Dərs vəsaiti kimi təsdiq edilmişdir


Şəkil 14.  sıçrayışla icra edilən rəqs hərəkətlərindən ibarətdir.                Hazırlıq hərəkətləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

Şəkil 14. 
sıçrayışla icra edilən rəqs hərəkətlərindən ibarətdir. 
              Hazırlıq hərəkətləri. I hərəkət. Şagirdlər yerinə müuəllimin komandası və musiqinin müşayiəti 
ilə başlayırlar, həm də hərəkəti musiqinin müşayiəti ilə yerində addımlamaqla qurtarırlar. 
 
 
 
 
Şəkil 15. 
              Marşlar musiqinin müşayiəti ilə icra olunarkən, ritmik mahnılar da oxunur. «Dur!» komandası 
musiqinin axırıncı taktında «bir» sayda verilir. Habelə müəllimin komandası olmadan musiqinin axırıncı 
hissəsində  uşaqlar yerində dayanırlar. Yəni onlar hərəkətə musiqi ilə başlayıb, musiqi ilə  də, yerində 
addımlamaqla qurtarırlar. Belə  hərəkətlər bir sırada və ya dairədə  əl-ələ tutaraq sağa və sola dönməklə 
icra olunur. 
              II hərəkət. Şagirdlər dəstə ilə, ritmik addımların sürətini tədricən artırmaqla musiqinin müşayiəti 
ilə  qaçış və tullanmalarla 
 
 
 
 
Şəkil 16. 
 irəliləyirlər. Hərəkətin axırında musiqinin ahəngi getdikcə yavaşıyır. Lakin yeriş və dayanmaq dəqiqliklə 
yerinə yetirilir. Tullanmaları yüngül qaçış hərəkətləri ilə əvəz etmək olar. 
              Rəqs elementləri.  Sıçrayışla addımlamalar. Bu hərəkət musiqinin bir taktında yerinə yetirilir. 
Çıxış  vəziyyəti  əllər beldə, yaxud yanlarda – aşağıda. «Bir» sayda sağ ayaqla irəlidə çox da böyük 
olmayan addım atılır, sol ayaq isə yüngül bükülməklə (pəncə  aşağı basılmaqla) bir az qaldırılır. «Və» 
sayında bir az irəliləməklə ehmalca sağ ayağın pəncəsi üzərinə hoppanmalı. «İki», «və» sayında hərəkət 
eyni ilə sol ayaqdan başlanır. 

 198
              Pəncələr üzərində adi rəqs addımları. Bu adi addımlar yüngül, yumşaq və sərbəst rəqs ritmləri 
kimi icra edilir. Musiqinin hər dörddə bir taktı – bir addımdır. 
              Şagirdlər göstərilən elementləri lazımi səviyədə  mənimsədikdən sonra onlara oyun xarakterli 
sadə rəqs kombinasiyaları öyrədilir. Rəqslərin şagirdlərə hissə-hissə öyrədilməsi məqsədəuyğundur. 
              Müvazinət hərəkətləri ardıcıllıqla öyrədilir (Şəkil 17 a, b, v, q, ğ, d). 
 
 
 
 
 
 
 
 
 
     
 
 
 
Şəkil 17 
   Dırmaşmaq və dırmaşıb düşmək. Gimnastika skamyası üzərinə çıxmaq. Həmin hərəkətə  başlamazdan 
əvvəl şagirdlərə skamy 
adan tutmaq qaydasını öyrətmək lazımdır. Bu zaman baş barmaqlar 
yuxarıda (skamyanın üstündə), qalan barmaqlar isə  aşağıda olmaqla hər iki əllə skamyanın kənarından 
tutulur. Bədən, diz üzərində çöməlmə vəziyyətində olur, ağırlıq həm qollar, həm də dizlər üzərinə düşür. 
Bu hərəkətə başlamazdan  əvvəl  şagirdlər komanda ilə skamyada oturur, əllərlə onun kənarından tutur. 
Sonra ayaqları növbə ilə skamya üzərinə qoyur və dizüstə yarımuzanıqlı vəziyyət alırlar. Hərəkət bir neçə 
dəfə təkrar olunur. 
              Gimnastika skamyası üzərində  əllərin və ayaqların köməyi ilə  dırmaşmaq.  Uşaqlar  əlləri və 
dizləri üzərində çöməlmə vəziyyətindən eyni ilə bir vaxtda sağ və sol ayaq vasitəsilə ilə irəliləyir. Uşaqlar 
həmin hərəkəti əksinə edərək əvvəlki vəziyyətə qayıdırlar (Şəkil 18 a,b). 
 
 
 
 
 
Şəkil 18. 
 
    Gimnastika divarı ilə dırmaşmaq.  (Şəkil 18, v,q).              Şagirdlərə hər şeydən əvvəl gimnastika 
divarının barmaqcıqlarından tutmaq qaydası öyrədilir. Barmaqcıqlardan tutarkən baş barmaq altda, digər 
barmaqlar üstdə, ayaqlar isə döşəmədə düzgün vəziyyətdə olur (pəncə-daban üzərində). Bundan sonra 
hərəkətin icrasına başlanılır. Divarın istənilən (yuxarı, orta hissəsi) nöqtəsinə çıxmaq və əvvəlki vəziyyətə 
qayıtmaq üçün əl və ayaqlar növbə ilə bu və ya digər barmaqcıqlar üzərinə qoyulmalıdır. Divara 
dırmaşarkən barmaqcıqlardan  əvvəlcə  əllərlə tutulmalıdır (bir əllə tutduqdan sonra o biri əl də onun 
yanına gətirilir).  Ayaqlar da eyni ilə bu cür növbə ilə müvafiq barmaqcığın üzərinə qoyulur. Şagirdlər 
divardan düşərkən aşağıya baxmamalıdır. Uşaqlar dırmaşmanı öyrəndiyi ilk vaxtlarda divara axıra kimi 
qalxmamalı, bir əllə tutmaqla və hoppanmaqla yerə düşməməlidirlər. 
              Yanı üstə, bitişik addımlarla gimnastika divarında yerimək. Bu hərəkəti əvvəl 2-3 barmaqcıqda 
sağ (sol) tərəfə, sonra da 6-7 barmaqcığa kimi qalxmaqla əks tərəfə yerinə yetirilir. 
              Maili qoyulmuş gimnastika skamyası üzərindən aşmaq.  Həmin hərəkət  əllərə dayaq verib 
addımlamaqla icra edilir. Bu zaman sağ  tərəf alətə yaxın olur, növbə ilə sağ  və sol ayaq maneənin 
üstündən keçirilir (Şəkil 19). 
 
Şəkil 19.

 199
II    s i n i f 
 
              Sıra təlimi. Bir sıradan dairə təşkil etmək. Uşaqlar əvvəlcə sıraya düzülürlər. Müəllim bu zaman 
sıranın önünə keçməklə  sırada birinqci dayanır və «Sinif, addımla marş!» komandasını verir. O, 
meydança və ya zal ətrafında elə  hərəkətlər edir ki, dairə  təşkil etmək mümkün olsun. Dairə  əmələ 
gətirdikdən sonra müəllim «Sinif, dur!» komandası verir. Sonra hərəkəti bilavasitə  şagirdlərin özlərinə 
icra etdirir. 
              Sırada «bir-iki» saymaq qaydası.  Şagirdləri bir-iki saymaq yolu ilə iki qruppa bölmək olar. 
Bunun üçün müəllim «Bir-iki say!» komandası verir. «Bir-iki say!» komandasında hər şagird başını sola 
döndərib nömrəsini yanındakı yoldaşına deməli və  dərhal başını  əvvəlki vəziyyətə qaytarmalıdır. Say 
birinci, yəni istiqamətçi  şagirddən başlanır. Birinci dayanan şagird «bir», ikinci «iki», üçüncü «bir», 
dördüncü isə «iki» saymalıdır. Say beləliklə axıra qədər davam etməlidir. 
              Bir  cərgədən iki cərgəyə düzlənmək.  Uşaqlara bir-iki saydırılır.  İkincilər sol ayağı bir addım 
arxaya atır, sonra isə sağ ayağı bir addım yana qoyub sol ayağı ona birləşdirir. Beləliklə, bir cərgədən iki 
cərgə əmələ gəlir. 
              İki cərgədən bir cərgə olmaq üçün isə sol ayaq yana, sağ ayaq irəli, boş yerə qoyulur. Sol ayaq 
sağ ayağın yanına gətirilir. 
              Bitişik addımlarla seyrəlmələr və  sıxlaşmaq.  Uşaqların seyrəlməsi və  sıxlaşması  əvvəlcə bir 
cərgədə, sonra isə iki, uç və s. cərələrdə öyrədilir. Cərgədə duran şagirdlərin seyrəlməsi üçün müəllim 
«Sinif, bitişik addımlarla qollararası ortadan yanlara seyrəl!» komandası verir. Həmçinin qollararası 
seyrəlmə sağdan sola, yaxud soldan sağa – istiqamətçidən başlamaqla icra edilir. Cərgələrdə seyrəlmiş 
uşaqların sıxlaşdırılmasından ötrü «Sinif, sağa (soldan ortaya) bitişik addımlarla sıxlaş!», yaxud «Sinif, 
qaçaraq sıxlaş!» komandalarından istifadə olunur. 
              İki sayla sağa (sola) dönmək. Yerində sağa və sola dönmələrdə «sağa dön!», «sola dön!» 
komandaları  işlədilir. Komanda iki sayda yerinə yetirilir. Bir sayda uşaqlar sağ (sol) dabanı üstə sağa 
(sola) dönür. Bu zaman sol (sağ) ayaq pəncə üstə olur. İki sayda sol (sağ) ayaq sağ (sol) ayağın yanına 
gətirilir. Hərəkəti bir cərgədə, sonra isə bir neçə cərgədə öyrətmək məsləhətdir. 
              Sol  ayaqla  yerişə başlamaq.  Hərəkət xərəbdarlıqedici «Addımla!» və icraedici «Marş!» 
komandası ilə yerinə yetirilir. «Addımla!» komandasında bədənin ağırlığı başlıca olaraq sağ qıçın üzərinə 
düşməklə bir qədər irəli verilir. «Marş!» komandasında bütün uşaqlar  sol qıçı irəli atıb yeriyirlər. 
 
                        Qolların, qıçların, gövdənin əsas vəziyyətləri və 
                                         hərəkətləri 
              Qolların çıxış  vəziyyəti.  Qolların irəlidə, yanlarda, yuxarıda olan vəziyyətdə bükülməsi və 
açılması. 
              Bir qolun dairəvi hərəkəti.  Həmin hərəkət bir əl beldə, digər qol çiyin səviyyəsində, irəlidə, 
yanda, həmçinin yuxarıda olmaqla yerinə yetirilir. 
              Qolları növbə ilə dəyişməklə hərəkətlər. Hərəkət əvvəlcə bir qola, sonra isə digər qola icra edilir. 
Məsələn, əsas duruş vəziyyətində «bir» sayda sağ qol yanda, «iki» sol qol yanda, «üç» sağ qol yuxarı, 
«dörd» sol qol yuxarı, «beş» sağ qol yana, «altı» sol qol yana, «yeddi» sağ qol  aşağı, «səkkiz» sol qol 
aşağı. Beləliklə, qolları növbə ilə dəyişməklə hərəkətlər 8 sayda icra edilir. 
              Qıçları irəli, geri və yanlara qaldırmaq. Bu zaman bədən şaquli vəziyyətdə olmalı, ağırlıq düşən 
qıç dizdən bükülməməli, digər (qaldırılan) ayaqda pəncələr dartılmalıdır. Hərəkət pəncə – daban, pəncə 
üzərində yerinə yetirilməklə öyrədildikdən sonra qıçların irəli, geri və yanlara yellədilməsi və qaldırılması 
ilə yerinə yetirilməlidir. 
              Qıçları büküb açmaq. Şagird döşəmədə və ya gimnastika skamyasında bir qıçı düz, digərini isə 
dizdən büküb oturmalı. Qollarla arxada döşəməyə (skamyaya) dayaqlanmalıdır. Bu vəziyyətdən hərəkəti 
icra etmək üçün o, bükülmüş qıçı açmalı, eyni zamanda düz qıçı bükərək dizi sinəyə yaxınlaşdırmalıdır. 
              Bu hərəkət həmçinin hər iki qıçı birlikdə büküb açmaqla da yerinə yetirilməlidir. 
              Gövdəni qabağa əymək. Hərəkət icra edilərkən əllər müxtəlif vəziyyətlərdə: beldə, başda, başın 
arxasında, boyun ardında, yanlarda və s. olmaqla edilir. Hərəkət icra olunarkən dizlər bükülməməli və 
əlləri döşəməyə çatdırmalı. 

 200
              Çarpazlaşdırılmış   cüt ayaq üzərində yerində hoppanmaq. Hərəkət sağ, yaxud sol ayaq irəlidə, 
hoppanaraq  sağa və sola (180 
o
-də)  icra olunur. Üç dəfə yerində hoppanmadan sonra dördüncü 
hoppanmada 180 
o
 dönmək lazımdır. 
              Böyük və kiçik toplarla hərəkətlər. Topu atıb-tutmaq. Topu bir əllə yuxarıya atıb-tutmaq. Topu 
divara atmaq və qayıdan topu 360 
o
 dönməklə bir əllə, yaxud iki əllə tutmaq. İki cərgədə üz-üzə duraraq 
(məsafə 4-5 m) öyrənilmiş üsullarla topu bir-birinə atıb-tutmaq. Topun ötürülməsi və bir-birindən qəbulu 
düzgün icra olunmalıdır. 
              Qamətin düzgün inkişafı üçün hərəkətlər. 1. Divara söykənməklə qıçı büküb qabağa qaldırmaq, 
qıçı açaraq yana aparmaq. Qollar yanda, əllər beldə və çiyində ola bilər. 
              2. Həmin hərəkətlər pəncə üstə qalxmaqla da icra edilir. 
              3. Əllər başın arxasında, başın üzərində yuxarıda və beldə çıxış vəziyyətindən divara söykənib 
sola (sağa) əyilmək, gövdəni düz tutmaq. 
 
                                  Başa yük qoymaqla hərəkətlər etmək 
                                            (çəkisi 150 – 200 qr.) 
              Hərəkətin çıxış vəziyyəti: əllər beldə və yanlarda. Başda yük saxlamaqla dərin oturub qalxmaq. 
1.
 
Əlləri dabanlara toxundurmaqla çöməlib qalxmaq. 
2.
 
Bir ayaq üzərində dayanmaqla digərini qabağa, yana və geri aparmaq. 
3.
 
Bir ayaq üzərində dayanmaqla digər ayağı qarına tərəf çəkmək və uzaqlaşdırmaq. 
4.
 
Gimnastika skamyası üzərində yanlara yeriş. 
5.
 
Gimnastika divarında sağa və sola doğru hərəkət etmək. 
              Ayaqtağının inkişafı üçün hərəkətlər: 1. Dizləri yuxarı qaldırmaqla pəncələr üstə yeriş. 
              2. Ayaq barmaqlarını daha hündürə qaldırmaqla dabanlar üzərində yeriş. 
              3. Ayağı yanıüstə yeriş. 
              4. Gimnastika skamyasında oturaraq ayağın yanları ilə kiçik top, ağac, daş və s. tutub saxlamaq. 
              5. Gimnastika skamyasında oturaraq ayağın yanları ilə kiçik top, ağac, daş və s. tutub saxlamaq. 
              Akrobatika hərəkətləri. Dizlər üstündə oturaraq yana aşmaq. Dizlər üstə oturub tədricən (sağ və 
sol) çiyini döşəməyə yaxınlaşdırmaq, kürəkləri döşəməyə toxundurmaqla yana aşmaq. Aşma zamanı əl və 
qıçlar gövdəyə sıxılmalı, dizlər isə bir yerdə olmalıdır. 
              Əllərə dayaq verib irəli mayallaq aşmaq. Dayaqlı oturuş vəziyyətindən qıçları düzəldib bədənin 
bütün ağırlığını qollar üzərinə salmaq. Qolları bükərək başı irəliyə  əymək və ayaqlarla təkan verməklə 
başın üzərindən qabağa mayallaq aşmaq və  cəld ayağa durmaq lazımdır. Çalışmaq   lazımdır ki,  bu 
zaman təkan yuxarı deyil, irəliyə doğru olsun, aşarkən baş döşəməyə toxunmasın. 
              Dırmaşmaq və dırmaşıb aşmağa aid aşağıdakı hərəkətlər icra olunur: 
              1.  Əl və ayaqların köməyi ilə 30 
o
 bucaq  altında qoyulmuş maili gimnastika skamyasına 
dırmaşmaq. 
              2. 30 
o
 bucaq altında qoyulmuş maili skamya üzərindən dırmaşıb gimnastika divarına keçmək. 
              3. Hündürlüyü 90 sm-dək olan maneəni dırmaşıb aşmaq. 
              Müvazinət hərəkətləri. II sinifdə müvazinət hərəkətləri 75 sm hündürlüyü olan gimnastika 
skamyası və ya tir üzərində öyrədilir. 
              Topu yuxarı atıb-tutmaqla yeriş. Bu hərəkəti qıçları ardıcıl surətdə yerini dəyişməklə yerinə 
yetirmək lazımdır. 
              1. Topu yerə vurub tutmaq əvvəlcə yerində, sonra isə yeriş zamanı öyrədilir. 
              2. Tirin və doldurulmuş topun üzərindən, habelə 20-25 sm hündürlükdə çəkilmiş ipin üstündən 
keçməklə yeriş. 
              3.  Bitişik addımlarla yanlara yeriş. Hərəkət  əvvəlcə döşəmədə, sonra isə tir, yaxud skamya 
üzərində öyrədilir. Tirin üzərində yeriş zamanı müəllim şagirdi müşayiət etməlidir. 
              4. Bir neçə addım tez-tez yerimək. 
              5. Dərin oturmaq və qalxmaq. 
              6. Bir ayaq üzərində dayanaraq  digər irəli, yanlara və geriyə aparmaq. 
              7. Gimnastika skamyası və tirin üzərində geriyə dönmə hərəkətləri. 
 

 201
                                           III   s i n i f 
              Sıra təlimi. Raport.  III sinifdən başlayaraq  şagirdlərə  dərsin hazırlıq hissəsində raport vermək 
öyrədilir. Raport ibtidai məktəbdə şagirdlərə təşkilatçılıq qabiliyyəti aşılayan vasitələrdən sayılır. Bunun 
üçün müəllim növbətçilik təşkil edir, növbətçi şagird sinfi cərgəyə düzür və uşaqların dərsə hazır olması 
barədə müəllimə məlumat verir: «Müəllim, sinif dərsə hazırdır. Sinifdə 40 şagird var. Bunlardan iki nəfər 
(həmin  şagirdlərin soyadları  və adları deyilməlidir) üzürlü, bir nəfəri isə  məlum olmayan səbəbə görə 
dərsdə iştirak etmir. Məlumat verdi sinif növbətçisi Zemfira Quluzadə». 
              Növbətçi məlumatdan sonra sağ  tərəfə iki, irəli isə üç addım atıb arxaya dönür və  şagirdlərlə 
üzbəüz durur. 
              Məlumatı  qəbul etdikdən sonra müəllim farağat dayanmış  şagirdlərlə salamlaşır: «Salam, 
uşaqlar!». «Salam!»- deyə hamı birdən cavab verir. Müəllim növbətçiyə, növbətçi isə şagirdlərə «Azad!» 
komandası verir. Bundan  sonra növbətçi keçib cərgədə öz yerində durur. 
              Geriyə dönmə. Geriyə dönmə iki sayda yerinə yetirilir. Bir sayda sol tərəfdən geriyə dönür. Bu 
zaman sol ayaq irəlidə, sağ ayaq isə arxada pəncə üstə olur. Dönmə sol daban üstə və sağ ayağın pəncəsi 
üstə edilir. İki  sayda sağ ayaq solun yanına gətirilir. Hərəkət farağat vəziyyətində edilir. Geriyə dönmə 
komandası belə verilir. «Sinif, geriyə dön!». 
              Diaqonallar üzrə yeriş zamanı şagirdlər salonun və yaxud meydançanın mərkəzindən keçməklə 
bir küncdən digər küncə, düz xətt boyunca addımlayırlar. Diaqonallar üzrə yerimək üçün: «Diaqonal üzrə, 
marş!» komandası verilir. 
              Qolların, qıçların, gövdənin əsas hərəkətləri. Həmin hərəkətlər aşağıdakılardan ibarətdir: 
              1.Qarşıda və yanlarda qolların dairəvi hərəkəti. 
              2. Qolların qeyri-simmetrik hərəkətləri. Bu hərəkətlər bir qol qabağa,  digəri yana, bir qol yuxarı, 
digəri çiyinə olmaqla icra olunur. 
              3.  İrəli və geri addım atmaqla bir dizi yerə qoymaq. Əgər sağ (sol) ayaqla  böyük bir addım 
geriyə atılırsa, onda sağ (sol) diz yerə qoyulur. Sağ (sol) ayaqla irəli böyük addım atıldıqda isə sol (sağ) 
diz yerə qoyulur. 
              4. Dayaqlı çöməlmədən bir ayaq üzərində çöməlməyə keçmək. Bu hərəkəti icra etməkdən ötrü 
bu və ya digər qıç geriyə, yaxud da yana qoyulur. Bu zaman pəncə dartılmalı, baş aşağı salınmamalıdır. 
              5.  Müəyyən hündürlükdə  əşya üzərindən irəli-geri addımlamaq. Bunun üçün qıçları dizdən 
büküb sinəyə  tərəf yığmalı, gövdə isə irəli  əyilməlidir.  Əllər müxtəlif vəziyyətlərdə (beldə, yanlarda, 
irəlidə) ayaq (sağ) irəli və arxaya keçirilməlidir. Hərəkət növbə ilə digər ayaqla da (sol)  erinə yetirilir. 
              6. Gövdəni qabağa, dala, sağa və sola əymək. Bu zaman hərəkəti əllər beldə, çiyinlərdə, yanlarda 
və s. çıxış vəziyyətlərində icra etmək lazımdır. 
              Böyük toplarla hərəkətlər. Dairədə, cərgədə, dayanmaqla topu başın üstüdən sağa-sola və 
qıçların arasından bir-birinə ötürmək. Bu zaman düzgün ötürülməsinə və düzgün qəbul edilməsinə diqqət 
yetirmək vacibdir. 
              Topu yuxarı atıb geriyə dönməklə tutmaq. Bu hərəkət şagirddən daha diqqətli olmağı tələb edir. 
Topu başın üstündə yuxarıya düz, həm də kifayət qədər hündürlüyə atmaq lazımdır ki, geriyə dönüb onu 
tutmaq mümkün olsun. 
              Kiçik toplarla hərəkətlər:  1. Topu sağ (sol) əl ilə yuxarı atıb, sol (sağ) əl ilə tutmaq. 
              2. Topu yerə vurmaqla da həmin hərəkətləri təkrar etmək. 
              3. Topu qabağa qaldırılmış qolun altından atıb-tutmaq. 
              4. Topu qaldırılmış qıçın altından atıb-tutmaq. 
              5. Topu sağ əllə arxadan yerə atıb, gövdəni sola döndərməklə tutmaq. 
              6. Yeriş zamanı topu yuxarıya atıb-tutmaq. 
              7. topu çiləyərək aparmaq. 
              Qamətin düzgün inkişafı üçün hərəkətlər. Başa 150-200 q yük qoymaqla edilən hərəkətlər: 
1.Geriyə, əvvəlcə yavaş, sonra tez dönmək. 
2.Bir xətt üzrə pəncələr üzərində dayanmaq. 
3.Ayaqları çarpazlışdırmaqla oturmaq. 
4.Gimnastika divarına dırmaşmaq və aşağı düşmək. 
5.Üzü üstə uzanmaqla maili qoyulmuş gimnastika skamyasına dırmaşmaq. 

 202
6.Arxası üstə uzanmaqla gimnastika skamyası üzərində əllərin köməyi  ilə irəli (baş olan tərəfə) 
sürünməli. 
              Akrobatika hərəkətləri. Dayaqlı oturuşdan geriyə yuvarlanmaq və kürəklər üzərində bükülü 
vəziyyətdə dayanmaq. Dayaqlı oturuşdan geriyə yuvarlanmaqla aşma zamanı dizləri azca aralı qoymaqla 
çöməlməli, gövdəni azca irəli əyib əllərlə itələməklə arxaya aşmalı, sonra isə şagird bədəninin ağırlığını 
kürək və boyun üzərinə salmaqla bükülü vəziyyət almalıdır. Həmin vəziyyətdə  qıçlar düz saxlanılır, 
pəncələr dartınır və dizlər bir yerdə, təxminən başın üzərində olmalıdır; qollar düz, ovuclar açılmış 
vəziyyətdə döşək üzərində olur (ovucların içi aşağı baxır). 
              Qabağa mayallaq aşmaq. Dayaqlı çöməlmədən qabağa mayallaq aşmaq üçün ayaqlar çiyin 
bərabərində    aralı, əllər ayaqlardan irəlidə – yanlarda döşək üzərində qoyulmalı, gövdə bir qədər qabağa 
əyilməlidir. Sonra ayaqları azca aralayıb, başı dizlər arasına aparmaqla, kürəklər üstündə irəli aşmalı. 
Əllərlə dizlərdən tutub ayağa durmalı, bu zaman əlləri dizdən buraxıb yanlara aparmalı, sonra buda 
sıxmalı, gövdə isə düz saxlanılmalıdır. 
              Dırmaşmaq və dırmaşıb aşmaq. Gimnastika skamyasına üzüaşağı (və ya arxası üstə) istinad 
edərək uzanmış  vəziyyətdə qolları büküb- açmaqla gövdəni qaldırıb-endirmək. Bu hərəkətin icrasında 
bədəni düz tutmalı, ayaqları bir yerdə saxlamalı, başı isə çox qaldırmamalıdır. Tənəffüs sərbəstdir. 
              Kəndirə dırmaşmaq. Müxtəlif üsullarla yerinə yetirilir. Lakin aşağı siniflərdə kəndirə dırmaşmaq 
üçün  ən asan, həm də  ən sadə izahata malik üsullar seçilməlidir. Həmçinin kəndir, yuxarı  siniflərə 
nisbətən nazik – ələ sığışan olmalıdır. 
              Hərəkətin icrası. Kəndirə paralel dayanmalı, sol qolu dirsəkdən bükərək həmin əl ilə aşağıdan 
(döş qarşısında), qolu dirsəkdən bükmədən sağ əl ilə yuxarıdan kəndirdən tumalı. Bundan sonra sağ qolu 
yığaraq yuxarı dartınmalı,  eyni zamanda sol əl ilə s ağ əlin yuxarısından tutmaqla yanaşı, həm də qıçları 
yuxarı qaldırıb kəndiri dizlərin arasında sıxmaq lazımdır. Aşağıda isə ayaqları çarpazlaşdırıb pəncələrlə 
kəndiri sıxmaq lazımdır (Şəkil 20). 
               Beləliklə, dırmaşmanı müəyyən yüksəkliyə qədər davam etdirmək olar. 
              Dırmaşıb maneə üzərindən aşmaq. Maneə üzərinə (tir, hasar və s.) yavaş tullanmaqla sinəsi üstə 
onun üzərinə yıxılmalı, əl ilə maneədən yapışmaqla, ayağı da maneəyə ilişdirməli. Bundan sonra bu və ya 
digər ayağı növbə ilə maneə üzərindən digər tərəfə  aşırmaq lazımdır. Hərəkət yavaş  və  cəld yerinə 
yetirilir. 
              Müvazinət hərəkətləri. III sinifdə belə hərəkətlər hündürlüyü 90 sm olan gimnastika skamyası, 
tir və s. üzərində icra olunur. 
              Hərəkətlər aşağıdakılardır: 
              1. Tir üzərində böyük addımlarla yeriyərkən qaldırılmış qıçın altında əl çalmaq. 
              2. Tir üzərindən köndələn tutulmuş ipin üzərindən addımlayıb keçmək. 
              3. Sürətlə yerimək. 
              4. Pəncələr üzərində sürətli yeriş. 
              5. Bir dizi üstündə oturmaq və əllərin köməyi ilə qalxmaq. 
              6. Əllərin köməyi ilə budun üzərində oturmaq. 
              7. Ayaqların təkanı ilə yerində azacıq hündürlüyə hoppanmaq. 
              8. Pəncələr üzərində (qollar yanlarda) 45 
o
 – 90 
o
 və 180 
o
 dönmək. 
              Həmin elementlər yerinə yetirilərkən baş və gövdə düz saxlanılmalı, tənəffüs sərbəst olmalıdır. 
              Addımların sürət və uzunluğunu dəyişərək yerimək. 
              Bunun  üçün  bir-birindən 80 – 90 sm aralı paralel qoyuolmuş 8 – 10 ağacdan və yaxud üfqi 
uzadılmış  nərdivandan istifadə olunur. Uşaqlar  əvvəlcə bir neçə  dəfə  ağaclar üstündə uzun addımlarla, 
sonra isə sürətlə addımlayaraq keçirlər. Addımların sürət və uzunluğunu dəyişmək üçün: «Geniş 
addımlarla!», «Sürətli addımlarla!» komandası verilir. 
 
 
 
 
                               
 

 203
                              Yoxlama – test sualları 
 
1.Gimnastika hərəkətlərinin öyrətmə metodikası hansılardır? 
2.Gimnastika dərslərinin təşkili və keçirilməsi xüsusiyyətləri. 
3.Gimnastika dərslərində zədələnmələrin qarşısının alınması yolları. 
4.Gimnastika hərəkətlərinin icraolunma texnikası. 
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin