Vikipediya, açıq ensiklopediya



Yüklə 492.79 Kb.
səhifə1/3
tarix17.04.2017
ölçüsü492.79 Kb.
  1   2   3
QAYNAQ

Xalça


Vikipediya, açıq ensiklopediya

bu bir seçilmiş məqalədir. daha çox məlumat üçün bura basın.

Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü.

Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi.



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d6/geometric_rug_motives.jpg/290px-geometric_rug_motives.jpg

Xalçaçılıqda istifadə edilən heyvan və quş təsvirlərindən nümunələr



https://upload.wikimedia.org/wikipedia/az/thumb/8/8c/azeri_teppich1.jpg/290px-azeri_teppich1.jpg

Azərbaycan xalça təsvirlərindən nümunələr



https://upload.wikimedia.org/wikipedia/az/thumb/7/72/azeri_teppich3.jpg/290px-azeri_teppich3.jpg

Azərbaycan xalça təsvirlərindən nümunələr



Mündəricat

  [gizlə



  • 1Tarixi

    • 1.1Dünyanın ən qədim xalçası

  • 2Etimologiyası

  • 3Xalça növləri

  • 4Xalça toxumaq üçün alətlər

  • 5Xalça toxumaq üçün məmulatlar

  • 6Yundan ipliklərin alınması

  • 7İpliklərin boyanması

  • 8Xalçanın toxunması

  • 9Xalçanın hissələri

  • 10Xalça xüsusiyyətlərinin analizi

  • 11Müasir xalçalar

  • 12Xalça bayramı

  • 13Xalça tibbdə

  • 14Xalça dində

  • 15Xalça şifahi xalq ədəbiyyatında

  • 16Xalça xalq inamında

  • 17Azərbaycan xalçaları

  • 18Dünyanın ən qədim xalçası

  • 19Dünyanın ən böyük xalçası

  • 20Dünyanın ən nazik xalçası

  • 21Qeyri adi xalçalar

  • 22Xalça muzey və şəxsi kolleksiyalarda

  • 23Xalça alarkən

  • 24Xalçaları saxlama qaydaları

  • 25Xalçalara qulluq

  • 26Xalçaların xidmət müddəti

  • 27İstinadlar

  • 28Mənbə

  • 29Xarici keçidlər

  • 30Həmçinin bax

Tarixi

Əsas məqalə: Xalçaçılıq

Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir.

Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların,alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır[1]. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.[2]

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/pazyrykfull.jpg/190px-pazyrykfull.jpg

2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı

Xalça toxuculuğundan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil, əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatlarıilə ödəyirdi.[3] Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuvalməfrəşheybə və s.) istifadə edirdi.[4]

Dünyanın ən qədim xalçası

Əsas məqalə: Pazırıq xalısı

XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədimkurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı.[5] Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.

Etimologiyası

Digər türk dillərində olduğu kimi, Azərbaycan dilində düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Xalça sözü düzəltmə isimdir. Bu söz xalı (sözün kökü) sözündən düzəldilmişdir. Söz kökünə -ça şəkilçisi artırılmaqla kiçiltmə (kiçiltmə-əzizləmə) mənalı isim düzəldilmişdir. [6]

Söz kökü olan xalı – ənənəvi xalça məmulatlarının ölçü etibarı ilə ən böyük növü olub[7], çox vaxt dəst halında toxunardı. Əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.[8] Kiçiltmə mənalı isim olan xalça – əsasən divara vurmaq, bəzən isə döşəməyə salmaq üçün müxtəlif rəngli yunipəkpambıq ipliklərlə toxunmuş naxışlı döşənəcəkdir.[9]

Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar. [10]

Azərbaycanda (MuğanQarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalarıgəbə (gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. "Gəbə" sözünə əsasən istər Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsədə bu günkü yazılı ədəbiyyatda rast gəlinir.

Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər.[11] Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.

Məlum olduğu kimi türk xalqları ilk öncə xovsuz xalçalar (palazkilimcecimsumax və s.) toxumuşlar ki, bu növ xalçalar olduqca yüngül, nazik və yumuşaq idilər. Xovlu xalçalar isə xovsuzlara nisbətən iki-altı dəfə qalın və ağır, sıx toxunuşlu, dözümlü idilər. Qeyd edildiyi kimi xovlu xalçalar xovsuz xalçalardan xeyli sonra yarandığından xovlu xalçaları xovsuz xalçalardan fərqləndirmək məqsədi ilə onu "qalın" adlandırmışlar[12]

Hal hazırda Azərbaycanın Quba rayonunun ərazisində böyük olmayan xalını yerli əhali "qalınça" (yəni xalça) adlandırırlar.[10] Aparılan uzun müddətli tədqiqatların nəticələri göstərir ki, şərq xalqları xalça termininə aid onlarla bir-birindən bir az fərqli terminlərdən istifadə edirlər (yerli dialektlər bura daxil deyildir). Bu xalqlar arasında ən çox hamı tərəfindən başa düşülən və istifadə edilən "qalı", "xalı" və "halı" terminləridir .[13]



Orta AsiyadaQafqazda, həmçinin Kiçik Asiyada türklər qədim vaxtlardan öz qızlarını ərə verərəkən onların cehizinin içərisində xalça və xalça məmulatlarını ən bahalı və dəyərli əşyalar sayardılar.[12]

Xalça növləri



Xalça növləri

 (1/3) 



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ab/nizami_rug_crop.jpg/200px-nizami_rug_crop.jpg

Süjetli xalçalar



Xalçalar insanların həyat tərzi ilə sıx bağlı idi. Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça insanı bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşaiyət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yas mərasimləri üçün toxunan xalçalar.[14]

Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları əsasən aşağıdakı növlərə ayrılır:

  • Xalça məmulatları, buraya mərfəşxurcunheybətaxtüstüyəhərüstüduz torbasıçulörkənçömçədanyun corablarpərdələr və s. daxildir.[15][16]

Əsas məqalə: Xalça məmulatları

  • Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar.[17] Bu növ xalçalara çətənhəsirpalazkilimladızilivərnisumaxşəddə və başqaları aid edilir.[18] Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.

Əsas məqalə: Xovsuz xalçalar

  • Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.

Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni əks etdirir. Məişətdə işlətmək üçün nəzərdə tutulan pərdələri, taxtüstləri və digər bu kimi əşyalarda xovlu xalçalar növünə daxildir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur[19].

Əsas məqalə: Xovlu xalçalar

  • Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi AzərbaycandaTəbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativ sənətin müxtəlif sahələrində işləyən rəssam – miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir.[20].

Əsas məqalə: Süjetli xalçalar

Xalça toxumaq üçün alətlər[redaktə | əsas redaktə]



carpet tools.jpg

Xalça toxumaq üçün aşağıdakı alətlər lazımdır:



  1. Həvə və ya toxmaq (toxucuların sayına uyğun);

  2. Kirkid və ya daraq (toxucuların sayına uyğun);

  3. Qayçı (toxucuların sayına uyğun);

  4. Bıçaq (toxucuların sayına uyğun);

  5. Qarmaqlı bıçaq (toxucuların sayına uyğun);

  6. Divar hanası, yaxud da yer hanası.

Həvə xalça, palaz və s. toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud dametaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir[21]Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq da adlandırırlar.

Keçmişdə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan hazırlanan dişli həvələrdən istifadə edirdilər.

Primitiv həvələrin (toxmaqların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir.

Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.

Xalçanın hər kvadratmetrində olan ilmələrin (düyünlərin) sıxlığına uyğun olaraq metal həvələrdəki (toxmaqlardakı) dişlərin sayını, qalınlığını və onun çəkisini nəzərə alırdılar.

Kirkid xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir[22]. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar.

Adətən, ikinci arğacı salmaq üçün də kiriddən istifadə edirdilər. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörddişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.

Xalça toxunuşunun ilk dövrlərində qayçıdan istifadə edilməsədə sonralar xalçaların xovunun hamarlığını əldə etmək üçün evdə işlənən adi qayçılardan istifadə edildi. Əvvəllər adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə yaxşı təsir etsədə barmaqların sərbəst hərəkətini çətinləşdirdi. Belə qayçılar xalçanın keyfiyyətini bir qədər aşağı salırdı. Adi qayçılar tədricən təkmilləşirdi və XIX əsrdə xüsusi xalça qayçıları meydana gəldi. Hal-hazırdaAzərbaycan xalçaçılığında yüngül və rahat qayçılardan istifadə edilir. Bu cür qayçının qolları sərbəst hərəkət edir, qolların arxasındakı halqalar kəsici hissələrə nisbətən hündür olur . Texniki normalara uyğun gələn xovun əldə edilməsi üçün bu cür qayçılar çox rahatdır.

Əvvəllər ilmələrin bağlanması və xovun kəsilməsi barmaqlarla, heç bir qurğu olmadan həyata keçirilirdi. Bu isə xalçanın toxunuş keyfiyyətini aşağı salır, estetik səviyyəsinə təsir göstərir. Xalça toxuculuğunun inkişafı nəticəsidə iplərin kəsilməsi üçün əvvəlcə sadə bıçaqlar tətbiq olumağa başladı.

Yaxın keçmişə qədər xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Toxuculuq inkişaf etdikcə ipliklərin kəsilməsi üçün adi mətbəx və cib bıçaqları, XIX əsrin əvvəlində isə qarmaq bıçaqlardan istifadə edilməyə başlanmışdır.

Adi bıçaqlar kənd yerlərində əsas hallarda köhnə dəryazdan (kərənti) hazırlanırdı. XIX əsrin əvvəlində istifadə edilməyə başlanan müasir bıçaq – qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq üçün də istifadə olunur. Müasir bıçaq – qarmaq vasitəsilə əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsir.

Sadə bıçaqların sapı (tutacaqları) adətən ağacdan, təsadüfi hallarda sümükdən olardı. Müasir bıçaqların sapı (tutacaqları) isə ağacdanplasmasdan və ya fibradan hazırlanır. Bundan başqa hər bir toxucu öz əlinin ölçüsündən asılı olaraq bıçaqların sapının (tutacağının) və tiyəsinin uzunluğunu müəyyənləşdirirdi.



Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur.

İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/eb/divar_hanas%c4%b1.jpg/200px-divar_hanas%c4%b1.jpg

Divar hanası

Adi bıçaq və qarmaqlı bıçaqdan əlavə xalça toxuculuğunda və xalçaların restavrasiyası zamanı bölgülü sapı (tutacağı) olan bıçaqlardan da istifadə edilir. Toxucular bu bıçaqlardan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər.

Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası(üfiqi dəzgahlar) və divar hanası (şaquli dəzgah). İlk öncə yer hanası meydana gəlmiş, toxuculuqda ondan geniş istifadə edilmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:



  1. "Qılınc" adlanan zərbə aləti (1 ədəd).

  2. Köndələn dolağac (2 ədəd).

  3. Dirək (mıxça) (4 ədəd).

  4. Vərəngalan (1 ədəd).

  5. Küjü (kücü) ağacı (1 ədəd).

  6. "Çatma" adlanan qollar (3 ədəd).

  7. Asma iplər (2 ədəd).

  8. Ağız çubuğu (1 ədəd).

  9. Çarpaz çubuq (1 ədəd)[23].

Daha sora yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Divar hanası isə aşağıdakı hissələrdən ibarət olur:

  1. Qollar (2 ədəd);

  2. Oxlar (2 ədəd);

  3. Yan ağacları (2 ədəd);

  4. Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır.

  5. Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır..

  6. Küjü ağacı (1ədəd)[24];

Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgah olan divar hanası ustalara təsvirin xətləri vərəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.

Xalça toxumaq üçün məmulatlar



Xalça toxuculuğunda istifadə edilən materiallara (təbii və süni olmasından asılı olmayaraq) və onlarda əmələ gələn müxtəlif növ ipliklər xalça toxuculuğu məmulatları adlanır. Xalça toxuculuğunda istifadə edilən məmulatların alınması mənşəyi və kimyəvi tərkibinə görə iki qrupa bölünür: təbii məmulatlar və süni məmulatlar. Təbii məmulatlar elə materiallardan alınır ki bunlar əsasən təbii yolla insanın bilavasitə iştirakı olmadan təbiətin özündə formalaşmış materiallardan hazırlanır. Təbii materiallar üç qrupa bölünür: 1-bitki mənşəli məmulatlar 2-heyvan mənşəli məmulatlar 3-mineral mənşəli məmulatlar. Süni məmulatlar isə zavod şəraitində əsas etibarı ilə kimyəvi yolla insanların bilavasitə iştirakı ilə alınır. Süni məmulatlar təbii, yaxud süni materialların mürəkkəb kimyəvi və fiziki emalı nəticəsində alınır.

Qədim xalçaların toxunması zamanı ancaq təbii iplikdən, həmçinin təbbi məmulatlardan istifadə edilmişdir. Belə xalçaları toxumaq üçün aşağıdakı məmulatlar lazımdır:

Müxtəlif növ (əsasəndə zərif növlü), müxtəlif rəngdə (qarabozçalqonurqumral və s. rəngdə olmaqla) yun, müxtəlif rənglərdə rənglənmiş ipliklər (ipəkpambıq), əriş və arğaclar.

Xalça toxunuşunda yun, ipək, pambıq ipləri ilə yanaşı ağac qabığı və budağı, at quyruğu, kənafqızıl və gümüş tellər, qiymətli daş-qaşlar, qadının baş tükü və s. tətbiq olunur.

Əllə toxunmuş qədim xalçaların istehsalında ən tez-tez rast gəlinən material qoyun yunudur. Düzgün ipliyin seçilməsi və onun işlənməsi çox vacibdir, çünki yun ipinin keyfiyyətindən xalçanın möhkəmliyi, yumşaqlığı və rəng çalarların parlaqlığı asılıdır. Son dövrlərdə çox vaxt, arğac bünövrəsi üçünpambıq iplikdən istifadə olunur. Xalçaların istehsalında ipəkqurdunun baramasından hazırlanmış ipəkdən də istifadə olunur. İpək daha davamlı olduğu üçün ondan alınan ipliklər daha möhkəm olur və bu ipliklər mürəkkəb naxışlı xalçaların istehsalında işlənilir. Süni boyaların geniş yayılmasına baxmayaraq, xalçaçılıq sənayesində bəzi fərdi toxucular və istehsalçılar bu günə qədər, keçmişdən qalmış adətlər üzrə hazırlanan, təbii boyalardan istifadə edirlər.

Müasir xalçaların toxunuşu zamanı müxtəlif təbii və süni iplik materiallardan, eləcədə onların qarışığından istifadə edilir. İplik materialların seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır. Bu nöqteyi-nəzərdən əsasən poliamidin (neylon) və polipropilendən, yun və yun qarışıqlardan, poliesterdən və bunlara bənzər digər süni ipliklərdən daha çox istifadə edilir.

Yundan ipliklərin alınması

Yundan ipliklərin alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:


  1. Yunun təmizlənməsi

  2. Yunun daranması

  3. Əlçimlərin əyrilməsi

  4. Kələflərin hazırlanması

İstifadə ediləcək yun təmiz olanadək yuyulmalıdır. Yunun ilkin yuyulması məqsədilə bəzən yazda, əsasən isə payız qırxımı zamanı qoyunları qırxmazdan əvvəl bir neçə dəfə çayda yuyurlar. Adətən yapağı (yazda qırxılmış yun belə adlanır) yundan istifadə edilir. Bu yun daha keyfiyyətli və daha zərif olur.

Yunun yuyulması çox zəhmət tələb edən prosesdir. Yunu kənd və rayonlarımızda adətən, çay qırağında, bulaq başında yuyurlar. Bəzi rayonlarda yunun yuyulması hətta yağış suyu ilə həyata keçirilirdi. Yunun yağsızlaşdırılması üçün onu əvvəlcə ilıq suda, sonra soyuq suda yumaq lazımdır. Yunun yuyulma prosesində ənənəvi olaraq iki nəfər həyata keçirir. Yunu hissə–hssə böyük daşın üstünə qoyur, üzərinə su tökür və ağır ağacla, dəyənəklə vururdular. Bəzən yunu ayaqlarla döyəcləyirlər. Bu proses yundan tərtəmiz su axana qədər davam edir. Yun yalnız bundan sonra yuyulmuş hesab olunur və elə çayın sahilində daşların, otların, kolların, hətta xüsusi olaraq sərilmiş palazların üzərində qurudulur. Yunun yuyulması evdən kənarda həyata keçirilən yeganə prosesdir.

Yuyulmuş yun quruyandan sonra onu əvvəlcə ağacdan hazırlanmış nazik çubuqlarla (yun çubuğu) çırpır və daha sonra didilir. Bunun üçün yaxın qonşularla iməcilik edilir. Didilmə zamanı yun müxtəlif yad əşyalardan (tikan, pıtraq və s-dən)təmizlənir.

Yunun daraqda daranması mühüm hazırlıq əməliyyatlarından biridir. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyırlar. Daranma zamanı yun sümək və ya əlçim (əlçək) şəkilinə salınır.[25]

Yunun daranması aşağıdakı kimi həyata keçirilir: bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə iki tərəfə dartılır. Sonra alınmış iki yun dəstəsini yenidən üst-üstə qoyub əməliyyatı təkrar edirlər. Proses bütün yun dəstəsi daranana qədər və yun telləri bir-birinə paralel olana qədər davam etdirilir. Yunun daranma proses ağır zəhmət tələb etdiyinə görə onu yaxın qohumların və qonşuların köməyi ilə həyata keçirirdilər. Belə qarşılıqlı kömək iməclik adlanırdı.

Yun daranması prosesi başa çatdıqdan sonra hazır əlçimlər əyrilməyə hazırlanır. Əlçimlərin əyrilməsi yunun növündən və nəzərə alınmış ipliyin növündən asılı olaraq əyiricilik əsasən üç üsulla: əl ilə (daha kustar usulla), cəhrə ilə (kustar üsulla) və yeni dəzgahlar (müasir üsulla) vasitəsi ilə yerinə yetirilir.

Əyrilmiş iplik nisbətən yoğun və tiftikli olan düyçələr şəklinə salınır.

Düyçələrdə ki, ipliyin daha yaxşı hamarlığını əldə etmək üçün onu "kırtız" ("qırtız") adlanan xüsusi alətlə cilalayırdılar (kırtızlayırlar). Bu metal çubuğun köməyi ilə sapın həddən artıq xovluluğu və müxtəlif növ bərkimləri aradan qaldırılır, iplik eyni qalınlıqda və eyni hamarlılıqda olur. Bu iş üçün bəzən cağvə yaxud da mildən də istifadə edilirdi. "Kırtızlanıb" ("qırtızlanıb") hazırlanmış ip düyçələrindəki iplər iki qat olmaq şərtilə yumaqlanır.

Xalçanı toxumaq üçün istifadə ediləcək ipliklər yumaqlandıqdan sonra ipliyin yaxşı boyanması üçün kələflənməlidir. Bunun üçün əsas halda bardaş quraraq əyləşir, ip yumaqlarını soldan sağa və yaxudda əksinə olmaqla dizlərin ətrafına dolayaraq kələfləyirlər. Bu zaman iki üsuldan: sadə və mürəkkəb üsuldan istifadə edilir. Sadə üsul – ipliklər dizlərin ətrafına dairəvi sarınmaqla, mürəkkəb üsul isə – ipliklər dizlərin ətrafına səkkizvari şəkildə sarınmaqla icra edilir.

Sonda kələf qılçalardan çıxarılır, ipliyin son ucundan tutmaqla qolu yarımbükülü vəziyyətdə saxlayır və əlin içərisindən keçirməklə dirsəkdən 8-10 dəfə qatlayırlar (ipliui qırmamaq şərti ilə). Qatlanmış ipliyi qoldan çıxarıb hazır kələfin ortasından keçirib ilgək vurmaqla bağlayırlar. Bu gələcəkdə kələfləri yumaqlayan zaman işi asanlaşdırır.

İpliklərin boyanması

Xalça toxunması zamanı ipliklərin boyanması əsas işlərdən biri hesab olunur. Qədim zamanlardan başlamış XIX əsrin axırlarından XX əsrin əvvəllərinə qədər toxucular müxtəlif bitkilərin yarpaq, çiçək, tumurcuqmeyvətoxum, qabıq, oduncaq, kök və digər hissələrindən çox sənətkarlıqla alınan boyaq məhsulları hazırlayıb yunipək və pambıq ipliklərin boyanmasında istifadə etmişlər. Hələ qədim zamanlardan ipboyama (boyaqçılıq) üsullarının ibtidai vəziyyətdə olmasına baxmayaraq boyanmış iplər öz rənglərinin möhkəmliyi, şuxluğu, rəng müxtəlifliyi, dolğunluğu ilə seçilirdi.

İpliklərin boyanması prosesini üç əsas mərhələyə ayırmaq olar: ipliklərin boyanmaya hazırlığı mərhələsi, ipliklərin boyanbması mərhələsi, boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsi.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/alpackaull.jpg/250px-alpackaull.jpg

Boyanmış ip kələfləri



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9f/yarn_ball.jpg/250px-yarn_ball.jpg

İp yumağı

Qədim Azərbaycan ərazisində hələ qədim dövrlərdən bəri boyamanın sirlərinə bələd olması haqqında hətta Herodot (e.ə. V əsr) belə yazırdı: "…O yerlərdəki meşələrdə ağaclar elə yarpaqlarla örtülüb ki, həmin yerlərin adamları bu yarpaqları yuyub və su ilə qarışdırdıqdan sonra əmələ gələn məhlul ilə özgeyimləri üzərində naxışlar çəkirdilər: bu naxışlar yuyulmurdu və materiyada, əsasən yun parçalarda elə bil əvvəlcədən toxunub." Duzlu bataqlıqlarda çox qeyri-adi həşərat olan "qırmız böcək" əldə edib, məhz ondan çox qiymətli tünd qırmızırəngi alırdılar. Yazın erkən çağında çöl çiçəklərini, otun köklərini, payızda isə sarı rəngi almaq üçün tut ağacının saralmış yarpaqlarını yığırdılar. Sarı rəngi həmçinin yabanı almanın qabığından, sarı-yaşıl rəngi isə kəndəlaşın meyvələrindən alırdılar. Yun ipliyi boyamaq üçün şalğamaoxşar soğanın qabığından, üzümtənəyinin, yovşan və zirincin qısa budaqları, narın qurudulmuş qabığı və təzəcə yetişən qozun yaşıl qabığından istifadə edirdilər. Minerallar, həmçinin ağaclar – çinarpalıdsöyüd ağacı və başqaları "boyayıcı potensiala" malik idilər.

Adətən ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu boyaqçıdan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızıyaşılsarıgöysürməyiqara kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, "boyaqotu" kolunun köklərindən və müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqlarından, qırmızı və çəhrayı rəngləri almaq üçün boyaqotudan, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir.

İpliklərin boyama, həmçinin boyanmaya hazırlıq prosesi zamanı daha keyfiyyətli boyanmış ip almaqdan ötrü ipin keyfiyyətinə xüsusi fikir verməli, boyaq bitkilərini vaxtlı-vatında toplamalı, boyaq məhlulunu keyfiyyətli hazırlamalı, iplikləri boyanmaya hazırlamaq üçün aşqarlamaq (rəngablamaq) lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün boyaqçılar adətən ip kələflərini zəy məhluluna və yaxud da zəy məhluluna turş alça lavaşanası qarışdırılmış məhlula salınırdı. Alça lavaşanası olmadıda onu alça, ərik və zoğal suyundan hazırlanmış turş qatıməhluldan, eləcə də ayran, duz, zəy və ya sirkə kimi bərkidici maddələrdən istifadə etmək olar.

Bundan başqa, hər bir meyvənin, hər bir ağacın və hər bir bitkinin toplanması və istifadə olunma vaxtını bilmək lazım idi. Çünki bundan rənglərin açıq və ya tünd alınacağı asılıdır. Payız fəslində qoz, kələndaş, yazda isə – palıd, söyüd və alma ağacının dövrü idi. Zəfəranalça və heyvanı yalnız çiçəkləndiyi vaxt istifadə etmək lazım idi. Lakin bəzi çiçəkləri isə əksinə, yalnız solduqdan sonra istifadə etmək olardı. Onları yığıb qurudurdular və boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Onları yalnız müəyyən miqdarda müəyyən qablarda, məsələn mis qazanlarda qaynatmaq lazım idi. Bütün bunların öz mənası var idi: oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi reaksiyalar və mis qazanlarının yavaş-yavaş qızması və soyuması xüsusiyyəti. Hər bir halda bir çox yüzillik ərzində insanlar tərəfindən yığılan qiymətsiz təjrübənin qanunları yün ipliyinin yüksək keyfiyyətli boyanmasını və nətijə etibarilə, yüksək keyfiyyətli materiala malik xalçaların toxunmasını təmin edirdi. Yun və yun ipliyinin əyrilməsi də heç də asan proses edyildi – bütün bunlar minillik təjrübəyə, müdafiə olunmamış dissertasiyaların, yazılmamış tədqiqatların və nəşr olunmamış kitabların nətijələrinə, həmçinin bir çox nəsillər tərəfindən aparılan diqqətli müşahidələrinin nətijələrinə əsaslanır.

İpliklərin boyanmaya hazırlığı prosesi başa çatdıqdan sonra ipliklərin boyanması prosesi başlayır. İpliklərin boyanması adətən payız fəslinin sonlarına təsadüf edərdi. Buna birinci səbəb bütün boyaq bitkilərininmeyvələrin və digər bitki hissələrinin toplanıb başa çatdırılmasıdır.İkinci səbəb isəheyvandarlıqla məşğul olan əhalinin boş vaxtının qış fəslində daha çox olmasıdır.

İplikləri boyaq bitkiləri ilə boyamaq üçün aşağıdakı üsullar mövcud olmuşdur: birincisi bəzi boyaq bitkiləri ipliklərlə birlikdə qaynadılır; ikincisi isə bəzi bitkilərdən əvvəlcə məhlul hazırlanır, sonra isə ipliklər həmin məhlulda qaynadılır.

İpliyi boyamaq üçün əvvəlcə ip boyanacaq qabın seçilməsi lazımdır. Adətən ipliklər küpədə, mis qazanlarda və s.-də boyanır. Boyaqçılar uzun illərin təcrübəsinə əsaslanaraq boyama işini paxır mis qazanlarda aparmağa üstünlük verirdilər. Bu üsul ilə boyama işində mis boyaq məhluluna təsir edir vəaşqarlama (rəngablama) işinə öz təsirini göstərirdi.

İplikliklərin boyanmasında sonuncu mərhələ boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsidir. Boyanmış ipliklərin rəngini tündləşdirmək, açıqlaşdırmaq və möhkəmləndirmək üçün kül suyundan, mal sidiyindən və mineral sulardan istifadə edilirdi. Boyadılmış ip bu məhlullarda bir sutkaya qədər saxlanılırdı. Bu iş bəzən hazır toxunmuş xalçalar üzərində icra edilirdi.



1871-ci ildən etibarən dövlət tərəfindən alizarin boyaları satışa buraxıldı. Artıq 1872-ci ildə boyaq sənayesində anilin rənglərindən kütləvi surətdə istifadə edilməyə başlandı[26]. Süni boyaqların – alizarin və anilin maddələrinin kəşfi ilə əlaqədar olaraq, boyaq bitkilərinin demək olar ki, hamısı boyaqçılıqdasıradan çıxdı. Ancaq bu süni boyaqlar heç də təbii boyaq bitkilərini əvəz edə bilmədi. Belə ki, ucuz qiymətə, boyama texnologiyasının asanlığı, rənglərin əlvanlığı ilə fərqlənən süni boyalarla boyanmış ipliklərin rəngi keyfiyyətsiz olur və tez solur, günəş şüasının təsirinə olduqca tez məruz qalır, əsasların və turşuların təsirinə acizdir, sabun və müxtəlif kimyəvi yuyucularla təsir etdikdə rənglər bir-birinə qarışır. Bütün bu amillər xalçaların daxili və xaricibazarlarda qiymətinin tamamilə aşağı düşməsinə səbəb oldu.

Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və açıq hava şəraitində qurudulması üçün əlverişli hava şəraiti hər zaman nəzərə alınmışdır. Ona görə də hava şəraiti hər zaman yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə boyaq maddəsini tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.

Boyanmış iplikdə ki, rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələrin, güllü-çiçəkli bağların, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələr toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğunrəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.

Xalçanın toxunması

Xalçanın toxunma prosesi bir neçə hissədən ibarətdir:


  • Xalçanın toxunmasına hazırlıq işləri;

Xalçanı toxuyan şəxs xalça toxumaq üçün məmulatlar hazırlayan zaman gələcək xalçanın ölçüsünü, onun ilmələrinin sıxlığını, naxışların və kompozisiyanın xarakterini (çeşnisini) və bir çox digər amilləri nəzərə almalıdır.




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə