbiq  etdiyi  tak-
tika  idi.  Hətta,  Madaya  vaxtaĢırı  suriyalı  (asur)  köçü  artıq  bir  neçə  əsr 
sonra Parsua bölgəsinin Siro-midia adlanmasına səbəb olmuĢdu Ġslamaqə-
dər vaxtaĢırı Azərbaycana qayıdan
 
türk
 
boyları,
 
Ġslamdan sonra isə oğuz-
türkmən köçləri burada türklərin etnik sıxlığını xeyli artırmıĢdır. Ġndi Gü-
ney Azərbaycanda türklərin sayı 30 milyondan  artıqdır, Quzey Azərbay-
                                                 
9
 (ИНСК, 278). 
10
 Sulimirski, 1954, 291-293;  Геродот, VII, 20. 
11
 Бцнйадов, 1989, 42, 110; Ġbn əl-Əsir, 9; Ибн Хордадбех, 108. 
12
 Геродот, 527, 2-ci qeyd; Дьяконов, 1956, 199; Ptolemey, VI. 2. 6. 

 
13 
canda  1999-da  siyahıyaalma  statistikasına  görə  qeyri-türk  xalqlar  yalnız 


təĢkil edir
.
13
  
Əlbəttə,  üzü  qədimə  getdikcə  Azərbaycanda  əhalinin  sayı  azalır. 
Ġslamöncəsi  əhalinin sayı üçün 2-3 milyon etnik sıxlıq baxımından bö-
yük  rəqəmdir.  Etnik  demoqrafiyanı  arxeoloji  bəlgələrlə  yanaĢı,  qədim 
qaynaqlarda  məskunların  sayı  və  bölgənin  savaĢa çıxara  bildiyi  döyüĢ-
çülərin sayı  ilə  də  müəyyən  etmək  olur.  Aran-ġirvan  bölgələrində  VI 
yüzilin baĢlarında 100 min sabir (suvar) ailəsinin məskunlaĢmasına aid 
məlumat burada yarım milyona yaxın yalnız sabir adlı türk boyunun ol-
duğunu göstərir.
14
 
 
Tədqiqatçılar  qeyd  edir  ki,  m.ö.VI  əsrdə  Babil  Ģəhərində  əhalinin 
sayı 200 min idi.
15
 
Həmin çağlarda döyüĢə 30 minlik qoĢun çıxara bilən 
perslərin ümumi sayı, Ksenofontun  yazdığına görə, çəmi 120 min nəfər 
idi.
16
 Müqayisə üçün deyək ki, elə həmin yazara görə, Mada döyüĢə 60 
min  piyada  və  10  min  süvari,  Ərmən  ölkəsinin  əhalisi  isə  20-40  min 
arasında  piyada  və  4-8  min  süvari  çıxara  bilirdi.
17
  Strabonun  vaxtında 
Atropaten  ölkəsinin  40 min  piyada,  10  min  atlı  qoĢunu  vardı.
18
 
Təbəri, 
Ġbn əl-Əsir və Gevond qeyd  edir ki, 730-da xəzərlər Azərbaycanda 300 
minlik qoĢunla ərəblərə qarĢı vuruĢurdu
.
19
 
Miladdan  öncəki  minildə  Tövratın  yazılmağa  baĢlandığı  çağlarda 
Ön Asiyanın etnik durumu haqqında müəyyən bilgilər vardı. Bibliyada yer 
alan  bu  bilgi  zaman-zaman  dəyiĢmiĢ,  bura  əlavə  oykumenlər  artırılmıĢ-
dır.  Türklərlə
 
bağlı
 
belə
 
dəyiĢmələr
 
üzərində
 
yeri
 
gəldikcə
 
dayanacağıq, 
burada isə xristianlığa keçən skandinav boylarının öncə saqalarda forma-
laĢmıĢ fikirlərinin Bibliyaya transferi məsələsinə nəzər salaq.  
                                                 
13
 Bunların sırasında 170 min rus-ukraynalı, 105 min irandilli (talıĢ, kürd, tat), 250 min 
qafqazdilli (ləzgi, avar, udi, saxur), 9 min yəhudi və Dağlıq Qarabağda 120 min hay var-
dır.  Bütöv  əhalinin  (7.205  min)  91  %  türklərdən  ibarətdir; 70  mini  Axıska  türkləri  və 
tatarlar, 7. 205 mini isə azərlərdir.  
14
 Togan, 1981, 171. 
15
 Dandamaev, 1985, 37. 
16
 Ksenofont,  I. III.15;  II. I.2. 
17
 Ksenofont, II. I. 6;  III. I. 33. 
18
 Strabon, XI. 13. 2. 
19
  Бцнйадов,  1989,  108;  Yunan-Pers  müharibəsinə  hazırlaĢan  Kserksin  Əhəməni 
dövlətinə tabe olan bütün Asiya ölkələrindən topladığı qoĢunun sayının 2 milyona yaxın 
olduğunu  yazan  Herodot  o  vaxtacan  tarixdə  heç  kimin  bu  sayda  döyüĢən  əskəri 
olmadığını da qeyd edir (Геродот, VII. 184). 

 
14 
Xristianlıqdan öncəki abidələrdə asların baĢçısı və Tor adlı tanrının 
oğlu Odin və oğulları kahin (qam) sayılırdı. Bunların ilkin  yurdu  «tanrı 
ölkəsi» anlamlı Qod-land
 
adlanır,
 
onların gəlib quzeydə yerləĢdiyi
 
oyku-
menə də Qodland adı verilir.
20
 
 
«Yerin  təsviri
 
(III)»
 
adlı
 
qədim abidədə 
yazılır ki, quzey  (skandinav) dillərində  yazılmıĢ əvvəlki doğru-düzgün 
hekayələrə  görə,  türklər  və  Asiyadan  çıxan  insanlar  Quzeydə  məskun-
laĢmıĢlar.
21
  Öz  soykökünü  Asiyadan  gələn  boylarla  bağlayan  orta  əsr 
skandinav traktatlarını Ģərh edən Y. A. Melnikova
 
bunu
 
dünya
 
xalqlarının 
tarixilə
 
genetik
 

 
xronoloji
 
baxımdan
 
əlaqələndirmək
 
meyli
 
ilə
 
izah
 
edir.
22
 
Lakin bu Ģərh quzey xalqların nə üçün antik dövrdə böyük tarixi olan 
yunan  və  latınları,  orta  əsrlərdə  samiləri  deyil,  məhz  Troya  çağından 
üzübəri as, türk,  saqa (skit), qamər adlı türk boylarını özlərinə qohum 
sayması sualına cavab verə bilmir. Halbuki xristian-skandinav ədəbiyatı 
Nuhoğulları Qomer, Maqoq, Maday, Yuvan,
 
Tubal,
 
Masok,
 
Tirak adlarını 
verəndən sonra Qomer (qamər) soyunun
 
məskunlaĢdığı
 
ölkələr
 
sırasında
 
Romveryaland,
 
Danimark,
 
Svitod, Norveç və Tirak (türk) soyunun ölkəsi 
Bolqaraland  adlarını  çəkir.
23
  Qədim  island  saqalarında  Odinin  baĢçılıq 
etdiyi  tanrılar  (oğulları)  As  adlanır  və  bunlara  cəm  halda  Asər  (Aesir
deyilir.
24
 
Tanrıların yaĢadığı məskən də Asər adlanır.  
BaĢqa bir coğrafi qaynaqda Dunay bulqarlarının ərazisindən quzeyə 
çəkilən  skandinavların  hansı  ölkələrdə  məskunlaĢdığından  bəhs  edilir.
25
 
Bu məlumatlarda quzey  ölkələrə qədim köçlərin məskunlaĢma
 
ilə nəticə-
lənməsini
 
etnik
 
yaddaĢda
 
saxlamıĢ  skandinav  boyları  uzaq  keçmiĢdəki 
olayların  tarixini  Bibliya gələnəyinə
 

 
mövcud  yeni  duruma  uyğunlaĢ-
dırmağa
 
çalıĢsalar
 
da,
 
informasiyaların  dərinliyində  qədim  türk-german 
kontakları aydın sezilir. 
                                                 
20
 Младшая  Эдда, 1970, 10-12;  ДГС, 1986, 95, 98 (6-cı qeyd). 
21
 Upphaf allra frasagna i Norrænni tungu þeirri er sanindi fylgia, hofz, þa er Tyrkir ok 
Asia menn bygdu nordrit (ДГС, 93). 
22
 ДГС, 98 (15-ci qeyd). 
23
 Eyni qaynaq, 134-135. 
24
 МНМ, I, 119-120. 
25
 «Trakiyada öncə Nuhoğlu Yafəsin oğlu Tiras yaĢadı.Türk adlanan xalq ondan törədi. 
Çoxları qədim kitablarda yazıldığı kimi söyləyir ki, onların torpağından gələnlər Svitoda 
[Suiþiod]  yerləĢdi,  buradan  Norveçə,  Norveçdən  Ġslanda,  buradan  da  Qrenlanda  keçib 
məskunlaĢdı.
 
Trakiyaya yaxın Ungera-land yerləĢir.
 
Yepiskop Martin oralıdır.
 
Oraya yaxın 
Bolgera-land yerləĢir» (ДГС, 65). 

 
15 
  Qədim  Azərbaycanda  türklərin  etnik  sıxlığından  danıĢarkən  bəzi 
arxeoloji bəlgələri
 

 
oturaq yaĢam üçün zəruri olan əkinçilik təsərrüfatı, 
əkinçilik üçün yararlı olan çevrənin coğrafi durumu kimi bəzi məsələləri 
də gözdən keçirmək lazım gəlir. Ġlk əkinçilik kulturunun yarandığı Ön 
Asiya  regionunda  qədim  Azərbaycan  əhalisi prototürklər  bəĢər  tarixində 
mədəni arpa-buğda yetiĢdirən ilk əkinçi etnoslardan biridir. Azərbaycanın 
təbii Ģəraiti buna hər cür imkan verirdi, çünki Dəclənin yuxarı yaxaları və 
Urmu  hövzəsi  özübitən  yabanı  dənli  bitkilərin  vətəni  idi.  Bunu  aydın
 
görmək
 
üçün alman alimlərinin verdiyi bu xəritəyə baxmaq kifayətdir. Bu-
radan göründüyü kimi,
 
dairəyə
 
aldığımız qədim Azərbaycanda yabanı bi-
tən dənli bitkilərdən
 
çoxcərgəli arpa,
 
bir
 

 
ikicərgəli buğda vardır: 
26
 
Əkinçilik
 
kulturu
 
ilə
 
bağlı
 
arpa
 
və buğda (buğday)
 
sözləri prototürk 
dövrünün leksemləri olduğu üçün əksər türk dillərində qalmıĢdır.
 
Arpa ilə 
bağlı
 
xeyli
 
toponimlər
 
də yaranmıĢdır.
27
 
Dəclənin yuxarı yaxası ilk arpa 
əkilən  bölgələrdəndir.
28
 
Qədim  Xasun kulturunun yarandığı bu bölgədə 
Arpaçi toponiminin olması doğaldır.  Ġrəvan mahalının həm batı, həm də 
doğu sınırlarından axan çaylar da Arpa adlanır. Bu oronimi sonralar
 
Altaya 
qədər
 
müxtəlif  bölgələrə
 
daĢıyan  türk  boyları  yeni  vətənlərində  yenidən 
canlandırmıĢlar. 
                                                 
26
 Geschichte der Urgesellschaft, 1982, 172. 
27
 Buğda dağ, Arpa çay, Arpa göl (Azərbaycan), Arpayaz yılqası (Tatarıstan) və b.  
28
 Boğazköy het qaynaqlarında da Arpa toponimi vardır, lakin nədənsə onu sual iĢarəsi 
ilə verirlər (Ertem, 17). 

 
16 
 Yeri gəlmiĢkən
 
qeyd
 
edək ki, neolit çağında əkinçi prototürk boyları 
taxıl yığımından sonra yerdə qalan saman ilə bağlı da maraqlı kosmonimiya 
deyimi  yaratmıĢ,  Göy  üzündə  gördüyü  səma  cisimləri  sırasında  Saman-
oğrusu,  Samanyolu  ifadəsini  iĢlətmiĢlər.  Məhz  həmin  ifadənin  yayıldığı 
ərazi  yuxarıda  verilən  xəritədəki  əkinçi  kulturu  yayılan  bölgələri  əhatə 
edir.
 
O.
 
D.
 
Svyatskoy
 
«Samanyolu»
 
deyiminin ilk yarandığı bölgənin Suri-
ya,  L.
 
Mendoki isə Anadolu və  ya Güney Qafqaz olduğunu güman edir. 
Onun yayılma arealı göstərir ki, bu ifadə türk etnosuna aiddir.  
Türk etnosunun ilkin Atayurdu məsələsi və buradan sonrakı miqra-
siyalar  baxımından  arxeoloji  kulturun  öyrənilməsi  nə  qədər  zəruridirsə, 
prototürklərin astroloji dünyagörüĢünü tədqiq etmək də o qədər vacibdir. 
Göydəki planetlər, GünəĢ, Ay və ulduzlarla bağlı kosmonimiya, yerdəki 
canlı varlıqların, fauna və floranın Göy cisimləri ilə əlaqəsini əks etdirən 
biosfer, tarixi demoqrafiyanı tənzimləyən çevrə landĢaftı, səhra, bozqır, 
meĢə, ovalıq,
 
dağ, dərə, çay,
 
göl,
 
dəniz və sair coğrafi faktorun etnogenezə 
təsirini öyrənən etnologiya xalqın tarixi coğrafiyasını müəyyən etməyə 
geniĢ imkan açır. Vaxtilə Ön Asiyadan doğu və quzey yönlərə miqrasiya 
edən
 
bəzi
 
türk boylarının yeni bozqır
 
(çöl) yaĢamı onların etnoqrafiyasına 
yeni çalarlar əlavə etsə də, ilkin gələnək prototipi tam pozulmamıĢdır.  
Ermənistan ərazisindəki qədim yer adlarının öyrənilməsi həmin tor-
paqların qədim türk yurdu olduğunu ortaya qoyursa, Qarabağın dağ, çay, 
göl adlarında  bir dənə də  olsun  hay-erməni sözünün  olmaması onsuz  da 
tarixi bəlgələrdən məlum olan bir gerçək durumu - hayların burada yaxın 
tarixdə məskunlaĢdığını bir daha təsdiq edir.
29
 
 
Dünyada  mövcud  varlıqların  bir-birilə  görünməz  və  
görünən əlaqəsi vardır. Belə qarĢılıqlı əlaqələr siste-
mində  insanın  ətraf  mühitdən  asılılığı  hələ  keçmiĢ
 
çağlardan  alimləri
 
düĢündürmüĢdür.  Ətraf  mühitin 
insan  orqanizminə  və  psixikasına  təsirindən  danıĢan 
Hippokrat (m.ö.
 
460-377) yazırdı ki,
 
isti iqlim
 
insanda 
tənbəllik, dəyiĢkən iqlim isə təpər yaradır. Bu fikri inkiĢaf etdirən Aristo-
telə (m.ö.
 
384-322) görə

Avropanın quzeyində
 
yaĢayanlar
 
ərdəmli,
 
lakin bə-
sit
 
intellektli,
 
Asiya xalqları təpərsiz,
 
Orta qurĢaqda  yerləĢən hellinlər
 
isə 
həm təpərli, həm də intellekt sahibidirlər.
30
  Burada  bir  az  mübaliğə  olsa 
                                                 
29
 EAMTĠL, 1998;  Гейбуллаев, 1990, 1992, 1994;  АЪА, 1972, 28. 
30
 Яцунский, 1955, 136. 
 

Каталог: 2015
2015 -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> Klinik protokol Az ərbaycan Respublikas
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2015 -> Приложение №3 Информированное согласие пациента на пародонтологическое лечение
2015 -> Myuller h p parodontologiya pdf
2015 -> Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə