Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   36
I brahimov T I Tsviri incsntin nzr

“Şellinq” nəzəriyyəsi.
V.F.Şellinq nəzəriyyəsi elmi aləmdə “Oyun nəzəriyyəsi” kimi 
digər nəzəri modellər arasında özünə yer tapıb. Şellinqə 
görə, təsviri incəsənət ibtidai insanların asudə vaxtı, əyləncə 
prosesində yaranıb. Həmin insanların əsas həyat amalı yaşama-
ğı təmin etmək olmuşdur. İnsan onu əhatə edən heyvanat aləmi 
ilə və təbiətlə mübarizədə ölməmək üçün yeni bilik və bacarıqlar 
əldə etməli idi. Təbiət və canlı mühit insana qarşı kifayət qədər 
aqressiv idi. Təbiət qüvvələri və hadisələri (zəlzələ, qar, çovğun 
və s.) və insanı əhatə edən vəhşi heyvanlar onun həyatı üçün 
təhlükə mənbəyi olmuşlar.
Bu ölüm-dirim savaşından müvəffəqiyyətlə çıxmaq üçün 
Allah insana bir neçə həyati vacib olan instinktlər (qorxu, ac-
lıq, nəsil artırma və s.) verib ki, bunlar insan nəslinin bir bioloji 
varlıq kimi kökünün kəsilməsinin qarşısını almaq üçün ona bəxş 
olunublar. Ən əsası isə, insana yaşamaq amalı verilmişdi. Bunun 
üçün ibtidai insan ova gedir, yemək tapır və onu gəlib mağarada 
paylaşaraq öz əsas instinkti olan aclıq instinktini təmin edirdi. 
Bununla bərabər, ibtidai insan digər həyati vacib instinktə – 
nəsilartırma instinktinə də malik idi.
V.F.Şellinq öz fikirlərində deyir ki, ibtidai insan ovdan yaşadı-
ğı mağaraya gəldi, yedi, yatdı, durdu. Bununla belə, onun asudə 
vaxtı da yaranırdı. Bu asudə vaxtında insan qumun (palçığın), 
Mövzu 2. 
TƏSVİRİ 
İNCƏSƏNƏTİN 
YARANMASI 
HAqqINDA 
NƏZƏRİYYƏLƏR


16
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
daşın üzərində sadəcə cizgilər edərək bundan heyrətlənir”di. Bu 
heyrətlənməni Şellinq psixomotor hərəkətlər nəticəsində əldə 
olunan “əzələ həzzi” ilə əlaqələndirir. V.F. Şellinqin fikrinə görə, 
təsviri incəsənətin yaranması psixomotor reaksiyaların insana 
müsbət təsiri nəticəsində meydana gəlmişdir. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin