Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

186

populyasiyamn həm quruluşunu, həm də heteroziqotlann  sayını müəyyən etmək 

mümkün olur.  Seçmə  apanlmadığı tərzdə populyasiyamn genetik sabitliyi  daimi 

təmin  olunur.  Populyasiyalarda  gedən  mikrotəkamül  prosesi  qidalanma, 

saxlanma,  seçmə  və  mühit  şəraitindən  asılıdır.  Populyasiyamn  təbii  şəraitdə 

allellərin  təsiri  nəticəsində  formalaşan  təbii  və  yaradılmış  spesifik  mühit 

şəraitində  süni seçmənin nəticəsində formalaşan süni növləri vardır.  Təbii seçmə 

nəticəsində  yaranan  populyasiyalar  da  öz  növbəsində 

yerli  (lokal  ekoloji)

  və 


coğrafi növlərə

 bölünür.

Dominant  homoziqotlann  qismi  pAA,  dominant  heteroziqotlann  qismi  2 

p.qAa, homoziqot resessivlərin qismi isə qaa olur:

pA

qa

PA



p2 AA

p.qAa


qa

p.qAa


2

q  aa


Tutaq  ki,  sürüdəki  1000  baş  boz  quzunun,  200  başı  qara  rəngə  malikdir. 

Qanuna müvafiq olaraq:

q2aa = 20:10=0,20 

q a=0,20=0,447

Mendel qanuna əsasən:  pA+qa=l

Bizim misalda bunu yerinə qoysaq  1-0,447=0,553 olacaqdır.  Əgər genotipin 

bir  qismini  tapsaq  (AA),  onda  PAA=Vp2AA  =  V0,5532  =0,3058.  Bu  zaman 

heteroziqotlann qismi:

2 pq bu cür olacaq:  2p.qAa=2.0,553.0,447=0,4944 təşkil edəcək.

Sürüdəki  boz  və  qara  quzulann  populyasiyadakı  tərkibi  (nisbəti  %-lə) 

aşağıdakı kimi olacaq:

AA=0,3058, yaxud 30,58% (306 baş)

Aa =0,4944, yaxud 49,44% (494 baş) 

aa =0,20, yaxud 20,00% 20,00% (200 baş)

Cəmi:  100%, yaxud  1000 baş (T.M.Turabov,  1997).

187


5.2.2.  Populyasiyada genetik 

təkam ülün əsas amilləri



«Qayalı dağlardan duman yüksəlir, 

Ulduzlar havanın bağrını dəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını bir başa dünya.»

(Səməd Vurğun)

Kənd təsərrüfatı heyvanları və quşlarının populyasiyasında genlərin miqdarı 

həmişə  dəyişilir.  Bu  hal  populyasiyanın  sonrakı  nəsillərində  genetik  müayinə 

zamanı  daha  qabanq  müşahidə  olunur.  Həmin  dəyişikliklər  isə  genetik 

təkamülün  əsas  məğzini  təşkil  edir.  Təkamülün  ən  başlıca  amilləri 

mutasiya, 

təbii  və  süni  seçmə,  miqrasiya,  genlərin  dreyfi

  və  s.  ibarətdir.  Lakin 



populyasiyada

  genetik  dəyişikliyin  əsas  səbəbəi 



mutasiya

  hesab  edilir.  Hər  bir 

genin 

spontan 


mutasiyasının 

aşağı 


sürətlə  getməsinə 

baxmayaraq,

populyasiyanın  ümumi  genlərinin  mutasiyası  çox  geniş  vüsətlə  baş  verir. 

Valideynlərin  cinsiyyət  hüceyrələrində  yaranan  mutasiya  gələcək  nəsillərin 

genetik  quruluşunda  olduqca  kəskin  dəyişikliklər  əmələ  gətirir.  Sayı  sabit 

saxlanılan  və  seçməyə  məruz  qalmayan  populyasiyalarda  baş  verən  mutasiya 

əksər hallarda dərhal  itirilir.  Sonrakı nəsillərdə  müstəsna hal kimi  bəzi mutasiya 

əlamətləri  müşahidə  olunur.  Populyasiyanın  genetik  quruluşu  əsasən  təbii  və 

süni  seçmələr  zamanı  formalaşır  və  dəyişikliyə  uğrayır. 

Təbii  seçmənin

  əsas 


təsir  mexanizmi  yüksək 

məhsuldar  və  balavermə  qabiliyyətinə

  malik  olan, 



tezyetişən,  ətraf  m ühit  şəraitinə  daha  sürətlə  uyğunlaşan

  fərdlərin 

çoxalmasının  olduqca  böyük  üstünlük  təşkil  etməsindən  ibarətdir. 

Süni  seçmə 

zamanı  isə  populyasiyada  əsas  əhəmiyyəti  yalnız 



məhsuldarlıq

  təşkil  edir. 

V.İ.Vlasovun  fikrincə  təbii  seçmə  populyasiyanın  ontogenezinin  bütün 

mərhələlərində-qametlərin  əmələ gəlməsindən orqanizmin  tam inkişafina qədər- 

davam  edir.  Təbii  seçmə  seleksiya  zamanı  məhsuldarlıq  əlamətlərinə  görə  süni 

seçmənin  sürətinə  və  gedişinə  tamamilə  əks  istiqamətli  təsir  göstərir  və  onu 

kölgədə  qoyur.  Buna  görə  də  heyvanların  seçilməsi  zamanı  təkcə  onların 

məhsuldarlığı  deyil,  həm  də  ətraf mühitin  təsirinə  uyğunlaşma  dərəcəsi  nəzərə 

alınmalıdır.  S.M.Çerşenzon  təbii  seçmənin  intensivliyinin  əsas  kriteriyası  kimi 

müqayisə  olunan  qrupların  ətraf mühitə  uyğunlaşma  dərəcəsi  arasındakı  fərqi 

götürərək,  onu 

seçmə əmsalı

  adlandırmış və  vahidlə  ifadə  etmişdir.  Məsələn,  aa 

genotipinə  malik olan nəslin fərdlərinin AA, yaxud Aa nəslin fərdlərinə nisbətən 

10% az nəsil verməsi hər iki qrupun ətraf mühitə uyğunlaşma ehtimalının AA və 

Aa genotipi üçün vahidə,  aa-fərdləri üçün  isə -  0,9-a bərabər olduğunu göstərir. 

Baytarlıq  təbabəti  genetikası  baxımından  neqativ  təsirə  malik  olan  mutasiya, 

xüsusilə onun resessiv tipi seçmənin səmərəliliyinə mühüm təsir göstərən başlıca

188


amil  sayılır.  Riyazi  analizin  nəticəsi  göstərir ki,  seçmə  zamanı  resessiv  mutant 

genin  sayının  yükəsk  intensivliyə  malik  olması  çox  sürətlə  azalaraq  minimal 

həddə  çata  bilər.  Məsələn,  letal  genlərin  sayanı  azaltmaq  üçün  (0,3-dən  0,2-yə 

qədər)  populyasiyanın  növbəti  iki  nəsli  kifayətdir.  Populyasiyalann  genetik 

quruluşu  həm  təsadüfi  genetik  proseslərin  təsiri  nəticəsində,  həm  də  genlərin 

dreyfi  zamanı  dəyişikliyə  uğraya  bilər.  Kiçik  (az  saylı)  populyasiyalarda 

genlərin  dreyfi  daha  intensiv  olur.  Belə  ki,  təcrid  olunmuş  azsaylı  qaramal, 

qoyun  populyasiyalarında  genetik-avtomatik  proseslərlə  əlaqədar  olan  nadir 

mutasiyaların  səviyyəsi  yüksək  olur. 

Miqrasiya

  (heyvanların  bir  coğrafi 

relyefdən  digərinə  köçürülməsi)  prosesi  zamanı  da  müxtəlif  heyvan 

populyasiyalarında  mutasiya  baş  verir.  Import  olunan,  xüsusilə  törədici 

heyvanlar  mutasiyanın  daşıyıcısı  olmaqla  yerli  populyasiyalarda  genetik 

anomaliyalan  yayır  və  heyvandarlığın  intensiv  inkişafına  çox  güclü  maneçilik 

törədir.  Buna  görə  də  alimlər  mutasiyalı  törədicilərdən  istifadə  olunmasını 

səmərəsiz üsul hesab edirlər.



Seçmənin  populyasiyalann  quruluşuna  təsiri.

  Populyasiyalann  genetik 

quruluşuna  təsir  edən  başlıca  amil  təbii  və  süni  seçmə  olmaqla,  onun  təsiri 

nəticəsində  populyasiyalann  tərkibində  genetik  kəmiyyət  və  keyfiyyət 

dəyişkənlikləri  baş  verir.  Resessiv  homoziqot  fərdlərin  populyasiyalardakı 

qismini  artırmaq  məqsədilə  dominant  homoziqot  (AA)  və  heteroziqotlar  (Aa) 

sürüdən  çıxdaş  edilir.  Seçmənin  bu  üsulu  xəzdəriçilikdə  daha geniş tətbiq  edilir 

və  qiymətli  resessiv  genotiplər  seleksiya  məqsədilə  saxlanılır.  Seçmə  dominant 

heteroziqotları  saxlamaq  və  resessivləri  (AA  və  Aa)  çıxdaş  etmək  məqsədilə 

apanldıqda,  alman  qismi  artır,  növbəti  nəsillərdə  isə  get-gedə  azalır,  yaxud 

müəyyən  müddət  bərabər  səviyyədə  qalaraq  seçmənin  tələbatını  ödəyir, 

dominant  (AA)  və  resessiv  (aa)  genotiplərin  nisbəti  bərabərləşir və  tənzimlənir. 

Bu cür  süni  seçmədən  əsasən boz-qaragül qoyunlarının populyasiyalarında daha 

çox istifadə olunur.



Populyasiyalarda seçmənin

  aşağıdakı tipləri vardır:

1. 

Sabitləşdirici seçmə

  -   zamanı  populyasiyalarda genetik  əlamət bir neçə 

nəslə  ötürülərək  eyni  səviyyədə  saxlanılır və  mühitə  yaxşı  uyğunlaşa bilməyən 

fərdlər  çıxdaş  olunur.  Nəticədə  populyasiyalann  genetik  quruluşunun  sabitliyi 

təmin  edilir,  əlamətin  dəyişkənlik  meyli  çox  azalır  və  orta kəmiyyətə  müvafiq 

olur.  Seçmənin  bu  tipi  bəzən  vəhşi  və  ev  heyvanlan  üçün  o  qədər  də  böyük 

əhəmiyyət kəsb etmir.

2. 


istiqamətli  seçm ə-

  kənd  təsərrüfatı  heyvanlarının  seleksiyası  zamanı 

olduqca  böyük  əhəmiyyətə  malik  olmaqla  alman  yeni  nəsil  törəmələrinin 

fenotipik  əlamətlərinə  ciddi  təsir  göstərir və  arzu  olunan  nəticələrə  nail  olunur. 

Heyvanları  seçərkən  fenotipik  cəhətdən mühit  şəraitinə  daha  sürətlə  uyğunlaşan 

fərdlər  seçilməli  və  məqsədyönlü taylaşdırma aparılmalıdır.  Çünki  seçmənin  bu 

formada  aparılması  nəticəsində  populyasiyalarda  arzu  olunan  genetik  əlamətlər 

möhkəmlənir və  seçmə  çox rasional olur.

3. 

Fasiləli  (arasıkəsilən-dizputiv)  seçməyə

  misal  olaraq  süd  məhsul­

darlığına  və  südün  yağlılığına  görə  inəklər  arasında  2  istiqamətli-fasiləli

189


seçmənin  aparılmasını  göstərmək  olar.  Belə  ki,  südlük  istiqamətli  qaramalın 

seçməsi  apanlarkən  populyasiya  2  fərqli  qrupa-yüksək  süd  məhsuldarlığına,  az 

yağlılığa və aşağı  süd məhsuldarlığına,  yüksək yağlılığa malik olanlara bölünür. 

Beləliklə,  bu  zaman  populyasiya  mələz,  yaxud  hibrid  subpopulyasiyalanna 

ayrılaraq  bir-birindən  əlamətlərinə  görə  kəskin  surətdə  fərqlənirlər.  İstənilən 

formada  aparılan  seçmələr  xarici  mühit  amillərinin  təsirindən  asılı,  əsas 

əlamətlər və  orqanlar isə  seçmənin  təsirinə  daha  çox həssas  olur və  dəyişikliyə 

məruz  qalır.  Populyasiyalarda  aparılan  seçmənin  onun  genetik  quruluşunun 

dəyişilməsinə  və  səmərəliliyinə  yetişdirmə  üsullarının  daha  güclü  təsir 

göstərməsini  nəzərə  alaraq  çarpazlaşdırma  və  qohumlar  arasında  cütləşməyə 

(inbridinq)  xüsusi  üstünlük  verilir.  Bu  zaman  populyasiyada  genetik  tarazlıq 

pozulduğundan  panmiksiya  prinsipi  öz  gücünü  tamamilə  itirir.  Həm 

heyvandarlıqda, 

həm 


də 

bitkiçilikdə 

çarpazlaşdırma 

apanlarkən 

populyasiyalarda  heteroziqot  fərdlər  yaranır  və  onların  məhsuldarlıq  əlamətləri 

müsbət istiqamətdə  dəyişilir.  Inbridinqdə  isə  proses  əksinə  baş verir,  homoziqot 

fərdlərin  sayı  üstünlük  təşkil  edir,  balavermə  və  həyat  fiınksiyalan  çox  azalır, 

bəzən  isə  onlar  məhv  olurlar.  Beləliklə,  genofondda  arzu  olunmayan  əlamətlər 

qiymətli və  arzu olunan əlamətlərlə  əvəz olunur,  seçmənin  səmərəsi yüksək olur 

və yaxşılaşdırma müsbət istiqamətlərə yönəldilir.



Qan  qatma  çarpazlaşdırma

  apanldıqda  alman  I-nəsil  mələzlər arasında az 

məhsuldar,  xəstəliklərə  qarşı  davamsız  olan  heyvanlar  çıxdaş  olunur,  onlann 

üzərində  əsaslı  seçmə  apanlır,  yaxşılaşdıncı  törədicilərdən  istifadə  olunur, 

populyasiyanın  genofondunun  sabitliyi  təmin  edilir və  seleksiya rasional  nəticə 

verir.  Seçmənin  populyasiyaya  təsirini  yekunlaşdıraraq  bu  zaman  3  əsas  üsula 

istinad olunur:

1.  Dominant  əlamətlərə  çox  üstünlük  verərək  onları  saxlamaq  və 

resessivləri çıxdaş etmək:

p2 AA+2rqAa+q2

2.  Resessiv  əlamətlərə  üstünlük  verərək  onları  saxlamaq  və  dominantlan 

çıxdaş etmək:

p2+2pqAa+q2aa

3.  Heteroziqot  fərdləri  saxlamaqla  bərabər hər iki  homoziqotlann tədricən 

çıxdaş edilməsi:

p2 +2pqAa+q2

Populyasiyalann  genotiplərinin  xarici  mühit  amillərinə  göstərdiyi 

reaksiya 

norması

  onlann  inkişafında  çox  böyük  əhəmiyyətə  malikdir.  Belə  ki,  yaxşı  və 

intensiv  yemləmə  və  bəsləmə  şəraitində  populyasiyanın  potensial  genetik 

imkanları  biruzə  verdiyi  halda,  pis,  qeyri-intensiv  yemləmə  zamanı  həmin 

imkanlar tamamilə nəzərə çarpmır.

Qohumluqda  cätləşmə

  apanlarkən  populyasiyalann  genetik  strukturunda 

dəyişikliklər 

baş 


verməklə, 

homoziqot 

genotiplərin 

nisbəti 


artır, 

heteroziqotlarınkı  isə  çox azalır.  Heyvanın hər hansı  bir əlaməti  2  allel  genlərlə 

(dominant  A,  resessiv  a)  tamamlandıqda  populyasiyada  3  genotip  formalaşır

190


(АА,  Аа,  аа).  Populyasiya 

sərbəst  çarpazlaşdtrma  (panmiksis

)  səviyyədə 

olduqda Xardi- Vaynberq qanununa əsasən genotiplər bu cür olur:

p2 AA+2pqAa+q2bb

Ümumiyyətlə,  qohümlüqda  cütləşdirmə  aparılan  zaman,  bir  qayda  olaraq 

heteroziqot  genotiplər  azalır,  homoziqotlar  isə  çoxalır  və  genotiplərin  nisbəti 

dəyişilir.  Hazırda  populyasiya  genetikası  özünün  çox  geniş  diapozonla  və 

dinamik  tərzdə  inkişaf  edən  mərhələsinə  qədəm  qoymuşdur.  İnsan  və 

heyvanların  irsi  xəstəliklərinin  öyrənilməsində,  heyvan,  bitki  və  mikroorqanim- 

lərin səmərəli  seleksiya işlərinin aparılmasında populyasiya genetikasının xüsusi 

rolu  və  əhəmiyyəti  vardır.  Populyasiyanın  genetikası  aşağıdakı  üsullarla 

öyrənilir:

1. 

Genetik  analiz  üsulu

  ilə  valideynlərin  fenotipik  keyfiyyətləri  və  nəslin 

ayn-ayrı qruplarında əlamətlərin irsən keçməsi öyrənilir.

2. 


Kariotipin  sitogenetik  üsulu  ilə

  populyasiyanın  ayn-ayn  fərdlərində 

inkişafa və  məhsuldarlığa neqativ təsir göstərən  anomaliyalar öyrənilir.  Bu üsul 

ən  çox  damazlıq  buğa  və  qoçların  qiymətləndirilməsi  məqsədilə  xromosom 

anomaliyalannın aşkarlanmasında və qarşısının alınmasında tətbiq olunur.

3. 


Ekoloji-fizioloji  üsul

  -   xarici  mühit  millərinin  populyasiyanın 

vəziyyətinə, 

davamlılığına, 

inkişafına, 

fenotiplərin 

mövcud 

şəraitə 


uyğunlaşmasına,  genetik  potensialın  əlamət  və  xassələrlə  özünü  biruzə 

verməsinə təsiri öyrənilir.

4. 

Riyazi üsul

 -  populyasiyanın genetik struktur dinamikasının, növün sıxlıq 

dərəcəsinin,  nəsildə  baş  verən  genetik  proseslərin  modelləşdirilməsinin  və 

perspektivliyinin  müəyyən  edilməsində  geniş  istifadə  olunur.  Bütün  növdaxili 

populyasiyalann genetik quruluşu və genefondu vardır. 

Genefond

 (genetik fond, 

baza)-populyasiyanın  ayn-ayn  fərdlərinin  bütün  genlərinin  məcmusudur. 

Populyasiyanın  genetik  quruluşu

  isə  növün  fərdlərinə  mənsub  olan  genin, 

yaxud onun allellərinin yığımı  (dəsti), yayılması və tezliyindən ibarətdir.

Inbridinqin  resessiv  letal  genlərin  yayılmasına  təsiri.  Genetik  cəhətdən 

qohumluq əlaqəsi olan heyvanların cütləşməsi 

inbridinq adlanmaqla

 bu üsuldan 

cins  heyvandarlıq  təsərrüfatlannda  ğələcək  nəsillərdə  bu  və  ya  digər  qiymətli 

əlamətlərin  möhkəmləndirilməsi  məqsədilə  geniş  istifadə  olunur.  Qohumluq 

əlaqəsi  olan  heyvanlarda  həmişə  allel  cütlərin  uyğunluğu  mövcud  olur.  Bu 

uyğunluq nə  qədər çox olarsa,  onda qohumluq dərəcəsi  daha yaxın  olur.  Hər bir 

heyvan genotipdə həm homoziqot, həm də heteroziqot vəziyyətində allel genlərə 

malik  olur.  Heteroziqot  vəziyyətində  adətən  zərərli  mutant  resessiv  genlər 

yerləşir.  İnbridinq  zamanı  heteroziqot  vəziyyətində  mutant  resessiv  genləri 

daşıyan  qametlərin  artması  və  onların  homoziqot  vəziyyətinə  keçməsi  ehtimalı 

yüksəlir.  Bu ehtimal  cütləşmədə  iştirak edən qohumluq əlaqəsi  olan heyvanların 

qohumluq  dərəcəsi  ilə  düz  mütənasib  olub,  S.Raytanın  nisbətən  dəyişilmiş 

düsturu ilə təyin edilir:

191


Fx=[  (I)n + n ,-l  (1+fa)  2

Burada,


F x- inbridinq nəsil əmsalını;

n -  ana tərəfdən qohumluq əlaqəsini;

П]—

 ata tərəfdən qohumluq əlaqəsini;



fa-isə ümumi inbridinq əmsalını göstərir.

Beləliklə,  inbridinqin  tətbiqi  nəticəsində  genlərin  çoxalma  intensivliyi 

dəyişilir,  resessiv  homoziqotlann  yayılması  ehtimalı  artır, 

inbred  depressiya 

yaranır.  Bu  zaman  heyvanların  yaşama  müddəti,  məhsuldarlığı  və  balavermə 

qabiliyyəti  çox  azalır,  anomal  fərdlərin  doğulması  daha  yüksək  faiz  təşkil  edir. 

Bunu  nəzərə  alaraq  heyvandarlıqda  inbridinqdən  istifadə  edilməsinə  yol 

verilməməlidir.

Heyvanlarm  populyasiyasında  genetik  yüklənmə. 



Genetik yüklənm ə  -  

mövcud  populyasiyada  heteroziqot  vəziyyətində  iştirak  edən  letal  genlərin 

sayından  ibarətdir.  N.P.Dubininə  görə  genetik  yük  geniş  mənada  homoziqot 

vəziyyətində  yaranan  letal  genlərlə  bərabər,  həm  də  orqanizmin  ətraf  mühitə 

uyğunlaşmasını azaldan, neqativ təsir göstərən bütün mutasiyalar kompleksindən 

ibarətdir.  Genetik  yükün 



mutasion

  və 


seqreqasion

  növləri  mövcuddur. 



Mutasion  genetik  yük  -

  mutasiya, 



seqreqasion  genetik  yük  —

  isə  müxtəlif 

genotipə  malik 

olan 


valideynlərin 

çarpazlaşması 

zamanı 

genlərin


parçalanmasından ibarətdir.  Genetik yükün dərəcəsi letal ekvivalentlərin miqdarı 

ilə ifadə olunur. Bir letal ekvivalent  100% ölümə səbəb olan bir letal, yaxud 50% 

ölüm  törədən  iki  letal  genə  bərabər  hesab  olunur  və  Morton  düsturu  ilə  təyin 

edilir:  loqeS  =A+BF, burada  S-nəslin diri  qalan hissəsini, F-inbridinq əmsaılım, 

A-təsadüfi  çarpazlaşma  zamanı  populyasiyanın  ölmüş  hissəsini  (F=0),  B- 

populyasiyanın  tam  homoziqotluğu  zamanı  ölüm  faizinin  artmasım  (F=l) 

göstərir.  Genetik  yükün  populyasiyalarda  hesablanması  ilə  həm  ətraf  mühit 

amillərinin  heyvanların  ölümündə  rolu,  həm  də  bu  prosesdə  irsiyyətin  iştirak 

etmə dərəcəsi müəyyən olunur.

Populyasiyaların  genetik  adaptasiyası  və  homeostazı.  Heteroziqot 

vəziyyətində  populyasiyalarda  mövcud  olan  irsi  dəyişkənlik,  xüsusilə  mutasiya 

genetik  quruluşu  sürətlə  dəyişdiyinə  görə  onlar  ətraf mühitə  dərhal  uyğunlaşır. 

Mutasiya  prosesi  həm  də  populyasiyalarda  genetik  polimorfizm  (allellənn 

sayının  müxtəlifliyi,  dominantlığa  görə  homoziqotluq,  resessiv  genlərə  görə 

homoziqotluq  və  s.)  törədir.  Polimorfizm  həm  də  populyasiyaların  mövcud 

olması  mexanizmini  müdafiə  edir. 

Heteroziqotluq  dəyişilən  ətraf  mühitə 

uyğunlaşmam  intensiv  sürətdə  təmin  etdikdə  seçmə  heteroziqotun  xeyrinə 

yönəlir  və  balanslaşdınlmış  polimorfizim  əmələ  gəlir,  populyasiyada  nəsildən 

nəsilə  ötürülən  müxtəlif genotip  və  fenotiplərin  nisbətində  bərabərlik  yaranır. 

Populyasiyaların  öz  genetik  quruluşunu  sabit  saxlaması  xassəsini  təmin  edən 

proseslər genetik 



homeostaz

 adlanır


Heyvanların  irsi əlamətlərinin  miqdarca  növbələşməsinin  xüsusiyyətləri. 

Genetikada əlamətləri əsasən  iki  sinifə -  keyfiyyət və kəmiyyətə bölürlər.  Onlar



192

həm dəyişkənliyin xarakterinə, həm də nəslin növbələşmə xüsusiyyətlərinə görə 

bir-birindən  fərqlənir.  Keyfiyyət  əlamətləri  fasiləli,  kəmiyyət  əlamətləri  isə 

fasiləsiz  dəyişkənliyə  uğramasr  ilə  səciyyələnir.  Keyfiyyət  dəyişkənliyi 

dom inant, yaxud resessiv əlamətlərin parçalanması  zamanı  xüsusi  sərhəd əmələ 

gətirir.  Bunun  əsas  səbəbi  isə  onlann  yalnız  bir  allel  gen  tərəfindən  nəzarətdə 

saxlanmasıdır.  Kəmiyyət  əlamətləri  isə  genlərin  parçalanması  zamanı  aydın 

nəzərə çarpan sərhəd əmələ gətirmir və olduqca sürətli dəyişkənliyə uğraması ilə 

müşayət  olunur.  Bu  əlamətlər  nəslin  növbələşməsi  zamanı  çox  mürəkkəb 

xarakter  akr və  hər bir  əlamətə  xromosomlarda  bir  deyil,  çoxlu  sayda  lokuslar 

tərəfindən nəzarət olunur.

Nəslin  bu  cür  növbələşməsi  zamanı  hər  hansı  bir  əlamətin  çoxlu  sayda 

genlər tərəfindən nəzarətə  alınması  prosesi 



polimeriya

 adlanır,  onun  inkişafı  isə 

dominant  və  resessiv  genlərin  nisbətinin  bərabər  olmasından,  digər  genetik 

amillərdən  və  ətraf  mühitin  modifikasiya  törətmə  təsirindən  asılı  olur. 

Populyasiyalarda  kəmiyyət  dəyişkənliyi  həm  genetik,  həm  də  paratipik  (xarici 

mühit) dəyişkənliklərin baş verməsi nəticəsində yaranır.



5.2.3.  Əlamətlərin növbələşməsi 

anlayışı və növbələşmə əmsalı

Müxtəlif  miqdar  (kəmiyyət)  əlamətləri  genetik  dəyişkənlik  zamanı  eyni 

dərəcəli  dəyişkənliyə  uğramayaraq,  hər  hansı  bir  əlamətin  genotipik 

dəyişkənliyinə  xarici  mühitin  təsiri  heç  də  həmişə  eyni  olmur.  Heyvanlarda 

seçmə  zamanı  yeni  nəsillərdə  baş  verən  kəmiyyət  dəyişkənliklərinin  valideyn­

lərin əlamətlərinə  hansı dərəcədə  uyğun olmasının çox böyük əhəmiyyəti vardır. 

Bu  zaman  yeni  nəslin  məhsuldarlıq  üzrə  mövcud  olan  əlamətlərinin 

validenlərinki  ilə  uzlaşması  da  nəzərə  alınır.  Populyasion  genetikada  kəmiyyət 

əlamətlərinə  görə  aparılan  seçmənin  səmərəliliyinin  qiymətləndirilməsi  zamanı 

əlamətlərin  və  qametlərin 

növbələşməsi

  anlayışına  xüsusi  diqqət  verilir  (şəkil 

25,26,27).  Əlamətlərin  növbələşməsi  fenotipdə  onlann  genetik  determinasiyası 

dərəcəsini  göstərir,  bu  zaman  həm  də  əlamətlərin  valideynlərdən  və  xarici 

mühitdən  asılılığının  nisbəti  də  nəzərə  alınır.  Kəmiyyət  əlamətlərinin  genetik 

determinasiya  dərəcəsi 



növbələşmə  əmsalı

  ilə  ifadə  olunur  və  başlıca  olaraq 

aşağıdakı düsturlarla hesablanır:

1.  h2=2r,  burada  h2-   növbələşmə  əmsalı,  r  -   isə  birbaşa  yaxın  qohumluq 

əlaqəsi  olan  qohumlarda  (ana  -   qız  və  s.)  miqdar  əlamətlərinin  əmsalını  ifadə 

edir.


2.  h2=2R,  burada  R-birbaşa  qohumluq  əlaqəsi  olan  fərdlərin  arasındakı 

fenotipik reqressiya əmsalını göstərir.

Hazırda genetiklər belə  nəticəyə  gəlmişlər ki,  ayrı-ayn  keyfiyyət əlamətləri 

növbələşmə  prosesində  mürəkkəb  poliqon  xarakter  daşıyır  və  heyvanların 

xəstəliklərə  qarşı  rezistentliyinin  formalaşmasında  mühüm  rol  oynayır.  Nəslin

193


növbələşmə  dərəcəsi  təyin  olunarkən  kəmiyyət  əlamətlərində  tətbiq  edilən 

yuxarıdakı düsturlara istinad olunur.

H eyvanlarda  xeyirli  əlamətlərin  növbələşməsi.  Heyvanların  xeyirli 

təsərrüfat  əlamətlərinə  inəklərin  süd  məhsuldarlığı,  südün  yağlılıq  faizi,  şəkərin 

(laktoza),  kazeinin  (süd  zülalı)  miqdarı,  qoyunlarda  yun  qırxımı,  ət  çıxan, 

quşlarda  isə  -   yumurtlama  dərəcəsi,  ət  artımı  məhsuldarlığı  aiddir.  Həmin 

əlamətlərə  görə  aparılan  seçmənin  səmərəliliyi  növbələşmədən,  nəsillər 

arasındakı  intervaldan və  s.  asılıdır.



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin