Mövzu. Reproduktiv sağlamliq problemləRİ qender və demoqrafik problemləR



Yüklə 377,05 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix02.01.2022
ölçüsü377,05 Kb.
#2725
  1   2   3   4   5


 

 

MÖVZU. REPRODUKTİV SAĞLAMLIQ PROBLEMLƏRİ 



    QENDER VƏ DEMOQRAFİK PROBLEMLƏR 

 



 

Reproduktiv sağlamlığın sosial-tibbi və ekoloji problemləri 

 



Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi 

 



Müxtəlif ölkələrdə ailə planlaşdırılması proqramları. Kişi və qadınların asudə vaxtının təşkili  

 

Reproduktiv sağlamlığın sosial-tibbi və ekoloji problemləri 

Elmi cəhətdən cins-insan biologiyasının amilidir. Hər bir insan anadan olarkən bioloji cəhətdən 

kişi və ya qadın cinsinə  mənsub olur. Kişilər mayalandırır, qadınlar isə hamilə olur, öz uşaqlarını 

bətnində  bəsləyir, dünyaya gətirir və süd verir. Sosial əlaqələr və münasibətlər, davranış  və  fəaliyyət 

sistemləri məhz bu bioloji fərq üzərində qurulur. Cinslərarası münasibətlərin geniş xarakterinin tədricən 

təkmilləşməsi – cəmiyyətin inkişaf yollarından biridir. Qender tədqiqatları ilkin formalaşma 

mərhələlərində  fərdi və cinsi fərq problemlərinin gündəmə  gətirilməsi ilə inkişaf edirdi. Qenderin 

“bioloji” və “sosial” şərhi uzun müddət bir-birinə qarşı qoyulurdu. Əgər bioloji cins məfhumu altında 

instinkt və reproduktiv seksuallıq başa düşülürdüsə, sosial cins konkret cinsə  mənsub olan (qender) 

qrupun sosial statusunu göstərirdi.  

Qərb ölkələrində qadın azadlığına doğru ilkin feminist meyl, təbii olaraq, “bioloji” anlamdan 

(“təbiilik” funksiyası) xilas olmaq və “sosial” anlama (cəmiyyətdə yeni, sosial qadın reallığı) can atmaq 

arzusu ilə bağlı olmuşdur. Kifayət qədər tez-tez “bioloji” səciyyə ideoloji simvollarla əvəz olunurdu, 

reproduktiv bioloji model isə “sosial təkrar istehsal” modeli arxasında gizlədilirdi.  

Cinsin bioloji aspektindən fərqli olaraq, onun digər təbəqələrində – sosial və mədəni təbəqələrdə – 

digər orientasiyalar və  məqsədlər ehtiva olunur. Bu elə  təşkil edilmişdir ki, “kişi” və ya onun eyniliyi 

kimi müəyyən edilən hər şey pozitiv, deməli, həm də əhəmiyyətli və üstün sayılır. “Qadın” isə birmənalı 

şəkildə neqativ, ikinci dərəcəli və tabe olandır. Bu, heç də yalnız kişinin və kişi predikatının cəmiyyətdə 

hakim mövqe tutmasında təzahür etmir. Cinsi fenomen və anlayışla bağlı olmayan bir çox şeylər (təbiət 

və  mədəniyyət, duyğu və rasionallıq, ilahilik və dünyəvilik) mövcud mədəni-simvolik sıra vasitəsi ilə 

“kişi” və “qadın” anlamlarına eyniləşdirilir. Beləliklə, cinsdən kənar anlayışlar içərisində ierarxiya, 

tabeçilik yaranır. Bununla, bir çox hadisə və anlayışlar “cins” və ya qender ahəngini alır.  

İctimai hadisələrin həqiqi başlanğıcının və ictimai hadisələrin sürətlə bir-birini əvəzlənməsinin 

qarşılıqlı təsirinin müasir formalarından biri cinsin mədəni-simvolik aspekti, daha doğrusu, kişi və qadın 

anlamlarının qarşılıqlı  əlaqəsidir. Millətin kişi və qadın komponentlərinin təsvir edilməsi insanın 

şəxsiyyət kimi özünü onunla identifikasiya etməsinə, yəni dinamik komponent olmasına ciddi təsir 

göstərir. Milləti öz ailəsi kimi anlayan insan ona olan münasibətlərini valideynlərinə bəslədiyi hisslərlə 

eyniləşdirir.  İnsanın harmoniya duyğusu, ata və ana başlanğıcının sintezi onun özü tərəfindən  şərti 

olaraq qəbul edilirsə, ana təmələ olan münasibət labüddür. Birinci sevgi – heç də  həmişə  mərhəmətli 

olmayan ədalətdir, ikinci sevgi - heç də həmişə ədalətli olmayan mərhəmətdir. Bu iki növ sevgi modeli 

şəxsiyyət və millətin əlaqəsinə bağlanır. Bu isə, öz növbəsində, ixtiyari bir mədəniyyətin eyniliyini şərh 

etmək üçün böyük əhəmiyyət daşıyır. 

Milli eyniliyin əsasında zaman-məkan yanaşmasının müxtəlif anlayışları seçilə bilər, «kişi-qadın» 

müxalifətinin qütblərinin cazibəsi milli eyniliyin əsasının müxtəlif elementləri kimi nəzərdən keçirilir. 

Məkan maddiyyatla, təbiətlə, torpaqla, doğuluşla, «millətin beşiyi» ilə  əlaqəsi olan qadın kimi təqdim 

olnuur. Zaman – bu kişi anlayışıdır. Sosial-mədəni cinslə  əlaqə milli eyniliyin strukturunun digər 

elementini – «Biz» obrazını üzə çıxarır və bu hadisədə bu və ya digər millətin qadın qəlbi və kişi ruhu 

haqqında danışılır. Millətin yaşayış  tərzinin hüdudunu qender koordinat müstəvisi ilə  əlaqələndirsək 

onda onlar femin və maskulin kimi şərh oluna bilər. Milli xarakterdə qender aspekti təsəvvürlərini 

anlamaq üçün androsentrizm mədəniyyətin milli tipik nümayəndəsi kimi çox vaxt kişinin nəzərdə 

tutulması böyük əhəmiyyət kəsb edir: alman sistemliliyi, fransız zərifliyi, ingilis «sərtliyi» və s. Bütün 

bunlar qadın əlamətlərindən çox, kişi xüsusiyyətlərinin milli atributlarına aiddir. Daha bir aspekt bu və 

ya digər millətin eyniliyində qender xarakteristikasından istifadəsində onun Başqaları ilə qarşılıqlı 

münasibəti formasında təqdim olunur. Biz tez-tez «kişi Britaniyası» və ya «qadın Fransası» kimi 

müəyyənlikləri ilə qarşılaşırıq. Beləliklə, dünya cəmiyyətində millətin tarixində onun üçün müəyyən 

olunmuş missiyası, yeri, sosial-mədəni cinslə əlaqəsi onun mövcudluğunun mənası kimi başa düşülür.  



 

 

Qender insan və onun mənsub olduğu konkret cəmiyyətin mədəniyyəti vasitəsi ilə sosiallaşması 



prosesində  aşılanır. Bir çox mədəniyyətlərdə  oğlanlarda tərbiyə olunan kişi keyfiyyətlərinin təzahürü 

onları  kobud,  qaba  davranışa sövq edir. Eyni zamanda, qızlara özlərini yetkin qadın kimi aparmaq 

tövsiyə edilir. Uşaqlar anadan olduğu vaxtdan qenderə müraciət edir. Uşaqlar öz mühiti hüdudlarında 

qəbul edilmək, öz mühitinin bərabərhüquqlu üzvü olmaq üçün cəmiyyətdə özlərini necə aparmağı 

həyatlarının ilk məqamından başlayaraq öyrənirlər.  

Bu gün qender tədqiqatları  həm kişilərin, həm də qadınların təbii təməlini təkzib etmir. Millətin 

sağlam genofondu – sivilizasiyanın qender gələcəyidir. Genofond – irsi kodların daşıyıcıları olan, bir-

birindən fərqlənən genlərin müxtəlif formalarının (allel) nisbi kəmiyyət və keyfiyyət göstəricilərinin 

məcmusudur.  

Etnoslar və onların tarixi baxımdan bərpa edilməsi, yeni insan nəsillərinin yaranması yönümündə 

və elmin bir çox digər sahələrində aparılan elmi tədqiqatlar müxtəlif sosial və ekoloji situasiyalarda 

cəmiyyətin inkişafına yönəlmişdir. Bu gün məskunlaşma problemi ilə bağlı olan məsələlərin geniş 

spektri qender aspektində  nəzərdən keçirilməlidir.  1974-cü ildə Buxarestdə (Rumıniya) dünyanın  140-

dan çox ölkəsinin iştirakı ilə BMT-nin təşkil etdiyi məskunlaşmaya dair ümumdünya konfransı 

keçirilmişdir. Konfransın yekun sənədləri  əsasında  əhali artımı sahəsində Ümumdünya fəaliyyət planı 

qəbul edilmişdir. Konfransda nəzərdən keçirilən  əsas problemlər aşağıdakılar idi: əhali və ailə 

planlaşdırılması problemləri, sabit iqtisadi və sosial inkişaf, gələcəyə dair fikir və perspektivlər, resurslar 

və ətraf mühit. Bu sahədə atılmış ən mühüm addımlardan biri 1997-ci ildə İstanbulda keçirilən “Habitat” 

Beynəlxalq konfransı olmuşdur. Bu forumda məskunlaşmanın müasir aspektləri, o cümlədən yaş 

strukturu ilə bağlı olan geniş problemlər dairəsi diqqət mərkəzində olmuşdur. Demoqrafların fikrincə

yaş meyarı əhalinin təkrar istehsalının xüsusiyyət və dinamikasından birbaşa asılıdır. Müharibələr, etnik 

münaqişələr və miqrasiyalar buna ciddi təsir göstərir. Müasir demoqrafiya həm də qender aspektindən 

əhalinin cins tərkibi problemini də nəzərdən keçirir.  

Son 50 ildə sosial cəmiyyətin demoqrafik strukturunda ciddi dəyişikliklər baş vermişdir. Tibbi 

texnika və texnologiyanın gur inkişafı ilə  bərabər insanların  şüurunda müsbət irəliləyişlər də  nəzərə 

çarpır. Bu addımlar fəal olduqca, bəşəriyyət özünün uzunömürlülüyü haqqında düşünür. Demoqrafların 

tədqiqatları bizim müasirlərimizin bəşər tarixində  ən uzunömürlü sivilizasiya olduğunu göstərir. 

Müxtəlif xəstəlik və epidemiyalar tədricən arxada qalmış, insanlar ən müxtəlif müalicə üsulları  əldə 

etmişlər. Bir çox xəstəlikləri, o cümlədən qadın xəstəliklərini müəyyən etməyə imkan verən elmi-tibbi 

metodikalar həkimlərin tədqiqat obyektinə çevrilmişdir.  

Eyni zamanda, qadın ailənin həyat strukturunda yeniliklərlə qarşılaşmışdır.  Ənənəvi çoxuşaqlı 

ailələr azsaylı ailələr ilə  əvəz olunmuşdur ki, burada həm ata, həm də ana ailənin təminatçısı rolunda 

çıxış edir. Müasir qadın sabit, inkişaf etmiş  cəmiyyətin fəal qurucusudur. Nəticədə, üzərinə düşən 

məsuliyyət çoxaldıqca, qadının sağlamlığı üçün risk potensialı artır.  

Müasir qadın öz cəmiyyətində yeni keyfiyyətləri ilə təmsil edilir. O, bütün ictimai proseslərdə və 

siyasi fəaliyyətdə iştirak edir. Məhz buna görə onun mövcud dəyişikliklərə yaradıcı adaptasiyası bir çox 

dəyərlərin yeniləşməsinə  gətirib çıxarır. Qadın öz sağlamlığı, öz anatomiya və fiziologiyası haqqında 

geniş məlumatlı olduqca, o, “həkim-pasient” mütərəqqi dialoqunda daha tələbkar olur. Müasir qadın öz 

sağlamlığına aid olan müəmmaları aydınlaşdırmaq istəyir. O, Yaradan tərəfindən ona bəxş edilmiş 

xüsusiyyətləri daha çox dərk edir. Bu gün qadın həkimə kor-koranə tabe olmaq istəmir. O, həkimə 

məsləhətçi, müəllim, hətta detektiv kimi yanaşır, lakin son qəti sözünü o özü deməyə çalışır. Qadının 

özünə belə əminliyinin səbəbi – yüksək texnologiyalar və elmin nailiyyətləri barədə əldə etdiyi biliklər, 

tibbi preparatlar, mammoqrafiya, ultrasəs müayinəsi, exoqrafiya və bir sıra başqa mükəmməl 

aparatlardır. Bütün bunlar qadına yalnız öz sağlamlığı barədə deyil, həm də dünyaya gətirməli olduğu 

uşağın sağlamlığı haqqında düşünməyə imkan verir.  

Qadınların və bütövlükdə  cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sistemin 

normal funksional vəziyyətini nəzərdən keçirərkən, ictimai münasibətlərin müasir səviyyəsində 

reproduksiyanın pozulmasını  təhlükə hesab etmək lazımdır, çünki bunu bilmədən sağlam nəsillərin 

yaranması mümkün deyil. İnsanın reproduktiv funksiyası həyatın intim tərəfi ilə bağlıdır ki, bunun da 

xarakteri həm orqanizmin anadangəlmə xüsusiyyətləri, həm də milli, mədəni və dini adətlərin, həmçinin 

sosial-iqtisadi amillərin təsiri altında formalaşan və sonradan qazanılmış  əlamətlərlə müəyyən edilir. 



 

 

Məhz onlar, reproduksiyanın effektlivliyini şərtləndirir, bunun əhəmiyyəti populyasiya və genefondun 



qorunub saxlanılmasındadır. 

Qadınların reproduktiv sağlamlığı onların reproduktiv yaşı ilə müəyyən edilir, çünki qadınların 

reproduktiv yaşı, doğulan uşaqlar və doğum  əmsalı arasında müəyyən uyğunluq yaradır. Jəmiyyətdə 

reproduktiv yaşlı qadınlar çox olduqca, gələcəyə və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına inam 

artır. Bu gün dünyanın bir çox ölkələrində qadınların sağlamlığının qorunması problemi sabit inkişafın 

prioritet istiqamətidir. Məsələn, ABŞ-da 2 il ərzində reproduktiv əməliyyatların göstəricisi 27% 

artmışdır. ABŞ-ın xəstəlikləri müşahidə  və profilaktika Mərkəzinin məlumatına görə bu ölkədə 

reproduktiv texnologiyaların miqdarının artmasına çoxsaylı tibbi müəssisələrinin nailiyyəti kimi baxmaq 

olar. Əgər 1996-cı ildə ABŞ-da bu profil üzrə 330 tibb mərkəzi var idisə, 1998-ci ildə bu göstərici 390-a 

qədər artmışdır, bununla da artım tendensiyası müşahidə olunmuşdur. ABŞ Reproduktiv 

Texnologiyalar Jəmiyyətinin prezidenti Jem Qrifonun fikrincə, “…onların çox sürətlə artan populyarlığı 

daha çox sayda insanların valideyn olmaq arzusu ilə bağlıdır. Bir çoxları riskə getməyə belə razıdırlar”. 

Müasir dövrün artım tendensiyalarından biri də ekstrakorporal metodun tətbiq edilməsidir. İki və 

daha çox uşaq istəyən amerikalıların da sayı artır. 2000-ci ildə ABŞ-da doğum sayının göstəricisi 3% 

artmışdır. Bununla yanaşı, risk qrupuna aid olan pasiyentlərdə siqaret, alkoqol və narkotik maddələr 

kimi atributların istifadəsi azalmışdır.  

Müasir dövrdə dünyanın demoqrafik vəziyyət mürəkkəb ikili xarakter ilə izah edilir: 

 



Avropa və Şimali Amerika ölkələrində doğum sayının və əhalinin artım tempinin kəskin şəkildə aşağı 

düşməsi və əhalinin qocalması;  

 

Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində əhali “sayının” sürətlə artması, 



ana və uşaqların xəstəlik və ölüm göstəricilərinin yüksək olması. 

İnkişaf etməkdə olan ölkələrdə yüksək fertillik, doğum sayı  və bununla yanaşı xüsusilə 

yeniyetmələr arasında ana və perinatal xəstəlik və ölüm hallarının yüksək göstəriciləri, həmçinin 

somatik, ginekoloji və cinsi yolla ötürülən xəstəliklərin yoluxma göstəricinin yüksək olmasına təsir edən 

reproduktiv sağlamlığın aşağı  səviyyəsi gənc nəslin reproduktiv sağlamlığının yaxşılaşdırılmasını 

prioritet problem kimi əvvəlcədən müəyyən edir.  

Asiya, Afrika, Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində, həmçinin MDB məkanında və 

Şərqi Avropa dövlətlərində  gənc  əhalinin reproduktiv sağlamlıqla bağlı informasiya sahəsində 

tələbatlarının ödənilməsi labüddür. Mövcud sosial-iqtisadi şərait onları daha da ciddiləşdirir, bu isə 

yeniyetmə fertilliyi, ana və perinatal ölümün, cinsi yolla ötürülən xəstəliklərin, ginekoloji və somatik 

xəstələnmələrin, zərərli vərdişlərin səviyyəsinin aşağı salınması  və profilaktikası üzrə  təcili tədbirlərin 

görülməsini tələb edir.  

Digər regionlara nisbətən seksual inqilabın daha erkən baş verdiyi Qərbi Avropa ölkələrində gənc 

əhalinin müasir nəsli yalnız inkişaf etməkdə olan ölkələrdə yaşayan həmyaşıdları ilə deyil, həm də öz 

valideynləri ilə müqayisədə reproduktiv sağlamlıq baxımından daha yüksək fəallığı ilə xarakterizə 

edilir. Bu, həmin ölkələrdə dövlət səviyyəsində müvafiq problemlərin effektiv həlli strategiyasının 

işlənib hazırlanması ilə, ailə planlaşdırılması xidməti üzrə  təşkilatların yalnız tədris müəssisələrində 

deyil, həm də kütləvi informasiya vasitəsində mütəmadi fəaliyyəti ilə, seksual maarifləndirmənin 

yüksək keyfiyyətinin təmin olunması ilə izah edilir. Aparılan iş  nəticəsində  Qərbi Avropa ölkələrində 

doğum sayının tənzim edilməsi metodlarından istifadə  səviyyəsi 52-75% arasında tərəddüd edir

yeniyetmə fertilliyinin və cinsi yolla ötürülən xəstəliklərin səviyyəsi isə ildən-ilə azalır. Buna görə  də, 

seksual maarifləndirmə  və ailə planlaşdırılması sosial inkişafın, insan amilinin və  təbiət resurslarının 

yaxşı vəziyyətinin ən mühüm elementidir.  

Reproduktiv sağlamlıq – cinsi inkişaf və ginekoloji inkişaf məfhumlarından daha geniş anlayışdır. 

O, cinsi, fiziki, psixoseksual, psixososial inkişafın somatik və psixoloji sağlamlığının ahəngini və 

tarazlığını ehtiva edir. Cinsindən, irqindən, yaşından və dinindən asılı olmayaraq, hər bir insanın 

reproduktiv və sosial sağlamlıq hüququ var. Bizim respublikamızda da, əhalinin reproduktiv 

sağlamlığının müdafiəsi üzrə 24 mərkəz fəaliyyət göstərir ki, burada qadın orqanizminə ekoloji amillərin 

təsiri öyrənilir. Bu mərkəzlər BMT-nin Əhali fondunun maliyyə yardımı ilə  həyata keçirilən 

Azərbaycanın Səhiyyə Nazirliyinin ailə  və reproduktiv sağlamlığın planldaşdırılması üzrə proqramı 

çərçivəsində yaradılmışlar. 26 iyul 1997-ci ildə  qəbul edilmiş  “Əhalinin sağlamlığının qorunması 

haqqında” Qanunun qəbul edilməsi bu istiqamətdə atılmış mühüm addım oldu. Əhalinin sağlamlığının 




 

 

qorunması siyasi, iqtisadi, hüquqi, tibbi və sanitariya-gigiyena tədbirləri kompleksindən ibarətdir. Bu 



qanuna  əsasən, cinsi mənsubiyyətindən asılı olmayaraq, respublikamızın hər bir vətəndaşı öz 

sağlamlığının qayğısına qalmaq hüququnu qazanır. Həmçinin bu qanunda əhalinin reproduktiv 

sağlamlığı probleminə həsr olunmuş xüsusi bölmələr var.  

Əhalinin reproduktiv sağlamlığı ilə bağlı bir çox məsələlər beynəlxalq hüquq normalarına və 

respublika konstitusiyasına əsasən 6 mart 2000-ci il tarixində qəbul edildmiş və ailədə bərabərliyi təmin 

edən Azərbaycan respublikasının ailə-nigah məsəlləsində işıqlandırılmışdır. 

Bu gün Azərbaycanda qadınların sağlamlığı ilə bağlı olan bir sıra problemlər mövcuddur. Çətin 

həyat  şəraiti, həddindən artıq məşğulluq və digər hadisələr nəticəsində qadınların orqanizmində 

zəifləmə müşahidə  olunur  ki,  bu  da  bədxassəli  şişlərin yaranmasına gətirib çıxarır, uşaq doğmaq 

qabiliyyətini aşağı salır, bəzən əlil və xəstə uşaqlar dünyaya gəlir. Uşaq salma, sonsuzluq, xəstə uşaqların 

doğulması  ər və onun qohumları  tərəfindən qadının ittiham olunmasına səbəb olur, bu isə psixoloji 

stresslərə, depressiyalara gətirib çıxarır. Nəticədə, qender assimetriyası güclənir. Bu gün bizim ölkədə 

tibbi-ekoloji vəziyyətdən danışarkən respublikada yaranmış situasiyaya əsas təsir göstərən amilləri qeyd 

etmək lazımdır. Bu, hər  şeydən  əvvəl, Qarabağ  ətrafında  1988-ci ildən cərəyan edən hərbi-siyasi 

hadisələrdir. Reproduktiv yaşlı kişi  əhalisinin çoxsaylı itkisi və  əlil olması Azərbaycanda təbii artım 

göstəricilərinin azalmasına təsir etmişdir.  

Qərb bölgələrindən olan miqrantların böyük axını, keçid dövrünün iqtisadi çətinlikləri, kişilərin iş 

axtarmaq məqsədi ilə xaricə getməsi qadınları  cəmiyyətin  əsas işçi qüvvəsinə çevirmişdir. Üstəlik ailə 

ocağının qorunub saxlanılması  və  uşaqların tərbiyəsi üçün ənənəvi məsuliyyət qadınların sosial 

vəziyyətini ağırlaşdırır. Bu gün azərbaycanlı qadın yalnız çoxəsrlik adətləri qoruyub saxlamır, o həm də 

xarici dillərdə  sərbəst danışır,  ən müasir texnologiyalardan istifadə edir, öz uşaqlarını  Qərb 

mədəniyyətinə  cəlb edir. Bununla belə, sosial və  mədəni xidmət sferası  həmişə onun intellektual 

səviyyəsinə uyğun gəlmir və o, bəzən adi təsadüflərdən mühafizə edilmir. Daim artan psixo-emosional 

pressinq və fiziki gərginlik  şəraitində qadın orqanizmi həm də  zərərli ekoloji amillərin mənfi təsirinə 

məruz qalır.  

Azərbaycan Respublikasının Konstitusiyasına (41-ci maddə)  əsasən, hər bir vətəndaşa öz 

sağlamlığını qorumaq və tibbi yardım almaq huququ verilmişdir. Bundan başqa, hər bir qadının 

dünyaya uşaq gətirməsi ilə əlaqədar olaraq öz sağlamlığını qorumaq hüququ var. Əsas Qanuna əsasən 

hər bir vətəndaşa pulsuz tibbi yardım göstərmək məqsədi ilə respublikada xəstəxana və müalicə ocaqları 

sistemi yaradılmışdır, uşaq və qadın müalicə mərkəzləri fəaliyyət göstərir.  

Qeyd etmək lazımdır ki, tibbi müəssisələrin heyətinin 2/3 hissəsini qadınlar təşkil edir. 

Azərbaycanda dünya şöhrətli həkimlər – akademik Zərifə xanım  Əliyeva, professorlar Minə xanım 

Davatdarova, Umnisə xanım Musabəyova, Səyalı xanım Tağıyeva və başqaları öz dövrünün ən görkəmli 

səhiyyə xadimləri olmuşlar. Onlar Azərbaycanın elmi elitasının parlaq nümayəndələri olmaqla yanaşı, 

öz akademik məktəbələrini yaratmışlar.  

Bizim ölkəmizdə səhiyyə iqtisadiyyatın elə bir sahəsidir ki, burada qadınların üstünlüyü, müəyyən 

mənada, qender asimmetriyası kimi xarakterizə olunur: respublikanın tibb heyətinin 74,4%-i qadınlardır. 

Respublikamızda 30 min ixtisaslı  həkimdən 56,2%-i qadındır. Orta tibb heyəti işçiləri arasında bu 

göstərici daha yüksəkdir – 90%. Adı çəkilən sahədə rəhbər işçilərin də göstəricisi yüksəkdir – 30%-dən 

çox. Bu səbəbdən qender icmalı iki aspektdə aparılır – qadın – səhiyyə  tədqiqatlarının obyekti kimi, 

qadın – səhiyyə  tədqiqatlarının subyekti kimi (qadınların fəaliyyət sferası). Bütövlükdə, respublikanın 

hər  10 min sakininə 36 həkim və 90 xəstəxana çarpayısı düşür. Müasir vaxtda Azərbaycan Səhiyyə 

Nazirliyi UNİSEF ilə birlikdə ilkin tibbi islahat aparır. Dünya Bankının böyük köməyi çox 

əhəmiyyətlidir. Mütəmadi olaraq, malyariya və zoba qarşı profilaktik aksiyalar keçirilir, QİÇS-lə 

mübarizə sahəsində təşviqat işi aparılır. (B., UNDP, 1999) 

Əhalinin sağlamlığının tibbi-ekoloji aspektlərinin müəyyənləşdirilməsi və orta xronoloji 

göstəricilərinin nəzərdən keçirilməsi zamanı  aşkar edilmişdir ki, Azərbaycanda ümumi xəstələnmə 

dərəcəsinin  ən az miqdarı Abşeron yarımadasının və  Mərkəzi Aranın, həmçinin Quba-Xaçmaz 

regionunun payına düşür. Tənəffüs orqanlarının xəstəlikləri (xüsusilə, respublikanın  ən iri sənaye 

mərkəzləri olan Bakı  və Sumqayıtda), zədələnmə  və  zəhərlənmə, anadangəlmə anomaliyalar, dəri və 

dərialtı hüceyrələrin xəstəliyi daha geniş yayılmışdır. Hemofiliya və talassemiya kimi qan xəstəlikləri 

qohumlararası nigahların ənənəvi olması ilə izah olunur. 




 

 

Ətraf mühitin vəziyyətinin gərginləşməsi kontakt reaksiyalardan (allergiya, zəhərlənmə)  əlavə, 



qadınların immun sisteminə  təsir edir, onların sağlamlığını  zəiflədir və reproduktiv fəaliyyətində 

əvvəlcədən bilinməyən nəticələrə gətirib çıxarır.  

Zərərli ekoloji amillər (radioaktiv maddələr, bioloji sintez maddələri ayrılııb atmosferə daxil olan 

kimyəvi birləşmələri, qida əlavələri və s.) təbiətə kanserogen, mutagen və teratogen təsir göstərirlər. 

Kimyəvi reagentlərdən, xüsusilə məişətdə sintetik aktiv maddələrdən həddindən artıq istifadə edilməsi 

ciddi məsələdir. Məişət kimyasının bu maddələr kateqoriyası aller-gik təsirdən başqa, müxtəlif sahələrdə 

təzahür edir. Bu yalnız bizim respublikamızda deyil, dünyanın başqa yerlərində  də müşahidə edilir. 

Kimyəvi preparatlar və onların törəmələri çox vaxt, sahillərində iri urbanizasiya regionları yerləşən 

hövzələrə axıdılır.  Əksər hallarda, kimyəvi təsirlər mikrobioloji səviyyədə üzvi çirkləndiricilərlə  də 

əlaqələnə bilər. Bir çox hallarda, bu, gündəlik su təminatı problemi ilə bağlıdır. Məlum olduğu kimi, 

Avropanın  ən “qaynar” nöqtələri Aralıq dənizinin sahillərində yerləşir. Onların  ərazisi  əksər hallarda 

daha çox çirklənmiş sahələrə  təsadüf edir. Müasir problemlərin xeyli hissəsi patogen və digər xəstəlik 

törədən mikroorqanizmlərlə bağlıdır. Onlar kanalizasiya sistemləri vasitəsi ilə suya düşərək,  əhalinin 

xəstələnmə riskinin artmasına şərait yaradır. İqlim şəraitinin komfortluğu burada dünya turizminin 1/3 

hissənin cəmləşməsinə  zəmin yaradır. Çimərlik mövsümünün uzunmüddətli olması  və çimərliklərdə 

həddindən artıq rekreantın istirahət etməsi, Şərqi Avropa kurortları ilə müqayisədə burada xəstəliklərin 

daha geniş yayılmasına gətirib çıxarır. Ağır metalları  və kimyəvi preparatları bioakkumulyasiya edən 

balıq və  dəniz bitkiləri ilə  zəhərlənmələr də az əhəmiyyət daşımır. Dünya praktikasında Yaponiya 

şəhərlərinin faciəsi məlumdur ki, burada ağır metallar, xüsusilə civə və qur-ğuşun Minimata buxtasında 

həddindən artıq toplanan vaxt yalnız bu su hövzəsinin canlıları ilə qidalanan əhali kütləvi zəhərlənməyə 

məruz qalmışdır. 

Bizim respublikanın Simqayıt zonası xüsusi təhlükə obyekti sayılır ki, onun da akvatoriyası yaxın 

zamanlara qədər ağır metalların, xüsusilə civənin rekord göstəricisi ilə fərqlənirdi. Son illər Sumqayıtın 

ekoloji reabilitasiyası proqramı səmərəli şəkildə həyata keçirilir ki, burada qadınlar – öz şəhərinin sabit 

gələcəyində maraqlı olan ekoloqlar, kimyaçılar, həkimlər, pedaqoqlar da iştirak edirlər (B., UNDP, 1999).  

Bütövlükdə, ətraf mühitin zərərli amilləri ikili təzahür edə bilər: bir tərəfdən, onlar mutasiyaların 

yaranmasına səbəb olur (mutagen effekt), digər tərəfdən, onlar irsiyyəti dəyişdirə bilirlər (ekogenetik 

effekt). Bəzən mutasiya proseslərinin dərhal meydana çıxması  və  aşkarlanması uzun müddət davam 

edir. Övladsız nigahlar, ağır keçən hamiləlik, spontan abortlar, ölü doğulmuş  uşaqlar və anadangəlmə 

qüsurlara malik uşaqların doğulması bunun nəticəsidir. Məsələn,  1999-cu ildə kimya sənayesinin 

mərkəzi olan Sumqayıtda perinatal ölüm hallarının, anensefaliya, çənə-üz uyğunsuzluğu və digər 

çoxsaylı pozuntuların 50%-ni inkişaf qüsurları təşkil edir. Aparılan tədqiqatlarda bir il ərzində doğulan 

uşaqlarda anadangəlmə qüsurların müəyyən faizi göstərilmişdir (3%-dən çox). 

Ərazisində indiyə kimi Sovet dövrünün qapalı  hərbi obyekti yerləşən Qəbələ rayonu ekoloji 

cəhətdən  əlverişsiz region hesab edilir (radiolokasiya qurğusunun mövcudluğu səbəbindən). Perinatal 

ölüm, uşaqlarda anadangəlmə qüsurların olması, bir yaşına kimi uşaqların yüksək xəstələnmə 

göstəriciləri bunu sübut edir. Ölkənin yod kəsiri hiss olunan bəzi regionlarında qadın orqanizminə  və 

gələcək uşaqların sağlamlığına mənfi təsir müşahidə edilir. Bundan başqa, yodun çatışmazlığı 

qadınlarda hamiləliyin çətinləşməsinə, doğuş vaxtı  uşaqlarda endemik kretinizmin yaranmasına, fiziki 

və  əqli cəhətdən zəif inkişaf etmiş  uşaqların doğulmasına səbəb olur. Başqa bir misal. Jivənin alkil 

birləşmələri dəniz heyvanlarının orqanizmində toplanır ki, bu da qida məhsulu kimi onlardan istifadə 

edən insanların zəhərlənməsinə  gətirib çıxarır. Digər ağır metalların (qurğuşun, sink) da qadın 

orqanizminə mənfi təsirinə dair faktlar var. Neft-qaz istehsalının inkişaf etdiyi regionlarda səciyyəvi olan 

“çirkli” gölməçələri, həmçinin onların səthində qabarcıqların və dibində çöküntülərin yaranmasını  ən 

ağır ekoloji problemlərə aid etmək olar. Belə ki, neft-qaz “qabarcıqlarında” radionukleidlərin 

mövcudluğu suyun radioaktivliyini artırır.  

Ekoloji tarazlığın saxlanılmasına dair problemlər aktual məsələlər kateqoriyasına aiddir. Neft və 

qaz yataqlarının axtarışı ilə bağlı bir sıra məsələlərdən  əlavə, Xəzər dənizinin səviyyə  tərəddüdlərinin 

nəticəsi olan sosial və təsərrüfat problemlər də yaranır. Məsələn, Lənkəran və Salyan rayonlarında Xəzər 

dənizinin səviyyəsinin qalxması  nəticəsində yüzlərlə hektar sahə su altında qalmışdır. Bu zaman ətraf 

ərazilərdə suyun kimyəvi tərkibi kəskin dəyişmiş, səthi buxarlanma artmış, rütubətlik çoxalmış, bu isə, 

insanların sağlamlığına ziyanlı təsir göstərmişdir.  




 

 

Reproduktiv sağlamlıq problemləri insan ekologiyası anlayışı ilə  sıx bağlıdır.  İnsan ekologiyası 



haqqında tezis təbiətdə bioloji başlanğıc ideyasından götürülmüşdür. Təbiət və cəmiyyət bir-biri ilə sıx 

surətdə qarşılıqı  əlaqədədir. Onlar qarşılıqlı  şəkildə bir-birindən asılıdırsa, onda insanın ekoloji 

problemləri,  əhalinin sağlamlıq, o cümlədən, reproduktiv sağlamlıq problemləri davamlı inkişafın 

prioritet istiqamətləridir.  

 


Yüklə 377,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin