Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin


Təsviri incəsənətin nəzəriyyəsi  Telman İbrahimov Gizli simmetriya nəzəriyyəsini



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
I brahimov T I Tsviri incsntin nzr

46
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Gizli simmetriya nəzəriyyəsini ilk dəfə məşhur ingilis teatr 
rejissoru Piter Bruk teatr səhnəqrafiyasını işlərkən yaratmışdır. 
O, bunu səhnənin quruluşu və səhnədə akt zamanı aktyorların 
yerləşdirilməsi və hərəkətləri zəminində müəyyən etmişdir. Belə 
gizli simmetriya əvvəllər qədim və orta əsrlər Şərqində məlum 
olsa da, elmi-nəzəri şəkildə işlənilməmişdir. Çünki Şərqin 
düşüncə tərzi başqadır. Şərqdə elm sözdür – deyilir və valeh edir. 
Şərq gözəl deyilən sözü ağıllı, lakin eybəcər deyilən sözdən üs-
tün tutur. Qərbdə isə bu belə deyil, sözün məzmun və mahiyyəti 
onun səsləndirilmə formasına nisbətdə daha önəmlidir.
Piter Bruk simmetriya haqqında fikrini belə ifadə etmişdir: 
“Əgər boşluq görürsünüzsə, o demək deyil ki, o tamam boşdur. 
Boşluğun özünün çəkisi, həcmi, mənəvi, bədii tutumu vardır”. 
Klassik müsəlman mədəniyyətində və incəsənətində aşkar 
simmetriyaya daima üstünlük verilmişdir və o, kamilliyin mütləq 
göstəricilərindən biri kimi sənətkarlıqda bərqərar olunmuşdur. 
Bu mədəniyyətin varisləri kimi biz də simmetriyanı gözəllik nor-
ması kimi qəbul etmişik.
Məsələn, eyni cür iki vaza olduqda, biz birini servantın sağına, 
digərini isə soluna qoyuruq. Müsəlmanlardan fərqli olaraq, ya-


47
Mövzu 7 
Təsviri sənətdə simmetriya və asimetriya
ponlar isə birini qoyub digərini gizlədəcək və onun yerinə başqa 
şey – gül qoyacaq. Beləliklə, onlar “gizli” simmetriya əldə edirlər. 
Asimmetrik təsviri kompozisiya ona baxan tamaşaçıda qeyri-
adi, qeyri-stabil emosional hal yaradır. Belə asimmetriya bizim 
emosionallığımızı özünə cəlb edir və insan özündə tarazlıq po-
zulmuş kimi emosional hal yaşayır. Asimmetrik quruluş insanda 
emosionallığı assosiasiya yolu ilə artırır. Digər tərəfdən, insanın 
baxışı bu kompozisiyanı seyr etdikdə, sanki xəyalən asimmetrik 
strukturla hərəkət edir və yenə də narahatlıq emosiyasını yaşayır. 
Simmetriya təsviri sənətdə təkcə formalarla, cisimlərlə, 
elementlərlə deyil, eyni zamanda rənglərlə də ifadə oluna bilər. 
Rənglərin simmetriyası formaların simmetriyasından daha 
təsirli və güclüdür. Rənglərin simmetriyasının güclü olması ide-
yasını ilk dəfə abstraksionist rəssam V.Kandinski irəli sürmüşdür. 
Pol Qoqen. (1848 -1903). 
“Taiti qadınları sahil 
kanarında”.1891.
Orso Muzeyi, Paris. Fransa.



Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin