Mövzu. Reproduktiv sağlamliq problemləRİ qender və demoqrafik problemləR


Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi



Yüklə 377,05 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.01.2022
ölçüsü377,05 Kb.
#2725
1   2   3   4   5
Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi 

Qidalanma hüququ – insan hüquqlarının tərkib hissəsidir. Hər şeydən əvvəl, planet əhalisinin ən 

kasıb təbəqələri üçün insaflı  və sabit inkişafın təmin edilməsi davamlı inkişafa dair ideyanın müəllifi 

kimi bütün dünyada məşhur olan xanım Qru Harlem Brundtlandın rəhbərlik etdiyi Ümumdünya 

səhiyyə  təşkilatında keçirilən debatlarda əsas yer tutur. Brundtlandın fikrincə, “…. bu sferada nəyinsə 

dəyişilməsinin zəruri olmasına dair inkişaf edən “dərketmə” yaranmışdır. Beləliklə, qəbul edilməzdir ki, 

aradan qaldırılması mümkün olan xəstəliklərə görə milyardlarla insan yoxsulluq vəziyyətində yaşasın. 

Şübhəsizdir ki, sağlamlıq iqtisadi tərəqqini sürətləndirir, belə bir inkişafın mənfəəti insafla 

paylaşdırılırsa, bu, yoxsulluğu azaldar. Lakin istixana effektinin, qlobal miqyasda havanın və suyun 

çirklənməsinin nəticələri, həmçinin  ərzaq məhsullarının kimyəvi və bioloji tərkibi insanların 

sağlamlığına mənfi təsir göstərir. Buna görə  də,  ətraf mühit və sağlamlıq bilavasitə davamlı inkişaf 

problemləri ilə əlaqədardır”.  

Son on ildə qida məhsulları istehsalının artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə, 

bütövlükdə dünyanın 86 ölkəsində, təqribən bir milyard insanın hələ  də doyunca yeməməkdən, 2 

milyard insanın qismən həyat üçün təhlükəli olan distrofiyadan əziyyət çəkməsi müşahidə edilmişdir. 

Səbəb – orqanizmin A vitamini, yod və  dəmir kimi mikroelementlərlə kifayət qədər təmin 

edilməməsidir. Bu, hər  şeydən  əvvəl uşaqlara aiddir: onlardan təxminən 200 milyonu protein 

çatışmamazlığından əziyyət çəkir. Bununla yanaşı, həyat səviyyəsi yüksək olan ölkələrdə bolluq hökm 

sürür. Məsələn, Almaniyanın hər bir vətəndaşı Syerra-Leone sakininə nisbətən orta hesabla 50% çox 

kalori, 2 dəfə çox protein və 2 dəfə çox yağ istehlak edir. Həm də  nəzərə almaq lazımdır ki, insanlar 

kalorinin 32%-ni və yağın 57%-ni ət və digər heyvan mənşəli məhsullardan alır. Syerra-Leonedə bu 

komponentlərin payı 4% və 6%-dir. Beləliklə, yüksək inkişaf etmiş ölkələrdə düzgün qidalanmanın 

tərbiyə edilməsi vasitəsi ilə sabit qidalanmaya birbaşa yol müəyyən edilir. İnkişaf etmiş ölkələrdə 

qadınlar öz qidalarına xüsusi diqqət yetirirlər:  ət  əvəzinə meyvə  və  tərəvəzə,  şokolad  əvəzinə taxıl və 

süd məhsullarına üstünlük verən və düzgün qidalanmaqla sağlamlığa dəyən ziyanın qarşısını almağa 

çalışırlar. Onların qənaətinə görə, sağlam davamlı qidalanmaya ekoloji cəhətdən təmiz qidalanma 

proqramının köməyi ilə nail olmaq olar.  

Lakin davamlı inkişaf özündə yalnız insanları zəruri qida məhsulları ilə təmin etməyi deyil, həm 

də onların istehsalı zamanı ətraf mühitin qorunmasını da ehtiva edir. Bu səbəbdən, dünya səviyyəsində 

ətdən istifadəni azaltmaq lazımdır. Belə ki, Jənubi Amerikada bir inəyi bəsləmək üçün orta hesabla 18 

min kv. m. tropik meşəni otlağa çevirmək lazımdır. Bir inək ömür müddətində 200 mln. metan qazı ifraz 

edir ki, bu da istixana effekti yaradır. Bir heyvana yem hazırlamaq üçün 600 min litr su sərf olunur (1999-

cu ildə dünyada rekord göstərici qeydə alınmışdır – 56 mln. ton dana və mal əti). 

Bu gün dünyada qaramalın sayı 1,3 mlrd. baş artmışdır. Bu, ekoloji ziyanın əvvəllər görünməyən 

xarakter aldığını təsdiq edir. 

Analoji problemi bütün dünyada zərif və  ləzzətli yeməkləri həddindən çox sevən insanlar üçün 

delikates olan krevetlərin (xırda dəniz xərçəngi) istehsalı yaradır. Tailandda 30 il ərzində krevet 

fermaların təlabatını ödəmək üçün manqr meşələrinin yarısı məhv edilmişdi. Ölkədə istehsal edilən 200 

min ton krevetdən 95%-i ixrac edilir. Krevetlər dünya bazarındakı balıq məhsullarının ümumi çəkisinin 

cəmi 3%-ni, dəyər baxımından isə 20%-ni təşkil edir. Bu fakt istehsalın davamlı inkişaf istiqamətində 

yeni oriyentasiyanın aktuallığını təsdiq edir.  

XX  əsrin axırlarından başlayaraq Hissen, Kassel və Fuld şəhərlərinin (AFR) universitetlərində 

tələbələrə yeni fənnin - qida ekologiyasının tədris edilməsi fərdin  ətraf mühitlə, iqtisadiyyat və 

cəmiyyətin bu və ya digər qidalanma sistemi ilə, məsələn, qida məhsullarının istehsalı  və onların 

istehlakı ilə əlaqəsinin tədqiqinə kömək edir.  

Bu gün dünya əhalisinin sağlamlığına təsir edən  ən ciddi müasir problemlərdən biri içmək üçün 

yararlı su ilə  təmin edilməsi problemidir. Təmiz içməli su ilə  təminat məsələsi  əhalinin sağlamlığının 



 

 

əsaslarından biridir. Əgər içmək üçün yararlı suyun 60%-nin 10 dövlətdə – əsasən ABŞ, Rusiya, Braziliya 



və  İndoneziyada olduğunu,  İordaniya, Sinqapur və Liviya kimi ölkələrin isə, ümumiyyətlə, su 

ehtiyatlarının olmamasını  nəzərə alsaq, onda bu problemin qloballığını anlamaq olar. Su – arzu edilən 

iqtisadi inkişafın açarıdır ki, bunun da köməyi ilə yoxsulluğu aradan qaldırmaq olar. Lakin suyun əldə 

edilməsinin həm də mühüm sosial nəticələri var: dünyanın bəzi yoxsul ölkələrində suyu əldə etmək 

üçün qadınlar çox zaman 10 kilometrdən artıq məsafəni piyada qət etməli olurlar. Bu, övlad tərbiyə 

etmək və ya digər ev işlərini görmək üçün onların vaxtının az qalması deməkdir. Su – sosial ədalət, ətraf 

mühitin stabilliyi və  mədəni müxtəliflik açarıdır. Qədim mədəniyyətlərə, bütün dünya dinlərinə  nəzər 

salsaq, suyun sadəcə iqtisadi amil olmadığını görmək olar. Su mənəvi dəyərlərlə, insanın təbiətə 

ehtiramı ilə birbaşa bağlıdır.  

Bizim respublikamızda keçirilən sosioloji sorğu nəticəsində müəyyən edilmişdir ki, 

respondentlərin 90%-dən çoxu yalnız bulaq suyunu təmiz su sayırlar (lakin respodentlərin yalnız 7,4%-i 

bu sudan istifadə edirlər). Əhalinin məişətdə istifadə etdiyi su çox zaman quyulardan, bəzən çaylardan 

əldə edilir və ya digər  ərazilərdən gətirilir. Bu su xüsusi sanitar nəzarətdən keçmir. Azərbaycanın 

şəhərlərində əhalinin su ilə təminat problemi nisbətən nikbin görünür. Şəhər əhalisinin 95,2%-dən çoxu 

su kəmərindən istifadə edir. Qeyd etmək lazımdır ki, bu kommunal xidmət növünün dəyəri nisbətən 

ucuzdur (suyun hər 5 min litrinə 8-10 ABŞ dolları ödənilir). Lakin suyun sanitar qiymətləndirilməsinin 

səviyyəsi, artıq qeyd etdiyimiz kimi, heç də həmişə beynəlxalq standartlara uyğun gəlmir.  

Kənd yerlərində su ilə  təminat problemi daha dramatik şəkil alır. Belə ki, kənd  əhalisinin yalnız 

10%-ə  qədərinin nisbətən rahat su təminatı var. Qalan 90% fiziki xarakterli daimi çətinliklərlə (onlar 

artezian quyularının, bulaqların, çay və göllərin suyunu işlədirlər) və ya əlavə  xərc ilə (suyu başqa 

yerlərdən gətirirlər, elektrik nasoslarından istifadə edirlər və s.) üzləşir. Bir qayda olaraq, bütün ailəni su 

ilə  təmin etmək vəzifəsi qadın və  uşaqların öhdəsinə düşür. Qadının öz ərini itirdiyi və  tək qaldığı 

ailələrdə birmənalı olaraq, bu problemin alternativ həlli yoxdur (Xalilov, 2003).  

2001-ci ildə Bonnda şirin su ilə bağlı problemlər üzrə keçirilən Beynəlxalq konfransda 118 dövlətin

47 Beynəxalq təşkilatın və 73 müxtəlif ictimai təşkilatın nümayəndələri görüşmüşlər. Azərbaycanın da 

nümayəndə heyətinin iştirak etdiyi bu konfransda su ilə  təminat və su axımı probleminin həlli üçün 

konkret yollar tapıldı, suyun sabit istifadəsi və ədalətli bölgüsü üzrə əməli addımlar atıldı. Demoqraflar 

2025-ci ilə  qədər Yer kürəsi  əhalisinin 8 mlrd.-a qədər artacağını proqnozlaşdırırlar ki, bunların da 5 

mlrd. nəfəri içməli su qıtlığından əziyyət çəkən sahələrdə yaşayacaqdır. 

 


Yüklə 377,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin