Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

211

mənşəyinin,  qohumluq  əlaqəsinin,  cinslərin  genetik  quruluşunun  və 

cinsdaxili  differensiasiyasınm,  seleksiya  işlərinin  planlaşdınlmasmın  və  ona 

nəzarət  edilməsinin  mexanizminin  hazırlanması  zamanı  olduqca  böyük 

əhəmiyyətə malikdir.  Dünyanın südünün  yağlılıq  faizi  ən yüksək  olan cersey 

qaram alları  digər  Avropa  cinslərində  mövcud  olmayan  (hemsey  cinsi 

müstəsna olmaqla) 



bir sıra 

allellərinə

 malikdir.

В iryumurtalı

Hər iki  dölü A  v ə  В  amilləri  

nÖvbəloşdirir

İki yumurtalı



Birinci dölü A  

İkinci  dftlfi В

amili  növbə! əşdirir 

am ili nÖvbələşdirir.

Damarların  a n o s t r o m o z u  

Birinci  döl  B ,   ikinci  döl  iso A

nəri c a n in d ə   q a n   y a r a d a n   hüceyrələrin 

amili alır,

mübadiləsi  b a ş  v e r s ə   də  h ə r   iki  d ö l   e y n i 

q a n   tipinə  malik olur.

Əkizlər eyni tip qan qrupuna  

malikdir 

Ə kizlər hər iki  qan tipinin  

qarışığına malikdir:

A  və В  tipinin hər biri  ayrılıqda

Şəkil 34.

  Ikiyumurtalı  əkizlərdə eritroblastoza  səbəb olan  damarların 

anostomozunun sxemi.  Bir yumurtalı əkizlərdə  damarlarda  anostomoz müşahidə 

edilməsinə baxmayaraq,  qan tipi  sabit  qalır (J.Johanson  və  b„  1970).

6.3. 

Genetik xəritənin tərtibi və genlərin  pleyotrop təsiri. 

Genetik 


xəritənin  tərtibi  və  qan  qruplarının  xəstəliklərə  davamlılıqla  əlaqəsinin 

öyrənilməsi  müasir  heyvandarlığın  və  baytarlıq  təbabətinin  davamlı 

inkişafının  ən  prioritet  elmi  istiqaməti  sayılır.  Heyvanların  qan  qrupu  və 

biokimyəvi  polimorf  sistemlərinin  və  onların  arasındakı  krossinqoverin 

öyrənilməsi  xromomsomlann  genetik  xəritəsinin  tərtib  olunması  üçün 

olduqca  böyük  zəmin  yaradır.  Genetik  xəritəyə  əsasən xəstəliklərin  nəsildən 

nəsilə  keçməsi  asanlıqla  təyin  olunur.  Müəyyən  edilmişdir  ki,  0(1)  qan 

qrupu  olan  insanlarda  onikibarmaq  bağırsağın  yarası  başqa  qan  qrupu 

olanlara  nisbətən  1,3  -   1,5  dəfə  çox  müşahidə  edilir.  А  (II)  qan  qrupu  olan 

insanlarda  isə  vərəmlə  yoluxma  hallan  və  mədə  xərçəngi  digər  qan  qrupu



212

olan  insanlara  nisbətən  1,2  -   1,4  dəfə  artıq  olur.  Hazırda  elmi-texniki 

tərəqqinin  son  nailiyyətlərinin  heyvandarlıqda  və  baytarlıq  təbabətində 

geniş  miqyasda  istifadə  olunması  nəticəsində  qan  qrupu  və  biokimyəvi 

polimorfizmin  orqanizmin  xəstəliklərə  davamlılığı  və  heyvanların  kross- 

darlığı arasındakı  korrelyasiya olduqca  geniş və müfəssəl surətdə  öyrənilmiş 

və  bu  sahədə  böyük  uğurlar  əldə  edilmişdir.  Qeyd  edilən  elmi  axtarışların 

əsasını dörd nəzəri istiqamət təşkil  edir:

1. 


Genlərin  pleyptorp  təsiri

  -   heyvanların  qan  qrupu  və  biokimyəvi 

polimorfizmini  təmin  edən  marker  genlərin  heyvan  və  quşlann  xəstəliklərə 

davamlılığına  və  məhsuldarlığına  birbaşa,  yaxud  dolayı  yolla  təsirindən 

ibarətdir;

2.  Qan qrupu, yaxud

 biokimyəvi polimorfizmi sistemlərinin heyvanların 

xəstəliklərə  davamlılığına  və  məhsuldarlığına  təsir  edən lokusları  arasındakı 

mövcud olan şaxələnmə;



3. Heteroziz

 -  nəticəsində qan qrupları və biokimyəvi polimorfizmə görə 

heteroziqotluq;

4. İmmunoloji qəbuletməməzlik

  -  ana və dölün qan  qruplarında müxtəlif 

genotiplərin  mövcud  olması  nəticəsində  baş  verməklə  dayçalarda  və 

çoşqalarda 



hemolitik xəstəliyin,

  insanda  isə 



eritroblastozun

  əmələ  gəlməsi  ilə 

səciyyələnir.  Müəyyən  edilmişdir  ki,  donuzları  nəqliyyat  vasitələri  ilə  uzaq 

məsafəyə apardıqda, yaxud yüksək tem peraturun və başqa stressor amillərin 

təsirinə  onların  həssaslığım  ifadə  edən  RSS-sindromunu  müəyyən  etmək 

üçün  qanm  H -qrupu  sistemindən  istifadə  edilir.  RSS  -  sindromuna H a №   -  

homoziqot  fərdləri  daha  həssas  olur.  B21  allellərinə  malik  qan  qrupu  olan 

quşlarda M arek xəstəliyinə qarşı davamlılıq çox yüksək olur.  B2/B2 genotipli 

cücələr  Raus  sarkoması  virusuna  qarşı  digərlərinə  (B5/B5)  nisbətən  olduqca 

davamlı  olur,  həm  də  onlarda  virus  əleyhinə  immunitet  daha tez yaram r və 

onun gərginliyi uzun müddət davam edir.

6.4.  Körpə heyvanların hemolitik, yaxud izohemoliz (№1) xəstəliyi

Bu xəstəlik  ilk dəfə  olaraq  1940-cı ildə  Levin  və əməkdaşları  tərəfindən 

ana  və dölün genotipinin  uyğunsuzluğu  mövcud  olan körpə uşaqlarda  aşkar 

edilmişdir.  Belə  ki,  valideyin  eritrositlərinin  səthində  yerləşən 



xüsusi kross- 

genlərin

  -  


rezus  amilinin

  bir-birinə  uyğun  gəlməməsi  dölün  ölümünə  səbəb 

olur.  Rezus  amili  müsbət  (R h+)  olan  kişilərin 

rezus  amili  mənfi

  (Rh )  olan 

qadınlarla  cinsi  əlaqəsi  nəticəsində  adətən  R h +  olan  övladlar  doğulur. 

Hamiləliyin  2-3  -  cü  aylarında 



Rh*  olan  embrionun qam  ananın orqanizminə 

daxil olaraq həmin antigenə  qarşı spesifik  antitel əmələ gətirir.

  Həmin  kross- 

titellər plasenta  (ətənə-balaətrafı pərdə) vasitəsilə dölün orqanizminə keçərək 

eritrositlərin  aqqlyütinasiyasına

  (bir-birinə  yapışmasına)  səbəb  olur  və 

nəticədə 

eritroblastoz

  (eritrositlərin  parçalanması)  baş  verərək 



dölün  ölümü 

ilə nəticələnir.  Buna bənzər xəstəlik həmçinin dayça,  buzov və çoşqalarda da 

müşahidə edilir.  Lakin  insandan fərqli olaraq qeyd edilən heyvan növlərinin 

ətənəsi  antitelləri  keçirmədiyi  üçün  antitellər  dölün  orqanizminə  yalnız

213


doğumdan  sonra  ağız  südü  vasitəsilə  keçə  bilir.  Belə  ki,  doğumdan  24-48 

saat  sonra  həmin  ananın  südünü  əmən  körpə  heyvanlarda 



izohemoliz 

xəstəliyinin  əlamətləri-gözün  konyunktivasmm 



saralması  (ikteriya),

  ümumi 


zəiflik,  tənəffüsün  seyrəkləşməsi,  eritrositlərin  və  hemoqlo binin  miqdarca 

azalması  və  nəhayət,  bir  neçə  gündən  sonra  körpələrin 



ölämii

  baş  verir. 

A tlarda  dölün  izohemolizi  yeni  doğulan  dayçaların  atalarından  Aı  və  Q 

antigenlərini aldığı və analarında  onların  mövcud  olmadığı zaman  baş verir. 

Bəzi  hallarda  dayçalar  atalarından  R   və  S  -   antigenlərini  aldıqda  da 

immunoloji  münaqişə  yaranır.  Dayçalar  doğulmazdan əvvəl  analarda  antitel 

aşkar  olunduqda  doğumdan  sonra  ilk  iki  gün  ərzində  balaya  başqa  madyanın 

südünü  əmizdirməklə  izohemoliz  xəstəliyinin  qarşısını  almaq  mümkün  olur. 

Həmin  müddət  ərzində  dayçanın  öz  anasının  südü  sağılmaqla  yelin  tamamilə 

ağız südündən azad  olunmalıdır.  İzohemoliz xəstəliyi  ən çox 



эгэЪ at cinslərində 

müşahidə olunur, təmiz qanlı ingilis atlarında isə  1% təşkil edir. Təbii (spontan) 

izohemoliz buzovlarda olduqca nadir hallarda aşkar edilir. Lakin son zamanlar 

müəyyən  olunub  ki, 



anaplazmoza

  qarşı  peyvənd  edilən  inəklərin  balalarında 

izohemoliz  (№1)  3-20%  təşkil  edir.  K err  (1973)  müəyyən  etmişdir  ki,  bir 

qaramal  sürüsündə  doğuma  qədər  anaplazmoza  qarşı  vaksinasiya  olunan  24 

baş  inəkdən  alman  buzovların  66,6%  -   nin  izohemolizlə  xəstə  olması 

aşkarlanmış  və  onların  18%-i  tələf  olmuşdur.  Alimin  fikrincə  buzovların 

izohemolizlə  daha  çox  xəstələnməsinin  əsas  səbəbi  onların  analarının 

anaplazmoza  qarşı  peyvənd  edilməsi  olmuşdur.  Atlar  və  donuzların  yeni 

doğulan  balalarının  izohemolizlə xəstələnməsinin başlıca səbəbəi  ana ilə  dölün 

qan qruplarının bir-birindən kəskin sürətdə fərqli olmasıdır.



Qan  qruplarının  məhsuldarlıqla  əlaqəsi

  -   həmişə  baytarlıq  təbabəti 

genetikası  və heyvandarlıq  elminin  m araq  dairəsində  olmuşdur.  Seleksiyaçı 

alimləri  m araqlandıran  əsas  məsələ  heyvan  və  quşlann  erkən  yaşlarında 

məhsuldarlığının  əvvəlcədən  proqramlaşdırılması  üçün 

markerlərin

  axtarışı 

olmuşdur.  Bunun  üçün  ən  əlverişli  üsul  isə 

genetik  marker

  kimi  qan  qrupu 

sistemləri və biokimyəvi polimorfizmdən istifadə 

edilməsi

 təklif olunmuşdur. 

Qara-ala  və  qırmızı  -   ala  İsveç  qaram al  cinslərində  В  qan  qrupu 

sistemlərində  BOı 



Уг

  D ' allellərinin  müsbət  korrelyasiyası  müşahidə  edilmiş 

və  onun  inəklərin  süd  məhsuldarlığına  və  südün  yağhlıq  faizinin  yüksək 

olmasına  müsbət  təsiri  müəyyənləşdirilmişdir.  V .F.K rasatanm   fikrincə,  qan 

qrupunun  B-sisteminin  O  və  P  allellərinə  malik  olan  K ostrom a  cinsli 

inəklərin  süd  məhsuldarlığı  daha  yüksək  olur.  Q an  qrupu  sistemində  B1  və 

B3  allelləri  olan  toyuqlar  yüksək  yum urta  məhsuldarlığına  malikdir. 

Müəyyən  olunmuşdur  ki,  heyvan və  quşlann  məhsuldarlığının  artınlmasm- 

da qan qrupu sistemləri ilə əlaqədar olan 

heteroziqotluğun

 da çox böyük rolu 

vardır.  Belə ki,  toyuqlarda B-lokusu üzrə heteroziqotluğun artması cücələrin 

yum urtadan çıxmasını,  boy və inkişafmı çox  sürətləndirir.  Son  məlumatlara 

görə 

heterozis  (hibridlərin hər hansı  bir  əlamətə  görə  valideyinlərim  kölgədə 

qoyması)

  yüksək dominantlıqla  çox güclü qarşılıqlı  vəhdət təşkil edir.  Bu  isə 

heteroziqotlarda  genlərin 

homoziqotlara

  nisbətən  tam   və  çox  sürətlə  əmələ 

gəlməsi  ilə  əlaqədardır.  V.N.Tixonova  görə  qan  qrupu  sistemlərinin

214


antigenlərinin heteroziqotluğu həm  də heterozislə nəticələnir.  Belə ki.  Gbb x 

G bb  tipli  homoziqot  fərdlərin  cütləşməsindən  orta  hesabla  10.67,  G ab  x 

G ab  tipli  cütləşmədən  -   11.47,  (G ab  x  Gbb)  tipli  cütləşmədən  isə  -   12,34 

çoşqa  alınmışdır 



(məhsuldarlığa görə  heterozis).

  Sonuncu  halda  heterozıqot 

çoşqalarm diri kütləsi 2 aylıqda  11%-dən artıq olmuşdur.

6.5. 


Biokimyəvi  polimorfizm.  Təkamül  prosesi  zamanı  populyasiyalarda 

müxtəlif  amillərin  təsirindən  yaranan  mutasiya  nəticəsində  genlərdə  baş 

verən  dəyişikliklər  müxtəlif  form alarda  (çoxlu  allellər)  biruzə  verir.  Bir 

növün  eyni  vaxtda  iki  və  daha  artıq  genetik  formalarının  say  nisbətində 

iştirakı 

polimorfizm

  adlanır  və  bu  zam an  təkrarən  mutasiya  prosesi  baş 

vermir.  Buna  görə  də 

genetik-biokimyəvi  polimorfizm  -

  termini  yalnız 

populyasiyada  lokus  xromosomları  0,01  tezlikdən  az  olmayan  iki  və  daha 

artıq  allellərə  malik  olduqda  özünü  doğrulda  bilir. 



İkidən  artıq  allelə

  malik 


olan  gen 

polim orf  gen

  adlanır.  Populyasiyadakı  növlərin  əksəriyyətində 

polim orf lokuslartn  nisbəti  25-50%  təşkil  edir.  Məsələn,  insanın  50  mindən 

artıq  quruluş  lokuslarmın  30%-i  polimorf  olur.  Zülal  və  fermentlərin 

polimorfizminin  əsas  öyrənilmə  üsulu  nişasta.  yaxud  akrilamid  gelində 

elektroforez

  və 


immunoelektroforez

  hesab  olunur.  Bu  üsulların  tətbiqi 

zamanı  zülallar  və  fermentlər  məhlulda  müəyyən  elektrik  yükləri  daşıyan 

hissəciklər  formasında  olur  və  elektrik  cərəyanının  təsirindən  katod  və 

anodlara  toplanır.  Hazırda  kənd  təsərrüfatı  heyvanlarında  autosomlarda 

yerləşən  qan,  süd  və  toxuma  zülalları  və  fermentlərinin  150-dən  artıq 

polimorf lokuslan aşkar edilmişdir (cədvəl  18).

Cədvəl 18

B ə z i  b io k im y ə v i  p o lim o r f  s is te m l ə r  ( V . L .P e t u x o v   və  b .,  1 9 8 5 ).



İ



Sistemlər

1

Lokusun

simvolu

Allellərin sayı 

i

İri buynuzlu 

heyvanlar

j  Donuzlar

1

Qoyunlar

Atlar  Toyuqlar 

j



1



Hemoqlobin

Hb

10

5



2

2



Nebumin

Alb

9



3

7



!

3

ı 

Transferrin

ТГ

12

5



13

10 

j

4

SeruJoplazmin

Cp

3



2

-

-



Esteraza

ES

2



2

6

  i



3

P- laktoqlobulin

P -L g

4

-

ası 



-kazein

as



C'n

4

-

-





1

-

P -  kazein



P-Cn

6

I

1

-





j

к 

-kazein 

j

к  -Cn

2

1

-



!

|

1

J

у -  kazein

y-Cn

4

İ

1

'



1

.

1

Müəyyən edilmişdir  ki,  süd  zülalı  kazeində  bir-birinə  sarınan  üç  lokus  -  

ctSı  Cn,  p  -  Cn  və  к  -   Cn  (



kappa kazein)

  vardır.  Qanın  hemoqlobin  lokusu 

H b A,  H bB  və  s..  genotipi  isə  HbA  H bA.  H bB  H bB  və  s.  ilə  işarə  olunur. 

Heyvanların  fenotipinin  biokimyəvi  sistemlərinin  əksəriyyəti  onların 

genotipinə  uyğun  olduğu  üçün  fenotipi  HbAA.  yaxud  HbA,  HbBB  və  ya

215


HbB  ilə  işarə  etmək  olar.  H ər  hansı  bir  zülalda  amin  turşularının  yerinin 

dəyişilməsi  polimorf  formaların  funksional  dəyişikliyinə  səbəb  ola  bilər. 

Məsələn,  insanda  normal  H bA  hemoqlobinindən  əlavə  50-dən  artıq patoloji 

variantlar  (S,C,Ç  və  s.)  da  mövcuddur.  H əm in  patoloji  variantlar  isə 

müxtəlif 

hemoqlobinopatiyalara

  (S-orağabənzər  hüceyrə  anemiyası,  C-ta- 

lassemiyası)  səbəb  olur.  İlk  dəfə  olaraq  orağabənzər  eritrositlərin 

hemoqlobini  aşkar  edilmiş  və  ətraflı  öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki, 

həmin  hemoqlobin  normal  hemoqlobindən  altıncı  vəziyyətdəki  qlutamin 

amin  turşusunun  valin  ilə  əvəz  edilməsi  ilə  fərqlənir.  Tropik  ərazilərdəki 



malyariya

  ilə  xəstə  adam lar  Hbs  Hbs  üzrə  homoziqot  olmaqla  oraqvari  -  

hüceyrə  anemiyasmdan  hələ  çox  erkən  yaşlarında  vəfat  edirlər.  H bA  Hbs 

heteroziqotlanna  malik  olan  insanlar  malyariyaya  qarşı  çox  davamlı,  Hb* 

H bA  normal  genotiplilər  isə  davamsız  olur.  Hemoqlobin  insan  və  heyvan 

orqanqizmində oksigeni ağciyərlərdən qəbul edərək onu hüceyrələrə çatdınr, 

metobolizmin  son  məhsulu  karbon  qazını  (C 0 2)  isə  əksinə  daşıyaraq 

olduqca  böyük  və əhəmiyyətli  həyatı  vacib  bir  funksiyam  yerinə  yetirir.  İri 

buynuzlu  heyvanlarda  hemoqlobinin  10  tipi  aşkar  olunub.  Lakin  şvis, 

K ostrom a,  cersey  cinsli  qaram alda  əsasən  hemoqlobinin  H bA  və  H bB 

allelləri,  qara-ala,  ayrşir,  heroford  cinslərdə  isə  yalnız  A 

tipi  müşahidə 

edilir.

Transferrin  (T f)

  zülalının  polimorfızmi  daha  geniş  və  ətraflı 

öyrənilmişdir.  Bu, zülal  qanın  plazmasındakı  dəmiri  sümük  iliyinə  gətirir  və 

ondan  yenidən  qan  elementlərinin  əmələ gəlməsi  prosesində istifadə olunur. 

Transferrin orqanizmdə virusların reproduksiya  olunması  (nəslinin  artması) 

prosesinə  olduqca  neqativ  təsir  göstərir.  Yoluxucu  xəstəliklər,  həmçinin 



irsi 

hemoxromatoz,

  eləcə  də 



sirroz

  keçirən  insanlarda  transferrinin  miqdarı 

həddindən  artıq  azalır.  Transferrinin  12  alleli  olmasına  baxmayaraq, 

Avropa  qaramal  cinslərində  onun  əsasən  A,  D i,  D

2

  və  E  allellərinə  rast 



gəlinir.

Seruloplaznün  (Sp)

  zülalı  orqanizmdə  mis  mübadiləsinin  əsas  təm inat­

çısı olmaqla onun müxtəlif toxumalara daşınm asında çox  böyük  rol oynayır. 

Onun  funksiyasının  pozulması,  yaxud  qanın  plazmasmda  miqdarca  azal­

ması  insanda  sinir  sisteminin  genetik  xəstəliklərinə  və  qaraciyərin  nekrotik 

dəyişikliyinə səbəb olur.  M üasir genetikanın ən qlobal və prioritet  istiqaməti 

zülal  sisteminin  immunogenetik  analizi  sayılır  və  qan  zərdabının 

alloantigenləri  (



ullotiplər)

  adlanır.  O .K .Baranov  (1981)  Amerika  bataqlıq 

qunduzlarında lipoproteinin (Lpm)  8 allotipini aşkar edərək onları  1-dən  8-ə 

qədər rəqəmlərlə  işarə  etmişdir.  Həmin  lipoproteidlər lipidlərin  (yağabənzər 

maddələrin)  nəql  olunması  funksiyasını  yerinə  yetirir.  Lpm  -   sistemlərinin 

allotipləri  alloqruplarla  növbələşir  (Lpm6-8,  Lpm4-6-8,Lpm3-4-6-8  və  s.).  Hər 

hansı  bir  xromosomun  bir-birinə  dolaşan  genlərinin  məcmuu 

haplotip 

adlanır və alloqruplara nəzarət edir.  Qan  qrupları  kimi biokimyəvi polimorf 

sistemlər də aşağıdakı məqsədlərlə istifadə olunur:

-  Təkamül  təliminin əsasım təşkil  edən  genetik  dəyişkənliyin  səbəblərini 

və dinamikasını öyrənmək üçün;

216


-  H eyvanlann  mənşəyini  və  ayn  -   ayrı  cinslərin  filogenezini  müəyyən­

ləşdirmək məqsədilə;

-  Cinslərarası və cinsdaxili fərqləri aydınlaşdırmaq üçün;

-  M ono və diziqot əkizləri təyin etmək üçün;

-  X rom osom lann genetik xəritəsini tərtib etmək məqsədilə;

-  Heterozis qarışıqlığını aşkar etmək üçün;

-   Xəstəliklərə  davamlılığı,  məhsuldarlığı  müəyyən  etmək  və  seleksiya 

işlərində  genetik  m arker  kimi  biokimyəvi  sistemlərdən  istifadə  etmək 

məqsədilə.

Q aram alın  10  əsas  qan  qrupunda  zülalların  9  polimorf  sisteminin 

öyrənilməsi  göstərmişdir  ki,  Hindlistanın  zebuyabənzər  qaramal  cinsi 

Avropa  cinslərindən  kəskin  surətdə  fərqlənərək  tamamilə  başqa  növə  (Bos 

indikus)  aid  edilir.  Afrikanın  Sanqa  tipli  qaramalı  Hindistan  və  Avropa 

cinsləri  arasında  keçid  təşkil  etməklə,  özünün  unikal  əlamətlərini 

saxlamışdır.  Zebuyabənzər  qaram al  cinslərinin  Hindistandan  Afrikaya 

miqrasiyası  nəticəsində  onlann  genində  mübadilə  baş  vermişdir.  Qan 

qruplarından  biokimyəvi  polim orf  sistemlərlə  birlikdə  istifadə  olunması 

heyvanların  mənşəyinin  dəqiqləşdirilməsində  çox  mühüm  rol  oynamışdır. 

Qan  qruplarına  əsasən  atalığı  təyin  etdikdə  81%  müsbət  nəticə  alındığı 

halda,  transferrinin  tipinin  analizi  həmin  nəticəyə  əlavə  olunduqda  bu 

göstərici  90%  təşkil  edir.  Yumurtanın  Cj  ovoqlobulin  lokuslu  zülalında 

polimorfizmin  analizi göstərmişdir ki,  AB tipli toyuqlar tifə- pulloroza qarşı 

daha  davamlı  olur.  Avstraliya  və  Çexiyanın  HbA  hemoqlobin  tipli  qoyun 

cinsləri,  H bB   və  HbAB  cinslərinə  nisbətən  şırdanda  parazitlik  edən 

nematodlarm  törətdiyi  hemonxoz xəstəliyinə  qarşı  çox  davamlı  olur.  HbAB 

hemoqlobin  lokusu  üzrə  heteroziqot  olan  qoyun  cinsləri  leptospiroza 

(infeksion  sanlığa)  qarşı  yüksək  davamlılığa  malik  olduğu  halda,  A  və  В 

tipli  fərdlər  bu  xəstəliyə  olduqca  həssasdırlar.  Yeni  biokimyəvi  polimorf 

sistemlərin  öyrənilməsi  populyasiyalarda  genotip  dəyişkənliklərinin  mexa­

nizminin,  populyasiyanm  genetik quruluşunun  öyrənilməsi  və  məqsədyönlü, 

səmərəli seleksiya işlərinin aparılması üçün çox böyük zəmin yaradır.

217


VII  F Ə S İL

MİKROORQANİZMLƏRİN  GENETİKASI

«Milyardlarla mikroorqanizmlər təbiə­

tə səpələnməklə bizi hər  tərəfdən tamamilə 

əhatə edir.  Bizi əhatə edən xidmət əşyaları, 

paltarlar,  bədənimizin səthi,  ərzaqlar  və s.- 

bütün  bunların  hamısı  mikroblarla  qay­

nayır.»

 (V.L.Omelyanski)



«Cənablar,  son söz mikroblarırıdır.»

(Lui Paster)



«Əgər  insana  mikwskopla  baxsaq,  o, 

Momblan,  yaxud  Cimboraso  kimi  nəhəng 

görünər.  Ancaq  kiçik  bakteriyalar  həmin 

böyütmə  zamanı  nöqtə,  yaxud  vergüldən 

də balaca görünür.»

 (F.Kon,  1872)

İsveç  alimi  KarI  Linneyin  mikroorqanizmləri  morfoloji  əlamətlərinə 

görə  təsnif  etməsinə  baxmayaraq,  müasir  təsnifatda  morfoloji  əlamətlərlə 

yanaşı  həm  də  genetik,  fizioloji,  biokimyəvi.  antigenlik  və s.  xassələrə  geniş 

istinad  olunur.  Həmin  təsnifata  əsasən  canlı  materiyanın  mikroaləmi- 

mikroorqanizmlər  hüceyrə quruluşuna  malik  olanlara  və olmayanlara  təsnif 

edilir.  Birincilər  üç  imperiyaya-domenə-Äalfcterrye/ar. 



urxebakteriyalar

  və 


eukariyalara

  bölünür.  Əsl 

bakteriyalar  -   eubakteriyalar  bakteriya. 

arxebakteriyalar-arxebakteriya,  eukariotlar  isə  eukariya  domeninə  aid 

olunur  (şəkil  35).  İkincilər  isə  akariotlar  adlanaraq,  sərbəst  bir 

mikro aləm- 

klindom

  təşkil  edir.  Akariotlar  prokariot  və  eukariotlardan  hüceyrə 

membranı, sitoplazma  və digər orqanoidlərə malik olması  ilə səciyyələnir.

218


Şəkil  35.

Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin