Dərs vəsaiti kimi təsdiq edilmişdir


Yaradıcılıq işi üçün təxmini mövzular



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

                              Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Açıq havada gimnastika məşğələlərinin təşkili. 
2.İdman zalında gimnastika dərslərinin təşkili. 
3.Gimnastika dərslərində zədələnmələrin qarşısının alınması. 
 
 
 
 
 
 
 
 
 

 204
                          3.2.  Azərbaycan xalq rəqs hərəkətləri 
              İbtidai siniflərdən başlayaraq  şagirdlərə sadə  rəqs elementləri öyrədilir. Rəqs hərəkətləri 
şagirdlərin hərtərəfli inkişafına kömək edən başlıca vasitələrdəndir. Şagirdlər rəqs hərəkətlərini musiqinin 
müşayiəti ilə yerinə yetirərkən onların  əhval-ruhiyyəsi yüksəlir, emosionallığı daha da artır, qarşıya 
qoyulan məqsədə müvəffəqiyyətlə nail olurlar. 
              Başqa xalqlar kimi, rəqs Azərbaycan xalqınında sevimli məşğuliyyətidir. Xalqımız tarix boyu 
həmişə öz rəqslərini daim inkişaf etdirmiş və təkmilləşdirmişdir. XX əsrdə yeni məzmun kəsb etmiş və 
dünya musiqi-rəqs mədəniyyəti xəzinəsinin  ən yüksək zirvələrinə çatmışdır. Azərbaycan musiqisi və 
rəqsləri nəinki Sovet İttifaqında,  hətta dünyanın bir çox ölkələrində sevilir və  həvəslə yerinə yetirilir. 
Azərbaycan xalqı dünya şöhrəti qazanmış Ü.Hacıbəyov, Q.Qarayev, F. Əmirov, Nizayi və başqa onlarla 
görkəmli musiqiçiləri, habelə Q.Almaszadə, Ə.Dilbazi kimi rəqs ustaları ilə iftixarla fəxr edir. 
              Azərbaycan rəqsləri  ən qədim tarixə malik olmuş, el-obanın toy və bayramlarında məhəbbətlə 
ifadə edilmişdir. 
              Yeni proqramda əvvəlkindən fərqli olaraq, Azərbaycan rəqs hərəkətlərinə xüsusi yer ayrılmışdır. 
Azərbaycan xalq rəqsləri elementlərindən bəziləri seçilibqruplaşdırılmış  və ayrı-ayrı siniflər üzrə 
bölüşdürülmüşdür. 
              Azərbaycan xalq rəqslərinin bir qismi qadınlara, digər qismi isə kişilərə məxsusdur. Çünki qadın 
və kişilər üçün rəqslər xüsusiyyətinə görə bir-birindən fərqlənir. Məsələn, Azərbaycan qadın rəqsləri 
özünün necə ifaçılıq məharəti, qolların yumşaq və bədənin sakit hərəkətləri ilə bir-birindən əsaslı surətdə 
fərqlənir. Proqramda həmin cəhətlər nəzərə alınaraq rəqs hərəkətləri qız və  oğlanlar üçün ayrıca 
verilmişdir. Bu proqramın üstün cəhətlərindən biri hesab edilməlidir. 
              Proqramda istər qız və istərsə də oğlanlar üçün qol pozisiyaları, qolların əsas vəziyyətləri, rəqs 
addımlarının növləri (gəzişmələr – əsas və yana doğru) uşaqların yaş xüsusiyyətlərinə müvafiq şəkildə 
seçilmişdir. I-III siniflər üçün rəqs hərəkətlərinin məzmunu və verilməsi yolları ilə müəllimləri tanış 
etmək istəyirik. 
              İbtidai siniflər üçün müəyyən olunmuş  rəqs hərəkətlərinin musiqinin müşayiəti ilə yerinə 
yetirilməsi xüsusən faydalıdır. Bu zaman uşaqların fəallığı daha da artır, onlar hərəkətlərin icrasına şüurlu 
münasibət bəsləyirlər. Bütün bunlar isə rəqs materiallarının dərindən mənimsənilməsinə səbəb olur. 
 
2.1.Qızlar üçün rəqs hərəkətləri. 
Qol pozisiyaları. 
              I  pozisiya. Qollar sərbəst halda gövdə boyu aşağı salınmışdır. Ovucların içi bədənə  tərəf 
çevrilmiş, barmaqlar azacıq bükülmüşdür.(şəkil 1) 
 
 
 
 
Şəkil 1  
 
şəkil 2  
 
şəkil 3 
 
             II pozisiya. Qollar bir-birinə paralel vəziyyətdə, gövdədən qabaqda. Çiyinlərdən bir qədər aşağı 
vəziyyətdədir. Dirsəklər aşağı salınmış,  əllər isə, barmaq bükülü olmaqla, azacıq yuxarı qaldırılmışdır. 
Ovucların içi ifaçıdan – kənar tərəfəyönəldilmişdir. (şəkil 2) 
              III pozisiya. Qollar  çiyinlərin səviyyəsində yanlara doğru açılmışdır. Dirsəklər aşağı salınmış, 
barmaqlar bükülmüşdür.(şəkil3) 
              IV pozisiya. Qollar dirsəkdən bükülmüş, yuxarı qaldırılmış  və başdan bir az yuxarıda yanlara 
ayrılmışdır. Ovuclar ifaçıdan kənar tərəfə, yanlara tərəf çevrilmiş,  əllər azacıq qaldırılmış, barmaqlar 
bükülü vəziyyətdədir.(şəkil 4) 
 
                                  Qolların əsas vəziyyətləri 
                            I vəziyyət: a) sağ qol 2-ci pozisiya, sol qol isə 3-cü pozisiyada olmalıdır (şəkil 5); b) 
yenə həmin vəziyyət, ancaq ovuclar yuxarı tərəfə çevrilmişdir. 
            

 205
 
 
 
Şəkil 4  
   Şəkil 5  
 
Şəkil 6  
 
Şəkil  
 
 
 
 
Şəkil 8  
 
 
Şəkil 9  
 
Şəkil 10 
 
 
 
  II vəziyyət: sağ qol 3-cü pozisiyaya gətirilmiş, sol qol isə dirsəkdən bükülmüş və şəhadət barmağı ilə sağ 
yanağa toxunur. Baş, açılmış qoldan əks tərəfə döndərilmişdir. Sol əlin ovucu kənar tərəfə 
çevrilmişdir.(şəkil 6) 
              III  vəziyyət: a) sağ qol 3-cü pozisiyada, lakin çiyindən bir az yuxarıda, sol qol isə 4-cü 
pozisiyadadır – yəni sağ qola doğru yönəldilmişdir; b) yenə  həmin vəziyyət, ancaq əllər bədənə  tərəf 
çevrilmişdir.(şəkil 7-8) 
              IV vəziyyət: 1-ci pozisiyadan əmələ gəlir. Qollar çiyinlərdən aşağı səviyyədə yanlara açılmış və 
gövdədən bir qədər geriyə aparılmışdır.  Əllər sərbəst halda asılı qalmışdır. Qolların vəziyyəti quş 
qanadlarını xatırladır.(şəkil 9) 
              V vəziyyət: a) sağ qol dirsəkdən bükülməklə, ovucun arxa tərəfi qaşın bərabərliyinə 
yaxınlaşdırılır. Sol qol 3-cü pozisiyada olur. (şəkil 10).Sağ qol yenə həmin vəziyyətdədir, ancaq şəhadət 
barmağın yan tərəfi burunun ucu bərabərinə gətirilmişdir. Sol qol 3-cü pozisiyadadır. (şəkil 11). b) həmin 
vəziyyət gözün səviyyəsində  də ifa edilir, eyni zamanda orta və baş barmaqlar bir-birinə bitişdirilmiş 
halda qaşların arasına toxunur. Bütün bu hərəkətləri çırtma çala-çala da ifa etmək olar. Sol qol 3-cü 
pozisiyada olur. 
              VI vəziyyət. Qolların hər ikisi dirsəkdən bükülmüşdür. Sağ qol alnın üstündə, sol qol isə çənənin 
altında olur. Əllər bir-birinin üstündədir. Bu hərəkəti çırtma çala-çala da ifa etmək olar.(şəkil 12) 
              VII vəziyyət. Hər iki əl beldə olmaqla, əllərin üstü gövdəyə toxunur. Dirsəklər irəli çıxmışdır. Bu 
vəziyyət qədim rəqslər üçün səciyyəvidir.(şəkil 13) 
              VIII vəziyyət. Sağ qol, əlin üst tərəfi vasitəsilə belə toxunur, sol qol isə dirsəyi aşağı salınmış 
halda, gövdədən qabaqda, üzün səviyyəsinə qaldırılır. Bu vəziyyətə  qədim rəqslərdə tez-tez təsadüf 
edilir.(şəkil 14) 
              IX vəziyyət. Dirsəkdən bükülmüş qollar sağ çiyin səviyyəsindən hündürə qaldırılmışdır. Sol əlin 
şəhadət və orta barmaqları, çırtma çalan sağ əlin ovcuna qoyulmuşdur. (şəkil 15) 
              X vəziyyət (Yandan görünüşü). Sol qol 2-ci pozisiyadadır. Sağ qol dirsəkdən aşağı salınmaqla 
orta və baş barmaqları bir-birinə bitişdirilmiş halda dirsəyin səviyyəsində üst və alt tərəfdən sol qola 
toxunur. (Şəkil 16) 
 
 
 
Şəkil 11  
 
Şəkil 12  
 
 
Şəkil 1 
 
 
 
 
 
 
 
 
 

 206
 
Şəkil 14  
      Şəkil 15    
Şəkil 16  
 
Şəkil 17 
              
 
 XI vəziyyət. Sol qol 4-cü pozisiyadadır. Sağ qol isə solun dirsəyinə dayaq verir.(Şəkil 17) 
 
 
                     Rəqs addımlarının (gəzişmələrin) növləri 
                             Ayaqların əsas vəziyyətləri 
              1)6-cı pozisiya - ayaqlar bir yerdə, pəncələr və dabanlar birləşmişdir. 
              2) təbii vəziyyət – dabanlar bir yerdə, pəncələr azacıq yanlara     aralanmışdır. 
  
                                         Başlanğıc – əsas rəqs addımları 
                                                  I    s  i  n  i  f 
              «Uzundərə» oyun havası üzrə birinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. «Bir» dedikdə 
taktın birinci 3/8 hissəsi, «iki» dedikdə isə taktın ikinci 3/8 hissəsi sayılır. İlk vəziyyət – 6-cı pozisiyadır. 
              a) «Bir» (3/8) – sağ ayağın əvvəlcə dabanını, sonra isə pəncəsini yerə qoymaqla irəliyə doğru bir 
addım atılır, sol ayaq isə yarımpəncədə sağa birləşdirilir. 
              «İki» - sağ ayaq ilə yarım addım irəli (bu hərəkəti yarımpəncə, ya da pəncə-daban  ilə etmək 
olar). 
              Qollar  1-ci  vəziyyətdədir. Hərəkət o biri ayaq ilə  təkrar olunduqda, qollar da yerlərini dəyişir. 
Gövdə düz saxlanılır, çiyinlər dönmür. 
              Qeyd:  gəzişmək səlis, addımlar sürüşkən olmalıdır. Bu gəzişmə dövrə boyu və irəliyə doğru, 
həmçinin geri getməklə ifa edilir. Lakin son halda hərəkət dabandan yox, yarımpəncədən başlanır. 
              b) birinci gəzişin eynidir, lakin bütün hərəkətlər yarımpəncə ilə ifa edilir. 
              Bu zaman qollar tədricən açılır, çox yumşaq hərəkətlə 1-ci pozisiyadan 3-cü  pozisiyaya gətirilir, 
sonra sağ qol hərəkəti 4-cü pozisiyaya qədər davam etdirilir və qolların hər ikisi səlis hərəkətlə 3-cü 
pozisiyadan keçib 1-ci pozisiyaya doğru aşağı enir. 
              Gövdə dövrənin daxilinə, ya da xaricinə doğru çevrilmişdir. Baş açılmış qola tərəf dönmüşdür. 
              Qeyd: çox vaxt bu gəzişmə geriyə doğru getməklə ifa edilir. Qollar 1-ci vəziyyətdə  olur. 
              «Tovuz gəzişi» oyun havası üzrə ikinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət – 6-
cı pozisiya. 1 takt ərzində iki hərəkət icra edilir.  
              «Bir» (3/8) – sağ ayağın dabanını yerə qoymaqla irəliyə doğru bir addım atılır, sol ayaq isə 
yarımpəncə üstündə sağ ayaq barmaqlarının ucu ilə yanaşı qoyulur. 
              «İki» (3/8) – hərəkət təkrar edilir. Bədən iftixarla, rəvan tərzdə  hərəkət edir, heç bir qalxıb – 
əyilmələrə yol verilmir. Bütün gəziş, özünə sığal verən tovuz quşunun hərəkətini xatırladır. 
              Qollar  4-cü  vəziyyətdədir, lakin başqa vəziyyətlərdə  də ola bilər. Baş çiyinə  tərəf çevrilmiş
baxışlar yerə yönəldilmişdir. 
              «Xalabacı» oyun havası üzrə üçüncü növ rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət – 6-cı 
pozisiya. 
              «Bir» (3/8) – sağ ayaq ilə yarım addım atılır, ancaq sonra sol ayaq onunla yanaşı qoyulur. 
              «İki» (3/8) – sağ ayağın dabanını yerə vuraraq sağ  tərəfə yarım addım atılır. Sağ omba yana 
əyilir və sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur. Həmin hərəkət eyni ilə sol tərəfə də 
təkrar edilir. 
              Bu hərəkəti həmçinin yarımpəncə üstündə də icra etmək olar. 
              Qollar 7-ci vəziyyətdə, ya da 8,9 və 5-ci (v) vəziyyətlərində ola bilər. 
              Bu növ gəziş həmçinin çırtma çalma və ombaların hərəkəti ilə də müşayiət oluna bilər. 
              «Uzundərə» oyun havası üzrə yana doğru birinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün 
hərəkət yarım takt (3/8) ərzində icra edilir. İlk vəziyyət – 6-cı pozisiyadır. 
              «Bir» (3/8) – sağ ayaq ilə bütün pəncə –daban üstündə sağ tərəfə doğru bir addım atılır və dərhal 
sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur (dizlər bir yerdə olur). 
              «İki» (3/8) – hərəkət təkrar edilir. 
              Qollar 1-ci vəziyyətdədir (sağ qol 2-ci, sol qol isə 3-cü pozisiyadadır).  

 207
              a) «Gəl-gəl» - əllər açıq, ovuclar yuxarıya doğru açılmış, rəqs edən elə bil kimi isə çağırır; 
              b) «Get-get» - əllər açıq, ovuclar aşağıya doğru çevrilmiş, baş kimdən isə üz döndərmiş kimi açıq 
əllərdən əks tərəfə çevrilmişdir.                                         
                                            II    s i n i f 
              «Tərəkəmə» oyun havası üzrə dördüncü növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün hərəkət 
4 taktda ifa edilir. 
              İlk vəziyyət – 6-cı pozisiyadır. 
              1-ci takt. «Bir» (3/8) – sağ ayaq yarımpəncə üstündə irəli aparılır. Gövdənin ağırlığı sol ayağın 
üstünə düşür.   
              «İki» (3/8) – sol ayağın dabanı zəif zərbə ilə yerə vurulur. 
              2-ci takt. «Bir» (3/8) – sağ ayaq dizdən «boşalaraq» geriyə aparılır və yarımpəncə üstündə yerə 
qoyulur. Gövdənin ağırlığı sol ayağın üstündə qalır. 
              «İki» (3/8) – sol ayağın dabanı zəif zərbə ilə yerə vurulur. 
              3-cü takt. Sağ ayaq ilə «başlanğıc» gəzişinin birinci növü ifa edilir. 
              4-cü takt. Sol ayaq ilə «başlanğıc» gəzişinin birinci növü ifa edilir. 
              Bundan sonra bütün hərəkətlər yenidən təkrar edilir.  
              Bu gəziş qolların, gövdənin və başın hərəkəti ilə müşayiət olunur. 
              1-ci taktda qollar ilk vəziyyətdə olan 1-ci pozisiyadan 3-cü vəziyyətə keçir (sağ qol 4-cü, sol qol 
isə 3-cü pozisiyaya keçir). Baş sağ tərəfə çevrilir, baxışlar sağ qolun dirsəyinə doğru aşağı yönəldilir. Bu 
hərəkət zamanı sağ çiyin qabağa verilir. 
              2-ci taktda qollar 3-cü vəziyyətdə olur, lakin bu zaman sol qol 4-cü pozisiyaya, sağ qol isə 3-cü 
pozisiyaya gətirilir. Baxışlar sağ ayağın pəncəsini izləyir. Sağ çiyin geri çəkilir. 
              3-cü  və 4-cü taktlarda qollar «başlanğıc» gedişinin birinci növü üçün səciyyəvi olan 1-ci 
vəziyyətdə olur və hər bir hərəkət zamanı yerlərini dəyişir. 
              «Azərbaycan» oyun havası üzrə «Səkkizlik» (irəliyə doğru düz xətli gəziş) rəqs addımları. 
Musiqi ölçüsü 6/8. Bütün hərəkət  1 taktda ifa edilir. İlk vəziyyət – 6-cı pozisiyadır. 
              «Bir» (3/8) – sağ ayaq ilə bütün pəncə – daban üstündə, sol ayaq çarpaz vəziyyətdə irəliyə bir 
addım atılır. 
              «İki» (3/8) – sol ayaq yarımpəncə üstündə sağ ayaq ilə yanaşı qoyulur, sonra isə sağ ayaq 
yarımpəncəyə qaldırılır. 
              Eyni hərəkət o biri ayaq ilə də təkrar edilir (gediş «səkkizlik» şəklində olur). 
              Qollar  1-ci  vəziyyətdə, ayaqlar əks istiqamətdə olur. Baş sol tərəfə çevrilir, baxışlar sol qolun 
istiqaməti ilə aşağıya doğru olur. 
              Ayaqların yerlərini dəyişdikcə, qolların da vəziyyəti dəyişir. 
              Bu cür gəziş zamanı azacıq yayvari qalxıb – düşmə hərəkətləri də etmək olar. 
              «Kolxoz  rəqsi» oyun havası üzrə  rəqs addımları. Musiqi ölçüsü 6/8. İlk vəziyyət 6-cı 
pozisiyadır. 
              «Bir» (3/8) – sağ ayaq ilə daban üstündə irəliyə bir addım atılır, sol ayaq isə bütün pəncə – daban 
üstündə sağ ayağın yanına sürüşdürülür. 
              «İki» (3/8) – sağ ayaq üstündə kiçik tullanma hərəkəti, sol ayaq sağdan arxada, topuq 
səviyyəsində bükülür. 
              Qollar: a) 11-ci vəziyyətdə (sol qol 4-cü pozisiyada olur, sağ isə qolun dirsəyinə dayaq verir); b) 
3-cü pozisiyadadır, barmaqlar yumruq şəklində bükülmüş, lakin baş barmaqlar dik halda açılmışdır. 
              Gövdə düz saxlanılır. Baxışlar baş barmaqların istiqamətini izləyir. 
              Bu gəziş məzəli rəqslər üçün çox səciyyəvidir. 
              «Uzundərə» oyun havası üzrə yana doğru ikinci növ rəqs addımları. Musiqi ölçüsü 6/8. Bütün 
hərəkətlər yarımpəncə  üstündə icra edilir. İlk vəziyyət – 6-cı pozisiyadır. 
              «Bir» (1/8) – sağ ayaq ilə sağ tərəfə bimr addım ataraq yarımpəncə üstündə dayanmalı (dizlər bir 
yerdə olmalıdır). 
              «İki» (1/8) – sol ayağı sağ ilə yanaşı qoyaraq yarımpəncə üstündə dayanmalı. 
              «Üç» (1/8) – yenə sağ ayaq ilə sağa tərəf yarım addım ataraq yarımpəncə üstündə dayanmalı 
(çarpaz). 

 208
              «Beş» və «altı» - pauza. 
              Hərəkət təkrar edilir. Bütün yuxarıdakı  hərəkətlər həmçinin sol tərəfə  də icra edilir. Lakin bu 
zaman hərəkət sol ayaqla başlanır. Qolların hərəkəti isə aşağıdakı kimidir: «bir», «iki», «üç» saylarında 
(3/8) -  sağ qol 3-cü, sol qol isə 2-ci pozisiyada olur. Baş sağ tərəfə çevrilir. Hərəkətin ikinci hissəsində 
«dörd» sayında (1/8) – qollar bir-biri ilə yerlərini dəyişir; sol qol 3-cü, sağ qol isə 2-ci pozisiyaya keçir
baş sol tərəfə çevrilir; «beş» və «altı» saylarında (2/8) – pauza. 
 
                                     III   s  i  n  i  f 
              «Yallı» rəqsi üzrə birinci – altıncı növ rəqs addımları. Birinci növ – Musiqilər 
M.Maqomayevin «Nərgiz», Ü.Hacıbəyovun «Koroğlu» operalarından və S.Hacıbəyovun «Gülşən» 
baletindəndir. Musiqi ölçüsü 2/4. İlk vəziyyət – 6-cı pozisiyadır. 
              «Bir» - sağ ayaq ilə sağa yarım addım atılır. Baş sağ tərəfə çevrilir. 
              «İki» - sol ayaq bütün pəncə-daban üstündə sağ ayaq ilə yanaşı qoyulur. Baş sol tərəfə çevrilir. 
              Addımlama zamanı dabanlar döşəməyə daha bərk zərbə ilə vurulur ki, bu da bütün gövdənin 
titrəməsinə səbəb olur (Bu hala «titrətmə» deyilir). Hərəkət dövrə boyu icra edilir. 
              Rəqs edənlər qollarını bir-birlərinin çiyinlərinə qoyur, ya da çeçələ barmaqları ilə əl-ələ verirlər.  
              İkinci növ – titrətməli gəziş. «Nərgiz» operasından «Yallı» oyun havası. Bu növ gəziş, rəqsin 
ağır-ağır və qalxıb –düşmə  hərəkətləri ilə icra edilən hissəsi üçün səciyyəvidir.  İlk vəziyyət – 6-cı 
pozisiyadır. 
              Rəqs edənlər çeçələ barmaqları ilə çiyin səviyyəsində  əl-ələ verərək bir-birinin ardınca 
düzülürlər. Sonra gövdəni titrədə-titrədə kiçik addımlarla irəliləyirlər. 
              Üçüncü növ – musiqi ölçüsü 2/4. İlk vəziyyət – ayaqların təbii dayanma vəziyyətidir. 
              1-ci takt. «Bir» - sağ ayaq daban üstündə irəliyə, sağ tərəfə çıxır. «İki» - ayaq öz qabaqkı təbii 
dayanma vəziyyətinə qaytarılır. 
              2-ci takt. 1-ci takt sol ayaq ilə təkrar edilir. 
              1-ci və 2-ci taktlar zamanı ifaçılar çeçələ barmaqları ilə əl-ələ verir və qollarını yuxarı qaldırırlar, 
çiyinlər hərəkətdə olan ayağa tərəfə çevrilir. Baş hərəkətdə olan ayağın əks tərəfinə çevrilmiş olur. 
              3-cü takt. «Bir» - sağ ayaqla bütün pəncə – daban üstündə yarım addım sağa atılır. «İki» - sol 
ayaq sağ ayağa çarpaz vəziyyətdə qabağa qoyulur, eyni zamanda gövdə titrədilir. 
              Qollar aşağı salınmış olur, ifaçılar bir-birinin çeçələ barmaqlarından tuturlar. 
              4-cü takt. «Bir» - sağ ayaq sol ayaqla yanaşı qoyulur, bu zaman gövdə azacıq yerə çökür. «İki» - 
hər iki ayaqla tullanma hərəkəti yerinə yetirilir. 
              İfaçılar bir-birinin çeçələ barmaqlarından tutur; qollar aşağı salınır, gövdə düz saxlanılır. 
              Dördüncü növ – «Nərgiz» operasından «Yallı» oyun havası. Bütün hərəkət 3 taktda  icra edilir. 
Musiqi ölçüsü 2/4. «Yallı»nın sürətlə ifa edilən hissəsinə aiddir. İlk vəziyyət ayaqların təbii dayanma 
vəziyyətidir. İfaçılar bir-birinin əlindən tutaraq dövrə boyu rəqs edirlər. 
              1-ci takt. «Bir» - sağ ayaqla yüyürmə. «İki» - sol ayaq ilə yüyürmə. 
              2-ci takt. «Bir» - şagird sağ ayaq ilə tullanma hərəkəti edir, sol ayaqla sərt hərəkətlə irəli atılır. 
«İki» - yenə də sağ ayaq ilə tullanma hərəkəti edilir, sol ayaq isə sərt hərəkətlə bükülür və yenə də irəli 
atılır. 
              3-cü takt. «Bir» - sol ayaqla tullanma hərəkəti edilir, sağ ayaq isə sərt hərəkətlə irəli atılır. «İki» 
yenə də sol ayaqla tullanma  hərəkəti edilir, sağ ayaq isə sərt hərəkətlə bükülür və yenə də irəli atılır. 
              Beşinci növ – «Ayaq dönməsi», «Koroğlü» operasının 3-cü pərdəsindən «Yallı» oyun havası. 
Musiqi ölçüsü 2/4. «Yallı»nın sürətlə ifa edilən hissəsinə aiddir. İlk vəziyyət – ayaqların təbii dayanma 
vəziyyətidir. Qollar yuxarı qaldırılır, ifaçılar bir-birinin çeçələ barmağından tuturlar. 
              Zatakt (1-ci taktdan qabaq yarımçıq takt) – «hə» dedikdə sol ayaq ilə azacıq tullanma hərəkəti 
edilir. 
              1-ci  takt.  «Bir»  -  sağ ayaq irəli atılır və gövdə  aşağı  əyilir. Sol ayaq dizdən bükülərək arxa 
tərəfdən yuxarı qaldırılır (bu zaman qollar aşağı salınır). «İki» - hərəkət sol ayağa keçir və gövdənin 
ağırlığı onun üzərinə düşür. 
              2-ci  takt.  «Bir» - sol ayaqla tullanma, eyni zamanda sağ ayaq pəncə üstündə dönərək 
çevrilməmiş  vəziyyətdən çevrilmiş  vəziyyətə  gəlir («ayaq dönməsi») və dabandan başlayaraq bütün 

 209
pəncə-daban üstünə qoyulur (qollar yuxarı qalxır).  «İki» - sol ayaqla bir addım ataraq sağ ayağın 
qabağına qoyulur, sağ ayaq dizdən bükülür və bütün hərəkət yenidən başlanır.  
              Altıncı növ. «Nərgiz» operasından «Yallı» musiqisi. «Yallı»nın sürətlə ifa edilən hissəsinə 
aiddir.  İlk vəziyyət ayaqların təbii dayanma vəziyyətidir. Qollar çiyinlərin səviyyəsindədir.  İfaçılar bir-
birinin çeçələ barmaqlarından tuturlar. 
              1-i takt. «Bir» - hər iki ayaqla yay kimi azacıq qalxıb düşmə hərəkətləri edilir (bu zaman qollar 
aşağı salınır). «İki» - yenə də «bir» sayında göstərilən hərəkət. 
              2-ci takt. 1-ci takt bütünlükdə təkrar edilir. 
              3-cü takt. «Bir» - sağ ayaqla sağ tərəfə bir addım açılır, «iki» - sol ayaqla sağ tərəfə bir addım 
atılaraq, sağ ayağın qabağına qoyulur. 
              3-cü taktın sonunda qollar yuxarı qaldırılır. Gövdə düz saxlanılır. 
              Qeyd: Bu növ hərəkəti ayaqları dizdən bükərək tullanma hərəkətləri ilə də ifa etmək olar. 
              «Gülgəzi» oyun havası üzrə yana tərəf üçüncü və dördüncü növ rəqs addımları. 
              Üçüncü növ musiqi ölçüsü 6/8. Hərəkət 2 taktda ifa edilir. İlk vəziyyət – ayaqların təbii 
dayanma vəziyyətidədir. 
              1-ci takt. «Bir» (3/8) – sağ ayaqla alçaq yarımpəncə üstündə sağ tərəfə bir addım ataraq sol ayağı 
yarımpəncə üstünə qaldırmalı  və 6-cı pozisiyada sağ ayaqla yanaşı qoymalı.  «İki» (3/8) – sağ ayaqla 
bütün pəncə – daban üstündə sağ tərəfə bir addım atmalı və bu zaman gövdənin ağırlığı sağ ayağın üstünə 
düşməlidir. 
              Qollar 1-ci vəziyyətdədir (sol 3-cü, sağ isə 2-ci pozisiyadadır). 
              2-ci takt. «Bir» (3/8) – sol ayağı qaldırıb sağ ayaqdan irəlidə və onunla çarpaz vəziyyətdə, pəncə 
üstündə yerə qoymalı. «İki» (3/8) – sol ayağı yerdən götürməli və azacıq qaldıraraq irəli uzatmalı. 
              Bu zaman qollar öz vəziyyətini əllərin yüngül dairəvi hərəkətləri ilə dəyişirlər (sol qol 2-ci, sağ 
qol isə 3-cü pozisiyaya keçir). 
              Dördüncü növ. Pəncələrin döndərilməsi ilə yanlara doğru hərəkətlər. Musiqi ölçüsü 6/8. İlk 
vəziyyət – 6-cı pozisiyadır. 
              Maraqlı burasıdır ki, yana doğru gəzişin bu növünə bir çox xalqların rəqslərində, məsələn, rus, 
tatar rəqslərində də tez-tez təsadüf edilir. 
              Azərbaycan rəqslərində bu gediş  qədim rəqslər, xüsusilə «Qıtqılıda» rəqsi üçün olduqca 
səciyyəvidir. 
              «Bir» (3/8) – dabanlar döşəmədən azacıq qaldırılır və  pəncələr mümkün qədər sağ  tərəfə 
döndərilir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin