33
Mövzu 5
Təsviri sənətdə məkan
T
əsviri sənətdə məkan anlayışının əsas xüsusiyyətlərini də
rk etmək məqsədi ilə müxtəlif dövrlərdə məkan təsəvvürlərinin
inkişaf mərhələlərinə diqqət yetirmək lazımdır. Məkan təsvirinin
incəsənətdə inkişaf mərhələlərini aşağıdakı kimi təhlil etmək olar.
İbtidai insanlarda məkan təsəvvürü var idi. Bu da həyat
təcrübəsindən irəli gəlirdi. Məsələn, öküzü nizə ilə vurmaq üçün
nizənin ağırlığını, məsafəni, atılma gücünü uyğunlaşdırılmalı idi.
İbtidai insanlar Yaxın və Uzaq anlayışlarına malik idilər. Təsviri
sənətdə isə yaxın və uzaqlıq əks olunmurdu. Erkən petroqliflərdə
əlində ox-yay tutmuş ovçu öküzün lap yaxınlığında təsvir edilir-
di, əslində isə ovlanan öküz insanı 2-3 metr yaxınlığa buraxmaz-
dı. Bildiyimiz kimi, bu petroqliflərdə məkan şərtiliyi var, məkan
reallığının əhəmiyyəti yoxdur. Birincisi ona görə ki, ov heyvanı-
nın uzaqda və ya yaxında olmasından asılı olaraq ölçüləri real-
lıqda dəyişmir. İkincisi isə, qayaüstü təsvirlərdə biz yer səthinin
təsvirini görmürük. Yerin səthinin təsviri istər-istəməz üçölçü-
lü məkan təsvirini yaratmağa imkan verir. Yer səthi baş verən
səhnənin üfüqi müstəvisi kimi çıxış edir. Yer səthi təsvir olun-
madıqda insan və heyvan fiqurlarının “göydə” yoxsa “yerdə”
təsvir olunmaqları müəyyən edilmir. Məkanın üçölçülü olmağı
təsvirdə öz əksini tapmır.
Neolit dövründə təsvirlərin miqyasında kiçilmə müşahidə
olunur. Artıq bu dövrdə reallıqda böyük olan heyvanın yüzlərlə
kiçildilmiş təsviri onun ekvivalenti kimi qəbul olunurdu.
Paleolitdə və mezolitdə isə bu fenomen hələ meydana gəlmir və
bunun səbəbini mücərrəd təfəkkürün hələ formalaşmamağı ilə
izah etmək olar. Lakin neolit dövründən başlayaraq mücərrəd
təfəkkür inkişaf edir və miqyas təsəvvürləri formalaşır.
Təsvirdə məkan əslində üçölçülü dünyanın səth üzərində həll
olunmuş illüziyasıdır. Nəticə kimi aşağıdakı müddəaları qəbul
etməliyik:
Dostları ilə paylaş: