Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

163

Cədvəl 14.

Kənd təsərrüfatı heyvanları və quşlarında təsərrüfatca dəyərli əlamətlərin irsiliyi

(T.M.Turabov, 1997)

Əlamətlər

h2

Əlamətlər

h2

1. iri buynuzlu qaramal

Sağım


0,0-0,67

Süddə yağlılıq

0,18-0,88

Süd yağı


0,0-0,78

Süddə quru maddə

0,6-0,78

Süddə zülal

0,4-0,56

Laktasiyamn sabitliyi

0,1-0,30

Laktasiya müddəti

0,19-0,26

Ətin keyfiyyəti

0,16-0,73

2.Camış

Sağım


0,18-0,29

Südün yağlılığı

0,20-0,26

Doğumlar arası dövr

0,17-0,54

Laktasiya müddəti

0,13-0,21

Canlı kütlə

0,17-0,25

Qurutma dövrü

0,12-0,21

Qurutma dövrünün

0,5-0,60

davamiyyəti

Bala dövrünün davamiyyəti

0,22-0,50



3. Donuz

150-180 günlükdə canlı kütlə

0,2

Gövdənin uzunluğu



Budun böyüklüyü və forması

0,3


Piyin qalınlığı

Balavermə qabiliyyəti

0,6

0,4-0,6


0,14-0,2

4.  Qoyun

Çirkli yun qırxımı

0,3-0,5

Təmiz yun qırxımı



0,5-0,7

Yunun uzunluğu

0,4-0,55

Yunun sıxlığı

0,3-0,4

Yunun qalınlığı



0,4-0,5

Sağım


0,2-0,5

Canlı kütlə

0,35-0,4

Balavermə qabiliyyəti

0,11

5. 

Toyuq

Yumurta vermə qabiliyyəti

0,11-0,35

Yumurtanın çəkisi

0,3-0,7

Yumurta zülalılımn çəkisi



0,2-0,6

Yumurta qabığının qalınlığı

0,10-0,30

164


Yumurta vermə yaşı 

|  0,12-0,50 

|

4.2.  Dəyişkənliyin növləri, genetik aspektləri 



və öyrənilmə üsulları.

Dəyişkənlik bütün  canlı  orqanizmlərə  məxsus  olan  əsas  parametr olmaqla, 

yeni  məhsuldar  heyvan,  quş  cinslərinin,  bitki  sortlannın  yetişdirilməsi  və 

mikroorqanizm  ştam m larinin  alınması  üçün  səmərəli  üsul  sayılmaqla  onun 

mutasiya,  kombinasiya,  korrelyasiya  və  modifikasiya dəyişkənliyi  kimi  növləri 

vardır.


Mutasiya (mutasion) dəyişkənliyi.

  Mutasiya prosesi irsiyyət dəyişkənliyinin 

ən əsas  və  ilkin mənbəyi hesab olunmaqla təkamülün başlıca amilidir.  Mutasiya 

nəticəsində  yeni  nəsillərdə  onlann  valideynlərində  əvvəllər  mövcud  olmayan 

yeni  əlamət  və  xassələr  müşahidə  olunur.  Canlı  aləmdə  endogen-daxili  və 

ekzogen-xarici amillərin təsiri nəticəsində baş verən irsiyyət dəyişkənliyi,  yaxud 

yaranan  yeni  irsiyyət  forması 

mutasiya

  adlanır.  Bu  proses  DNT  və  xromosom 

kariotiplərinin  quruluşunda  baş  verən  kəskin  dəyişikliklərin  yaranması 

nəticəsində  olur,  həm  hüceyrənin  qumluşunda,  həm  də  onun  komponentlərinə 

çox  neqativ  təsir  göstərir. 

Mutasiya,

  mahiyyətcə  DNT-nin  və  kariotipin 

quruluşunda baş  verən dəyişkənlikdən  ibarət olmaqla,  ilk  dəfə  botanik  Hüqo  de 

Friz  tərəfindən  bitkilərdə  qəflətən  baş  verən  dəyişikliklər  zamanı  müşahidə 

olunmuş,  sonralar  isə  S.Koıjinski,  N.Timofeyev,  A.  Serebrovski  N.Dubinin, 

M.Lobaşov və  b. tərəfindən daha ətraflı  öyrənilmişdir.  Heyvanlarda mutasiyalar 

müəyyən  ardıcıllıq və  sürətlə  baş verir və 

mutagenez

 adlanır.  Təbii  şəraitdə baş 

verən  mutagenez  prosesi 

spontan,

  süni  yolla  yaranan  isə 



induksiya

  mütasiyası 

adlanır və  hər  iki  halda həm  generativ,  həm  də  somatik hüceyrələrdə  müşahidə 

edilir.  Cinsiyyət  (generativ)  hüceyrələrində  yaranan  mutasiyalar  gələcək 

nəsillərə  verildiyi  halda,  somatik  mutasiyalar  qeyri-irsi  olur,  yalnız  mutant 

heyvanın özünün əlamətlərinə təsir göstərir.  Mutasiyamn iki tipi -  



xromosom

 və 


gen  mütasiyası

  vardır. 



Xromosom  mutasiyasında

  xromosomlann  say  və 

quruluşu, 

gen  (nöqtəvi)  mutasiyasında  isə  DNT-nin  quruluşu

  dəyişilir. 

Mutasiyamn  hər  iki  tipi  heyvanlarda  həyat  fəaliyyətinin,  məhsuldarlığın 

pozulması, 

xəstəliklərə  qarşı  davamlılığın  azalması  və  s.  neqativ  hallarla 

nəticələnir.  Çünki  bu  zaman  hüceyrələrin  bölünməsi,  xromosomlann  normal 

qaydada  paylanması,  zülallann  və  fermentlərin  sintezi  pozulur. 

Xromosom 

mutasiyaları  -   zamanı  kariotipin  ya  miqdarca,  ya  da  quruluşca,  həm  də  hər  iki 

göstəricinin  eyni  vaxtda  dəyişilməsi  ilə  səciyyələnir. 

Kariotipin  miqdarca 

mütasiyası

  -kariotipdə  xromosomlann  miqdannın  dəyişilməsindən  ibarət 

olmaqla  onun 

heteroploid

  (diploid  xromosom  dəstinə  görə  xromosomlann 

sayının  ümumi  dəyişilməsi), 

aneuploid

  (xromosomlann  miqdannın  hüceyrədə 

artması  və  ya  azalması)  və 

poliploid

  (tam  xromosom  dəstinin  tək  və  ya  cüt 

rəqəmlərlə  artması)  növləri  vardır.  Poliploid  hüceyrələr 

triploid (üçə  bölünən), 

tetraploid  (dördə  bölünən),  pentaploid  (beşə  bölünən)

  və 


heksaploid  (altıya 

bölünən)

  ola  bilər. 



Xromosomun  quruluş  mütasiyası

  -   xromosomun



165

formasının,  ölçülərinin,  düzülüşünün,  bəzi  fraqmentlərin  itməsi  və  əlavə 

olunması ilə xarakterlənir və onun aşağıdakı növləri vardır:

-  

Translokasiya

  -   xromosomun  ayrı-ayrı  fraqmentlərinin  onun  bir 

hissəsindən digər hissəsinə keçməsi, müxtəlif xromosomlar arasında  mübadiləsi 

prosesindən ibarətdir.

-  

Inversiya

  -   xromosom  daxili  aberrasiyadan  (kariotipdə  quruluş 

dəyişikliyi)  və xromosomun fraqmentlərinin  180° çevrilməsindən ibarətdir.

-  


Delesiya

  -   xromosomun  orta 

fraqmentinin  itməsindən  və  onun 

qısalmasından ibarətdir.

-  

Çatmamazhq

 -  xromosomun sonuncu (quyruq) fraqmentinin itirilməsidir.

-  

Duplikasiya

  -   bir  xromosomun  (intraxromosom  dublikasiya),  yaxud 

müxtəlif xromosomlann (interxromosom duplikasiya) fraqmentlərinin ikiləşməsi 

ilə səciyyələnir.



Dairəvi  xromosomlar  -

  iki  qurtaracaq  fraqmentinin  əmələ  gəlməsi 

nəticəsində formalaşır.

-  


Izoxromosomlar  -

  xromosomlann  üfiqi  və  horizontal  bölünməsi 

nəticəsində baş verir.

Gen  mutasiyası

  -   mahiyyət  etibarilə  mutagen  amillərin  təsirindən 

xromosomlardakı  genlərin quruluşunun, tərkibinin  və fiınksiyalannın  pozulması 

nəticəsində  orqanizmlərin  irsi  əlamət  və  xassələrinin  dəyişikliyə  məruz 

qalmasından  ibarət  olub,  təsir  xarakterinə  görə  dominant,  yaxud  resessiv 

formalarda  təzahür  edir.  Lakin  mutant  genlər  əksər  hallarda  resessiv  effektli 

formasında  olur,  normal  allel  dəyişilmiş  genin  təsirinə  təzyiq  göstərir  və  onu 

nisbətən  zəiflədir.  Mutant  genlərin  zülal  və  fermentlərin  sintezinə  nəzarəti  və 

təsiri 5 tip 

mutantlar-hipomorf hipermorf, antimorf, neomorf, amorf-yaxadır.

H ipom orf  mutantlar

  -   resessiv  vəziyyətdə  gen  mutasiyası  yaranarkən 

mutant alleli üçün həmin biokimyəvi maddələr səciyyəvi olmaqla, onların sintezi 

oxşar dominant allellərin hesabına baş verir.



H iperm orf mutantlar

  -   sintez  olunan  biokimyəvi  maddələrin  miqdarına 

görə  fərqlənməklə,  onların  nəzarəti  altında  həmin  maddələrin  miqdarı  azalmır, 

əksinə artır.



A ntim orf mutantlann

  təsirindən  əmələ  gələn  maddə  həmin  genin  təsirinə 

və  sintez olunma prosesinə ləngidici təsir göstərir.

N eom orf mutantlar

 -  mutant allelərin orqanizmdə  sintez olunan biokimyəvi 

maddələrin  sintezi  prosesinə  nəzarət  etməklə,  mutant  olmayan  allellərin  sintez 

etdiyi maddədən spesifik xassələrinə görə tamamilə fərqlənir.



A m orf mutantlar

  -   mutant  genlərin  təsirindən  bəzən  orqanizmdə  həmin 

genin  xarakterinə  uyğun  olan  spesifik  maddələrin  əmələ  gəlməməsi  ilə 

səciyyələnir və amorf mutasiyalar baş verir.

Hazırda  gen  mutasiyalannın  yaranmasının  molekulyar  mezanizmi  daha 

geniş  və  ətraflı  öyrənilmiş  və  DNT  molekulunun  strukturunda,  müvafiq 

nöqtələrdə-genlərdə 6 dəyişkənlik tipi aşkar olunmuşdur:

166


1. 

Transversiyalar  və  tranzisiyalar  -

  nukleotidlərin  digərləri  ilə  əvəz 

olunması.  Transversiyalar zamanı  purin pirimidinlə,  yaxud  da pirimidin purinlə, 

tranzisiyada isə purinin biri digəri ilə və ya bir pirimidin digəri ilə əvəz olunur:

A - T X

j

T T - A  



▲  A - T  

T-A  |


C - Ç *   * Ç - C  

* C - Ç < « — М>С  *

Tranzisiya 

Transversiya

2.  DNT-nin zəncirinə ayn-ayn nukteotidlərin əlavə, yaxud daxil olması.

3.  Ayn-ayn nukleotidlərin tamamilə itməsi-delesiyası.

4. 

Əsas nukleotid

 qruplannın itməsi- delesiyası.

5. 

İnversiya -

 nukleotidlərdə ayn-ayn əsasların  180° çevrilməsi.

6. 

Transpozisiyalar

 -genin tərkibində bir cüt əsasın köçürülməsi.

Müvafiq  zülallann  sintezi  zamanı  baş  verən  gen  mutasiyalan  aşağıdakı 

mexanizmlə həyata keçirilir:

Dəyişilmiş DNT ardıcıllığı 

-Depişilmiş mRNT 

dəyişilmiş polipeptid

zənciri


<

 Zülalın quruluşunun dəyişməsi 

Dəyişilmiş ferment

Kənd 


təsərrüfatı 

heyvanlannın 

cins, 

xətt 


və 

populyasiyalannda 

mutasiyaların  yayılması  bilavasitə  onların  təsərrüfat  və  bioloji  əlamətlərinin 

xarakteri  ilə  müəyyən  olunduğu  üçün  mutasiyalar  dəyərli,  zərərli  və  neytral 

formada  mövcud  ola  bilər.  Məsələn,  qaragül  qoyunlarının  rənginin  qara 

olmasına  baxmayaraq,  mutasiya  nəticəsində  yeni  nəsil  törəmələrində  başqa 

rənglər də peyda olur və onlar dünya bazarında çox böyük maraq doğurur. Məhz 

buna görədir ki, selesiyaçı alim və mütəxəssislər rəngli qoyun cinslərindən ibarət 

sürülərin  yaradılmasına  çox  böyük  önəm  verirlər.  Gen  mutasiyalan  adətən 

zərərli  formada  yaranmaqla  heyvan  və  quşlarda  eybəcərliklərə,  anomaliyalara 

malik  olan  fərdlərin  yaranmasına  ciddi  zəmin  yaradırlar.  Kariotipin  miqdar 

anomaliyaldannın  əsasını  meyoz  zamanı  xromosomlann  uyğunsuzluğu  təşkil 

edir  və  ən  çox  dişi  fərdlərdə  baş  verir.  Meyoz  bölünmə  zamanı  xromatidlərin 

uyğunsuzluğu  nəticəsində 



trisomiya

  və 


monosimiya

  prosesləri  müşahidə  edilir. 

Validenylərin  cinsi  hüceyrələrində  baş  verən  mutasiya  trisom  və  monosom 

embrionlann  doğulmasma  səbəb  olur.  Somatik  mutasiyalar  kateqoriyasına 



mozaisizm

  yaxud 


miksoploidiya,

  həmçinin 



ximerizm

  aiddir.  Mozaisizm 

orqanizmdə  iki  və  ya  daha  çox  normal,  yaxud  anomal  xromosom  dəsti  olan 

hüceyrə klonlanmn əmələ gəlməsi zamanı baş verir.



Spontan  mutagenezin  səbəb  və  amilləri.

  Spontan  mutasiya  orqanizmin 

genotipi, 

yaşı,  fizioloji  xüsusiyyətləri,  təbii  radiasiya  fonu,  ətraf  mühitin 

temperaturu  və  s.  amillərdən  asılı  olaraq  baş  verir.  Heyvanlarda  gen  və 

xromosom  mutasiyasına  səbəb  olan  süni  mutagenez  isə  mutagen  (mutasiya 

törədən)  amillərin  təsirindən  yaranmaqla  üç  sinfə  -   fiziki,  kimyəvi  və  bioloji 

sinfə bölünür.



167

Fiziki  mutagerılərə  -

  ionlaşdıncı  radioaktiv  şüalanma,  ultrabənövşəyi 

şüalar,  yüksək  temperatur,  qlobal  iqlim  anomaliyalan,  təbii  fəlakətlər  və  s. 

aiddir.  İonlaşdıncı  şüalara  rentgen  və  Y(qamma)  -   şüalan,  p  (beta)  -  

hissəcikləri,  protonlar,  neytronlar  və  s.  aiddir.  Hüceyrələrin  şüalanması 

nəticəsində  hidrogen  atomunun  (H)  və  hidroksil  qrupunun  (OH)  sərbəst 

radikallan  aynlaraq,  dərhal  yeni  birləşmələr,  o  cümlədən  hidrogen  peroksid 

(H

2



O

2

)  əmələ  gətirir.  DNT  molekulu  və  kariotipdə  əmələ  gələn  həmin 



birləşmələr  hüceyrənin  genetik  aparatının  funksiyalarının  dəyişilməsinə, 

xromosom  aberrasiyalanna  və  nöqtəvari  mutasiyanın  əmələ  gəlməsinə  zəmin 

yaradır.  İonlaşdıncı (radioaktiv) şüalanmanın təsirindən xromosomlann quruluşu 

kəskin  dəyişilərək  gen  mutasiyası  törədir.  Radioaktiv  şüalanma  nəticəsində 

somatik  hüceyrələrin  bölünməsi  prosesinin  pozulması  nəticəsində  orqanizmdə 

yaman  keyfiyyətli  şiş  törəmələri  və  ölüm  baş  verir.  Radiasiyanın  əsas  mənbəyi 

isə  atom  və  hidrogen  bombalannın,  reaktorlannın,  generatorlarının  partlaması, 

texnogen qəzalar və s.  sayılır.



Kimyəvi mutagerılərə

 -  sənaye və kənd təsərrüfatında geniş tətbiq olunan və 

süni 

mutasiya  törədən 



kimyəvi 

birləşmələr 

aiddir. 

Bu 


qrup 

alkil 


birləşmələrindən-  dimetil  və  dietil  sulfat,  iprit və  onun  törəmələri,  nitrozometil, 

nitrozoetil,  etilmetansulfat,  foltrin,  fosfemid  ibarətdir.  Həmin  birləşmələrin 

təsirindən  DNT-yə  metil,  propil  və  s.  radikallar  daxil  olaraq  metilləşmə  və 

etilləşmə  prosesi  törədir  və  mutagen  effekt  alınır.  Bitkiçilikdə  tətbiq  olunan 

pestisidlər,  herbisidlər,  mineral  gübrələr  həm  gen,  həm  də  xromosom 

mutasiyaları  törədir.  Kimyəvi  mutagenlər  orqanizmin  hüceyrələrində  çox  geniş 

spektirli  xromosom  aberrasiyası  ilə  nəticələnir.  Onlann  törətdiyi  mutasiyalann 

mexanizminin  öyrənilməsində  rus  alimləri  İ.Rapport  və  M.Lobaşovun  çox 

böyük xidmətləri olmuşdur.

Bioloji  mutagenlər.

  Heyvanlarda  mutasiya  törədən  sadə  birhüceyrəli 

orqanizmlər  (ibtidailər,  qan  parazitləri,  amöb,  bakteriyalar,  göbələklər, 

aktinomistlər),  parazitlər,  helmintlər,  bitki  ekstaktlan,  diri  vaksinlər,  bioloji 

mutagenlər  sinfini  təşkil  etməklə  onlann  təsirindən  hüceyrələrə  yad  (yabanı) 

DNT  daxil  olur  və  çox  geniş  spektirli  mutasiya  törədir.  Məsələn,  donuzlann 

lixoradka (isitmə)  virusu  ilə  süni  yoluxdurulan buzov,  quzu,  çəpiş və çoşqalann 

kariotipi  öyrənilərkən  onlarda müxtəlif tipli xromosom  aberrasiyalan  (delesiya, 

xromosomlann  dağılması,  fraqmentlərə  parça-lanması,  poliploidiya  və  s.)  və 

anomaliyalar  aşkar  olunmuşdur.  Eksperimental  olaraq  sübut  edilmişdir  ki, 

təbabət  və  baytarlıq  təbabətində  işlədilən  dərman  preparatlan  (bəzi  yem 

əlavələri,  konservantlar,  antibiotiklər,  sulfanilamidlər,  nitrofiıranlar,  tiazin 

birləşmələri  və  s.)  olduqca  güclü  mutagen  təsirə  malikdir.  Buna görə  də  qeyd 

olunan  preparatların,  həmçinin  bioloji  stimulyatorlann,  zəhərli  və  toksiki 

birləşmələrin  mutagen  təsiri  müəyyən  edilməli  və  lazım  gəldikdə  təbabət  və 

baytarlıq təbabətində  onlar təlimat  əsasında işlədilməlidir.  Qeyd etmək  lazımdır 

ki,  süni  mutagenez  yolu  ilə  seleksiya  nəticəsində  yüksək  məhsuldar  və 

xəstəliklərə  davamlı  heyvan  cinsləri  və  bitki  sortlanmn  yetişdirilməsi  genetika 

elminin  yeni  əlverişli  və  mütərəqqi  üsulu  kimi  dəyərləndirilməlidir.  Akademik

168


İ.Ovçinnikova görə  kimyəvi  mutagenez  yolu  ilə  Rusiyada  100-dən  çox  yüksək 

məhsuldar  və  xəstəliklərə  davamlı  yeni  buğda,  arpa,  vələmir,  yonca  sortlan 

yetişdirilmişdir.  Ətraf  mühit  amillərinin  (litosfer,  hidrosfer,  atmosfer)  zəhərli, 

zərərli  kimyəvi  birləşmələr  və  tullantılarla  çirklənməsi  də  ağır genetik  fəsadlar 

törətdiyi  üçün  heyvan,  quş,  balıq  və  bal  anlarım  həmin  mutagenlərin  neqativ 

təsirlərindən  qorumaq  artıq  günün  ən  vacib  tələbi  hesab  olunur.  XIX  və  XX- 

əsrlərdə  insanın  antropogen  fəaliyyəti  nəticəsində  yaranan  ekoloji  disbalans  və 

neqativ  fəsadlar  planetimizin  təbii  mənzərəsini  kəskin  surətdə  dəyişdiyi  üçün 

heyvanlar  arasında  bəzi  mutagen  və  teratogen  mənşəli  patologiyalar  mövcud 

olmuşdur.  Ətraf mühiti  çirkləndirən  mtratlar  əvvəlcə  nitritlərə,  sonra  isə  fəal 

nitrozoaminlərə  çevrilərək  heyvanlarda gen  və  xromosom  mutasıyalan  törədir. 

İntensiv  kənd təsərrüfatı  texnologiyalarının geniş  tətbiq  olunduğu  heyvandarlıq 

təsərrüfatlarında ən güclü  mutagen  təsirə  malik  olan preparat  nitrit birləşmələri 

sayılır.  Radioaktiv izotoplar və ağır metallar ətraf mühit amillərində öz fəallağını 

uzun  müddət  saxlayaraq  əvvəlcə  bitki  orqanizmlərinə,  sonra  isə  onlarla 

yemlənən  heyvan,  quş,  balıq,  bal  arısı  orqanizmlərinə  keçir,  nəticədə  onların 

yeyinti  məhsulları  ilə  qidalanan  insan  orqanizmi  güclü  mutagen  təsirə  məruz 

qalır.  Heyvanların  müasir yeni  nəsillərində  mutagen  amillərin təsirində  spontan 

abortlar,  ölü  və  anomal  balaların  doğulması  hallannın  diapozonu  gündən-günə 

daha da genişlənir.



Kombinasiya  (kombinasion)  dəyişkənliyi  -

  çarpazlaşma  zamanı  sonrakı 

nəsillərdə  yeni  əlamət və  xassələrin müşahidə  olunduğu  irsiyyət dəyişkənliyidir. 

Bu zaman valideyinlərə məxsus olmayan əlamətlər müşahidə olunmur, valideyin 

formalarının yalnız genlərinin kombinasiya və rekombinasiyası baş verir.

Kombinasiya  dəyişkənliyi

  əsasında  çoxlu  heyvan  cinsləri  (Orlov  at  cinsi, 

Kostroma qaramal  cinsi,  zərif yunlu Altay qoyun  cinsi,  Avstraliya zebu cinsi  və 

s.)  yaradılmışdır.  Bu  üsulla  yaradılan  yeni  zebu  cinsləri  isti  iqlim  şəraitinə, 

gənələrə  qarşı  davamlı,  avropa  qaramal  cinslərinin  süd  məhsuldarlığı  isə  çox 

yüksək olur.



Korrelyasiya  (korrelyativ)

  dəyişkənliyi  zamanı  irsiyyətin  və  ətraf  mühit 

amillərinin  təsiri  altında  orqanizm  tam  vahid  varlıq  kimi  inkişaf  etməklə  hər 

hansı  bir  orqan  və  toxumanın  dəyişilməsi  digərlərinin  quruluş  və  funksiyasının 

dəyişilməsinə  səbəb  olur.  Dəyişkənliyin  bu  növünün  baytarlıq  təbabəti 

təcrübəsində  olduqca  böyük  əhəmiyyəti  vardır.  Yüksək  məhsuldar  südlük  və 

ətlik  qaramal  cinsləri  arasında  çox  böyük  korrelyativ  uyğunsuzluq  mövcuddur. 

Buna  baxmayaraq  toyuqlarda  eymerioza  (koksidioza)  qarşı  davamlılıq  ilə 

onların bədən kütləsi arasında müsbət korrelyasiya uyğunluğu vardır.

Modifikasiya (modifıkasion)

  -  mühit şəraitinin təsirindən yaranan,  genotipi 

dəyişməyən  və  təbiətdə  olduqca  geniş  yayılan  qeyri-irsi  fenotipik  dəyişkənlik 

növüdür.  Dəyişkənliyin  bu  növü  əsasən  orqanizmin  yaşadığı  mühit  şəraitində 

ətraf mühit amillərinin dəyişilməsi və təsiri nəticəsində baş verir.  Eyni yumurtalı 

əkizlərin  eyni  genotipə  malik  olmasına  baxmayaraq  onlar  müxtəlif  şəraitdə 

yaşadıqda  əlamətlərinə  görə  bir-birindən  kəskin  surətdə  fərqlənirlər.  Belə  ki, 

erkək  bal  arılarının  mayalı  yumurtadan  inkişaf  etməsinə  baxmayaraq  sürfə



169

mərhələsində  onların  keyfiyyətindən  asılı  olaraq  bəzən  işçi,  yaxud  ana  anlar 

peyda  olur.  Ana  anlann  südü  ilə  yemlənən  dişi  anlar  isə  ana  anlara  çevrilir. 

Heyvanlarda  kəmiyyət  göstəriciləri  (süd,  ət,  diri  kütlə,  bala,  yun,  və  s. 

məhsuldarlığı)  mühit  amillərinin  təsirindən  böyük  dəyişikliyə  uğramaqla 

modifikasiya  dəyişkənliyi  nəticəsində  yaranır.  Keyfiyyət  əlamətləri  (qan 

qruplan,  rezus  amili,  zülal  tipləri,  rəng  və  s.)  isə  əsasən  irsiyyətin  nəzarəti 

altında  saxlanılır.  Mühit  şəraiti  heyvanlarda  bəzən  genetik  fərdlərədə  fenotipə 

zəmin yaradır. Bu zaman genotipi eyni olan yüksək və aşağı məhsuldar fərdlərdə 

məhsuldarlıq  eyni  olur.  Bunu  nəzərə  alaraq  əlverişsiz  mühit  şəraitində  fenotipə 

görə  seçmə  və  seleksiya  işlərinin  aparılması  məqsədəuyğun  hesab  edilmir. 

Heyvan  və  quşların  baytarlıq  təbabəti  tələblərinə  uyğun  bəslənməsi  nəinki 

birinci, hətta sonrakı nəsillərdə də fərdlərin normal inkişafına və məhsuldarlığına 

olduqca  neqativ  təsir  göstərir.  Orqanizmlərin  xarici  və  daxili  quruluşunun 

daimiliyinin  sabit  saxlanması  kariotipin,  DNT-nin  və  onun  sahələri  sayılan 

genlərin  ən  başlıca  xassəsi  hesab  edilir.  Genetik  materialın  morfofiınksionlal 

davamlılığı  bütün  irsi  əlamətlərin  gələcək  nəsillərə  verilməsini  təmin  edir  və 

növün  əlamətlərinin  yüz  illərlə  davam  etməsi  üçün  zəmin  yaradır.  Lakin  bu 

sabitlik  nisbi  xarakter  daşıyır,  daxili  və  xarici  amillərin  təsirindən  genetik 

materialda mutasiya dəyişkənliyi baş verir.

Dəyişkənliyin  öyrənilmə  üsulları.  Dəyişkənliyin  öyrənilməsi  üçün 

variasion  statistika,  kəmiyyət  və  keyfiyyət  əlamətləri,  seçmə  məcmuu  və  s. 

üsullarından  istifadə  edilir. 



Variasion  (variasiya)  statistika  (biometriya,  bioloji 

statistika)

  biologiyada  riyazi  üsullardan  istifadə  olunmasına əsaslanmaqla onun 

əsas  mövzusunu  bioloji  obyketlərin  qruplan  təşkil  edir.  Müəyyən  bioloji 

obyektlər  qrupu  məcmu-cəm  hesab  olunur.  Məsələn,  üzərində  təcrübə  aparılan 

heyvanların  cinsi,  sürüsü,  müəyyən  törədicinin  xətləri,  ailəsi,  dişi  fərdləri, 

onların  qanında  eritrosit  və  leykositlərin  miqdarı  məcmunu  təşkil  edir.  Məcmu 

vahidlərdən  və  üzvlərdən  ibarət  olur.  Qoyun  sürüsü  üçün 

hər  bir  baş  qoyun 

vahid

 hesab olunur.  Cəmə daxil olan vahidlərin miqdan 



cəm obyekti

 adlanır və n 

hərfi  ilə  işarə  edilir.  Cəmin  vahidi  müəyyən  əlamətlərlə  (inəklərdə  süd 

məhsuldarlığı,  südün  yağlılıq  faizi,  süddə  kazeinin  -   süd  zülalının,  şəkərin- 

laktozanın  miqdarı,  diri  kütlə,  buynuzun  olub  olmaması,  qanda eritrositlərin və 

hemoqlobinin  miqdan  və  s.)  xarakterizə  edilir.  Müəyyən  müşahidələr  və 

ölçülərin  miqdan  da cəm  sayılır.  Öyrənilən  hər  hansı  bir əlamətin  cəmi  variant 

adlanmaqla vı; v2; v3...,  ümumi halda isə  vi  (burada i -  variantın sıra nömrəsini 

göstərir)  ilə  işarə  olunur.  Tutaq  ki,  3  baş  inəyin  birinci  laktasiyada  süd 

məhsuldarlığı müvafiq olaraq 40,  43,  39  olmuşdur.  Bunlar variantlar olmaqla Vı 

=  40,  v2  =  43,  v3  =  39  təşkil  edir.  Ayrı-ayn  variantlar  arasındakı  fərq 

dəyişkənlik,  yaxud  variasiya  adlanır.  Variantlar  arasındakı  fərq  miqdar  və 

keyfiyyət  əlamətlərinə  əsasən  hesablanır.  Miqdar  əlamətləri  (antitellərin  titri, 

diri  kütlə,  ət,  süd, yumurta məhsuldarlığı və  s.) ölçülür, hesablanır və  rəqəmlərlə 

ifadə  edilir.  Keyfiyyət  göstəriciləri  isə  sözlərlə  (rəngi  qaradır,  ağdır,  sandır, 

qırmızıdır,  qara-aladır  və  s.)  qeyd  olunur.  İki  fərqli  variant  alternativ  formada 

(heyvanın  cinsiyyəti  erkək və  ya dişidir,  heyvan buynuzlu və  ya buynuzsuzdur,


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin