Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 4.
TƏSVİRİ 
SƏNƏTDƏ FORMA 


28
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
radır. Və nəhayət, mailliyə (diaqonal) meylli forma gərginlik və 
hərəkət hissini artırır. 
Mürəkkəb təbii formalardan biri olan armud meyvəsinin for-
masının insana təsirini araşdıraq. Armuda baxdıqca insanın ba-
xışı özündən asılı olmayaraq armud formasının səthi üzərində 
“xəyalən gəzir” və belə “gəzməklə” armud formasını qavrayır. 
Baxışın armud səthi üzərində gəzməsi emosional dəyişkənlik ya-
radır. Bu dəyişkənlik (enişli-yoxuşlu səthin yaratdığı emosional-
lıq) daxili koordinat oxlarından asılı olaraq tamaşaçıda “rahat”, 
“narahat”, “gərgin” və s. emosional hallar yaradır. 
Forma gözəllik və eybəcərlik hissi də yaradır. Formanın mailli-
yi, bərkliyi, qalınlığı, yumşaqlığı, fakturası və s. insan tərəfindən əl 
vasitəsilə qavranıldıqda, insanda müsbət və ya mənfi təəssüratlar 
yaranır. Müsbət təəssürat gözəllik hissini, mənfi təəssürat isə 
eybəcərlik hissini yaradır.
Formanın estetikliyi. Tanış olmayan formanın xoşa gəlimliyi 
– estetikliyi müəyyən daxili və xarici qanunauyğunluqla-
ra əsasən yaranır. Bu qanunauyğunluqlar daima sənətkarları 
düşündürmüşlər. Leonardo da Vinçi və bir sıra incəsənətin 


29
Mövzu 4 
Təsviri sənətdə forma
nəzəri tədqiqatları ilə məşğul olmuş sənətkarlar forma estetikli-
yinin əsas prinsiplərini aşağıdakı şəkildə müəyyən etmişlər:
Formanın tamlığı
– Forma natamam olmamalıdır. Forma-
nın tamlığı ona nə isə “əlavə” etmək və ya ondan “kəsmək” 
tələbatını yaratmamalıdır.
Formanın mütənasibliyi
– formanın bir hissəsi digər hissəsi ilə 
mütənasib olmalıdır (insan başının bədənə nisbətdə böyük və 
ya kiçik olması mütənasiblik prinsipinin pozulmasıdır).

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin