Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

170

x ə s t ə   v ə   y a   s a ğ l a m d ı r )   ş ə r h   e d i l i r  

Ə l a m ə t l ə r i n   m ı q  

v ə   k e y f i y y ə t i n ə   g ö t ə  

b ö l ü n m ə s i   h ə m i n   g ö s t ə r i c i l ə r ə   ə s a s ə n   f ə r q l ə n d i r i l i r .   M i q d a r   d ə y i ş k ə n l i y i n i n   i k i

t ı p ı  

f a s i l ə l i   v ə  

f a s i l ə s i z  

( d i s k r e t )  

v a r d ı r .  

F a s ı


\ a r ı a n t l a r   a r a s ı n d a   k ə s k i n   s ə r h ə d   v ə   k e ç i d   o l m u r   v ə   p l ç ü l ə r i n   d ə q i q l i y i   n ə z ə r ə  

a l ı n ı r .  

V a n a n t l a r  

a r a s ı n d a k ı  

f ə r q  

m i q d a r c a  

t ə y i n  

o l u n d u ğ u  

h a l d a  

d i s k r ç t  

d ə y i ş k ə n l i k   a l m ı r .   M ə s ə l ə n ,   h ə r   b ı r   b a ş   a n a   d o n u z u n   ç o ş k a l a n   b ü t ö v   r ə q ə m l ə   ( ! ) .  

1 0 .   I I .   1 2 )   g ö s t ə r i l i r

ə s i z   d ə y i ş k ə n l i k  

z a m a


1

.

171



CİNSİYYƏT VƏ POPULYASİYANIN GENETİKASI

«Əzəldən belədir çünki kainat,

Əldən ələ keçir vəfasız həyat.

Cahan daimidir,  ömür əmanət 

Biz gəldi,  gedərik,  sən yaşa dünya.

Bir də görürsən ki,  açılan solur, 

Düşünən bir beyin bir torpaq olur. 

Bir yandan boşalır, 

bir yandan dolur, 

Sirrini verməyir 

sirdaşa 

dünya.»

(Səməd Vurğun)

5.1.  Cinsiyyətin genetikası

5.1.1. 

Ümumi  anlayış.  Genetiklər  sübut  etmişlər  ki,  orqanizmlərin  digər 

əlamətləri  kimi  cinsiyyətin  də  irsi-genetik  əsası  vardır. 



Cinsiyyət

  orqanizmdə 

cinsi  hüceyrələrin  (yumurta  və  spermatozoidlər)  əmələ  gəlməsi  zəminində  irsi 

informasiyanın  nəsildən  nəsilə  ötürülməsini  və  nəslin  törəməsinin  davamını 

təmin  edən  müəyyən  qrup  əlamət  və  xassələrin  məcmusundan  ibarət  olmaqla, 

onun təyini  fərdi  inkişafin-ontogenezin müxtəlif mərhələlərində  müəyyən  edilir. 

Cinsiyyətin  maddi  bazasını  təşkil  edən  erkək və  dişi  fərdləri  bir-birindən  təfriq 

etmək  məqsədilə  nəzərə  alman  əsas  əlamətlər  1-ci  və  2-ci  dərəcəli  əlamətlərə 

bölünür: 

Birinci dərəcəli əlamətlərə

 erkək və dişi cinsiyyət hüceyrələrinin əmələ 

gəlməsini və onların mayalanmasını təmin edən fizioloji və morfoloji xassələr və 

əlamətlər  (ali  heyvanlarda  sidik-cinsiyyət  yollan  və  üzvləri)  aid  edilir. 



İkinci 

dərəcəli  əlamətlərə

  isə  cinsi  çoxalmada  köməkçi  rol  oynayan,  qametogenezi, 

cinsi  hüceyrələrin  birləşməsini  və  mayalanmanı  təmin  tedən  əlamət  və  xassələr 

(məməlilərdə  eksteriyerin,  yelinin,  toxumluqlann  olması,  quşlarda dişi  və  erkək 

fərdlərin  rənglərinin,  baş  və  qarın  nahiyəsinin,  quyruq  lələklərinin  fərqlənməsi,

172


balıqlarda  üzgəclərin  xüsusi  quruluşu  və  s.)  aiddir.  Südlük  istiqamətli  qaramal 

xətt  və  cinslərinin  südlülük  xassəsini,  eləcə  də  toyuqların  yumurta 

məhsuldarlığını tənzimləyən genlər hər iki  cinsə  mənsub  olan fərdlərdə  mövcud 

olsa da,  həmin genlər yalnız dişilərdə biruzə verir.  Müxtəlif növlü fərdlərdə bəzi 

əlamət  və  xassələr  bəzən  cinsiyyətdən  asılı  halda  olur.  Belə  ki,  qoyun  və 

keçilərin  dominant  homoziqot  (HH)  fərdlərinin  törəmələri  cinsiyyətdən  asılı 

olmayaraq  buynuzlu,  resessiv  homoziqot  (hh)  fərdlərinki  isə  buynuzsuz  olur. 

Buna  baxmayaraq  heteroziqot  fərdlərin  erkək  törəmələri  (Hh)  isə  buynuzsuz 

olur.  Bu  hadisə  dominantlığın  mahiyyətini  və  sinciyyətlə  bağlı  olan  əlamətlərin 

irsi  olmasını  bir  daha təsdiqləyir və  onun  öyrənilməsinə  mühüm  zəmin  yaradır. 

Ali  bitki  və  heyvan növlərinin xeyli  fərdlərində,  eləcə  də bəzi  ibtidailərdə  erkək 

və  dişiləri  bir-birindən  fərqləndirən  əlamət  və  xassələr 



cinsi  dimorflzm

  adlanır 

və  təkamül  prosesinin  bütün  pillələrində  müşahidə  olunmaqla,  çox  geniş 

yayılmışdır. Heyvandarlıq və quşçuluqda arzu olunan erkək və dişi fərdlərin əldə 

edilməsinin  nəzəri  və  praktiki  cəhətdən  xüsusi  əhəmiyyəti  vardır.  Çünki  dişi 

fərdlər süd, yumurta,  erkəklər isə  ət istehsalı üçün olduqca səmərəli və rentabelli 

hesab  olunur.  Bunu nəzərə  alaraq,  heyvandarlığın və  quşçuluğun  istiqamətindən 

asılı  olaraq,  bir  halda  dişi,  digər  halda  isə  erkək  fərdlərin  daha  üstünlük  təşkil 

etməsinə  önəm  verilir.  Həmin  problemin  həlli  bioloji  qanunauyğunluğa 

əsaslanaraq  cinsiyyətin  formalaşması  üçün  əsaslı  zəmin  yaradır.  Məsələn, 

baramaçılıq  təsərrüfatlarında  erkək  fərdlərə  daha  çox  üstünlük  verilir.  Çünki 

onların  barama  məhsuldarlığı  dişilərə  nisbətən  25-30%  çox  olur.  Erkək  və  dişi 

fərdlər  genetik  baxımdan  bir-birindən  xromosomlann  müxtəlifliyi 

ilə 


fərqlənirlər.  Müxtəlif  növə  mənsub  olan  heyvanların  yeni  doğulan  fərdlərinin 

50%-ni  erkək,  50%-ni  isə  dişilər  təşkil  etməklə  cinsiyyətin  nisbəti  1:1  olur. 

Cinsiyyətin əmələ gəlmə mexanizmi aşağıdakı kimi olur:

P... 


XX 

XY

dişi 



erkək

Nisbət  1:1

Heyvanların  nəslində  cinsiyyətin  nisbəti  əksər  hallarda  1:1  formasında 

olmasına baxmayaraq,  bəzən bu nisbət pozulur.  Normal  nisbət 50% erkək,  50% 

isə  dişi  fərdlər olarsa,  onda müxtəlif növ  heyvanlarda cinsiyyətin  artıb  azalması 

(meyil etməsi) aşağıdakı nisbətdə olur (T.M.Turabov,  1997):



Növlər

Erkək

Dişi

173

Qaramal

50

50%



İt

56

44%



Donuz

52

48%



Dovşan

52

48%



Qoyun

49

51%



Toyuq

49

51%



Ördək

50

50%



5.1.2.  Cinsiyyətin  determinasiyasının təyin olunma tipləri

Təkamül  prosesi  zamanı  müxtəlif  cinsli  orqanizmlərdə  cinsiyyətin 

mexanizmi  -  

determinasiya

 formalaşmağa başlayır.  Cinsiyyətin determinasiyası 

prosesi  çoxalmanın  müxtəlif  mərhələlərində  baş  veməklə,  onun  təyin 

olunmasının üç əsas tipi -  



epiqam, proqam

 və 


sinqam

 -  mövcuddur.



Epiqam  determiansiya

  -   ontogenez  zamanı  ayn-ayn  fərdlərdə  müşahidə 

olunmaqla müəyyən dərəcədə ətraf mühit amillərindən asılı olur. Bu hal Bonellia 

viridis  adlı  dəniz  qurdlarında  daha ətraflı  öyrənilib.  Onların  çox kiçik  (bir neçə 

mm)  erkək  fərdləri  onlardan  xeyli  iri  dişiciklərin  cinsiyyət  orqanında 

məskunlaşaraq  mayalanma  funksiyasını  yerinə  yetirir,  sonra onların  xortumuna 

toplanır, vaxtında isə dişiləri mayalayır, dişilər isə dənizin dibində yaşayır.

Proqan  determinasiya

  -   valideyn  fərdlərdə  qametogenez  zamanı  gələcək 

dişi  orqanizmlərin  cinsiyyətinin  müəyyən  olunmasına  əsaslanır.  Mənənə  (bitki 

zərərvericisi),  bəzi  ilkin  həlqəlilər  və  rotatorilərdə  cinsiyyətin  təyini  yumurta 

hüceyrəsinin  yetişmə  prosesi  zamanı  aparılır.  Onlarda  oogenez  zamanı 

sitoplazma  yumurta  hüceyrələri  arasında  qeyri-bərabər  bölündüyündən  onlann 

bəziləri iri, digərləri isə çox xırda olur, mayalanma nəticəsində iri yumurtalardan 

dişi, xırdalardan isə erkək fərdlər formalaşır.



Sinqam  determinasiya

  -   dişi  fərdlərin  cinsiyyətinin  qametlərin  formalaş­

ması  zamanı  təyin  olunmasından  ibarət  olub,  bütün  növ  heyvanlar  üçün 

xarakterik  tip  sayılır.  Proqam  və  sinqam  determiansiya  tipləri  zamanı  fərdin 

cinsiyyəti müəyyən cinsiyyət xromosomlarından asılı olur.

Orqanizmin fərd i inkişafı -  ontogenezi

 zamanı cinsiyyətin diffcrcnsiasiyası 

prosesi  -  birincili  və  ikincili  cinsi  (bədən  quruluşu,  çəki,  tükün  rəngi,  süd vəzi, 

cinsiyyət  üzvləri  və  s.)  və  daxili  əlamətlərin  (metabololizm,  hormonal, 

sitogenetik  və  s.)  formalaşması  baş  verir.  Məsələn,  bütün  növ  kənd  təsərrüfatı 

heyvanlarının  erkək  fərdləri  dişilərə  nisbətən  daha  inkişaf  etmiş  bədən 

quruluşuna  malik  olur.  Ontogenez  zamanı  əlamətlərin  dəyişilməsi  əsasən 

orqanizmin  homeostazının  (daxili  mühitinin)  təsiri  nəticəsində  baş  verir.  Ev 

heyvanlarında  bu  proses 

hermafroditizm  (interseksualhq)

  adlanmaqla  onun 

müxtəlif  formaları  mövcuddur. 

Hermofroditizm-

 

əks  cinsə  mənsub  olan 



əlamətlərə  malik  olmaqla  blastositlərin  inkişaf mərhələsində  meyoz  prosesinin 

pozulması  nəticəsində  baş  verir.  Məməlilərin  dişi  fərdlərində  xromosomlann



174

diploid  yığımında  X X -  xromosomlarla  işarə  olunan  cinsiyyət  xromosomlan 

ayırd edilir.  Erkək fərdlərin kariotipində isə 



X

 və 


Y

 xromosomlan  olur.  Quşlann 

dişi  fərdlərində  iki  müxtəlif  (AT),  erkək  fərdlərdə  isə  eyni 

(XX)

  xromasomlar 

mövcuddur.  Meyoz  zamanı  məməlilərin  dişi  fərdlərində  yalnız  bir  tip 

X   -  

xromosomlu  qamet  əmələ  gəldiyi  üçün  onlar 



homoqamet

  adlanır.  Erkək 

fərdlərdə  isə  iki  müxtəlif  tip 

(X

  və 


Y)

  xromosom  əmələ  gəldiyi  üçün  onlar 



heteroqamet

  adlanır. 

Spermatogenez 

prosesi 


zamanı 

erkək 


fərdlərin 

toxumluqlannda  yalnız  XY  tipli  cinsiyyət  hüceyrələri  hazırlanır.  Məməlilərin 

cinsiyyətinin  təyin  edilməsi  yumurta  hüceyrəsinin  hansı  spermatozoidlə 

mayalanmasından  asılıdır. 



Yumurta  hüceyrəsi X  -   xromosomlu  spermatozoidlə 

mayalandıqda  dişi fərd,  Y   -   xromosomlu  spermatozoidlə  mayalandıqda  isə 

erkək fə rd  əmələ gəlir.

  Heyvanlarda bəzi  cinsiyyət əlamətlərinin  inkişaf prosesi 

pozulur  və  cinsiyyət  anomaliyalan  baş  verir.  İnterseksuallığın  iri  buynuzlu 

heyvanlarda  ən  çox  müşahidə  edilən  forması 



frim artinizm   (dölsüzlük)

  hesab 


olunur.  Bu  cür buzovların  dişi  fərdlərində  erkək  fərdlərə  məxsus  olan  eksteryer 

əlamətləri 

müşahidə 

edilir. 


Kənd 

təsərrüfatı 

heyvanlarının 

cinsiyyət 

xromosomlannda  lokalizasiya  olunan  genlər  tərəfindən  törənən  müxtəlif 

anomaliya formaları  müəyyən  olunub.  Bu  zaman bir  qayda olaraq  məməlilərdə 

heteroziqot  -   dişi,  quşlarda  isə  erkək  fərdlər  anomaliyaya  məruz  qalır. 

Cinsiyyətin  tənzimlənməsinin  əsas  məqsədi  yüksək  ət,  süd,  yun,  yumurta 

məhsuldarldığı  olan fərdlərə  daha çox üstünlük verilməsindən ibarətdir.  Belə ki, 

südçülük təsərrüfatlarında ən çox düyələrin, ətçilik istiqamətli təsərrüfatlarda isə 

erkək danaların yetişdirilməsi daha məqsədəuyğun sayılır.  Ümumiyyətlə, cinsiy­

yətin cinsi xromosomlarla tənzimlənməsinin 4 tipi vardır:

1. 

XY-tipində

  dişi  fərdlər  (homoqametlər)  XX  cinsi  xromosoma  malik 

olduğundan  eyni  tipli  qametlər  (X),  erkəklər  (heteroqametlər)  isə  müxtəlif tip 

(XY)  qametlər  əmələ  gəlir.  Bu  tip  bütün  məməlilərdə,  həşəratlarda  və  iki  eyni 

örtülütoxumlu bitkilərdə mövcuddur.

2. 


X O - tipində

  dişi  fərdlər XX,  erkəklər  isə  yalnız  X-xromosomuna malik 

olmaqla, əsasən bəzi həşərat (taxtabiti) və bitkilərdə müşahidə edilir.

3. 


ZÇ-tipində

 heteroqametlər yalnız Ç, homoqametlər isə ZZ xromosomuna 

malik olmaqla quşlarda,  kəpənəklərdə, bəzi balıq növlərində və  çiyələk növündə 

baş verir.

4.  ZO-tipində heteroqametlər Z xromosomuna, homoqametlər isə qoşa ZZ- 

xromosomuna  malik  olmaqla,  yalnız  Saxalin  adasındakı  diri  bala  doğan 

kəpənəklərdə  (Lacerta  viripara)  müşahidə  olunur.  Ümumiyyətlə,  1-ci  və  2-ci 

tiplər sinqam tipli  cinsiyyətin təyininə  aiddir və  spermatozoidlərin genotipindən 

asılıdır,  3  -cü  və  4-cü  tiplər isə  proqama məxsusdur və  oositlərin genotipindən 

asılıdır (cədvəl  15).



Cədvəl 15.

175

Cinsiyyətin təyin olunma tipləri (R.Quliyev, K.Əliyeva, 2002)

Heteroqamet

Qametlər

Ziqot

Orqanizmlər

Tip

cinsiyyət

Erkək­

lərin

Dişilərin

Erkək­

lərin

D işilə­

rin

XY

Erkək cinsi

X  v ə O

X

X Y

X X

İnsan, məməlilər, 

drozofil, melandrium, 

quruotu və b.

XO

Erkək cinsi

X  və O

X

XO

XX

Taxtabiti, Protenor, 

çəyirtkələr, 

Diozcorea və b.



Dişi cinsi

Z

Z və Ç

zz



Quşlar, amfibilər, 

reptililər, kəpənəklər, 

çiyələk və b.

zo

Dişi cinsi



Z

Z və O

zz

zo



Lacerta vizipara və b.

5.1 .3. Cinsiyyətlə ilişikli əlamətlərin irsi 'У'-

Somatik  hüceyrələrdən  fərqli  olaraq  cinsiyyət  hüceyrələrinin  xromosomlan 

bir  neçə  əlamətin  inkişafına  nəzarət  etmək  xassəsinə  malik  olan  xüsusi  genə 

malikdir.  Bu  isə  əlamətlərin  cinsiyyətlə  ilişikli  nəslə  keçməsinə  mühüm  zəmin 

yaradır.  Genetikanın  banilərindən  biri  Ç.T.Morqan  ilk  dəfə  olaraq  gözünün 

rənginə  görə  bir-birindən  fərqlənən  drozofıl  milçəkləri  üzərində  cinsiyyətlə 

ilişikli  əlamətlərin  irsiliyinin  qanunauyğunluqlarını  kəşf etməklə  sübut  etmişdir 

ki,  drozofıldə  qırmızı  rəng  əlamətini  idarə  edən  Ç  -   dominant  və  ç  -   resessiv 

genidir.  Alim  gözünün  rəngi  qırmızı  olan  dişi  drozofilləri  ağ  rəngə  malik  erkək 

drozofılləri  ilə  çarpazlaşdırdıqda  I  -   nəsil  heteroziqot  z  ç  fərdlərin  hamısının 

gözü  qırmızı  rəngdə  olmuşdur.  Birinci  nəslin  erkək  və  dişi  fərdlərin  öz 

aralarında  çarpazlaşdınlması  (Fı  x  Fı)  nəticəsində  isə  drozofilin  3-hissəsinin 

gözü qırmızı,  1-hissəsininki  isə  ağ  rəngdə  olmuşdur (3:1).  Bu zaman  alman  dişi 

fərdlərin  hamısı  qırmızı  gözlü  (Ç  Ç  və  Ç  Ç)  olmuşdur.  Beləliklə,  heteroziqot 

fərdlərdə  resessiv  əlamətin  olması,  cinsiyyətlə  ilişikli  əlamətlərin  olmasını  bir 

daha  təsdiqləyir.  Cinsiyyətlə  ilişikli  əlamətlərin  irsiliyi  toyuqlar  üzərində  daha 

geniş  və  ətraflı  öyrənilmişdir.  Rod-ayland  cinsli  xoruzu  dominant  B-geni 

daşıyan  susseks  cinsli toyuqlarla çarpazlaşdırdıqda rəng  (piqmentləşmə)  əlaməti 

toyuqlardan  yeni  nəsil  xoruzlarına  (beçələrə),  valideyn  xoruzlardan  isə  törəmə 

fərələrə  keçir  (beçələrin  hamısı  gümüşü,  bütün  fərələr  isə  qızılı  zolaqlı  rəngdə 

olur).  Göründüyü  kimi,  əlamətlərin  cinsiyyət  xromosomlan  ilə  nəslə  verilməsi 

cinsiyyətlə ilişikli olaraq X və Y xromosomlarla həyata keçirilir.

Cinsiyyətlə  ilişikli  irsən  keçən  əlamətlər yalnız  cinsiyyət xromosomlannda 

yerləşən genlər vasitəsilə  həyata keçirilir və  onlann  daimi  nəzarəti  altında olur. 

Məhz  buna  görə  də  həmin  proses 



cinsiyyətlə  ilişikli  olaraq  əlamətlərin  irsən 

keçməsi  adlanır.

  Genetiklərin  son  qənaəti  belədir  ki,  cinsiyyətin  əlamətləri 

ilişikli  olaraq  anadan  nəslin  erkək,  atadan  isə  dişi  fərdlərinə  keçir.  Bu

176


qanunauyğunluq həm insanlara, həm də bütün növ heyvanlara aid olmaqla atanın 

irsi  əlaməti  qız,  ananınkı  isə  oğul  övladlara verilir.  Bu  proses  genetika elmində 



«kross-kris»

 hadisəsi adlanır və canlı aləmdə mütəmadi olaraq baş verir. Hazırda 

dünyanın  heyvandarlıq  mütəxəssisləri  və  alimlərinin  qarşısında  duran  ən 

prioritet  problemlərdən  biri  də  cinsiyyətin  tənzimlənməsinin  geniş  və  ətraflı 

öyrənilməsidir.  Çünki  heyvandarlıq  və  quşçuluqda  arzu  olunan  fərdlərin 

alınmasına  nail  olunması  hələ  də  müəyyən  çətinliklər  törədir.  Lakin  son 

zamanlar  dünyanın  inkişaf  etmiş  ölkələrində  alimlər  bu  problemin  həlli 

sahəsində  müəyyən  elmi  nailiyyətlər  əldə  etmişlər  və  ontogenezin  ilk 

mərhələlərində  cinsiyyəti  müəyyən  etmək  mümkün  olmuşdur.  Quşçuluq 

sənayesində  ət  istehsal  etmək  məqsədilə  yalnız  beçələrdən  istifadə  olunduğuna 

görə  onlann  erkən  müəyyən  edilməsinin  həm  iqtisadi,  həm  də  elmi-praktiki 

cəhətdən  olduqca  böyük  əhəmiyyəti  vardır.  Bunu  nəzərə  alaraq  quşçuluq 

sənayesində,  xüsusilə  broyler  təsərrüfatlarında  rəng  əlamətinə  görə  cinsiyyətin 

tənzimlənməsi  sahəsində  müfəssəl  elmi  axtarışlar  aparılmışdır.  Belə  ki,  qızılı 

zolaqlı xoruzlar gümüşü rəngli toyuqlarla çarpazlaşdınldıqda inkubasiya zamanı 

yumurtadan  çıxan  fərələr  sarı,  beçələr isə  ağ-göyümtül  rəngdə  olmuşdur.  Məhz 

bu  əlamətə  görə  broyler  sənayesində  hazırda  beçələri  fərələrdən  fərqləndirərək 

onlardan  ətlik  məqsədi  ilə  geniş  istifadə  edilir.  İngilis  alimi  Pennet  cinsiyyətlə 

ilişikli əlamətlərin irsən keçməsi qanunauyğunluğuna istinad etməklə yeni toyuq 

cinsi  yaratmışdır.  Həmin  cinsin  fərələri  bir  sutkalıq  yaşında  qara,  beçələri  isə 

ağımtıl rəngli olmuşdur.

Cinsiyyətin tənzimlənməsi  və arzu olunan erkək və dişi fərdlərin əldə olun­

ması  müasir  sənaye  heyvandarlığının  inkişafi  üçün  çox  böyük  əhəmiyyətə 

malikdir.  Çünki  yüksək  süd,  ət,  yun,  yumurta  məhsulunun  alınması  üçün 

cinsiyyətin  tənzimlənməsi  çox  vacib  məsələ  sayılır.  Südlük  məqsədilə  dişi 

buzovların,  ətlik üçün  isə  erkək  danaların  alınması  daha  məqsədəuyğundur.  Bu 

baxımdan  yüksək  damazlıq  keyfiyyətinə  malik  olan  törədici  buğalardan  və 

inəklərdən erkək fərdlərin alınmasına daha böyük tələbat vardır.

İri buynuzlu heyvanlarda erkək və dişi cinsiyyət xromosomlan  submetasen- 

trik  tipə  aid  olmaqla,  sentromer  xromosomlan  iki  qeyri-bərabər  çiyinlərə  ayır­

dığına görə  onlar X-hərfini xatırladır.  Autosomlar isə  (58  ədəd)  akrosentrik tipə 

malik  olmaqla  onlann  mütləq  uzunluğu  5,91-1,62,  X-romosomun  ölçüsü  6,17, 

U-xromosomun ölçüsü isə 2,22 mikrona bərabər olur. Zebu xromosomlannda da 

analoji  ölçülər  müşahidə  olunur  (T.M.Turabov,  1997).  X  və  U  cinsiyyət 

xromosomlan  həm  ayn-ayn  fərdlərdə,  həm  də  müxtəlif  növə  məxsus  olan 

heyvanlarda sayına, formasına və ölçülərinə görə xeyli fərqli olur (cədvəl  16).



177

Cədvəl 16.

Müxtəlif növ heyvanlann kariotipinin müqayisəli xarakteristikası 

(T.M.Turabov, 1997)

H e y v a n  n ö v ləri

Xromo- 

so m la- 



n n  sa y ı

O  c ü m lə d ə n

Akrosen-

tr ik


M e tasen -

trik


S u b m etas

e n trik


A krosen-

tr ik


M e ta-

se n -trik

SubnEta-

se n trik

İri 

b u y n u z lu  



q a ra m a l

6 0


55

0

0



0

0

x , u



Z e b u

6 0


58

0

0



U

0

X



A s iy a  cam ışı

50

3 8



10

X ,U


0

0

A frik a  cam ışı



4 8

4 2


8

x,u


0

0

Q a y ta q



6 0

58

0



0

0

0



X,U

Z u b r v ə  b iz o n

6 0

58

0



0

u

0



X

A t


6 4

3 6


6

2 0


u

0

X



P e re je v a l atı

66

4 0



10

14

u



0

X

5.1.4.  Ontogenezin  genetik əsasları



Buludlar havada dağılır lay- lay,

Yenə öz yerində yuvarlanır Ay,

Fəqət,  nə Cəlal var,  nə də ki, Humay,

Nə ömrə acıyır,  nə yaşa dünya.

(Səməd Vurğun)

Ontogenez 

-

  o r q a n i z m i n   f ə r d i   i n k i ş a f   p r o s e s i n d ə n   i b a r ə t   o l u b ,   y u m u r t a  

h ü c e y r ə s i n i n   m a y a l a n m a s ı n d a n   t ə b i i   ö l ü m ə   q ə d ə r   o l a n   d ö v r l ə r i   ə h a t ə   e d i r .   F ə r d i  

i n k i ş a f ı n   ö y r ə n i l m ə s i   p r o s e s i   g e n e t i k a   e l m i n i n   ə n   m ü r ə k k ə b ,  

l a k i n   o l d u q c a  

m a r a q l ı   b i r   s a h ə s i d i r .   B u   t e r m i n   b i o l o g i y a   e l m i n ə   i l k   d ə f ə   E . H e k k e l   t ə r ə f i n d ə n  

( 1 8 6 6 )   d a x i l   e d i l m i ş d i r .   N ə s i l l ə r   a r a s ı n d a   m ö v c u d   o l a n   m a d d i   v ə   f u n k s i o n a l  

u y ğ u n l u q ,   b i r   q a y d a   o l a r a q ,   i r s i y y ə t l ə   m ü ə y y ə n l ə ş d i r i l i r .   İ r s i   i n f o r m a s i y a l a r ı n  

h a m ı s ı   D N T   m o l e k u l u n d a   k o d l a ş ı r .   O n t o g e n e z i n   a y n - a y n   f ə r d l ə r i n   g e n o t i p i n d ə  

p r o q r a m l a ş m a s ı n a   b a x m a y a r a q , b u   p r o q r a m m   y a l n ı z   k o n k r e t   m ü h i t   ş ə r a i t i n d ə   b a ş  

v e r i r .   L a k i n   f ə r d l ə r i n   h ə r   b i r   ü z v ü n ü n   v ə   ü z v l ə r   s i s t e m i n i n   f o r m a ,   q u r u l u ş   v ə  

f u n k s i y a s ı n ı n   t ə d r i c ə n   t ə ş ə k k ü l   f o r m a s ı n ı   m o r f o g e n e z   t ə m i n   e d i r .   M a y a l a n m ı ş  

y u m u r t a   h ü c e y r ə s i n d ə   v a l i d e y n   f ə r d l ə r i n i n   h ə r   i k i s i n i n   ( a t a   v ə   a n a )   g e n l ə r i  

b i r l ə ş ə r ə k ,   h ə m i n   h ü c e y r ə d ə n   ç o x   s a y l ı   b ö l ü n m ə   p r o s e s i   n ə t i c ə s i n d ə   o l d u q c a  

m ü r ə k k ə b   q u r u l u ş a   m a l i k   o l a n   ç o x h ü c e y r ə l i   o r q a n i z m   i n k i ş a f   e d ə r ə k   f o r m a l a ş ı r .  

L a k i n   m a y a l a n m ı ş   v a h i d   b i r   h ü c e y r ə d ə n   ö z ü n ü n   q u r u l u ş u n a ,   f u n k s i y a s ı n a   v ə  

k i m y ə v i   t ə r k i b i n ə   v ə   x a s s ə l ə r i n ə   g ö r ə   b i r - b i r i n d ə n   k ə s k i n   s u r ə t d ə   f ə r q l ə n ə n


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin