Dərs vəsaiti kimi təsdiq edilmişdir


Nəzəri biliklərin mənimsədilməsi metodları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
1.2.Nəzəri biliklərin mənimsədilməsi metodları 
              Müşahidələr göstərir ki, hər bir bədən tərbiyəsi hərəkətinin özünəməxsus metodik 
xüsusiyyətləri olduğu kimi, onlara aid nəzəri materialların öyrədilməsi yolları da müxtəlifdir Nəzəri 
məlumatların müvəffəqiyyətlə öyrədilməsi mövzunun məqsəd və məzmun aydınlığından, şagirdlərin yaş 
xüsusiyyətlərinin nəzərə alınmasından çox asılıdır. 
              Təcrübə göstərir ki, bədən tərbiyəsi dərslərində  nəzəri məlumatların  şagirdlər tərəfindən 
mənimsənilməsinə təsir göstərən başlıca amillərdən biri də müəllimin üsul və priyomları düzgün seçməsi, 
onlardan ustalıqla istifadə edə bilməsidir. 
            Təcrübə göstərir ki, bədən tərbiyəsi üzrə  məlumatların verilməsində  şifahi  şərh, müsahibə  və 
illüstrasiyalardan istifadə edilir. Hərəkətlərə aid nəzəri  məlumatlar dərsin  əvvəlində 3-6 dəqiqə  ərzində 
verilir. 
 Nəzəri məlumatların nəqletmə yolu ilə verilməsi. Nağıletmə lazımi səviyyədə  təşkil edildikdə 
verilən məlumatı şagirdlər həvəs və diqqətlə dinləyirlər, sinifdə yüksək fəallıq yaranır. III sinifdə «Sıra 
təlimi» mövzusu üzrə  nəzəri məlumatları  nəqletmə yolu ilə belə vermək olar: Uşaqlar sıra və  cərgədə 
dayanarkən qabaqda duran şagird  istiqamətçi,  ən axırdakı    isə tamamlayıcı adlanır. Sıra və  cərgə 
hərəkətlərinin icrasında istiqamətçinin rolu böyükdür. Şagirdlər sıra və  cərgədə istiqamətçiyə baxaraq 
düzlənirlər, sinifdən geyim otağına, oradan idman zalına və ya meydançaya, habelə geri qayıdarkən 
uşaqlar istiqamətçinin arxasınca irəliləyirlər. Uşaqlar, cərgə  və  sıraya düzlənməyi öyrəndikdə  və buna 
vərdiş etdikdə   dərs və toplanışlar zamanı öz yerinizi daha tez tapa bilərsiniz. Belə olduqda bir-birinizi 
sıxışdırmaz, itələməz, yoldaşlarınızın dabanını tapdalamaz, həmçinin də  səs-küy salmazsınız. Uşaqlar, 
yadda saxlayın ki, sıra hərəkətlərini icra edərkən baş düz tutulur,  bel əyilmir, qarın bir qədər arxaya 
sıxılır, döş  qəfəsi isə bir az  genişlənərək irəli çıxır. Bu cür vəziyyətin yaranması qamətin düzgün 
inkişafına xeyli kömək edir. Belə  hərəkətlər gövdə  və  qıç  əzələlərini, xüsusən arxa əzələlərini nisbətən 
möhkəmləndirir, onun çevikliyini artırır. Həmin  əzələlərin möhkəm olması  və normal inkişafı isə 
onurğanın  əyilməsinin qarşısını alır, həm də qanın damarlarda yaxşı  hərəkət etməsinə müsbət təsir  
göstərir. Uşaqlar, sıra hərəkətləri zamanı tənəffüsün müntəzəm və düzgünlüyünə də xüsusi fikir vermək 
lazımdır. Tənəffüs,  əsasən burunla edilməlidir. Çünki burnunuzun iç tərəfi seliklə örtüldüyündən hava 
oradan keçərkən toz seliyə ilişib qalacaq, ciyərlərinizə isə ancaq təmiz hava daxil olacaqdır… 
              Sıra hərəkətlərini düzgün mənimsədikdə yeriş vaxtı müvazinəti gözləmək asanlaşır. Düzgün 
müvazinət saxladıqda yeriş asan və yüngül olur, adam məsafəni tez qət edir, gec yorulur. Sıraya düzülmə 
hərəkətləri zahiri görünüşün gözəlləşməsinə, yeriş zamanı addımların daha səlis atılmasına müsbət təsir 
edir. 
              Nəzəri məlumatların izahetmə yolu ilə verilməsi. İzahetmə nağıletmə ilə qarşılıqlı əlaqədə olub,  
müəllimin  şifahi şərhinə daxildir. Nəzəri məlumatların verilməsi zamanı izahatdan çox istifadə olunur. 
Məsələn, müəllim II sinifdə «Yeriş» mövzusu üzrə nəzəri məlumatları belə izah edir: 
              -  Uşaqlar, siz hamınız yeriməyi bacarırsınız. Lakin yoldaşlarınızdan bəziləri düzgün yeriyə 
bilmirlər. Düzgün yeriş üçün bədəni düzgün tutmaq əsas şərtdir. Çünki düzgün yeriş gövdə, qol-qıç və 
ürək  əzələlərinin fəallığını artırır. Düzgün yeriş  bədəni icra olunacaq hərəkətə hazırlayır. Siz yeriş 
hərəkətləri etmədən tullanma və qaçış  hərəkətlərinə keçsəniz, ürəyin damarlara vurduğu qanın miqdarı 
birdən-birə artar, qanın damarlara axma sürəti çoxalar. Ürəyiniz tez-tez döyünməyə başlayar, yorula bilər. 
Nəticədə orqanizmin oksigenlə təmin olunması çətinləşər. 
              Tullanma və qaçışa   birdən-birə başlamaq ciyəlrlərə daxil olan havanın miqdarını xeyli çoxaldır. 
Tənəffüsü çətinləşdirir. Yəni köhnə havanın  bayıra buraxılması  və  təmiz havanın vaxtında qəbulu 
pozulur. Bütün bunlar qaçış  və tullanmalardan sonra təngnəfəslik, başağrısı, sancılanma və ürək 
bulanması hallarına səbəb olur. Bu da orqanizmin sağlamlığı üçün zərərlidir. 

 166
              Nəzəri biliklərin  şagirdlər tərəfindən  əsaslı  və  şüurlu mənimsənilməsinə kömək edən, onlarda 
əqli fəaliyyəti inkişaf etdirən mühüm priyomlardan biri də müqayisədir
              Qabaqcıl müəllimlərin iş  təcrübəsi göstərir ki, yeni nəzəri məlumatları keçmiş  məlumatlarla 
müqayisəli  şəkildə öyrətməyin böyük əhəmiyyəti vardır. Məsələn, müəllim II sinifdə «Paraşütçülər» 
oyunu üçün nəzəri məlumatı izah edərkən onu «Dovşanlar bostanında» oyununun tədrisində verdiyi 
məlumatla belə müqayisə edir: 
              -  Uşaqlar, «Paraşütçülər» oyunu qol və  qıç  əzələlərini inkişaf etdirir, onların gücünü və 
çevikliyini artırır, döş  qəfəsini, ayaq əzələlərini, eyni zamanda qol, qıç sümüklərini və oynaqlarını 
bərkidir. Bu oyunun ürək əzələlərinin inkişafı üçün də mühüm əhəmiyyəti vardır. 
              Yadınızdadırmı, «Dovşanlar bostanında» oyununu keçərkən öyrənmişdik ki, həmin oyun başlıca 
olaraq döş  qəfəsi, qol, qıç və  əsasən ayaq əzələlərini inkişaf etdirir, onurğa  əzələlərini müəyyən qədər 
qüvvətləndirir. Deməli, bu oyunların  hər ikisi döş qəfəsi əzələlərinə, qol-qıç və xüsusən ayaq əzələlərinin 
inkişafına kömək göstərir. Lakin «Paraşütçülər» oyununun orqanizmin inkişafına başqa təsiri də vardır. 
Məsələn, bu oyunda siz hündürdən müəyyən bir  sahəyə düzgün və dəqiq tullanmağı öyrənir, müvazinəti 
saxlamağa alışırsınız. 
              Göründüyü  kimi,  müəllim «Paraşütçülər» oyounu üzrə yeni məlumatı verərkən uşaqların 
«Dovşanlar bostanında» oyununa aid keçmiş biliklərini təkrarlayır, həm də yeni məlumatlarla əvvəlkiləri 
müqayisə edərkən onların fərqini uşaqlara başa salır. Bu da yeni verilən məlumatın asanlıqla 
qavranmasına səbəb olur. 
              Nəzəri məlumatların illüstrasiya və demonstrasiya üsulu ilə öyrənilməsi. Nəzəri məlumatların 
şagirdlərə yaxşı öyrədilməsində illüstrasiya və demonstrasiyanın rolu böyükdür. Bunlardan istifadə 
olunması təlimi maraqlı edir, şagirdin diqqət və qavrayışını fəallaşdıraraq yeni biliyin qısa vaxt ərzində 
aydın şəkildə öyrədilməsinə kömək göstərir. Əyani qavranılan biliklər uzun müddət şagirdlərin yadında 
qalır. Bunun əsas səbəbi yeni biliyin qavranılması     prosesinə hiss üzvlərinin, xüsusən görmə üzvünün 
bilavasitə iştirak etməsidir. Bu prosesdə mərkəzi beyin qabığında bir sıra müvafiq qıcıqlar yaranır, həmin 
qıcıqlar beyin mərkəzində nə qədər çox baş verərsə və möhkəmlənərsə, qazanılmış biliklər də hafizədən 
uzun müddət silinməz olur. K.D.Uşinski yazırdı: «…Uşaq hafizəsində  hər hansı  şeyin möhkəm iz 
buraxmasını istəyən pedaqoq bu yadda saxlamaq aktında mümkün qədər daha çox hiss orqanlarının, 
gözün, qulağın, səsin, əzələnin hərəkət hissəsinin və hətta mümkünsə iy və dadbilmə orqanlarının iştirakı 
qayğısına qalmalıdır»
129

              P.F.Lesqaft isə deyirdi ki, adamda heç bir duyğu və ya fikir xarici oyandırıcıların vasitəsi və ya 
dolayı yolla təsiri olmadan əmələ gəlmir. İnsanın zehni fəaliyyətinin oyadıcısı, onun hiss orqanlarına təsir 
göstərən xarici mühitdir. Hiss orqanları xarici aləmdə baş verən hadisə, yaxud cisimləri qavramaqda nə 
qədər çox iştirak edirsə, insanda onlar haqqında bir o qədər təsəvvür yaranır və onlar yadda qalırlar. 
              Qeyd  etməliyik ki, müəllim bu üsulda əvvəlcədən keçəcəyi mövzuya aid əyanilikdən necə 
istifadə  edəcəyini müəyyənləşdirməli və müvafiq didaktik vəsaitlər hazırlamalıdır. Qabaqcıl müəllimlər 
nəzəri məlumatların şagirdlərə çatdırılmasında şəkil, kino-film və diafilmlərdən, habelə əşyanın özündən 
istifadə edirlər. 
              İbtidai siniflərdə  məlumatların verilməsində  ən çox işlədilən illüstrasiya və nümayişetdirmə 
üsullarıdır. 
              Təcrübə göstərir ki, müəllim  əyani və texniki vasitələrdən istifadə edərkən  nağıl, izah və 
müsahibə üsullarına da əl atır. Bəzən o, nəzəri materialı izah və nağıl edə-edə əyani vasitələrdən bəzən də 
əksinə istifadə edir. Bunların birlikdə tətbiq olunması məlumatların təlim keyfiyyətini yüksəldir və biliyi 
daha da möhkəmləndirir. 
              Nəzəri məlumatların şəkillər üzrə verilməsi. Müəllim III sinifdə «Qaçışa» dair məlumat vermək 
üçün «Sən düzgün qaçmağı bacarırsanmı?» şəkillərindən dərsin hazırlıq hissəsində istifadə     edir (3-6 
dəq.). Bu şəkillər iki hissəyə ayrılır. Plakatın bir tərəfindən düzgün yerişlərə, digər tərəfində isə düzgün 
olmayan yerişə aid şəkillər çəkilmişdir. Həmin  şəkillər zahiri görünüşünə görə bir-birindən xeyli 
fərqlənirlər. Müəllim bu şəkilləri göstərərək soruşur: 
                                                 
129
  К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1953-ъц ил, сящ.302-303
 

 167
              - Kim deyər, bu şəkillərin hansı düzgün qaçışa aiddir? 
              Şagird: 
              - Soldakı  şəkil. 
             Müəllim: - Bunu nə ilə izah etmək olar? 
              Şagird: - Soldakı  şəkildə baş düz tutulur, döş  qəfəsi isə az irəli çıxır. Sol qol dirsəkdən yarım 
qatlanaraq azca arxaya getmiş əl barmaqları isə bir-birinə yumşaq sıxılmışdır. 
              Müəllim: - Bu şəklə aid daha nə demək olar? 
              Şagird: - Sol qıç diz və bud oynaqlarından bükülərək bir qədər yuxarı qaldırılmış, sağ qol isə 
irəlidə dirsəkdən bükülmüşdür. 
              Müəllim sağdakı şəkli göstərib deyir: 
              - Uşaqlar, indi də bu şəklə baxın. Burada baş və gövdə azca irəli əyilmiş, qol aşağıdan arxaya 
sərbəst getmək əvəzinə, yana çıxmış, əl bükülməmişdir. 
              Müəllim şəkillər üzrə «Qaçış» haqqında məlumatı belə verir:  
              -  Uşaqlar, qaçış  bədənin sağlam, fiziki cəhətdən möhkəm olması üçün çox vacibdir. Qaçışla 
müntəzəm məşğul olsanız, qol-qıç  əzələlərinizin gücü və sürəti getdikcə artacaq, sümükləriniz daha da 
bərkiyəcəkdir. Qaçış həm də ürək əzələlərini və ağ ciyərləri möhkəmləndirir. Ürək əzələlərinin möhkəm 
olması qanın damarlara normal vurulmasında böyük rol oynayır. Yəqinki,  bir çoxlarınız qaçdıqda 
ürəyinizin normadan artıq döyünməsini və  nəfəsin çətinləşməsini hiss etmisiniz. Belə halların qarşısını 
almaq üçün siz mütləq müntəzəm olaraq   qaçışla məşğul olmalısınız. Qaçışa həmişə yerişdən sonra 
başlayın, qaçacağınız məsafəni günbəgün artırın. Qaçış zamanı tənəffüsü düzgün edin. Dayandıqda daha 
çox hava alıb-verməyə çalışın. Çünki qaçışda bədən havanı çox itirməklə, həm də havaya olan ehtiyacı da 
artırır. Dərin nəfəs almaqla bu ehtiyacı ödəyə bilərsiniz. 
              Nəzəri məlumatların uşaqların bədəni üzərində verilməsi. Nəzəri məlumatların verilməsi üçün 
insan bədəninin özündən əyani vasitə kimi istifadə etməyin böyük əhəmiyyəti vardır. Məsələn, müəllim 
III sinifdə «Qamətin düzgün inkişafı üçün hərəkətlər» üzrə məlumat verərkən, o, bu işə 3-6 dəqiqə sərf 
etməklə  bədəndən  əyani vasitə kimi istifadə edir. Müəllim bir nəfər düzgün qamətli  şagirdi qabağa 
çağırır. Uşaqlara bu qaməti diqqətlə nəzərdən keçirməyi və aşağı siniflərdə qamət haqqında öyrəndiklərini 
yada salmağı tapşırır. Bu vaxt müəllim düzgün inkişaf etməmiş bədən şəklini nümayiş etdirir və hər ikisi 
üzərində şərh yolu ilə məlumat verir. O, düzgün qaməti göstərərək deyir:  
              - Uşaqlar, görürsünüzmü, düzgün inkişaf etmiş bədən necə qəşəng və yaraşıqlıdır? 
              Sonra müəllim digər şəkli göstərir: 
              -  Baxın, burada qamət  əyilmişdir. Belə  əyriliklər qanın normal hərəkətinə  və  tənəffüsə mane 
olur. Yadda saxlayın ki, siz yaşda olan uşaqlarda qamət daha tez əyilə bilər. Bunun səbəbi həmin yaşda 
sümüklərin zəif və elastiki olması, qaməti düzgün saxlayan əzələlərin hələ  bərkiməməsidir. Odur ki, 
bədəndə qeyri-normal əyriliklərin yaranmasının qarşısını almaq üçün müntəzəm olaraq qamət 
hərəkətlərini yerinə   etirmək lazımdır, çünki belə hərəkətlər qaməti düz saxlayan əzələləri inkişaf etdirir, 
bədəni irəli və arxaya, sağa və sola əyən əzələ və sümükləri möhkəmləndirir.  
              Nəzəri məlumatların göstərmə üsulu ilə verilməsi. Göstərmə üsulundan istifadə etməyin böyük 
üstünlükləri vardır.  Bu üsul fiziki hərəkətlərin bədəndə  əmələ  gətirmiş olduğu dəyişiklikləri uşaqların 
gözü önündə canlandırır, onların diqqətini yeni məlumatlara cəlb edir. 
              Təcrübə göstərir ki, nəzəri məlumatların şagirdlərə çatdırılmasında kinolardan istifadə olunduqda 
yaxşı nəticə verir. Məlum olduğu kimi, bədən tərbiyəsi hərəkətlərinin ürək əzələlərinə, qan damarlarına, 
tənəffüs üzvlərinə, həmçinin gövdənin əzələ və sümüklərinə təsir etmə prosesini gözlə görmək mümkün 
deyildir. Lakin bunları kino vasitəsilə göstərmək mümkün olur. Məsələn, müəllim III sinifdə «Akrobatika 
hərəkətləri» mövzusu üzrə nəzəri məlumatları verərkən gimnastika üzrə keçirilmiş dünya birinciliyinə aid 
kino-filmi nümayiş etdirir. 
              O, əvvəlcə şagirdlərə filmdə idmançıların bədən quruluşuna, hərəkətlərin icrasında əzələlərdə baş 
verən dəyişikliklərə, idmançının cəldliyinə, dözümlülüyünə və s. diqqət yetirməyi tapşırır. Bundan sonra 
birinciliyin keçirildiyi ölkə,  şəhər, habelə yarışın keçirildiyi geniş  və yaraşıqlı idman zalı  ekranda 
görünür. Məşhur idmançıların akrobatik sıçrayışları, qüvvət və güc tələb edən hərəkətləri məharətlə 
yerinə yetirməsi    uşaqlarda böyük maraq doğurur. 

 168
              Bundan  sonra  müəllim kinolentin hərəkətini dayandırır və ayrı-ayrı kadrlar üzərində lazımi 
izahat verir. Məsələn, gimnastika üzrə olimpiya və dünya çempionları B.Şaxlinin, Ə.Nazmutdinovanın və 
s. hərəkətləri icra edərkən qol, qıç,əzələlərində  adi gözlə görünən şişməni, damarların gərginləşməsini, 
üzdə əmələ gələn qızartını, tənəffüsün dərindən alınıb – verilməsini və s. bir-bir şagirdlərə əyani olaraq 
göstərir. Bununla da uşaqlar bədən tərbiyəsi hərəkətlərinin orqanizmə necə təsir etdiyini gözlə görürlər. 
              Müşahidələr göstərir ki, nəzəri məlumatlara aid izahatları  həm kinodan əvvəl, həm də sonra 
vermək olar. Əlbəttə, bu üsullar mövcud materialın xüsusiyyətlərindən asılı olaraq tətbiq olunmalıdır. 
Bəzən müəllimlər kinonun gedişində izahata az yer verirlər. Təcrübə göstərir ki, bədən tərbiyəsindən 
nəzəri məlumatları kino vasitəsilə verərkən kadrı dayandırıb izahat vermək yaxşı nəticə verir.  Bu yolla 
şagirdlər fiziki hərəkətlərin bədənə  təsirini, görmə, eşitmə üzvləri  ilə  dərk etmək, onları bir-biri ilə 
müqayisə etmək və s. imkanlarına malik olurlar. Nəzəri məlumatların öyrənilməsində diafilmdən və 
alloskopdan da istifadə oluna bilər. Bu vaxt kadrlar hərəkətsiz olaraq göstərilir. Müəllim isə  həmin 
kadrlar üzrə şagirdlərə izahat verir. 
 
1.3.Nəzəri biliklərin şagird şəxsiyyətinə təsiri 
              Zəbt olunmuş torpaqlarımızın azad olunması, iqtisadiyyatın yüksədilməsi, hərtərəfli inkişaf etmiş 
vətənpərvər yeni insan tərbiyə etmək kimi çox mühüm vəzifələrin həyata keçirilməsini tələb edir. 
              Bu  baxımdan  şagird  şəxsiyyətin formalaşması böyük əhəmiyyətə malikdir. Şəxsiyyətin 
formalaşmasında bilik mühüm rol oynayır.  Klassiklərin  tərbiyə haqqında təlimi  şagirdlərin fiziki 
tərbiyəsinin nəzəriyyə və praktikasının ideya-siyasi əsasını təşkil edir. Məktəbdə fiziki tərbiyə nəzəriyyəsi 
və praktikası hüquqi və demokratik yeni cəmiyyət qurucusunun milli kurrikulum prinsiplərinə müvafiq 
olaraq mənəvi əqidənin, hiss və vərdişlərin formalaşmasına xidmət edir. 
              Fiziki  tərbiyə  şagirdlərdə  hərəki qabiliyyətlərin artmasına,  əqli,  əxlaqi, estetik keyfiyyətlərin 
formalaşmasına, ana dili, musiqi, təbiətşünaslıq və s. fənlərin  mənimsəməsinə müsbət təsir göstərir. 
              I-IV  sinif  şagirdlərinin fiziki tərbiyə  məşğələlərində  təbii hərəkət növlərindən yeriş, qaçış, 
tullanmalar, cisim atmaq, dırmaşmaq, müvazinət və s. hərəkətlər təlim edilir. Hərəkətverici keyfiyyətlər, 
cəldlik, çeviklik, dözümlülük inkişaf etdirilir, qaməti düzgün saxlamaq vərdişləri aşılanır, hərəkətlərlə 
tənəffüsü  əlaqələndirmək yolları öyrədilir. Bu cür məşğələ zamanı müxtəlif məqsədli mütəhərrik 
oyunların keçirilməsi, həmçinin fiziki hərəkətlərin dönə-dönə icra olunması  nəticəsində  şagirdlər təbii 
hərəkət   növləri üzrə  vərdişləri, hərəkət keyfiyyətlərini daha çətin  şəraitdə,  əmək sərf etməklə 
təkmilləşdirirlər. Onlar fiziki tərbiyə  məşğələləri və idman-sağlamlıq tədbirlərində kollektiv surətdə 
oynamaq, komandasının qalib gəlməsi üçün bütün qüvvə və bacarıqlarını sərf etmək, idman mübarizəsi 
şəraitində yoldaşını  qələbəyə ruhlandırmaq, hərəkətləri cəld, düzgün yerinə yetirmək, oyunun qayda və 
tələblərinə riayət etməkdə ona kömək etmək və  vətənpərvərlik, mərdlik, qətilik, beynəlmiləlçilik kimi 
mənəvi keyfiyyətlərə yiyələnir, orqanizmlərini möhkəmləndirirlər. Bu prosesdə     həm də idman alət və 
avadanlığına düzgün  münasibət, məşğələ yerlərində sağlamlıq-gigiyena tələblərini gözləmək, təşkilatçılıq 
və mədəni davranış  vərdişləri tərbiyə edilir. 
              Fiziki  tərbiyə  məşğələlərində bütün bunların həyata keçirilməsi nəticəsində  şagirdlər  əmək, , 
təbiətşünaslıq fənləri üzrə, estetika, əxlaq tərbiyəsi və sağlamlıqla əlaqədar bir sıra zəruri bilik, bacarıq və 
vərdişlər qazanırlar. 
              Fiziki  tərbiyə  məşğələlərinin qarşısında duran başlıca vəzifələrdən biri də  şagirdlərə  gigiyena 
vərdişləri (bədənə qulluq etmək, idman məşğələsində səliqəli geyinmək və s.) aşılamaq, fiziki hərəkətlərə 
maraq yaratmaqdan ibarətdir. 
              Respublikamızın kənd rayonlarında və Bakı  şəhəri məktəblərində apardığımız müşahidələr 
göstərir ki, şagirdlərə fiziki tərbiyəyə dair nəzəri məlumatların verilməsi, ümumtəhsil məktəblərindən 
tələb olunan bəzi vəzifələrin müvəffəqiyyətlə  həyata keçirilməsi üçün xüsusilə vacibdir. Buna görə  də  
fiziki tərbiyəyə dair nəzəri məlumatlar ümumtəhsil məqsədi daşıyır və həmin əsasda da şagirdlərə biliklər 
mənimsədilir. 
              Bakı  şəhərindəki 13, 25, 158, 254 saylı  məktəblərdə fiziki tərbiyə sahəsində aparılan  işləri 
öyrəndikdən sonra bizə məlum oldu ki, əməyə hazırlıqda, bədəni möhkəmləndirməkdə, əhval-ruhiyyəni 
yaxşılaşdırmaqda, eyni zamanda digər təlim fənləri üzrə elmi biliklərə yiyələnməkdə fiziki tərbiyənin rolu 
barədə  nəzəri məlumatların mənimsədildiyi siniflərdə  təlim-tərbiyə  işlərinin səviyyəsi digər siniflərə 

 169
nisbətən yüksəkdir. Nəzəri məlumatlara sahib olmuş digər kiçik məktəbyaşlı    uşaqlar  hər cür fiziki 
hərəkətləri icra etməyə can atır, oyun zamanı qalib gəlmək üçün bütün imkanlardan səmərəli istifadə edir, 
iradəcə möhkəm, hərəkətlərində təmkinli, səbirli olmaqla, həm də müsbət emosional hallar keçirirlər. 
              Təcrübə göstərir ki, nəzəri məlumatlara yiyələnmiş uşaq məktəbin ictimai mülkiyyətini korlamır, 
binanı zibilləmir. Onlar gün rejiminə düzgün riayət edir, adlı-sanlı idmançıların adını bilir, idman  
televiziya və radio verilişlərini müntəzəm izləyir, siniflərarası keçirilən yarışlara xüsusi həvəs göstərir, 
qalib gələn sinif komandası        ilə maraqlanır, bəzən də idmanla əlaqədar gedən faydalı mübahisələrə 
qoşulurlar. 
              Məktəb təcrübəsi göstərir ki, şagird fiziki hərəkətləri əmək vərdişlərində, sağlamlıqda, vətəni və 
mülkü müdafiəyə hazırlıqda vacibliyini dərk etmədikdə, bu sahədə elmi biliklərə yiyələnmədikdə  əsas 
mahiyyəti başa düşmür, hərəkətləri mexaniiki yerinə yetirir. Bu isə təhsilə öz mənfi təsirini göstərir. 
              Professor N.İ.Boldırev yazır: «Mxtəlif elm, bilik sahələrinin qarşılıqlı əlaqəsi təbiət və cəmiyyət 
hadisələrinin, dünyanın dialektik birliyinin qarşılıqlı asılılığını əks etdirir. Elm öyrəndiyi ictimai həyat və 
təbiət hadisələrinin mahiyyətinə nə qədər nüfuz edirsə, bir o qədər də başqa elmi biliklər sahəsi ilə təmas 
və qarşılıqlı əlaqə yaranır və bu da onların qarşılıqlı surətdə zənginləşməsinə və inkişafına kömək edir» 
130

              Deyilənlərdən belə nəticə çıxarmaq olur ki, fiziki tərbiyəyə aid verilən nəzəri məlumatlar ibtidai 
siniflərdə tədris olunan digər fənlərdə, estetik və əxlaqi tərbiyədə müəyyən əhəmiyyətə   malikdir. Fiziki 
tərbiyə üzrə    nəzəri məlumatların mənimsənilməsi tədris fənləri və  vətənpərvərlik, milli-əxlaqı  tərbiyə, 
estetik tərbiyə, əmək təlimi və s. üçün bir çox cəhətdən əhəmiyyətlidir. 
            1.Fiziki  tərbiyə  məşğələlərində sanitariya-gigiyena sahəsində bilik, bacarıq və  vərdişlər aşılanır, 
qamətin düzgün inkişafı, barmaq, bilək, qol, gövdə-əzələ  və sümükləri möhkəmləndirmək üçün xüsusi 
fiziki hərəkətlər icra olunur. Şagirdlərə düzgün yerimək, düzgün qaçmaq və düzgün dayanmaq, təlimlə 
istirahəti düzgün uyğunlaşdırmaq yolları öyrədilir. Bu fiziki tərbiyə üzrə  hərəkətlərin  şüurlu surətdə 
yerinə yetirilməsinə səbəb olduğu kimi, əmək dərslərinin gedişi zamanı yorulmanın da qarşısını alır, qısa 
zaman kəsiyində tapşırıqlar intensiv olaraq yüksək keyfiyyətlə yerinə yetiririk. 
      2.  Fiziki  tərbiyə üzrə  nəzəri məlumatlar verildikdə  şagirdlər insan bədəninin quruluşu, ayrı-ayrı 
orqanların adı  və harada yerləşməsini öyrənir, sanitariya-gigiyena vərdişləri  əldə edir, bədənin 
möhkəmlənməsində, sağlamlıqda fiziki hərəkətlərin  əhəmiyyətini başa düşürlər. Bu, şagirdlərin 
təbiətşünaslıq fənnindən  
mənimsəniləcək  şəxsi və ictimai gigiyena qaydalarını bilməyə  və bu qaydalara ciddi əməl etməyə 
hazırlayırvərdiş etdirir.  
              3.  Fiziki  tərbiyənin sağlamlıq və  iş qabiliyyətini artıran vasitə olması, qamətin düzgün tərbiyə 
edilməsində rolu barədə 
nəzəri məlumatların mənimsədilməsi, hərəkətlərin tənəffüslə 
uyğunlaşdırılmasının öyrədilməsi, bu prosesdə sanitariya-gigiyena biliklərinin verilməsi, faydalı bacarıq 
və  vərdişlərin yaradılması, uşaqların mənəvi, fiziki keyfiyyətlərə yiyələnmələri  əmək tərbiyəsi 
vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Bunlar uşaqlara kollektiv işləməyi və əməkdaşlıq etməyi 
öyrədir, iş yerini təmiz saxlamaq, səliqəlilik, ictimai mülkiyyəti qorumaq və s. vərdişlərin aşılanmasına 
səbəb olur. Görkəmli idmançıların həyat və  fəaliyyətindən gətirilən konkret nümunələr vasitəsilə 
şagirdləri fiziki tərbiyə  və idmanın,  əmək təliminin qarşısında duran mühüm vəzifələrdən olan fənnə 
marağı,  əməksevərliyi,  əməyə xaliqələr yaradan əmək adamlarına doğru-düzgün münasibət bəsləmək 
ruhunda tərbiyə etmək mümkündür. 
              4.  Yarış, gimnastika, idman nümayişləri və milli xalq oyunlarının musiqinin müşayiəti ilə 
keçirilməsi, yaxud poetik xarakterli oyunların  şer deməklə, mahnı oxumaqla və çalğı ilə yerinə 
yetirilməsi, geyimlərin münasibliyi və eyni rəngdə olması, onların vaxtlı-vaxtında yuyulması, ütülənməsi, 
məşğələ yerinin, geyinib-soyunma otaqlarının səliqəli olması, bədənin təmiz saxlanması  və s. haqqında 
mənimsədilən  nəzəri məlumatlar uşaqların hissiyatına, zövqünə təsir edir, onları formalaşdırır. 
              5.  Məlumdur ki, kiçik yaş dövründə psixoloji inkişafla  əlaqədar  şagirdlərdə öz hərəkətlərinə, 
müvəffəqiyyətlərinə inamsızlıq, iradəsizlik özünü göstərir. Onlarda qətiyətliliyin ilk əlamətlərinin 
                                                 
130
 «Азярбайъан мяктяби» журналы,1975-ъи ил,№3,сящ 33. 
 

 170
olmasına baxmayaraq, şagirdlər tək-tək hallarda öz qərarı üzərində dayanır, çətin və müxtəlif növ təlim 
fəaliyyəti ilə qarşılaşırlar. Onlar zehni və  əməli fəaliyyətlərin öhdəsindən gəlmək üçün iradəcə  də 
möhkəm olmalıdırlar. Lakin bu yaş dövründə  uşaqlar hələ uzunmüddətli iradi möhkəmlik göstərə 
bilmirlər. Bu yaşda möhkəm iradəlilik, dözümlülük, təkidlilik, intizamlılıq, vətənpərvərlik, əməksevərlik, 
düzlük və s. keyfiyyətləri inkişaf etdirmək, şəxsiyyəti formalaşdırmaq zəruridir. Bu baxımdan fiziki  
tərbiyə üzrə verilən nəzəri məlumatlar mühüm əhəmiyyətə malik olmaqla hərtərəfli inkişaf üçün zəmin 
yaradır. 
              Müəllimlər  şagird  şəxsiyyətinin formalaşması üçün kosmos qəhrəmanlarının, görkəmli 
idmançıların həyat və  fəaliyyəti ilə  əlaqədar konkret nümunələrdən istifadə edirlər. Onlar sağlam, 
bədəncə möhkəm və iradəli olmaqla fiziki tərbiyənin əhəmiyyəti ilə bağlı ümummilli liderimiz, sabiq ölkə 
prezidenti H.Ə.Əliyevin söylədiyi fikirlərlə  şagirdləri tanış edir, onun bədən tərbiyəsi ilə müntəzəm 
məşğul olması haqqında maraqlı  məlumatlar verir və bununla şagirdləri böyük şəxsiyyət H.Ə.Əliyevin 
nümunəsi əsasında tərbiyə edir, onun ümummilli liderimiz olduğunu anlatdırır. 
              Yasamal  rayonundakı 13 saylı  məktəbin müəllimi N.Murtuzəliyeva H.Ə.Əliyevin bədən 
tərbiyəsi və idmana şəxsi münasibəti ilə əlaqədar məlumatı III sinif şagirdlərinə belə çatdırır: 
              -  Uşaqlar, ümummilli liderimiz H.Ə.Əliyev bədən tərbiyəsi və idmanla məşğul olmağı yüksək 
qiymətləndirirdi. Bədən tərbiyəsi ilə məşğul olmağın sağlamlıq üçün əhəmiyyətini dəfələrlə göstərmişdi. 
O, müxtəlif bədən tərbiyəsi hərəkətləri ilə  məşğul olur, bunları gümrahlıq və sağlamlıq mənbəyi, iş 
qabiliyyətini bərpa edən gözəl vasitə sayırdı. 
              Müəllim həm də  uşaqların nəzərinə çatdırır ki,  çox gərgin zehni işlə  məşğul olsa da, öz can 
sağlığının qayğısına qalmağı bacarırdı. O, sağlamlıq üçün zərərli olan adətləri xoşlamırdı, üzgüçülüklə 
məşğul olur, təmiz havada piyada gəzməyi çox sevirdi. Bütün bunlar onun sağlamlığının daha da 
möhkəmləndirir və  iş qabiliyyətini artırırdı. Buna görə  də o, nə  qədər işləsə  də, heç vaxt yorulmur, 
həvəsdən düşmür, insanlara qarşı təmkinli olur, qayğı göstərməkdən həzz alırdı. 
              Sonra  müəllim uşaqlara xatırladır ki, H.Ə.Əliyev hər gün səhər gimnastikası ilə  məşğul olur, 
bunu hamının etməsini tövsiyə edirdi. 
              Ölkə prezidenti İ.H.Əliyevin də uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanına xüsusi qayğı 
göstərdiyi barədə də məlumat verir. Ölkəmizdə onlarla yeni-yeni olimpiya bazalarının tikilməsindən söz 
açır. 
              Müəllim bu cür konkret nümunələr vasitəsilə  şagirdlərin  şəxsiyyət kimi formalaşmasına təsir 
etmiş olur. Beləliklə, şagirdlər ölkə rəhbərləri nümunəsində tərbiyə oluna bilirlər. 
              Təcrübə göstərir ki, şagird  şəxsiyyətinin formalaşmasında məktəb yaşında öz bədənini fiziki 
hərəkətlərlə möhkəmləndirən adamları Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqları ilə tanış 
etmək də müsbət əhəmiyyət kəsb edir. Belə ki, müəllimlər bədəncə möhkəm və sağlam əsgərlərin ən çətin 
şəraitdə belə böyük cəsurluq, mərdlik göstərdiklərini  şagirdlərin nəzərinə çatdırmaqla, onlarda Böyük 
Vətən müharibəsi iştirakçılarının nümunəsində müsbət  əxlaqi sifətlər aşılayırlar. Bu cəhətdən Bakının 
Xətai rayonundakı 254 saylı  məktəbin III sinif müəllimi Z.Quliyevanın apardığı  iş diqqətəlayiqdir. O, 
uşaqlara Böyük Vətən müharibəsində  şəhər və  kəndlərimizi qəhrəmancasına müdafiə etməsindən 
danışarkən 2 dəfə Sovet İttifaqı  Qəhrəmanı O.Borzenkonun aşağıdakı sözlərini xatırladır: «Fiziki 
möhkəmlik müharibədə mənə çox lazım oldu. Mübaliğə etmədən deyə bilərəm ki, uşaqlıq dövründə mən 
öz bədənimə və iradəmə təlim verməsəydim, məni azı 20 dəfə öldürə bilərdilər. Lakin hər dəfə döyüşdə 
mən düşməndən daha güclü və daha çevik çıxırdım. Alman bölür, mən isə sağ qalırdım. Krım sahilinə 
çıxardığımız sonuncu desant əməliyyatında  ən qəti dəqiqədə gülləm qurtardı. Lakin mən fürsətdən 
istifadə edərək təpiklə alman zabitini vurub     öldürdüm. Başqa bir vaxt mənim gətirdiyim katerə mərmi 
düşüb onu batırdı. Buz kimi soyuq suda paltarla 2 kilometr üzərək sahilə  çıxdım və  hətta zökəm də 
olmadım. 
              Bütün bunlar məhz ona görədir ki, məktəbimizin idman müəllimi bizdə fiziki məşğələyə böyük 
həvəs yaratmışdı. Dnepr sahilində yaşayan, lakin üzmək öyrənməmiş bir gənc, kiyevli gördüm. Döyüş 
şəraitində suya düşən  bu adam batmağa başladlı. Belə adamlar orduda tam qiymətli əsgərlər olmurlar». 
              Müəllim sonra sözünə davam edərək deyir ki, uşaqlar, vətəni müdafiə davamlı olmağı tələb edir, 
siz  əsil vətənpərvər olmaq üçün özünüzü indidən hazırlamalısınız. Buna görə  də  hər  şeydən  əvvəl, 
bədəninizi möhkəmlətməli, davamlı, sağlam və cəld olmalısınız. 

 171
              Qabaqcıl müəllimlər uşaqlara fiziki hərəkətlər üzrə  nəzəri məlumatlar verərkən  əsgərlərimizin 
həyatından konkret nümunələr göstərirlər. 
              İki dəfə Sovet İttifaqı qəhrəmanı H.Aslanovun döyüş yollarından danışmış və H. Abbaszadənin 
H.Aslanovun döyüş yollarına həsr edilmiş «General» romanından nümunələr söyləmişdi.  Şagirdlər 
H.Aslanovun göstərdiyi igidlikləri, hər qarış torpaq uyğunda apardığı gərgin mübarizəni maraqla dinləyir, 
həmyerliləri ilə  fəxr edir, onların təbəssümündə iftixar hissi duyulurdu. Müəllim Z.Quliyeva uşaqlarda 
vətənə məhəbbət hissi oyatmaq məqsədilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən 
müharibəsi illərində Azərbaycan xalqının adını yüksəklərə qaldıraraq vətəndən uzaqda keçmiş 
Yuqoslaviya partizanlarına qoşularaq, böyük qəhrəmanlıqlar göstərməsinə dair məlumatlar verir. O, 
Mehdinin uşaqlıq və yeniyetməlik illərinə aid Yuqoslaviya partizanları sırasında 1944-cü ildə Triyestdə 
çəkdirdiyi şəkilləri, alman faşizminə həsr etdiyi karikaturaları, qəhrəmanın Çepovani kəndindəki qəbrinin 
şəkillərini məktəblilərə göstərir. Mehdinin şerlərindən kiçik parçalar oxuyur. Müəllim uşaqları 
vətənpərvər milli ruhda tərbiyələndirməklə yalnız Böyük Vətən müharibəsi qəhrəmanlarının keçdiyi 
döyüş yolundan onlara danışmır. O, həm də Qarabağ uyğunda gedən qanlı-qadalı müharibədə 
qəhrəmancasına həlak olmuş azəri oğulları barədə də məlumat verir. O, Azərbaycan respublikasının  Milli 
Qəhrəmanı, idman ustası Əliyar Əliyev haqqında əldə etdiyi məlumatlara istinad edərək deyir: «… Səhər 
saat yeddinin yarısında qanlı döyüşlər başlandı.  Əliyar iri qaya parçasının arxasına keçib pulemyotun 
yerini möhkəmlətdi. Buradan hücuma keçənlər aydın görünürdü. Düşmənin yüksəkliyi almaq cəhdi bu 
dəfə də baş tutmadı. Ermənilər yenə itki verərək geri çəkildilər. Bir PDM isə minaya toxunaraq partladı… 
taborda ölümə hazır olan əsgərlər qalmalıdır. Kim qorxursa, gedə bilər. İndi gəlin and içək. Andı pozan 
yerində güllənəcək. Bunu deyib, məxmər parçaya bükülü Quranı çıxarıb öpdü və birinci özü and içdi: 
              - Son damla qanıma qədər döyüşəcəyəm. Düşmən yalnız meyidimin üstündən adlayıb keçə bilər. 
              Hamı bir nəfər kimi andı təkrar etdi.  
              «Pəhləvanlar taboru» sərhəd kəndləri boyunca düşmənə bir-birinin ardınca amansız zərbələr 
endirirdilər. Yayda ordumuzun Goranboy-Ağdərə istiqamətində qazandığı  uğurlar onların döyüş  əhval-
ruhiyyəsini yüksəltmişdi. Tabor ermənilərin Qubadlı istiqamətindəki bütün hücumlarını boşa çıxartdı. 
Düşmən komandir Əliyar Əliyevin başına 5 min dollar qiymət qoymuşdu»
131
.     
              Yasamal  rayonundakı 158 saylı  məktəbin müəllimi R.Quliyeva III sinifdə üzgüçülüyün 
əhəmiyyətindən söhbət açarkən Sovet İttifaqı  Qəhrəmanı Timoşenkonun aşağıdakı sözlərini  şagirdlərə 
çatdırır: üzməyi bacarmayan döyüşçü yaxşı döyüşçü deyildir. Bütün ordu – hər bir döyüşçü, hər bir 
komandir, sudakı çətinliklərə üstün gəlməyə hazır olmalıdır. Ona görə də bu qoşunun hər hansı bir növü 
üçün ən ciddi imtahan hesab olunur. Sudakı çətinliklərə yalnız elə qoşun  müvəffəqiyyətlə üstün gələ bilər 
ki, onun döyüşçüləri yaxşı üzən olsun və lazım gəldiyi vaxtda avar çəkə bilsinlər. 
 
Dərs zamanı yeri gəldikdə görkəmli idmançıların həyatda  əldə etdikləri nailiyyətlər haqqında 
şagirdlərə maraqlı epizodlar danışmaq, onlarda vətənpərvərlik kollektivçilik hisslərinin, mərdlik və 
iradəlilik kimi əxlaqi keyfiyyətlərin daha da möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir. 
              Respublikamızın adlı-sanlı idmançılarının idman həyatı və fəaliyyətindən nümunələr gətirməklə 
şagirdlərdə mənəvi və fiziki keyfiyyətlərin inkişafına müsbət təsir etmək mümkündür. Xətai rayonundakı 
59 saylı  məktəbin müəllimi Tərgül Rəsulova III sinif dərslərindən birində  qılıncoynatma üzrə  yığma 
komandamızın keçmiş kapitanı SSRİ İdman ustası Yaşavr Məmmədovun idman həyatından  söhbət açır. 
Müəllim Yaşarın Moskvada çıxışı ilə  əlaqədar («İdman» qəzeti 10 avqust 1968-ci il) «Ağrıdan iz 
qalmadı» müxbir məqaləsindən istifadə edərək uşaqlara deyir: «Yarışqabağı  məşq zamanı Yaşarın sağ 
tərəfindəki qabırğalarından biri sınmışdı. Həkim müayinə etdikdən sonra demişdir ki, bir ay yataqdan 
qalxmamalıdır. Bir həftədən sonra isə yarışlar başlayırdı. Bu hal onun komanda yoldaşlarına da pis təsir 
edə bilər və ruhdan sala bilərdi. Həm də respublikanın idman şərəfini də qorumaq lazım idi. Nə etməli? 
              O, bunları nəzərə alıb yarışda iştirak etdi. Yaşar hər iki-üç saatdan bir soyunub-geyinmə otağına 
qaçır, özünə iynə vurdurur, sarğını dəyişdirir və yenidən döyüş meydanına qayıdırdı. O,   
yarışda yaxşı çıxış edib komandamıza mühüm 85 qələbə xalı qazandırdı». 
              Müəllimlər dünya idman meydançalarında sovet idmançılarının göstərdikləri yüksək  əxlaqi 
keyfiyyətlərdən danışmaqla uşaqlarda düzgünlük və doğruçuluq tərbiyə edirlər. Məsələn, Xətai 
                                                 
131
 Д.Гулийев. Шящид идманчылар. Бакы, 1995-ъи ил, сящ. 2—21. 

 172
rayonundakı 59 saylı məktəbin sinif müəllimi Çeşminaz Mirzəyeva  bu məqsədlə uşaqlara belə bir epizod 
danışır: 1962-ci il dünya çempionatında SSRİ futbol komandası Uruqvay komandası ilə oynayırdı. Hesab 
1:1 idi. Görüşün qurtarmasına 10 dəqiqə qalmış top uruqvaylıların qapısından keçdi. Hakim topun 
qapıdan keçdiyini bildirdi. Oyunu mərkəzdən başlamağı göstərdi. Lakin komandanın kapitanı N.Netto 
hakimə yaxınlaşıb topun qapının yanından keçdiyini söylədi. 
              Şagird  şəxsiyyətinin formalaşmasında tarixi irsimizdən konkret nümunələr gətirməklə söhbətin 
aparılması da mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən  ərəb istilaçılarına qarşı qanlı döyüş 
meydanlarında Cavanşir, Babək və başqa Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqla  əlaqədar 
söhbətlər aparmaq olduqca faydalıdır. Azərbaycan oğullarının gözəl at çapması, qılınc döyüşündə mahir 
ustalıq göstərmələri, çaylardan üzüb keçərək düşmənə  ağır zərbə endirmələri və s. haqqında  şagirdlərə 
məlumat verilməsi onlarda idmana marağı daha da artırır, qəhrəman tarixi keçmişimizə  sədaqət, 
məhəbbət və sevgi aşılayır, vətənpərvərlik, qorxmazlıq keyfiyyətləri tərbiyə edir. Beləliklə, bədən 
tərbiyəsi dərslərində müəllimin ilk günlərdən başlayaraq şagirdlərə həm bədən tərbiyəsi və idmana marağı 
artırır, həm də onlarda yüksək  əxlaqi sifətlərin yaranıb möhkəmlənməsinə  səbəb olur. Şagird 
şəxsiyyətinin formalaşmasına zəmin yaradır. 
 
1.4.Fiziki hərəkətlər üzrə xüsusi nəzəri məlumatlar 
              Yeni  dərs proqramında ümumi fiziki təhsilə geniş yer verilmişdir. Çünki bədən tərbiyəsinin 
vəzifəsi  şagirdlərdə  təkcə  hərəkət keyfiyyətləri tərbiyə etməklə bitmir. Eyni zamanda müasir bədən 
tərbiyəsi dərsi bədən tərbiyəsi hərəkətlərinin məqsədini, onun orqanizmə necə  təsir etdiyini, habelə 
öyrədilən metodik üsulların mənasını şagirdlərin başa düşməsi nöqteyi-nəzərindən qurulmalıdır. Məhz bu 
cür dərs şagirdlərin dərsdə fəallığını və fiziki hərəkətlərə onların şəxsi marağını artırmaqla yanaşı, həm də 
dərsin səmərəli keçməsi üçün də imkan yaradır. 
              Məktəblilərin bədən tərbiyəsinə  şüurlu yanaşması, onun əhəmiyyətini başa düşməsi, onları 
hərəkətləri şüurlu icra etməyə sövq edir. İbtidai siniflərdə bədən tərbiyəsi ilə ilk tanışlıq zamanı və ayrı-
ayrı  hərəkətlərin mənimsənilməsi prosesində  bədən tərbiyəsi haqqında sadə anlayışların öyrədilməsi də 
nəzərdə tutulur. Nəzəri məlumatlar müntəzəm olaraq hər bir sinfin öz xüsusiyyətinə uyğun olaraq 
verilməlidir. Nəzəri məlumatlar şagirdlərə əsasən, dərsin ilk dəqiqələrində, yeri gəldikdə çatdırılmalı və 
onların necə mənimsənilməsi vaxtaşırı yoxlanılmalıdır. 
              Proqramda  nəzərdə tutulan nəzəri məlumatları  şərti olaraq iki qrupa ayırmaq olar: 1) fiziki 
hərəkətlərlə əlaqədar olan məlumatlar; 2) səhiyyə – gigiyena xarakterli məlumatlar. 
              Bədən tərbiyəsi sahəsində yazılmış metodiki əsərlərdə fiziki hərəkətlərə aid nəzəri məlumatların 
məzmunu və onların  şagirdlərə çatdırılması üsulları demək olar ki, işıqlandırılmamışdır. Bunu nəzərə 
alaraq  əvvəlcə ayrı-ayrı fiziki hərəkətlər üzrə  şagirdlərə verilən məlumatların məzmununu, sonra is 
onların öyrədilməsi yollarını izah edək. 
              Sıra təlimi.  Sıra hərəkətlərində baş, boyun, gövdə düz tutulur, döş  qəfəsi irəli çıxır, qarın bir 
qədər geriyə  çəkilir.  Sıra hərəkətlərinin düzgün icrası yuxarı  və  aşağı  ətraf  əzələlərini nisbətən inkişaf 
etdirir. Bu yerişi gözəlləşdirir, bədənin daha da yaraşıqlı olmasına təsir edir və müvazinətin normal 
saxlanılmasında xüsusi əhəmiyyət kəsb edir. Sıra təlimi zamanı  tənəffüs sıra hərəkətlərinə 
uyğunlaşmalıdır. Tənəffüs burunla edilməlidir, belə olduqda havada olan tozun ciyərlərə keçməsinin 
qarşısı alınır, toz burundakı selikli qişaya ilişib qalır. 
              Duruş vəziyyətləri. Əsas duruş. Bu duruşda baş, gövdə və qıçlar düz saxlanılır, onurğa sütunu öz 
fizioloji əyriliklərini saxlaya bilir, dabanlar bir yerdə, ayaq pəncələri bir az aralı olur, qollar bədənə sıxılır, 
çiyinlər nisbətən arxaya gedir. 
              Əsas duruşda bədən çox da böyük olmayan əzələ  gərginliyi altında olduğuna baxmayaraq 
tənəffüs və qan dövranı normal fəaliyyət göstərir. 
              Əsas duruş zamanı  ağırlıq mərkəzinin bir düz xətt üzərindən keçməsinin 7-10 yaşlı  uşaqların 
sağlam və fiziki cəhətdən normal böyüməsində mühüm əhəmiyyəti vardır. Çünki həmin yaşda uşaqların 
sümükləri elastiki olur, əzələləri zəif inkişaf edir. Ona görə  də  ağıfrlıq mərkəzi bir düz xətt üzərindən 
keçməzsə sümük və qamət əyrilikləri meydana çıxa bilər. 
              «Farağat» duruş. Bu duruş  hər  şeydən  əvvəl gərgin olması ilə xarakterizə edilir. «Farağat» 
duruş zamanı  çənəaltı  əzələlər dartılır, boyun, onurğa  əyrilikləri düzəlir (azalır), bel əyriliyi artır, qarın 

 173
geriyə dartılır, qıçlar düzəlir, qabırğalar azca aralanır, döş  qəfəsi genişlənir və qabağa çıxır, çiyinlər 
arxaya gedir, ayaqlar isə əsas duruş vəziyyətindəki kimi olur. 
              «Farağat»da ağırlıq mərkəzinin dayaq nöqtəsi əsas duruşa nisbətən  irəlidə olur. Bu vaxt, həm də 
başın müəyyən qədər qabaqda olması, boyun, döş  əyriliklərinin    azalması, bel əyriliyinin artması 
çiyinlərə düşən ağırlığı  əsas duruşa nisbətən artırır və onu daha də  gərginləşdirir. Bu döş  və qarın 
əzələlərinin daha çox  gücə düşməsinə və bir çox kiçik əzələlərin artıq fəaliyyət göstərməsinə səbəb olur. 
              Onurğa sütununun     kürək və boyun hissəsinin düzəlməsi və  gərginliyin artması  səbəbindən 
əsas duruşa nisbətən burada ağırlıq mərkəzi xeyli irəli getmiş olur. Bel hissəsində isə bel əyriliyinin 
artmasına görə ağırlıq nöqtəsi bir az geri çəkilir. Bu vaxt qarının düz əzələlərinin gərginliyi artır, çanaq-
bud oynağı nahiyəsində budun açıcı  əzələlərinin, xüsusilə böyük sağrı  əzələlərinin gərginliyi artır. 
Çanağın bud s ümüyünün başı ilə birləşdiyi yerdə böyük sarğı əzələsinin işləməsi üçün əlverişsiz şərait 
yaranır. 
              «Farağat» duruşda döş  əyriliyinin düzəlməsinə görə  nəfəsvermə  məhdudlaşır, nəfəsalma üçün 
şərait yaxşılaşır. Kiçikyaşlı  məktəblilərin həddindən artıq «Farağat» vəziyyətində qalması  məsləhət 
deyildir. 
              Azad duruş. Bu «Farağat» duruşun əksinə olub, əsas duruş zamanı yaranmış gərginlikdən əzələni 
azad edir, onu sərbəst vəziyyətə  gətirir. «Azad» duruşda baş bir qədər sallanır, döş  əyriliyi  artır, bel 
əyriliyi isə azalır. Əsas duruşa nisbətən çanaq daha üfiqi vəziyyətdə olur. Döş əyriliyinin bir qədər artması 
səbəbindən qabırğalar bir qədər aşağı düşür və döş  qəfəsi aşağı enir. Habelə  qıçlar növbə ilə dizdən 
bükülərək ağırlıq bükülməyən qıçın üzərinə düşür. Çiyinlər və qollar sərbəstləşir. Beləliklə, bədən 
istirahət edir. 
              Qabırğaların aşağı düşməsi nəticəsində ağırlıq mərkəzi onurğaya yaxınlaşır. Bu zaman boyun və 
döşün ağırlıq nöqtəsi də onurğaya yaxınlaşır. Bunlarla əlaqədar ağırlıq nöqtəsi onurğa vasitəsilə bel 
hissəsinə düşür. Çanaq-bud oynağı simmetrik olaraq arxaya çəkilir. Bədəndə belə vəziyyətin yaranması 
qamət əyriliklərinin əmələ gəlməsinə səbəb olur. 
              Çıxış  vəziyyəti.  Hərəkətlərin icrasına, məqsədəuyğun çıxış  vəziyyətindən başlanması, onun 
düzgün və asan icrasına kömək etməklə, bədənin nəzərdə tutulmuş hissəsinə yaxşı təsir göstərir. Məsələn, 
biz qamətin düzgün inkişafına nail olmaq istəyiriksə, bu məqsədlə seçilmiş hərəkətlərin yerinə yetirilməsi 
üçün müvafiq çıxış  vəziyyəti seçməliyik. Müxtəlif çıxış  vəziyyətlərindən asılı olmayaraq başı düz 
saxlamalı irəliyə, müəyyən nöqtəyə baxmalı, çiyinləri qaldırmamalı, lakin azca arxaya aparmalı, bədəni 
gərginləşdirməməli, gövdə düz saxlanılmalı, tərəflərə (sağ, sol, irəli, arxa) əyilməməli, döş qəfəsi isə irəli 
çıxmamalı – nəticə etibarı ilə bunlar fiziki qabiliyyətlərini yüksəldir. 
              Ümuminkişaf  hərəkətləri. Bu hərəkətlər ayrı-ayrı əzələ qruplarına və bədənin bütün   sümük-
əzələ sisteminə müsbət təsir göstərir. Ümuminkişaf hərəkətləri gövdə, çanaq və oynaqların  əzələ 
qruplarının hərəkət fəaliyyətini artırır. Bütün bunlar onurğa əyrilikləri ilə mübarizədə xüsusən faydalıdır. 
Belə  hərəkətlər tənəffüs və ürək  əzələlərinin də  fəaliyyətini və  işgörmə qabiliyyətini artırır.  Şagirdlərin 
zehni və fiziki qabiliyyətlərini yüksəldir. 
              Böyük və kiçik toplarla hərəkətlər. Böyük və kiçik toplarla icra olunan hərəkətlər orqanizmə 
düşən fiziki yükü tədricən artırır, xüsusilə döş və yuxarı ətraf əzələlərinin inkişafına kömək edir. Tənəffüs 
və ürək fəaliyyətini artırır, onun əzələ qüvvəsini inkişaf etdirir. Bu hərəkətlər nişan almaq və  məsafəni 
gözəyarı ölçmək kimi keyfiyyətlər aşılayır ki, bunun da vətənin müdafiəsində böyük əhəmiyyəti vardır. 
              Qamətin düzgün inkişafı üçün hərəkətlər. Bu hərəkətlərlə müntəzəm məşğul olmaq kiçikyaşlı 
məktəblilərin həyatında mühüm əhəmiyyətə malikdir. Kiçik yaşda olan uşaqların  əzələ  və sümükləri 
formalaşmadığına görə qeyri-normal onurğa əyrilikləri, habelə onların bədənində başqa qüsurlar meydana 
çıxa bilər. Orqanizmdə bu cür qüsurların olması ürəyin və ağ ciyərlərin fəaliyyətinə mənfi təsir göstərir, 
iştah pozulur, bəzən başağrısına   təsadüf edilir. Bunların qarşısını almaqda hərəkətlər böyük rol oynayır. 
Belə  hərəkətlərlə  məşğul olmağın, hətta xarici görünüşün gözəlliyinə, sağlam və gümrahlığa da çox 
böyük köməyi vardır. 
              Qamət hərəkətləri gövdənin arxa əzələlərini və s. əzələ qruplarını inkişaf etdirir, skelet 
sümüklərinin möhkəmləndirilməsi üçün isə xüsusən əhəmiyyətlidir. Bədəni irəli və arxaya əyən, gövdəni 
fırladan, onurğanı sağa və sola əyən hərəkətlər də qamətin düzgün inkişafına müsbət təsir göstərir. 

 174
              Pəncənin (ayaqtağının) inkişafı üçün hərəkətlər. Ayağın normal inkişafı sağlamlığın  əsas 
şərtlərindəndir. Ayaq normal inkişaf etdikdə təzyiq pəncə-daban arasındakı hündür sümük hissəyə düşür. 
Bu hissə ayaqtağı adlanır. Ayaqtağı yaxşı inkişaf etdikdə dözümlü olur. Məsələn, uzaq məsafəyə piyada 
yol getdikdə ayaq gec yorulur və qıç ağrıları azalır. Ayaqtağının belə əhəmiyyətli cəhətlərini nəzərə alıb 
onu mütləq normal inkişaf etdirməyə  və möhkəmləndirməyə çalışmaq lazımdır. Buna görə  də kiçik 
yaşlarda ağır şeylər qaldırmaq (daşımaq), dar ayaqqabı geymək, «Farağat» komandasında çox dayanmaq 
və çox piyada gəzmək zərərlidir. Deyilənlərə riayət olunmadıqda yastıayaqlılıq kimi qüsurlar meydana 
çıxır. Yastıayaqlılığın qarşısını yalnız ayaq üçün verilən hərəkətlərlə, xüsusən ayaqaltı  və baldır 
əzələlərini məşq etdirməklə müəyyən qədər almaq mümkündür. 
              Onurğa  əyrilikləri və yastıayaqlılıq kimi qüsurlarla mübarizə aparmaqda aşağıdakı  tələbləri 
nəzərə almaq vacibdir: bədən tərbiyəsi ilə müntəzəm məşğul olmalı, beli bükməməli, yataqda qıçları 
uzatmalı, arxası üstə yatmalı, ağır yük apardıqda bölüb hər iki əldə aparmalı, yuxudan və yeməkdən sonra 
ağır işlə məşğul olmamalı, fiziki iş zamanı çiyinləri    qaldırmamalı və bükməməli, həmçinin məktəb və 
idman geyimi bədəni sıxmamalı, geniş olmalı, idman məşğələsində altı rezin idman ayaqqabısından 
istifadə etməli, ayaqqabını corabla geyməli. 
              Akrobatika hərəkətləri. Belə hərəkətlər gövdənin ön və arxa, yuxarı və aşağı ətraf əzələlərinin 
mütəhərrikliyini artırır, bədənin düzgün inkişafına xeyli  kömək edir, ağ ciyər və ürək əzələlərini inkişaf 
etdirir. 
              Rəqs hərəkətləri. Bu cür hərəkətlər yuxarı  və  aşağı  ətraf  əzələlərini, xüsusən ayaq əzələlərini 
məşq etdirərək işgörmə qabiliyyətini xeyli yaxşılaşdırır, onları möhkəmləndirir, güc və çevikliyi artırır. 
Belə hərəkətlər həm də əhval-ruhiyyəni yaxşılaşdırır. 
              Müvazinət hərəkətləri. Bu növ hərəkətlər bütün əzələ qruplarını möhkəmləndirir, onların 
fəaliyyətini artırır və bununla  la bədənin hərtərəfli inkişafına müsbət təsir edir. Düzgün yeriş, qaçış, 
tullanma və başqa hərəkətlər bilavasitə müvazinət saxlamaq nəticəsində icra olunur. Müvazinət 
hərəkətləri əqli və fiziki iş zamanı normal nəfəs alıb verməyə, işə artıq vaxt sərf etməməyə kömək edir. 
Bu cür təmrinlər müvazinət saxlamağa kömək edən  oynaq və əzələləri  inkişaf etdirir, onların fəaliyyətini 
artırır. Həmin hərəkətlərin şagirdləri əməyə və ölkənin müdafiəsinə hazırlamaqda da böyük rolu vardır. 
Yaxşı müvazinət saxlamağı bacaran əsgərin arx, kanal, kiçik çay üzərində qoyulmuş tirin, körpünün 
üzərindən sürətlə və asanlıqla keçməklə məqsədinə daha tez nail olması buna misal ola bilər. 
              Dırmaşmaq və dırmaşıb aşmaq. Bu cür hərəkətlər, başlıca olaraq, bilək, çanaq və qıç əzələlərini 
inkişaf etdirir. Müxtəlif hündürlüklü maneələri keçmək və ya ətraf yerləri müşahidə etmək üçün hündür 
bir ağaca, yaxud da qayaya dırmaşmaqda həmin əzələ qruplarının böyük əhəmiyyəti vardır. Göründüyü 
kimi, belə  hərəkətlərlə  məşq etmək Vətənin müdafiəsi üçün də lazımdır. Lakin dırmaşma hərəkətləri 
əzələlərin gücünü artırmasına baxmayvraq, onun düzgün icra edilməməsi orqanizmə mənfi təsir göstərir. 
Çünki, dırmaşmada çiyin qurşağı və çanaq əzələləri gərginləşir, bədənə düşən yükün miqdarı birdən-birə 
çoxalır. 
              Yeriş. Sağlam və fiziki cəhətdən möhkəm böyümək üçün yeriş böyük əhəmiyyətə malikdir. Yeriş 
zamanı çiyin qurşağı, əl, yuxarı və aşağı ətraf əzələlərinin hərəkət fəaliyyəti artır. Habelə ürək və tənəffüs 
əzələlərini məşq etdirərək adamı qarşıdakı fiziki yükə hazırlayır. Yerişsiz birbaşa qaçış, tullanma və s. 
hərəkətlərə başlamaq ürəyin davmarlara vurduğu qanın miqdarını birdən-birə çoxaldır. Bu isə ürək 
döyüntülərinin sayını artırır, təngnəfəslik əmələ gətirir. Yeriş bədəni gərginləşdirməməli, çevik və sərbəst 
olmalıdır. Addımları atdıqda dizləri yuxarı qaldırıb bükməli, ilk dəfə daban yerə qoyulmalıdır. Həddindən 
artıq geniş addım atmamalı, pəncələr nə bayıra, nə  də daxilə çox meyl etməlidir, addımların uzunluğu 
bərabər olmalıdır. Yeriş dövründə qabağa baxmalı, gövdə düz saxlanmalıdır. Bütün bunlar qamətin 
düzgün inkişafında mühüm rol oynayır. Tənəffüs sərbəst olmalı, burunla alınıb - verilməli, belə ki, hər 2 – 
3 addımdan bir nəfəs almalı, 3 – 4 addımdan bir isə buraxılmalıdır. Düzgün yeridikdə orqanizmə düşən 
yükün miqdarı nisbətən azalır, əzələ gücündən qənaətlə istifadə olunur. Bu da uzaq məsafəyə yol getdikdə 
müəyyən dərəcədə tez yorulmanın qarşısını alır. Düdzgün yeriş qaydasına yiyələnmək vətənin müdafiəsi 
işi üçün də xüsusi əhəmiyyətə malikdir. 
              Yeriş orqanizmdə qan dövranına, tənəffüs aparatının funksiyalarına müsbət təsir göstərir və əzələ 
fəaliyyətini xeyli artırır. Başqa sözlə desək, ürəyin fəaliyyəti sürətlənir, damarların elastikliyi artır. Bu 
vaxt tənəffüs mexanizminin də  işi xeyli güclənir. Yəni oksigenin sərf olunmasının dəqiqəlik həcmi bir 

 175
qədər artır, ağ ciyərlərin ventilyasiyası xeyli yaxşılaşır. Yerişin skelet əzələlərinin funksional halının 
dəyişilməsinə də müsbət təsiri vardır. 
              Qaçış. Qaçışda bütün əzələ qrupları, gövdə, çiyin qurşağı yuxarı və aşağı ətraf əzələləri iştirak 
edir. Qaçışın təsiri ilə ürək və tənəffüs üzvləri öz işini artırmalı olur. Bu vaxt ürək qapaqları tez-tez yığılıb 
– açılır, hər dəfə yağılıb – açıldıqda ağ ciyər arteriyasına və aortaya vurulan qanın miqdarı çoxalır, qanın 
oksigenlə təchiz olunması və karbon qazının xaric olunmasını təmin edən ənəffüs aparatının işi sürətlənir. 
Qaçışla məşğul olmayan adamın ürəyi qaçan zaman damarlara verilən qanın həcmini artıra bilmir. Bu 
zaman həmin adamın ürəyi tez-tez vurur, onun işləyən mərhələsi qısalır.  Bu da ürək əzələsinin tədricən 
zəifləməsinə, fəaliyyətinin pozulmasına səbəb olur. Gərgin qıçış zamanı  uşaqlarda nəbz vuoğuları bir 
dəqiqədə 160-180-a çatsa belə, lazım olan oksigeni qan vasitəsilə hüceyrələrə çatdıra bilmir. Bu zaman 
sinir  hüceyrələri oksigensiz mühitdə  zəifləyir və  nəticədə baş gicəllənməsi, sancılanma və  hətta 
ürəkgetmə halları olur. Ürək döyüntüləri xeyli artır. Bu vəziyyəti tez aradan qaldırmaq üçün şəkərli 
məhluldan istifadə etmək lazımdır. Elə ona görə də uşaqlara qaçış vərdişlərini aşılamaq vacibdir. Qaçışla 
məşğul olanların isə ürək fəaliyyəti qüvətli, enerjili olur və bu prosesdə ürək öz funksiyasını asanlıqla 
yerinə yetirir. 
              Qaçış orqanizmdə maddələr mübadiləsini də sürətləndirir. Qaçış zamanı orqanizm oksigenlə 
normal təmin olunmadığı üçün oksigenə olan ehtiyac yalnız qaçışdan sonra ödənilir. Məzh buna görə 
qaçışdan sonra hərəkətləri birdən-birə dayandırmaq olmaz, çünki hərəkətlər dərhal saxlanıldıqda bu aşağı 
ətraf venalarının boşalmasına və  qıçlara çoxlu miqdarda qanın yığılmasına səbəb olur. Eyni zamanda, 
ürəyə  gələn venoz qan xeyli miqdarda azalır. Fizioloji tədqiqatlar göstərir ki, həmin vaxtda qan 
damarlarının fəaliyyətini nizamasalan reaksiyalar gecikdiyindən, bədənin yuxarı hissəsi xüsusilə beyinə 
gedən qanın miqdarı azalır. Bunun da nəticəsində adam huşunu itirir. Həmin vəziyyətin yaranmaması 
üçün qaçışdan sonra hərəkətin sürətini tədricən azaltmaq və onu müəyyən müddətdə davam etdirmək 
lazımdır. 
              Tullanmalar. Tullanmalar zamanı yuxarı  və  aşağı  ətraf  əzələləri, xüsusən ayaq əzələləri daha 
çox fəaliyyət göstərir. Odur ki, tullanmalarla müntəzəm məşğul olmaq ayaq və qıç sümüklərinin, habelə 
əzələ qruplarının möhkəm, güclü və davamlı olmasına səbəb olur. 
              Müşahidə olunmuşdur ki, tullanma zamanı  nəbz xeyli sıxılır. Tullanmalar çox qısa müddətdə 
yerinə yetirilsə də müvafiq əzələlərə düşən yük birdən-birə çoxalır. Bu isə tənəffüs ritminin pozulmasına 
səbəb olur. Tullanmaların hazırlıq mərhələsinin axırında nəfəs verilir, təkanvermə  mərhələsində  nəfəs 
alınır, uçuş  mərhələsində alınmış  nəfəs sıxılıb saxlanılır. Yerə düşmə zamanı isə  dərin nəfəsvermə 
müşahidə olunur. Tullanmalardan sonra tənəffüs dərin olmaqla yanaşı, eyni zamanda sıxılır. Bütün bunlar 
qaçarkən enerji mübadiləsinin artması  nəticəsində baş verir. Bu cür fizioloji dəyişikliklər daha çox 
uzununa tullanma zamanı müşahidə olunur. 
              Cisim atmaq. Bu hərəkətlər  əzələ  gərginliyinin güclənməsini tələb edir. Cisim atmalarda qıç, 
gövdə, çiyin qurşağı  və  əl  əzələlərinin hərəkət fəaliyyəti artır. Bu vaxt həm də  qarın və böyük döş 
əzələləri daha çox açılır, məşq edir və möhkəmlənir. Cisim atarkən ürək-damar sisteminin fəaliyyətində  
də dəyişiklik olur, lakin bütün bunlar hərəkətdən sonra bərpa olunur. 
 
                              
1.5.  Siniflər üzrə əsas biliklər 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin