Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

248

göstəricilərə  malik  olur.  DNT  plazmidi  də  DNT  xromo&omu  kimi  qapalı 

quruluşa  malik  olub,  müxtəlif  şəraitdə  fərqli  form alar  ala  bilər.  D N T 

molekulu sıx  burulmuş  halqa şəkilli  və ya  düz xətt şəklində ola  bilər.  D N T

plazmidinin  uzunluğu  təxminən  y—   xromosom  qədər  olur,  ancaq  onun

kütləsini  hesablamaq  çox  çətindir.  Plazmid  bir  çox  xromosom  xarici 

elementlərdən  təşkil  olunmuşdur  ki,  bunlar  da  Öz  genetik  xüsusiyyətləri  və 

molekulyar  ölçülərinə  görə çox müxtəlifdir, molekulyar kütləsi  4,5x106 -dan 

9,4x10*  qədər  ola  bilər.  DNT-də  plazmidin  miqdarını  bilmək  üçün 

molekulyar -  bioloji eksperimentlərdən ən çox işlədilən mini-hüceyrə (Adler, 

1967)  eksperimentidir.  Bu  zaman  Escherichia  coli  və  digər  bakteriyalar 

mexaniki  təsir nəticəsində parçalanır.  Ayrılmış DNT təmiz halda əldə edilir, 

onun  ölçü  və  kütləsi  hesablanır  və  nəticədə  D N T  plazmidinin  miqdan 

hesablanır.

7.12. 

Genetik  kod  və  melumatın  ötürülməsi. 

Genetik  məlumatın 

düzgün və dəqiq ötürülməsində genetik kodun rolu böyükdür.  Bu nəzəriyyəni 

ilk  dəfə  Qamov  (1954),  sonralar  isə  Krik  və  başqalan  irəli  sürmüşlər.  Bu 

nəzəriyyəyə  görə  bütün  genetik  məlumat  D N T   molekulunda  şifrlənmişdir. 

Bunu  təsəvvür  etmək  nə  qədər  çətin  olsa  da,  məlum  olmuşdur  ki,  bütün 

bunlar ardıcıl  olaraq  dörd  əsas  D N T molekulu vasitəsilə ötürülür ki, bunlar 

da mövcud olan bütün zülalların tərkib hissəsini təşkil edir.  Zülallar müxtəlif 

quruluşlu  20  aminturşusundan  ibarətdir.  Bunlardan  uzun  polipeptid zənciri 

düzülür  ki,  bunlar  da  bir  neçə  yüz  aminturşusu  molekulundan  ibarətdir. 

Bunların  da  hər  birində  DNT-nin  əsasını  təşkil  edən  hüceyrələr  durur. 

Kodlaşdırılmanı  4  hərfin  köməyi  ilə  bir  ifadədə  yazmaqla  oxşatmaq  olar 

(A,Q,  S,  T)-  agenin-qünanin-sitozin  -   timin.  Bu  ifadələr  4  hərfdən  3-nün 

kombinasiyası  ilə  həyata  keçirilir.  Buna  görə  də  genetik  kod üçqat  adlanır. 

Genetik  kod  bütün  canlı  aləm üçün  universaldır ki,  bu da canlı  materiyanın 

vahid  başlanğıcından  törədildiyini  göstərir.  D N T  molekulunda  kodlaş- 

dırılmış  zülalın  sintezi  bir  neçə  mərhələdən  ibarətdir  və  3  tip  RNT-nm  -  

məlumat-mRNT,  nəqliyyat-nRNT  və  ribosomal-rRNT  iştirakını  tələb  edir, 

n  R N T  spesifik  R N T polimeraza  fermentinin  köməyi ilə yaranır.  Bu zaman 

bütün  məlumat  ardıcıl  olaraq  R N T   molekuluna  köçürülür.  Məlumat 

ötürülməsinin  bu  mərhələsi  transkripsiya  -  köçürmə  adlanır.  RNT-də timin 

əvəzinə  urasil  olduğu  üçün  qoşalaşma  vaxtı  bu  mərhələdə  AT  əvəzinə  AS 

yazılır.  Məlumatlaşmış  R N T   sitoplazmada  yerləşən  ribosoma  yaxınlaşır. 

Ribosom  -   qeyri  adi  qabiliyyətə  malik  olan  hüceyrə  quruluşudur  ki,  onda 

bioloji  sintezin  bütün  həyati  göstəriciləri  həyata  keçirilir.  Onlarda  genetik 

məlumat  aşkarlanır,  lazımi  toplamalar  apanldıqdan  sonra  aktivləşdirilmiş 

spesifik  zülal  molekuluna  ötürülür.  Bütün  canlı  orqanizmlərdə  ribosom 

ribonokleoproteidlərdən  ibarət  olub  tərkibində  63  %  R N T   və  37  %  zülal 

olur,  ö z   formasına  görə  sferik  olan  bu  törəmələr  (qlobulalar)  150-300  A°,

249


molekulyar  kütləsi  isə  2,7  x  10Ğ  dalton  olur.  O nlar  ən  çox  bağırsaq 

çöplərində  öyrənilmişdir.  Bakteriya  ribosomları  özündə  3  tip  ribosomal 

RN T saxlayır (5S,  16S,  23S).  Bunların molekulyar kütləsi 3,5xl04,  0,55xl06 

və  1,1  xlO6  daltondur,  RN T-da  vəzifəsi  axıracan  ətraflı  öyrənilməmişdir. 

Belə  güman  edilir  ki,  bunlar  ribosomlann  formalaşmasına  kömək  edir, 

am inturşulannın  aktivliyini  artırır  və  həmçinin  məlumatın  matrisada  dəqiq 

qeyd  olunmasım  təmin  edir.  Bir  sözlə,  bunlar  alınmış  məlumatın  dəqiq  və 

düzgün  ötürülməsinə kömək edən yardımçı aparatdır.

7.13. 

Zülal  sintezinə  xromosom  nezareti  və  bakteriyalarda 

genetik  mübadilənin  xromosomxarici  elementləri. 

İstənilən  zülalın 

sintezi  bir  neçə  mərhələdə  baş  verir  və  bunun  üçün  spesifik  enzimlər 

lazımdır.  Belə  enzimlərin  sintezi  bakteriya  xromosomunda  proqralaşdırıl- 

mışdır  ki,  bakteriya  xromosomu  da  DNT-nin  molekulunda  yerləşir. 

Müəyyən  zülalı  istehsal  etmək  üçün  bir  çox  mürəkkəb  metöbilik  proseslər 

lazımdır  (genetik  lokus).  Burada  bütün  genetik  məlumatlar  toplanır.  Gen 

mutasiya  edə  bilər,  genetik  dəyişmələrə  məruz  qala  bilər,  icra  etdiyi 

funksiyadan  asılı  olaraq  dəyişə  bilər.  Müəyyən  zülalların  sintezinə  nəzarət 

edən  gen  quruş  geni  adlanır.  Zülalın  əmələ  gəlməsinə  nəzarət  edən  iki 

genetik  nəzarət  ayırd  edilir: 

neqativ  tənzimləyici

  və 


pozitiv  nəzarət.

  Pozitiv 

nəzarət  DNT-də-  xromosomlann  yerləşməsini  və  bu  prosesi  tənzimləyir. 

Orqanizmdə  hər  hansı  bir  çatışmamazlıq  meydana  çıxarsa  bu  proses  işə 

düşür  və  lazımi  D N T  molekullarmm  sintezi  üçün  siqnal  verilir  -  

bakteriofaqlar,  plazmidilər,  episomlar  və  s.  sintez  olunur.  Bütün  canlı 

orqanizmlərin  genetik  yenidən  qurulması  yalnız  iki  amilin  olması  şərtilə 

çarpazlaşdırma  prosesi  nəticəsində  olur.  Bu  amillər  biri  donor,  digəri 

resipiyentdir.  Bu  amillər  DNT-nin  tərkibində  həm  keyfiyyətcə,  həm  də 

spesifik cəhətdən lazımi qaydada olmalıdır.  D onorun  və  resipiyentin  bak- 

teriyaların  kontaktı  nəticəsində  hüceyrələrdə  yenidənqurma  əmələ  gəlir  ki, 

bu  da  öz  növbəsində  tam  keyfiyyətli  xrom osom lann  yaranmasına  səbəb 

olur.  Çarpazlaşdırma  və  cütləşdirməni  həyata  keçirmək  üçün  donor  mütləq 

törətmə  qabiliyyətinə  malik  olmalıdır.  Bu  qabiliyyət  bakteriofaqlarmın 

olması  ilə  ölçülür.  Həmin  faqlar  bakteriyanın səthində  olan xüsusi törəmələr 

vasitəsilə  sintezdə  iştirak  edir.  Bəzi  bakteriyalarda  bu  törəmələr  olmur. 

Bunlan F  plazmidi əvəz edir.  Qəbuledicidə  -   resipyentdə  mütləq  hes  genlər 

(hes  +)  olmalıdır  ki,  rekombinasiya  həyata  keçsin.  Ötürmə-genetik 

məlumatın  donorun  ayrıca  götürülmüş  hüceyrəsinə  yeritməkdən  ibarətdir. 

Ötürmənin  effektli  olması  D N T   donorun  və  qəbuledicinin  homoloji 

quruluşunun  inkişaf  dərəcəsindən  asılıdır.  Ona  görə  də  ötürmə  bir  növün 

nümayəndələri  arasında  daha  səmərəli  olur.  H ətta  bu  zaman  belə  donor 

resipyentdə  yalnız  özünə  uyğun  hüceyrələrlə  birləşə  bilir.  Resipyent 

hüceyrələr çox zaman yalnız  1-15 % donoru qəbul edə bilir ki, bu da hüceyrə 

divannm  çətin keçilməsi ilə  izah  olunur.  Resipiyentin  hüceyrəsinin  səthində 

spesifik  aktiv  ferment  olur  ki,  bu  da  D NT-nin  donorun  hüceyrə  daxilinə

250


keçməsini  asanlaşdırır.  Hər  bir  hüceyrənin  səthində  30-70  belə  həssas 

nöqtələr  olur  ki,  bu  yerlərdə  DNT-nin  donora  ötürülməsi  daha  yaxşı  baş 

verir,  hüceyrəyə  daxil  olmuş  fraqment nazik  sap  şəklində  parçalanır  ki,  bu 

da  resipyentin  xromosomlanna  daxil  olur.  Ötürmənin  tezliyi  xromosomun 

ayn-ayn  nöqtələrinin  həssaslığından,  genetik  məlumatın  necə  olmasmdan, 

D N T komponentinin nuklein tərkibindən asılıdır.

Bakteriyalann növündən  asılı  olaraq  ötürmənin tezliyi  də müxtəlif olur. 

Pnevmokoklar və streptokoklar arasında  bu zəif, entrobakteriyalar arasında 

isə  güclü  olur.  Bakteriofaqlann  köməyi  ilə  genetik  materialın  donordan 

köçürülməsi  müşahidə  edilir.  Bu  bakteriofaqlar  sitoplazmada  ya  sərbəst 

şəkildə,  ya  da D NT-nin  tərkibində profaq  şəklində olur.  Fəal  vəziyyətdə .bu 

faqlar  irsiyyəti  başqa  xromosom  genlərinə  ötürür.  Faqlar  sərbəst  şəklə 

keçərək  öz geninin kiçik  bir fraqmentinə  birləşə  bilir.  Öz yeni  sahibində faq 

genetik  materialın  ötürücüsü  rolunu  oynayır.  Köçürmə  prosesi ilk  dəfə XIX 

əsrin  50-ci  illərində  Lederberq  və  Sinder  tərəfindən  enterobakteriyalarda 

öyrənilməklə  genetik  tədqiqatlarda  çox  mühüm  əhəmiyyət  kəsb  edir. 

-Bundan başqa xüsusiləşdirilmiş  ötürmə də  mövcüddür  ki,  bu zaman  ötürücü 

faq  genetik  məlumatı  yalnız  birləşdiyi  nöqtədəki  genə  ötürür.  Bir  çox 

Salmonella  kolibakteriyaları  faqlan  bu  xüsusiyyətə  malikdirlər,  ötürm ə 

zamanı  faqla  birlikdə  xromosomun  da  müəyyən  hissəsi  ötürülür  ki,  bu  da 

resipyentin  antigen  quruluşuna  təsir  göstərir.  Belə  bakteriofaqlardan  biri- 

Corynebacterium  diphtheria  başqa  faqla  birləşməsinə  baxmayaraq  öz 

toksikliyini  saxlayır.  Yalnız  bu  bakteriyalarda  toksin  ötürülmüş  faqm 

genetik  nəzarəti  altında  olur.  Salmonellalarda  ötürmə  prosesi  öyrənilərkən 

maraqlı  bir hadisə  aşkar edilmişdir  (Ozerski  1956).  Bu  tədqiqatın mahiyyəti 

ondan  ibarətdir  ki,  resipyentin  hüceyrəsinə  daxil  olan  bakteriofaq  onun 

xromosomuna  daxil  olmur,  sitoplazmada  sərbəst  şəkildə  qalaraq  purin 

sintezinə  nəzarət  edir.  Lakin  bəzi  hallarda  stafilokokların,  enterobakteri- 

yalann  bəzi  növlərinin  atipik  formalarına  rast  gəlinir  ki,  bunlar  da 

epidemioloji  və  epizootoloji  müayinələri  çətinləşdirir.  Bunlar  xüsusən 

salmanello  qrupuna  aid  olan  bakteriyalarda  rast  gəlinir.  Bu  zaman  bir- 

birinə  yaxın  olan  bakteriyalann  antigen  quruluşunda  dəyişgənlik  əmələ 

gəlir.  Bu növ ötürmələrdən əlavə başqa  bir ötürmə növü də mövcuddur ki, bu 

zaman donorun  və  resipiyentin hüceyrələri  bilavasitə birləşirlər,  tik  dəfə  bu 

hadisəni  Lederberq  və  Tatum   (1964)  müşahidə  etmişlər.  Lederberq  sübut 

etmişdir ki,  belə donor aktivliyinin səbəbi  hüceyrədə xrom osom lann genetik 

F   faktor  elementinin  olmasıdır.  Hal-hazırda  belə  hüceyrələr  «qadın»  və 

«kişi»  hüceyrələri  adlanır.  Belə  adlandm lm a  faqlara  da  aiddir.  Belə  ki, 

yalnız  f1,  f2  MS2  donor  hüceyrələri  faqlan  adlanır  və  hal-hazırda  həmin 

faqlan  spesifik  donor  adlandırırlar.  F +  hüceyrəsinin  səthində  xüsusi  çıxıntı 

olur  ki,  bu  spesifik  faqlan  udma  qabiliyyətinə  malikdir.  Escherichia  coli 

bakteriyasının  çıxıntısı  25  A  ölçüsündədir.  K ontakt  zamanı  çıxıntılar 

resipiyentin  hüceyrəsi  ilə  birləşir  və  nəticədə  plazmitdilər  əmələ  gəlir. 

Plazmidilər  -   genetik  element  olub,  resipiyentin  D N T  molekuluna  keçir. 

Bundan  başqa  plazmidilər  bakteriyanm  tərkibində  olan  bir  neçə  dərman

251


preparatları vasitəsilə birləşərək antibiotiklər əmələ gətirə bilir.  Plazmidilərin 

xarakter  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onlar  müxtəlif  boya  maddələrinə 

qarşı  mənfi münasibət  göstərirlər (rəng götürmürlər).  Sərbəst şəkildə olanlar 

isə boyanırlar.  Lakin bunların  arasında  olan başlıca fərq  ondan ibarətdir ki, 

donor  yalnız  ilk  kontaktda  bütün  məlumatları  resipiyentə  ötürür.  Onun 

fəaliyyəti  get-gedə  zəifləyir  və  7-ci  nəsi  ötürmədə  tam  zəif  olur.  A.  P. 

Pexovun  (1977)  verdiyi  m əlumata  görə  F   hüceyrələr  Escherichia  coli  K-12 

ştammı  ilə  birləşərək  H fr  tipli  klonlar  əmələ  gətirir  ki,  bunların  da  seroloji 

xüsusiyyətləri  oxşar  olur.  Eksperiniental  olaraq  Escherichia  coli  K-12 

ştammının  çarpazlaşmanm  mümkün  olduğu  sübut  olunmuşdur.  Çoxsaylı 

müşahidələr  əsasında müxtəlif növ m ikroblann  genetik  qarşılaşmaları  sübut 

edilmişdir  ki,  bu  zaman  yeni-klon-mikrob  hər  iki  növün  xüsusiyyətini 

saxlayır.  Elə  plazmidilər  də  vardır  ki,  onlar  metobilik  proseslərə  nəzarət 

edir,  ağır  metalların  (civə)  əmələ  gəlməsinə 

kömək  edir,  kamforam, 

naftalini,  salisitlan parçalayır.  Bu da onların daha geniş xüsusiyyətlərə malik 

olmalarını sübut edir.

7.14. 

Şərti  patogen  mikroblarım  formalaşmasında  plazmidilərin 

rolu. 

Patogen  və  şərti  patogen  mikroblar  özlərinin  genetik  faktorlarında 

ekzo  və  endotoksin  yaratm alarına  görə  bir-birindən  fərqlənirlər.  Patogen 

mikroblann 



bu 

göstəricilərinə  görə  onlann  təbiəti  və  fərdi  xüsusiyyətləri 

yaxşı  öyrənilmişdir.  Son  vaxtlar  külli  miqdarda  təcrübələrlə  enterobakteri- 

lərdə  irsiyyətin  formalaşması  və  ötürülməsi  geniş  öyrənilmişdir.  Salma- 

nellolann  patogenliyi  onda  olan  toksinin  əriməsi  və  ya  saxlanması 

nəticəsində  artıb-azala  bilər.  XX  əsrin  60-cı  illərində  sübut  edilmişdir  ki, 

Escherichia  coli-nin  xromosom  xarici  hemoliz  sintezi  mümkündür.  Smit  və 

Xolls  (1967)  xromosom  xarici  elementi  Hly  ilə  simvolik  olaraq 

göstərilmişlər.  Bir qədər sonralar isə D.Q.  Küdlay Hıy-ni  dispesiyalı  uşaq  və 

böyüklərdən  alınmış  bağırsaq  çöplərində  aşkar  etmişdir.  1974-cü  ildə  Qebel 

və əməkdaşları plazmidinin molekulyar quruluşunu təsvir etmişlər.  H ly- 

plazmidi  akrid  rəngləyiciləri  ilə  yaxşı  boyanır,  eyni  zamanda  patogenliyi 

resipyentə yaxşı ötürür. Cücələr üzərində apanlan təcrübələrdə bunların canlı 

orqanizmdə hemolitik formalaşması yaxşı sübut olunmuşdur.  XX əsrin 70-ci 

illərinin  əvvəllərində  Smit  və  əməkdaşları  Eschierichia  coli-nin  xromo- 

somxarici patogenliyinin yeni faktorlarını  aşkar etmişlər.  Sübut olunmuşdur 

ki,  Ent  -   plazmidi  sahib-bakteriyada  endotoksin  istehsal  edə  bilir.  Vir- 

bakteriyanm  virulentliyinə  nəzarət  edir,  K-88  və  K-99  plazmidi  isə 

antigenlərin  sintezinə  nəzarət  edir.  Plazimidlərin  müqayisə  edilməsi  nəti­

cəsində  (heyvanlarda  tədqiqatlar  aparmaq,  testlərdən  keçirmək)  onlann 

spesifik  maddələr  sintez  etməsi  (hemolizin,  toksinlər),  toksikliyi  və 

virulentliyi  aşkar edilmişdir.  Məsələn,  Plazmid  Hly toksin  sintezindən başqa 

a,B, Y hemohzini də sintez edir.

Plazmid  “Vir”-   mikrobun  virulentliyinə  nəzarət  edir,  plazmid  “K ”- 

seroloji  sınaqlarda  antigenləri  aşkara  çıxarmağa  kömək  edir.  Bakteriyalarm 

toksikliyi  laboratoriyada  siçanların  periton  daxilinə  yeritməklə  yoxlanılır.



252

“Ent”  plazmidinin  olm ası  (bu  enteretoksinlər  sintezinə  nəzarət  edir)  cavan 

çoşkalann bağırsağmda aşkar edilir.  Tərkibində  plazmidi  olan  patogen 

mikroorqanizmlərin  patogenüyi  həmin  plazmidin  hesabma  artır.  Belə 

plazmidilərə  “R ”  plazmidi  aiddir.  Bu,  mikrobun  dərmanlara,  ilk  növbədə 

antibiotiklərə  davamlığım  artınr.  Bütün  bunlarla  yanaşı  ayn-ayn  tip 

plazimidlərin  bir-birinə  uyğun gəlməsi  də mühüm əhəmiyyət  kəsb  edir.  Belə 

ki,  “R ”  plazmid  -   “F ”  plazmidin  inkişafım  ləngidir.  Bunları  nəzərə  alaraq 

patogen  plazmidlərin  inkişafim  ləngitmək  üçün,  bəzi  təbii  ştammlardan 

istifadə  olunur.  Poliplazmaidlər  sisteminin  belə  xüsusiyyətlərini  nəzərə 

alaraq  heyvanlarda  (xüsusən  cavanlarda)  kəskin  enterit,  toksikozlar, 

kolibakterioz  və  s.  əmələ  gəlməsi  və  müalicəsində  mümafıq  üsul  seçmək 

lazımdır.



253

V iru sların   ken etikası

« M ə n   i n a n d ı m   k i,  m o z a i k a   x ə s t ə l i y i n ə  

t u t u l m u ş   t ü t ü n   y a r p a ğ ı n ı n   ş ir ə s i, 

h ə t t a  

Ş a m b e r l a n ı n   s ü z g ə c i n d ə n   s ü z ü l d ü k d ə   b e lə  

ö z   i n f e k s i o n l u q   x a s s ə s i n i  s a x l a y ı r . »

(D.İ.İvanovski,  1892)



8.1.  Virusların  biosferdə mövqeyi ve təbiəti

Viruslar  (latınca-  «virus»-«zəhər»)-canlı  materiyanın  ən  bəsit  quruluşa 

malik,  yüksək  genetik  və  molekulyar  səviyyəli,  hüceyrə  daxilində  parazitlik 

edən,  yalnız  reproduksiya  yolu  ilə  öz  nəslini  saxlayan,  qeyri-hüceyrəvi 

quruluşlu  formasıdır.  Virusu  ilk dəfə  1892-ci  ildə virusologiya elminin  banisi

D.İ.lvanovski  V.V.Polevsevlə  birlikdə  K nm ın  botanika  bağında  tütünün 

mozaika  xəstəliyini  öyrənərkən  kəşf  etmişlər.  Lakin  1935-ci  ildə  ABŞ-ın 

Koliforniya  universitetinin  professoru  U.M.Stenli  tütünün  mozaika  xəstəliyi 

virusunun 

kristal 


quruluşuna-zülal-nuklein 

turşusu 


təbiətinə  malik 

olduğunu  kəşf  etmiş  və  1946-cı  ildə  Nobel  mükafatına  layiq  görülmüşdür. 

Alimin  şərəfini  ucaltmaq  üçün  onun  iş  otağında  tütünün  mozaika  xəstəliyi 

virusunun  kristalları  xüsusi  şüşə  boruda  liofilizasiya  olunmuş  (qurudulmuş) 

vəziyyətdə  saxlanılmaqdadır.  Həmin  kristallar  bu  gün  də  öz  patogenliyini 

itirməyib.  Mikroorqanizmlər  kimi  viruslar  da  biosferdə  (suda,  torpaqda, 

havada,  canlı  orqanizmlərdə  və  s.)  çox  böyük  intişar  tapmışdır.  Onların 

yayılma  arealı  çox  geniş  olmaqla,  hazırda  insan,  heyvan  və  bitki 

orqanizminə  daxil  olduqdan  sonra  geniş  diapozonlu  patologiyalar  törədir. 

Virus  infeksiyaların  ən  başlıca  xüsusiyyəti  onların  inkubasiya  dövrünün 

uzun  müddətli  (QİCS  və  inək  quduzluğunda  10  il  və  daha  artıq)  olması  və 

əsasən  xroniki  gedişlə  müşayət  edilməsidir.  Viruslar  aşağıdakı  xüsusiyyət­

lərinə  görə  mikroorqanizmlərdən  və digər  bırhüceyrəlilərdən  kəskin  surətdə 

fərqlənir:



254

1.  Viruslar canlı materiyanın  hüceyrə quruluşuna malik olmayan, yalnız 

zülal  təbiətli  xüsusi  qişalardan-kapsid  və  kapsomerlərdən  və  bir  nuklein 

turşusundan (RNT, yaxud D NT) ibarət olan üzvləridir.

2.  Viruslar  hüceyrə  daxili  parazitlər  olmaqla,  yalnız  onun  hesabına  öz 

struktur komponentlərini qurur və nəslini davam etdirir.

3.  Viruslar  mikroorqanizmlərin  yetişdiyi  adi  və  elektiv  (seçmə)  qida 

mühitlərində yetişməyərək, yalnız inkişafda  olan  toyuq embrionu və hüceyrə 

kulturasmda yetişir.

4.  Viruslar canlı aləmin ən sadə quruluşlu,  yüksək molekulyar və genetik 

səviyyəli üzvüdür.

5.  Viruslar  öz  nəslini  yalnız  hüceyrə  daxilində  reproduksiya  (hüceyrəni 

onun  yalnız  özünə  məxsus  olan  komponentləri  -   kapsid,  kapsomer  və 

nuklein  turşusunu  matris-iz  qoymaqla  sintez  etməyə  təhrik  etmək)  yolu  ilə 

davam  etdirir;  mikroorqanizmlərdən  fərqli  olaraq  viruslarda  çoxalma 

prosesi getmir.

6.  Viruslar  adi  m ikroskoplarla  görünmür,  yalnız  1939-cu  ildə  kəşf 

olunan elektron m ikroskopu ilə müşahidə olunur.

7.

  Viruslar  canlı  materiyanın  çox  kiçik  Ölçüyə  malik  üzvü  olmaqla  ən 



kiçik ölçü vahidi -  nanometrlə ölçülür (lnm=171000.000.000m).

8.  Viruslar  hazırda  genetikanın,  molekulyar  biologiyanın  və  gen 

mühəndisliyinin öyrənilməsi üçün ən əlverişli canlı tədqiqat obyekti sayılır.

9.  M ikroorqanizmlər  və  birhüceyrəlilərdən  fərqli  olaraq  virusların 

tərkibində  yalnız  bir  nuklein  turşusu  (DNT,  yaxud  RNT)  olur.  Məhz  bu 

əlamətinə  görə  bütün  viruslar  iki  böyük taksonomik  qrupa  -  D N T  və  RNT 

genomalı viruslara təsnif olunur.

10.  Viruslar  bütün  antibiotiklər,  sulfanilamid  və  nitrofuran  qrupu 

preparatlarının  təsirinə  olduqca  davamlı  olmaqla,  onların  heç  biri  viruslara 

virusid  (məhvedici)  təsir  göstərmir.  Viruslara  ancaq  interferon  məhvedici 

təsir edir.

11.  Virusların  əsas  xüsusiyyətləri,  yaxud  nəsli  informasiyalar  nuklein 

turşusu (RNT,  DNT) vasitəsilə bir nəsildən başqa  nəslə verilir.

12.  M ikroorqanizmlərdən  fərqli  olaraq  onların  keçə  (süzülə)  bilmədiyi 

süzgəclərdən-fıltirlərdən  (Zeysin,  Berkefeldin  və  Şamberlanın  süzgəcindən) 

viruslar asanlıqla süzülərək heç  bir dəyişikliyə uğramır.

13.  RNT-genomalı  viruslarda  biologiyada  heç  bir  canlıya  məxsus  ol­

mayan xüsusiyyət-bütün genetik informasiyaların yalnız RNT-də yerləşməsi- 

mövcuddur.

14.  Viruslar  canlı  aləmin  yeganə  üzvüdür  ki,  onların  DNT-sində  alanin 

və sitozin birlikdə 35-74% (xromosomlarda cəmi 44%) təşkil edir.

15.  Virusları  induksiya  və identifikasiya etmək  və yetişdirmək  üçün  qan 

zərdabı, amnion mayesi,  maya ekstraktı, vitaminlər və s.  ilə zənginləşdirilmiş 

hüceyrə  kulturasından  (Hela,  Hep  və  s.)  istifadə  edilir  və  bu  zaman  onların 

mikroskopla  müşahidə  olunan  sitopatik  (sitopatogen)  təsirinə  (hüceyrələri 

zədələmə, parçalama,  degenerasiya  və  məhv etmə dərəcəsinə) istinad  olunur 

(neytrallaşma reaksiyası ilə).

255


Viruslann canlı aləmə mənsub  olması son zam anlara  qədər alimlər a r a ­

sında  həmişə  diskussiyaya  və ciddi  mübahisələrə səbəb  olmuşdur.  D ünyanın 

məşhur  filosofları  beynəlxalq  konfrans,  konqres  və  simpoziumlarda  virus­

lan n  materiyanın cansız təbiət  amili,  bioloqlar isə canlı  amili  olmasını  sübut 

etməyə  cəhd  göətərmişdir.  Nəhayət,  bioloqlar  bu elmi  münaqişədə  qalib  gələ­

rək,  virüsların  öz  nəslini  -   populyasiyasmı  davam  etdirməsi,  yüksək  mole- 

kulyar və genetik səviyyəyə malik olması, insan və heyvanlarda hüceyrə daxili 

parazitlik  etməsi,  xəstəliklər  törətməsi,  eləcə  də  tərkibində  canlılara  məxsus 

daşıyıcıların  (DNT  və  ya  RNT)  olmasına  əsaslanaraq  onların  canlı  aləmə 

məxsus olmasım birmənalı olaraq sübut etmişlər. Hazırda dünyanın bütün elm 

xadimləri,  o  cümlədən  filosoflar  virusların  canlı  materiyanın  ən  sadə  üzvü 

olmasım yekdilliklə etiraf edir. Viruslar hələ antik dövrdən  başlayaraq  insan, 

heyvan  və  quşlar  arasında  geniş  yayılan  infeksion  xəstəliklər-QİÇS 

(qazanılmış  immunitetin  çatışmamazlığı  sindromu),  qrip,  quduzluq,  dabaq, 

taun,  çiçək,  qızılca,  poliomielit  və  s.  törətmiş  və  çox  ağır  fəsadlara  səbəb 

olmuşdur.  H azırda  zoopatogen  (heyvan,  quş,  balıq  və  anlarda  xəstəlik 

törəldən)  virusların  650-dən  çox növü məlumdur.  Lakin  bu  rəqəm  yeni virus 

infeksiyalarmın  (quş,  donuz,  at  və  balıq  qripi,  sarı  isitmə,  inək-dəli  dana 

quduzluğu,  atipik  pnevmoniya,  viruslu  A,B,C,  D  hepatitləri  və  s.)  peyda 

olması nəticəsində ildən ilə dəyişərək onun diapozonu çox sürətlə geniş vüsət 

alır. 

Zoopatogen  viruslar hazırda  17 ailəyə təsnif olunur

  (cədvəl  20).  Virusla­

rın  əsas  xüsusiyyətləri,  yaxud  nəsli  informasiyalar  nuklein  turşusu  (RNT, 

D N T)  vasitəsilə  bir  nəsildən  başqa  nəslə  verilir.  Virusun  nuklein  turşusu 

molekulunda  xüsusi 

genlər  (sistronlar)

  yerləşməklə  bunlar  virusun 

fəaliyyətinə  nəzarət  edir.  Genlər  çoxalma  və  dəyişkənlik  xassəsinə  malik 

olub,  virusun  nuklein  turşusu  molekulunda  müəyyən  ardıcıllıqla  yerləşir. 

Onlar  virusun  spesifik,  funksional  və  quruluş  zülallarının  sintezini  nizama 

salır  və  tənzimləyir.  Virus  genlərinin  əsas xüsusiyyətlərindən  biri  də  onlarda 

replikasiya  və  dəyişkənliyin  olmasıdır.  Virusların  genləri  müvafiq  xətt  üzrə 

növbə  ilə yerləşməklə  onların aralarında  müəyyən  məsafə vardır.  Genin qu­

ruluşu  T-cüt  faqlarda,  çiçək  vaksini,  qrip,  poliomielit  viruslarında  öyrə­

nilərək,  müəyyən edilmişdir ki, ayrı-ayrı viruslarda genlərin miqdarı müxtəlif 

olur (cədvəl 21).

256


C ə d v ə l 20.

Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin