Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.İncəsənətin əxlaqi görüşlərin təbliğində rolu. 

2.İncəsənətin  növləri və tərbiyə. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


TƏRBİYƏNİN  MƏQSƏDİ  

VƏ  TƏRKİB  HİSSƏLƏRİ 

 

İstənilən  fəaliyyətdə,  müəyyən  mənada,  müvəffəqiyyətin  əsasını  məqsəd  aydınlığı  təşkil  edir.  Aydın 

məqsəd  hər  bir işçiyə,  istənilən  sahədə  fəaliyyət    göstərənə işini səmərəli  və  düzgün  təşkil etməyə  imkan 

verir. Pedaqoji prosesdə də məqsəd aydınlığı böyük əhəmiyyət kəsb edir.  

Bu  məqsədlər isə cəmiyyətin şəxsiyyət formalaşdırılması işinə verdiyi tələblərə əsasən müəyyən edilir. 

Klassik  və  müasir    pedaqoqlar  şəxsiyyət  formalaşdırılması  prosesində  məqsəd  aydınlığına  yüksək  qiymət 

verirblər. Məsələn K. D Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas məsələsi hesab edirdi. 

Onun fikrincə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyrixahlıqa 

can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran həqiqi insan 

yetişdirməkdir. (K.D.Uşinski, seçilmiş pedaqoji əsərləri, Azərnəşr, 1953, s111) 

Praqmatizm nümayəndələrindən biri, Amerika pedaqoqu D. Dyui iddia edirdi ki, eyni zamanda paralel 

şəkildə  həm  məqsəd,    həm  də  tərbiyə    prosesi  mövcuddur.  Onun  fikrincə  tərbiyə  inkişafdır  və  o,  heç  bir 

xarici  təsirə  tabe  deyildir.  Bununla  da  o,  tərbiyə  prosesini  elmilik,  obyektivlik  və  məqsədyönlülükdən 

məhrum edirdi. O fərdi tərbiyəyə daha çox üstünlük verirdi.  

D.Dyuinin  davamçıları  müasir  proqmatistlər  iddia  edirdilər  ki,  mənlik  iddiası  ilə  doğulmuş  hər  kəs 

xarici təsirə qarşı əks təsir göstərir, o özünü yaradıcılıqda təsdiq edir. Əksinə, xaricdən göstərilən tərbiyəvi 

təsirlər insanlardakı müstəqilliyi, qabiliyyəti boğur, onun üzə çıxmasını, inkişafını ləngidir.

4

  



Məşhur  Azərbaycan  ədibi  A.  Bakıxanov  hər  şeydən  əvvəl  tərbiyənin  məqsədini  müəyyənləşdirməyə 

yüksək  qiymət  vermişdir.  Onun  fikrincə  tərbiyənin məqsədi  həqiqi  insan  yetişdirməkdir.  O,  əxlaq  və  əqli 

tərbiyəyə  daha  çox  üstünlük  verirdi.  Tərbiyənin  digər  tərkib  hassələrini  də  əxlaq  tərbiyəsinin  tərkib 

hissəsində (estetik, fiziki, əmək və s) verirdi. 

O, əxlaq tərbiyəsinə nəzakətlilik, təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünərək 

danışmaq və hərəkət etmək, sərbəstlik, özüntənqid, təmkinlilik, ehtiyatlılıq, əməksevərlik, və s kimi sifətləri 

aid  edirdi.  

Tərbiyənin  məqsədi  cəmiyyətin  obyektiv  inkişaf  qanunları  əsasında  müəyyən  edilir,  məhsuldar 

qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir.  

İctimai iqtisadi quruluş   dəyişdikcə tərbiyənin məqsədi də dəyişir. Ona görə müxtəlif ictimai iqtisadi 

quruluşlarda tərbiyə də müxtəlif məqsədləri yerinə yetirmişdir. 

Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin məqsədi hərtərəfli tnktşaf etmiş insanlar 

yetişdirməkdən ibarətdir. Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, bu isə öz əksini 

xalqların  yaradıcılığında  dövrün  mütəfəkkirlərinin  əsərlərində  tapmışdır.  Hərtərəffli  inkişaf  etmiş  insan 

idealı müxtəlif xalqların həm yazılı, həm də şiffahi xalq ədəbiyyatında əks olunmuşdur. Xalq yaradıcılığında 

təsvir edilən bu qəhrəmanlar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz, döyüşkən, xalqını 

və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf edilmişdir. 

Zaman keçdikcə hərtərəfli inkişaf etmiş şəxsiyyət idealı reallaşmış, gündəlik tələbata çevrilmiş, zəruri 

həyatı keyfiyyətlər kimi formalaşdırılmağa başlanmışdır.  

Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu 

əsas  tələbdir.  Bu  tələb  uyğun  olaraq  tərbiyə,  təlim  təhsilin  insan  formalaşdırılması  işinin  məqsədləri 

müəyyən  edilir.  Azərbaycanda  tərbiyənin  məqsəd  və  vəzifələri  Azərbaycan  Respublikasının  Təhsil 

Qanununun  9-cu  maddəsində  öz  əksini  tapmışdır:  dərin  və  hərtərəfli  biliyə,  bacarığa,  praktik  hazırlığa, 

yüksək  mədəniyyətə,  məsuliyyət  hissəsinə,  mütərəqqi  dünyagörüşə  malik  olan  və  onu  daim  inkişaf 

etdirməyə  çalışan  şəxsiyyət  formalaşdırmaq:  soykökünə,  Azərbaycan  xalqının  azadlıq  və  demokratiya 

ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, 

onu  qoruyan  və  daim  inkişaf  etdirən,  ailəsini,  millətini,  Vətənini  sevən  və  daim  ucaltmağa  çalışan, 

ümumbəşəri  dəyərlərə  yiyələnən,  insan  hüquqları  və  azadlıqlarına  hörmət  edən,  müstəqil  və  yaradıcı 

düşünən,  biliyinə,  yüksək  əxlaqi  və  mənəvi  keyfiyyətlərinə,  demokratikliyinə  görə  dünyanın  ən  qabaqcıl 

ölkələrinin  vətəndaşları  səviyyəsində  dura  bilən  sağlam  yurddaşlar  yetişdirmək  və  bununla  yüksək 

sivilizasiyalı  cəmiyyət  qurmağa,  azərbaycanı  dünyanın  ən  inkişaf  etmiş  demokratik  dövlətlərindən  birinə 

çevirməyə  qadir  olan  İnsan  tərbiyə  etməkdir.  Bu  deyilənlərə  istinad  edərək  demək  olar  ki,  Azərbaycan 

Respublikasında tərbiyənin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməkdən ibarətdir.  

Hərtərəfli  inkişaf  etmiş  şəxsiyyət  dedikdə  yuksək  intelektual  səviyəyə  malik,  zəruri  əxlaqi 

keyfiyyətlərə  yiyələnmiş,  istehsalın əsas  sahələri  həqqında  müəyyən  biliklərə  və  əmək  vərdişlərinə  malik, 

gözəlliyi  sevməyi,  qiymətləndirməyi  bacaran,  yaşadığı  dövrün  ictimai-siyasi  hadisələrinə  obyektiv  qiymət 

                                                           

4

 Педагогика  (С.Баранов, Т.В.Великов, В.А.Сластенинов). М.,1976. 



verən,  dövlət  və  şəxsi  hüquqları  haqqında  elmi  məlumata  malik,  onu  müdafiə  edə  bilən  mübariz  insanlar 

nəzərdə tutulur.  

Tərbiyənin  bu  məqsədinə  müvafiq  tərkib  hissələri  müəyyən  edilir.  Bunları  aşağıdakı  şəkildə 

qruplaşdırmaq olar: 

1.

 

Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması 



2.

 

Əxlaq tərbiyəsi 



3.

 

Əmək tərbiyəsi 



4.

 

Estetik tərbiyə 



5.

 

Fiziki tərbiyə  



6.

 

Hüquq tərbiyəsi  



7.

 

İdeya-siyasi tərbiyə 



8.

 

Ekoloji tərbiyə 



Əqli  təhsil  və  elmi  dünyagörüş  formalaşdırılması  böyüyən  nəslin,  ümumiyyətlə  insanların  təbiət, 

cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə 

edir.  Bu  prosesdə  böyüyən  nəsil  sistemli  təhsil  müəssisələrində  müxtəlif  tədris  fənləri  vasitəsilə  zəruri 

biliklərə  yiyələndirilir  və  onlarda  bu  biliklərə  müvafiq  bacarıqlar,  vərdişlər  formalaşdırılır.  Mənimsədilən 

həmin  biliklər,  elmi  məlumatlar  əsasında  həyata    baxış  formalaşdırılır,  dünyagörüş  yaradılır.  Beləki, 

elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi 

münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur. 

Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin, 

ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimai-

iqtisadi  quruluşlu  cəmiyyətlərdə  tərbiyə  məqsədi  də  müxtəlif  olmuşdur.  Buna  səbəb  həm  də  məhsuldar 

qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf 

səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların,  xüsusən də yeniyetmə və gənclərin 

yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən 

irəli  gəlir.  Elmi  məlumatlara  yiyələnmə,  intellektual  inkişaf  hər  bir  şəxsə  həyatda,  quruculuq  işində  fəal 

iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini  və həyatını düzgün qurma, öz 

yaradıcılıq  qabiliyyətlərini inkişaf etdirmə  və  s.  bu  kimi  imkanlar  verir.  İnsanlar  həyat  və  fəaliyyətlərinin 

müxtəlif  dövrlərində  elmi  məlumatlara  yiyələnmə  zəruriyyəti  qarşısında  qalırlar.  Bu  istehsalatın  və  xalq 

təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur. 

Əmək  tərbiyəsi  və  politexnik  təhsil  böyüyən  nəslin,  ümumiyyətlə  insanların  əmək  fəaliyyətinə  həm 

nəzəri  həm  də  təcrübi  nöqteyi  nəzərdən  hazırlanmasını  əhatə  edir.  Əmək  tərbiyəsi  əməyin  elmi  əsasları, 

onun  elmi  təşkili  haqqında  sistemli  məlumatlar  verir,  zəruri  əmək  bacarıq  və  vərdişləri,  əməyə,  əmək 

adamlarına,  öz  əmək  fəaliyyətinə  münasibət  formalaşdırır.  Bu  proses  həm  xüsusi  dərslər,  müxtəlif  tip 

məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması  

üçün  əmək  fəaliyyətinin  birinci  əsas  şərt  olduğu  dərk  etdirilir.  Bu  iş  məktəbdənkanar  tərbiyə 

müəssisələrində,  mədəniyyət  müəssisələri  və  digər  tərbiyə  müəssisələrində  müxtəlif  tipli  çalışmalar, 

tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif texniki dərnəklərdə 

istehsalatdakı  yeniliklər,  texniki  yeniliklərə  aid  elmi  məlumatlar  verilir.,  həm  də  yeni  əmək  bacarığı  və 

vərdişi  formalaşdırır.  Azərbaycan  mütəfəkkirlərinin  əsərlərində  əmək  tərbiyəsinə,  əməyin  insanın 

formalaşmasında  oynadığı  rola  yüksək  qiymət  verilmişdir.  Bu  Nizami  Gəncəvi  əsərlərində  xüsusilə  geniş 

verilmişdir.  Nizaminin  fəkrincə  «cəhənnəmdə  əməklə  məşğul  olmaq  cənnətdəki  əməksiz  həyatdan 

yaxşıdır». 

Politexnik təhsil böyüyən nəsli, təhsil alan şəxsləri istehsalın əsas prinsipləri ilə tanış edir, onlarda ən 

sadə  əmək  alətləri  ilə  rəftar  etmə  bacarığı  formalaşdırır.  Politexnik  təhsil  tərbiyə  olunanlara  şüurlu  peşə 

seçməyə, zehni bilikləri ilə əməli fəaliyyətlərini əlaqələndirməyə, peşələrini istədiyi vaxt dəyişməyə, elmi-

texniki  yenilikləri  işinə  tətbiq  etməyə  imkan  verir.  Politexnik  təhsil  sistemli  təhsil  müəssisələrində  ayrıca 

fənn  şəklində tədris edilmir.  O,  müxtəlif fənlərin  tədrisi  prosesində  həyata  keçirilir.  Politexnik  təhsil  peşə 

təhsili ilə də qarşılıqlı əlaqədədir.  

Peşə  təhsili  xüsusi  gimnaziya,  seminariyalar,  litseylər,  texnikum  və  s.  orta-ixtisas  müəssisələrində 

istehsal  və  xalq  təsərrüffatının  müxtəlif  sahələrində  çalışa  biləcək  şəxslər  formalaşdırır.  Ali  təhsil 

müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış 

yüksək ixtisaslı şəxslər hazırlanır. 

Əxlaq tərbiyəsi  böyüyən  nəslə  cəmiyyətdə  mövcud  olan  əxlaq  normaları,  davranış  qaydaları, onların 

mahiyyəti  haqqında  nəzəri  məlumatlar  vermək,  müvafiq  əxlaqi  adətlər  formalaşdırmaqdan  ibarət  uzun 

müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi 

keyfəyyətlərə  yiyələnir,  bəşəri  və  sosial  birgəyaşayış  normaları  ilə  tanış  olur.  Bu  prosesdə  onlarda 


cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki, 

insanın  ömrünün  sonuna  qədər  davam  edir.  İnsan  həyatının  müəyən  dövründən  sonra  əxlaqi  keyfiyyətlər 

formalaşdırılması  işi  məktəbdənkanar  tərbiyə,  mədəniyyət  və  digər  müəssisələrdə  icra  edilir.  Bu 

müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir. 

Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi  zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti 

açılır,  insanlar  arasındakı    rəsmi  iş,  etik  və  s.  münasibətlərin  istehsala,  kollektivin  fəaliyyətinə  təsiri  izah 

edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və 

digər  şəxslərin  riayət  etməli  olduqları  qayda  və  normalar  izah  edilir.  Məsələn,  sahibkarlığa  istinad  edən 

cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə 

yanaşmağı  tələb  edir.  Belə  ki,  əvvəllər  sosial  yarışları  qarşılıqlı  yardım  və  köməyə  əsaslanırdısa  indiki 

istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və 

kollektiv  daxili  normalara  ciddi  riayət  etməyə  məcbur  edir.  Əks  halda  işçi  işsiz  qala  bilər.  Bu  yeni  tələb 

təlim-tərbiyə  müəssisələri  ilə  yanaşı  mədəniyyət  və  incəsənət  müəssisələrində  də  insanlara  izah  edilir, 

mənimsədilir. 

Fiziki tərbiyə fiziki cəhətdən sağlam, bədəncə möhkəm, çevik, dözümlü, əmək qabiliyyətli şəxsiyyətlər 

yetişdirməyə xidmət edir. Fiziki tərbiyə vasitəsilə həmçinin insanlarda müsbət iradi keyffiyətlər də təşəkkül 

tapır.  Fiziki  tərbiyə  insanları  Vətəni  müdafiə  etməyə  hazırlayır.  Bunun  üçün  təlim  müəssisələri  xüsusi 

proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdə 

zəif  və  nöqsanlı  insanların  əqli  inkişafında  da  çatışmamazlıq  və  ya  nöqsanlar  mövcud  olur.  Bu  nöqteyi 

nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri 

hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün 

mühüm əhəmiyyətə malikdir. 

Görkəmli  fransız  pedaqoqu  P.  F.  Lesqaft  da  fiziki  tərbiyəni  yüksək  qiymətləndirmiş,  onu  iradə  və 

xarakterin  formalaşmasında  əxlaq  tərbiyəsində  əqli  qabiliyyətləri,  fikri  fəallığın  bədii  zövqlərin 

yaranmasında, tərbiyəsində mühüm amil, vasitə hesab etmişdir.

5

  



Estetik  tərbiyə  insanları  gözəllik  aləminə  yaxınlaşdırır,  estetik  zövqlər  yaradır,  gözəlliyi  görmə, 

qavrama,  dərk  edərək  qiymətləndirmə  bacarığı  formalaşdırır,  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirir. 

Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir. 

Tərbiyənin  digər  tərkib  hissələri  kimi  estetik  tərbiyə  də  əxlaq,  əqli,  fiziki,  əmək,  hüquq  və  s.  kimi 

keyfiyyətlərlə qarşılıqlı əlaqədədir.  

Hüquq  tərbiyəsi  də  tərbiyənin  tərkib  hissələrindən  biridir.  Hüquq  tərbiyəsi  vasitəsilə  insanlar  hüquqi 

biliklərə  yiyələnir  cəmiyyətdə  mövcud  olan  hüquq  normaları,  onların  mahiyyəti,  hüquqi  pozuntularının 

konkret  nəticəsini  öyrənirlər.  İnsanlar  cəmiyyətdə  vətəndaşın  hüquqları  haqqında  zəruri  biliklərə 

yiyələnirlər.  Hüquq  tərbiyəsi    vasitəsilə  tərbiyə  olunanlarda  cəmiyyətdə  mövcud  huquq  normalarına 

münasibət formalaşdırılır. 

İdeya  –  siyasi  tərbiyə  də  hərtərəfli  şəxsiyyət  formalaşdırılması  işinin  mühüm  cəhətlərindən  biridir. 

İdeya  siyasi  tərbiyə  vasitəsilə  ictimai-siyasi  hadisələrə  obyektiv  yanaşma  və  qiymətləndirmə  bacarığı 

formalaşdırılır.  

Bu  yolla  yeniyetmə  və  gənclərdə  düzgün  münasibət,  yüksək  əhval  ruhiyyə,  mübarizlik,  düzgün, 

obyektiv ictimai-siyasi mövqe tərbiyə olunur. İdeya siyasi tərbiyə təlim prosesində müxtəlif fənlərin tədrisi 

prosesində  həmçinin  sinifdən  və  məktəbdənkənar  tədbirlər  vasitəsilə  aşılanır.  İdeya  siyasi  tərbiyə  işində 

mədəniyyət müəssisələri, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri əhəmiyyətli yer tutur. Həmin 

vasitələrlə insanlar mövcud ictimai-siyasi hadisələrin mahiyyəti ilə tanış olur, siyasi cərəyanlar, partiyaların 

yaranma şəraiti, səbəbi, məqsədi, prinsipləri ilə tanış olurlar. Siyasi hadisələrlə kortəbii və şüurmuz qoşulma 

hallarını  təhlil  edərək,  siyasi  siyasi  hadisələrin  mahiyyəti  haqqında  müqayisələr  apararaq,  həm  siyasi 

biliklərə  yiyələnirlər,  həm  də  bu  hadisələri  düzgün  qiymətləndirə  bilirlər.  Bu  isə    onlarda  fəal  həyat 

mövqeyi, şüurlu ictimai-siyasi münasibət formalaşdırır.  

Tərbiyənin tərkib hissələri bir-biri ilə qarşılıqlı əlaqədədir və bunlar eyni zamanda qarşılıqlı vəhdətdə 

həyata keçirilir, formalaşdırılır. 



          Müstəqil iş üçün  sual və tapşırıqlar: 

1. Tərbiyənin  ictimai – iqtisadi inkişafdan  asılılığı. 

2. Tərbiyə məqsədlərinə tarixi  yanaşma. 

3. Müasir  insanlara  verilən  tələblər. 

 

 

                                                           



5

 Педагоэика. Б., Азярняшр, 1964, с.386. 



 

ƏQLİ TƏHSİL VƏ ELMİ DÜNYAGÖRÜŞÜN FORMALAŞDIRILMASI 

 

Şəxsiyyət  formalaşdırmağın  mühüm  və  əsas  tərkib  hissələrindən  bir  də  əqli təhsil  və  bu əsasda elmi 

dünyagörüş  formalaşdırılmasıdır.  Əqli  təhsil  vasitəsilə  insanlar  təbii    və  ictimai  hadisələrin  baş  vermə 

qanunauyğunluqlarını  dərk  edirlər.  Onların  beynində  maddi  aləmin,  obyektiv  gerçəkliyin  elmi  mənzərəsi 

yaradılır. Bu yolla insanlara təbiət, cəmiyyət və insan təfəkkürü haqqında zəruri biliklər verilir. Bu biliklər 

istehsal prosesi ilə əlaqələndirilir. Beləliklə də böyüyən nəsl dərk olunmuş obyektiv gerçəklik qanunlarından 

cəmiyyətin  və  şəxsiyyətin  xeyrinə  istifadə  yollarını  öyrənirlər.  Əqli  təhsil  sistemli  şəkildə  də  tədris 

müəssisələrində  aparılır.  Böyüyən  nəsl  müxtəlif  fənlərin  tədrisi  prosesində  müxtəlif  təbiət  hadisələrinin 

mahiyyətini öyrənir, öyrənilmiş biliklərə müvafiq bacarıq və vərdişlərə yiyələnirlər. Əqli təhsilin aşağıdakı 

vəzifələri mövcuddur: 

-

 

böyüyən nsli bilik, bacarıq və vərdişlərlə silahlandırmaq; 



-

 

əhsil alanların zehni bilikləri və intellektual səviyyələrini inkişaf etdirmək;  



-

 

zehni əmək mədəniyyəti formalaşdırmaq;  



-

 

əqli biliklərə müstəqil yiyələnmə bacarıqları formalaşdırmaq; 



-

 

böyüyən nəsldə, bütün  təhsil alanlarda özüntəhsilə maraqlar yaratmaq;  



-

 

təhsil alanları istehsalın elmi əsasları ilə tanış etmək; 



-

 

elmi məlumatlara şüurlu münasibət formalaşdıraraq yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək; 



-

 

mənəvi zənginlik yaratmaqla, elmi dünyagörüş  formalaşdırmaq. 



Elmi məlumatlara yiyələnmiş hər bir adam quruculuq işində daha fəal iştirak edir, öz fəaliyyyətini elmi 

əsaslar  üzərində  qurmağa  çalışır,  yaradıcılıq  göstərir.  Bu  həmçinin  müasir  mürəkkəb  istehsal  prosesinin, 

inkişaf etmiş sənayeyə əsaslanan cəmiyyətin öz vətəndaşlarına verdiyi tələblərdir. Yəni cəmiyyət əqli təhsil 

qarşısında mövcud sənayeni idarə edə biləcək, xalq təsərrüfatının müxtəlif sahələrində çalışa biləcək yüksək 

intellektual səviyyəyə malik şəxsiyyətlər yetişdirmək tələbi qoymuşdur.  

Əqli təhsil mənəvi zənginlik yaratmaqla əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesin 

də insanlar həm də nəcib əxlaqi keyfiyyətlərə yiyələnirlər. Bu prosesdə insanların özünə, öz gücünə inam 

yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.  

Əqli təhsil zehni qabiliyyətlərin, idrak proseslərinin, xüsusən də təfəkkürün inkişafına imkan yaradır. 

Daha  doğrusu,  əqli  təhsil  prosesi  insanların  psixi  proseslərinin  inkişaf  etdirilməsinin  əsas  vasitəsidir. 

Biliklərə yiyələnmə birbaşa idrak prosesidir. Materialların mənimsədilməsi zamanı təhlil tərkib, müqayisə 

kimi təfəkkür əməliyyatlarında istifadə edilir ki, bu da idrakı inkişaf etdirir. Hər  yeni öyrədilən materialın 

əvvəlki məlumatlarla əlaqələndirlməsi, anlayışlar yaradılması, təfəkkürlə yanaşı hafizəni də  inkişaf etdirir. 

Material  ixtiyari  və  davamlı  diqqət  əsasında  öyrənilir.  Diqqətin  uzun  müddət  öyrənilən  obyekt  üzərində 

cəmləşdirilməsi onu həm də inkişaf etdirir, materialı mənimsəmə, dərk etmə, öyrənmə arzusu, meyli iradi 

gərginlik,  özünü  məcburetmə  əsasında  baş  verir  ki,  bu  da  iradəni  möhkəmləndirir  və  inkişaf  etdirir. 

Mənimsənilmiş materialın şərhi, başqalarına çatdırılması nitqi inkişaf etdirir və s. Göründüyü kimi biliklərə 

yiyələnmə insanlarda psixi hadisələri, idrak proseslərini səmərəli şəkildə inkişaf etdirir.  

Biliklərə  yiyələnərkən  böyüyən  nəsil  və  ümumiyyətlə  öyrənənlər  təbiət,  cəmiyyət  və  insan 

təfəkkürünün inkişaf qanunları haqqında düzgün elmi məlumatları mənimsəyirlər.  

Təbii  və  ictimai  hadisələrin  baş  vermə  səbəblərini  öyrənirlər.  Bu  isə  onlarda  elmi  dünyagörüş 

formalaşdırmağın  əsasını  qoyur.  Elmlərə  yiyələnmiş  insanlar  nadanlıq  və  xurafatdan  uzaq  olur,  təbiət  və 

cəmiyyət  hadisələrinə  obyektiv,  real  münasibət  bəsləyirlər.  Elmi  dünyagörüşə  malik  olan  hər  kəs  onun 

ətrafında  baş  verən  hadisələri  təhlil  edə  bilir,  siyasi-ictimai  hadisələrə  düzgün  qiymət  verirlər.  Elmi 

dünyagörüş  şəxsin  tutduğu  mövqe  və  vəziyyətdən  asılı  olmayaraq,  mövcud  cəmiyyətə,  ətraf  aləm 

hadisələrinə obyektiv elmi münasibətlər sistemidir. Bu münasibətlər insanların baxışları və əqidəsi şəklində 

təzahür  edir.  İnsanların  ətraf  aləm  hadisələrinə  ilk  münasibətləri  baxışları  kimi  çıxış  edir.  Bu  baxışlar 

getdikcə  insanların  davranış  və  hərəkətlərində  möhkəmlənərək  əqidəyə  çevrilir.  Baxışların  yaranması  və 

təzahüründə  intellektual  səviyyə  əhəmiyyətli  yer  tutur.  Beləki,  intellektual  səviyyəsi  yüksək  olan  insanlar 

ictimai-siyasi  və  təbiət  hadisələrinə  elmi  nöqteyi-nəzərdən,  elmi  əsaslara  istinad  edərək  yanaşır.  Bu  isə 

onlarda elmi baxışlar formalaşmasına səbəb olur.  

Dünyagörüş biliklər əsasında yaranır, lakin bilik deyildir. Bu inanılmış biliklərin həyata keçirilməsidir.  

Dünyagörüş elmi biliklərlə yanaşı özündə əqidə, baxış və davrınışı da birləşdirir. Elm, baxışlar, zəruri 

əxlaqi  hərəkət  və  davranışlar  vəhdət  halında  dünyagörüş  yaradır.  Vahid  və  hərtərəfli  dünyagörüşə  malik 

şəxslər isə bütün hadisələrə istər təbiət istərsə də cəmiyyət hadisələrinə eyni obyektiv mövqedən yanaşır.  

Hadisələrə  yanaşma  tərzinə  görə  müxtəlif  dünyagörüşlər  mövcud  olmuşdur.  Mütərəqqi-mürtəce; 

materialist-idealist; metafizik-materialist və s.  


Elmi  dünyagörüşə  malik  insan  fəaliyyətində  elmi  müddəaları  rəhbər  tutur,  təbiət  və  cəmiyyət 

hadisələrini  təhlil  edərək  obyektiv  qiymətləndirir,  hər  hansı  bir  faydalı  əməklə  məşğul  olur,  işsizlik  və 

fəaliyyətsizliyə  qarşı  çıxır,  optimist  və  mübariz  olur,  öz  üzərində  müntəzəm  çalışır,  lazım  gəldikdə  özün 

tərbiyə və özüntəhsillə məşğul olur. 

İnsanlarda elmi dünyagörüşün əsası hələ kiçik yaşlarından qoyulur. Bu sistemli təlim müəssisələrində 

ki,    təlim  prosesində  təlim-tərbiyə  prinsiplərinə  riayət  etməklə  ayrı-ayrı  fənlərin  tədrisi  prosesində  həyata 

keçirilir.  Təbii  və  dəqiq  elmlərin  tədrisi  prosesində  təbiətin  sirləri  açılır,  humanitar  fənlərin  tədrisi 

prosesində  isə  cəmiyyətin  inkişaf  qanunlarını  mahiyyəti  dərk  edilir  və  s.    Materialların  tədrisi  prosesində 

əsası qoyulan elmi dünyagörüş sinfdənkanar tədbirlər vasitəsilə möhkəmləndirilir və inkişaf etdirilir. 

Dünyagörüş formalaşdırılması ziddiyyətli prosesdir. Onun formalaşmasına müxtəlif alimlər insanların 

özlərinin  malik  olduğu  hərəkət  və  davranışlar  da  təsir  göstərir.  Ona  görə  də  dünyagörüş  uzun  müddətə 

formalaşır. Bu proses təlim müddəti bitdikdən sonra insanların fəaliyyəti zamanı da davam edir. Buna görə 

də  insanlarda  elmi  dünyagörüşün  formalaşdırılmasında  mədəniyyət  müəssisələri,    KİV  və  fəaliyyət 

müəssisələrində aparılan təlim-tərbiyə işi tədbirləri əhmiyyətli rol oynayır. 

Bu müəssisələrdə aparılan tərbiyəvi işlər cəmiyyətin tərbiyə proqramı şəxsiyyət formalaşdırılması işinə 

verilən tələblər əsasında  qurulmalıdır. 

Müstəqil iş üçün sual və  tapşırıqlar. 

1.

 



Əqli təhsilin mahiyyəti. 

2.

 



Bilik və  dünyagörüş. 

3.

 



Dünyagörüşün  formalaşma  mərhələləri.  


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin