oriJİnal məqaləLƏR



Yüklə 42.88 Kb.
Pdf просмотр
tarix12.12.2016
ölçüsü42.88 Kb.

12

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.753-089 

 Əliyeva S.Ş.

EMETROP, AMETROP VƏ EKSİMER LAZER CƏRRAHİYYƏ 

ƏMƏLİYYATi OLMUŞ GÖZLƏRİN BUYNUZ QİŞASiNiN TOPOQRAFİK 

PARAMETRLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ



Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azerbaycan 

Açar sözlər: buynuz qişanın topoqrafiyası, buynuz qışanın topoqrafik göstəriciləri

Buynuz  qişanın  topoqrafik  sistemi-WaveLight®  Oculyzer™  ii‡  (ALCON)  gözün  ön  seqmentlərinin 

diaqnostikasında istifadə olunan ən muasir üsullardan biridir. Xəstəliklərin vaxtında aşkar olunması və düzgün 

diaqnostikası, müalicədən əvvəl və sonra müşahidəsi ən azı müalicə qədər önəmlidir [1, 2]. Diaqnozun təstiqində 

buynuz qişanın topoqrafiyası mühüm rol oynayır. Bəzi müəlliflər tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum 

olmuşdur ki, xəstələrin buynuz qişasının nəinki ön səthində, həmçinin arxa səthində də əsaslı dəyişikliklər baş verə 

bilər [3, 4, 5].

WaveLight®  Oculyzer™  ii‡  (ALCON)  aparatının  köməyi  ilə  xəstələrin  buynuz  qişasının  topoqrafik 

parametrlərinin analizi xəstəliklərin vaxtında diaqnostikasında həlledici əhəmiyyətə malikdir [4]. Buynuz qişanın 

topoqrafiyasının bu şəkildə analizi refraksion cərrahiyyə üçün və buynuz qişanın ektaziyalarının diaqnostikasında, 

xəstələrin əməliyyat öncəsi skrininqi zamanı əvəzolunmaz tədqiqat sayılır [3, 5].

Məqsəd  –  emetropiya,  miopiya,  hipermetropiya,  astiqmatizm  olan  və  daha  öncə  eksimer  lazer  cərrahiyyə 

əməliyyatı  keçirmiş  xəstələrin  gözlərinin  topoqrafik  parametrlərinin  WaveLight®  Oculyzer™  ii‡  (ALCON) 

aparatının Şeympflüq kamerasında dəyərləndirilməsi.

Material və metodlar

Şək.1. Hipermetropiyası olan gözün topoqrafik görüntüsü

Müşahidəmiz  zamanı  WaveLight®  Oculyzer™  ii‡  (ALCON)  aparatının  Şeympflüq  kamerasında  müxtəlif 

xəstələrin buynuz qişasının aşağıdakı topoqrafik göstəricələri müqayisə olundu:

• 

Ön keratometrik parametri – K (ön)



• 

Arxa keratometrik parametri – K (arxa)

• 

Ön astiqmatizm parametri – Ast (ön)



• 

Arxa astiqmatizm parametri – Ast (arxa)

• 

Ön asferiklik parametri – Asf (ön)



• 

Arxa asferiklik parametri – Asf (arxa)

• 

Buynuz qişanın mərkəzi qalınlığı – BMQ 



• 

Buynuz qişanın həcmi – BQH 



13

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

• 

Ön buynuz qişa həcmi – ÖBH 



• 

Ön kamera dərinliyi – ÖKD 

Tədqiqat işində 69 (134 göz) xəstə üzərində araşdırmalar aparılmışdır. Buynuz qişanın ön və arxa keratometrik, 

astiqmatizm, asferiklik göstəriciləri, buynuz qişa və ön kamera həcmləri və ön kamera dərinlikləri retrospektiv 

olaraq  qiymətləndirilmişdir.  Xəstələr  refraktiv  dəyərlərə  görə  qruplaşdırıldı.  Bütün  xəstələrdə  görmə  itiliyinin 

təyini  (korreksiyasız  və  korreksiya  ilə),  biomikroskopiya,  refraktometriya,  tonometriya,  göz  dibi  müayinəsi  və 

WaveLight® Oculyzer™ ii‡ (ALCON) vasitəsilə buynuz qişanın vəziyyətinin qiymətləndirilməsi icra olunmuşdur.

Xəstələrin gözlərinin topoqrafik dəyərləri 12 (15,1%) emetropiya (20 göz) və aşağıda qeyd olunan xəstələrin 

gözlərinin topoqrafik göstəriciləri ilə müqayisə olunmuşdur.

• 

10 (12,6%) xəstədə(20 göz) hipermetropiya 



Hipermetropiyası olan gözün topoqrafik görüntüsü 1 saylı şəkildə təsvir olunub.

• 

14 (17,7%) xəstədə(28 göz) miopiya 



Miopiyası olan gözün topoqrafik görüntüsü 2 saylı şəkildə təsvir ounub.

Şək. 2. Miopiyası olan gözün topoqrafik görüntüsü 

• 

12 (15,2%) xəstədə (24 göz) qeyri-düzgün astiqmatizm



Qeyri-düzgün astiqmatizmi olan gözün topoqrafik görüntüsü 3 saylı şəkildə təsvir olunmuşdur. 

Şək. 3. Qeyri-düzgün astiqmatizmi olan gözün topoqrafik görüntüsü

14

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

• 

11 (13.9%) xəstədə (22 göz) qarışıq astiqmatizm



Qarışıq astiqmatizmi olan gözün topoqrafik görüntüsü 4 saylı şəkildə təsvir olunub.

Şək. 4. Qarışıq astiqmatizmi olan gözün topoqrafik görüntüsü

• 

10 (12.6%) eksimer lazer cərrahi əməliyyatı keçirmiş hipermetropiyası olan xəstələr (20 göz) 



• 

 10 (12.6%) eksimer lazer cərrahi əməliyyatı keçirmiş miopiyası olan xəstələr (20 göz) 

Eksimer lazer cərrahi əməliyyatı keçirmiş gözün topoqrafik görüntüsü 5 saylı şəkildə təsvir olunub.

Şək. 5. Eksimer lazer cərrahi əməliyyatı keçirmiş gözün topoqrafik görüntüsü

Nəticələr və onların müzakirəsi

Buynuz  qişanın  ortalama  ön  və  arxa  keratometrik  göstəriciləri  bütün  qruplarda  bənzərdir  (p=0.250-1.0). 

Ön  topoqrafik  astiqmatizm  göstəricilərində  qarışıq  ve  qeyri-düzgün  astiqmatik  gözlər  emetropik  gözlərə  görə 

fərqliliklər göstərərkən, arxa topoqrafik astiqmatizm göstəricilərində bu fərq qarışıq astiqmatlarda daha çox özünü 

büruzə verirdi (Cədvəl 1.).

Ön asferiklik parametrləri eksimer lazer cərrahiyyə əməliyyatı aparılmış miopiyalı və hipermetropiyalı gözlərdə 

fərqli olmuşdur (p=0.001 ve p<0.001). Arxa asferiklik parametrlər isə bütün qruplarda eyni olmuşdur. Buynuz 

qişanın mərkəzi qalınlığı, eksimer lazer əməliyyatı aparılmış miopiyalı gözlərdə daha incə idi (p<0.001). Buynuz 

qişanın həcmi eksimer lazer əməliyyatı aparılmış hipermetropiyalı gözlərdə fərqli olmuşdur (p=0.026). Ön buyuz 


15

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

qişa həcmləri ve ön kamera dərinlikləri miopiya, hipermetropiya və eksimer lazer əməliyyatı aparılmış miopiyalı 

gözlərdə fərqli olmuşdur (p=0,003 və p< 0,001 arası).

Cədvəl 1


Buynuz qişanın topoqrafik göstəricilərinin müqayisəli analizi

Topoqrafik göstəriciləri

K(ön) K(arxa) Ast(ön) Ast(arxa) Asf(ön) Asf(arxa) BQH BMQ ÖBH ÖKD

Emetropiya

42.8

-6.2


0.87

0.38


-0.23

-0.09


61.2

548.3 181.2

3.0

Miopiya


43.1

-6.2


0.92

0.35


-0.19

-0.04


59.8

536.3 219.4

3.4

Hipermetropiya



42.9

-6.2


0.99

0.39


-0.15

-0.21


59.9

546.1 145.9

2.7

Qarışıq astiqmatizm



42.1

-6.0


3.57

0.72


-0.27

-0.21


58.7

534.2 175.3

2.9

Qeyri-düzgün astiqmatizm



43.9

-6.3


2.13

0.50


-0.24

-0.13


60.1

531.5 207.1

3.2

Eksimer lazer əməliyyatı aparılmış 



miopiyalı xəstələr

41.5


-6.2

1.06


0.43

0.11


-0.07

58.6


485.0 224.3

3.5


Eksimer lazer əməliyyatı aparılmış 

hipermetropiyalı xəstələr

44.6

-6.0


1.47

0.39


-0.86

-0.14


57.3

532.4 160.7

2.8

Yekun

Beləliklə,  emetropik  gözlərə  görə  topoqrafik  ön  və  arxa  astiqmatizm  göstəriciləri,  buynuz  qişanın  mərkəzi 

qalınlığının,  buynuz  qişa  və  ön  kamera  həcmlərinin,  həmçinin  ön  kamera  dərinliklərinin  birmənalı  şəkildə 

fərqləndiyi müşahidə olunmuşdur. Bütün qruplarda ön və arxa keratometrik ve arxa asferiklik göstəriciləri bərabər 

olmuşdur. 

ƏDƏBİYYAT:

1. 

Abduləliyeva  F.İ.  Klinik  və  subklinik  keratokonusun  dərəcələrinin  diaqnostikasında  buynuz  qişa 



parametrlərinin yeni qiymətləndirmə meyarları // Oftalmologiya, №1, 2014, s.15-16

2. 


Chen  D.,  Lam A.K.C  Reliability  and  repeability  of  the  Pentacomon  corneal  curvatures  //  Clin.  Exp. 

OPTOM., 2009, v.92, p.110-118

3. 

Jafri B., Li X., Yang H. Et al. Higher order abberation and topograpy in early and suspected keratoconus 



// J.Refract. Surg., 2007 v.23, p.774 -781

4. 


Sinjab M.M. Reading Pentacam Topography // Basics and Case Study Series, 2010, p.123-130.

5. 


Garg  A.,  Alio  L.J.  Femtosecond  Laser  Techniques  &  Technology  /  ed.  E.D.Donnenfeld.  JAYPEE-

HiGHLiGHTS: Medical Publ., 2012, v.4, p.25-27.

Алиева С.ш.

ОЦеНКА тОпОгрАФичеСКих пАрАМетрОВ рОгОВиЦЫ при 

ЭММетрОпии, АМетрОпии и ОперирОВАННЫх ЭКСиМер лАЗерОМ 

глАЗ 


Ключевые слова: топография роговицы, топографические параметры роговицы

реЗЮМе


Цель  -  оценить  топографические  параметры  глаз  на  шеймпфлюг  камере  аппарата  WaveLight® 

Oculyzer™ ii ‡ (ALCON) пациентов с эметропией, миопией, гиперметропией, астигматизмом и ранее пере-

несших эксимер лазерную операцию.

Материалы и метод 

Материалом исследования послужили 69 больных (134 глаз). проведена ретроспективная оценка кера-

тометрических показателей передней и задней поверхности роговицы, астигматизма, асферичности, объе-

ма роговицы и передней камеры, а также глубины передней камеры.

пациенты были разделены на группы по рефракционным изображениям и выполненным эксимер ла-

зерным операциям.



16

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Результаты

передняя и задняя кератометрия во всех группах идентична (р = 0,250-1,0). Смешанные и комбиниро-

ванные астигматические глаза показали различия относительно эмметропических глаз при переднем топо-

графическом астигматизме, в то время как при заднем топографическом астигматизме это различие было 

более очевидным в смешанных астигматических глазах.

передняя асферичность показала различия в миопических и гиперметропических оперированных эк-

симер лазером глазах (p = 0,001 и p < 0,001). Задняя асферичность была одинакова во всех группах. Цен-

тральная толщина роговицы была более тонкой в оперированных эксимер лазером миопических глазах (p 



< 0,001). Объем роговицы отличался в гиперметропических, оперированных эксимер лазером глазах (p = 

0,026). Объем и глубина передней камеры отличались в миопических, гиперметропических и оперирован-

ных эксимер лазером миопических глазах (между p=0,003 и p < 0,001).

Заключение

таким образом, по сравнению с эмметропическими глазами наблюдалось различие при топографиче-

ском переднем и заднем астигматизме, центральной толщине роговицы, объема роговицы и передней ка-

меры, а также глубины передней камеры. передняя и задняя кератометрия асферичности во всех группах 

была одинакова.

Aliyeva S.Sh. 

EVALUATİON OF CORNEAL TOPOGRAPHiC PARAMETERS İN 

EMETROPİC, AMETROPİC AND EXCİMER LASER OPERATED EYES



National Centre of Ophtalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key word: corneal topography, corneal topographic parameters

SUMMARY


Aim  -  evaluation  of  WaveLight®  Oculyzer™  ii‡  (ALCON)  Scheimpflug  images  of  emetropic,  myopic, 

hypermetric, astigmatic and excimer laser operated eyes



Material and methods 

The purpose of this study is to evaluate keratometry at the anterior and posterior corneal surface, astigmatism, 

asphericity, cornea and anterior chamber volume and anterior chamber depths. Patients were grouped based on 

their refractive figures and excimer laser surgery carried out on them.



Results

On avarage, anterior and posterior keratometry was the same in all groups (p=0.250-1.0). Mixed and combined 

astigmatic eyes showed differences with respect to emetropic eyes in anterior topographic astigmatizm, while in 

posterior topographic astigmatism this difference was more obvious in mixed astigmatic eyes.

Anterior asphericity showed differences in myopic and hypermetropic excimer laser surgery carried out eyes 

(p=0.001 and p<0.001). Posterior asphericity was the same in all groups. Central corneal thickness was thinner in 

excimer laser surgery carried out myopic eyes (p<0.001). Corneal volume was different in excimer laser carried 

hypermetropic eyes (p=0.026). Anterior chamber volume and depths were different in myopic, hypermetropic and 

excimer laser carried out myopic eyes (between p=0.003 and p< 0.001).

Conclusion

Compared  with  emetropic  eyes  there  were  differences  in  topographic  anterior  and  posterior  astigmatism, 

central corneal thickness, cornea and anterior chamber volume and anterior chamber depths. Anterior and posterior 

keratometry and posterior asphericity were same in all groups.



Korrespondensiya üçün:

Əliyeva  Sidiqə  Şahmar  qızı,  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  mərkəzinin  Eksimer-Lazer 

şöbəsinin həkim-oftalmoloqu 

Ünvan: AZ1000, Bakı şəh., Cavadan küç., məhəllə 32/15

Tel:(+99412) 596-09-47

E-mail:administator@eye.az: w.w.w.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə