Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ 6. istehsalat mərsdflərində müstəqim material



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   63
596 (1)

§ 6. istehsalat mərsdflərində müstəqim material 
xərclərinin uçotu 
Müəssisənin  mühasibatında  istehsal  xərcləri  hesablannda  uçota 
alınan  əsas  məsrəflərin  tərkibində  materiallar,  komplektləşdirici 
məmulatlar  və  yarımfabrikatlar  böyük  xüsusi  çəki  təşkil  edirlər.  Ona 
görə müəyyən edilmiş nomalarla müqayisədə onlara qənaət edilməsi və 
ya artıq sərf edilməsi məhsulların maya dəyərinə əhəmiyyətli təsir edir. 
İstehsalata  materialların  və  yarımfabrikatlann  sərf  edilməsi, 
xərclərin  təyinatı,  yəni  sexin,  məmulat  və  ya  sifarişin  adı  (şilfi) 
göstərilən ilkin sənədlər (xidmət kartları, material tələbnamələri və b.) 
əsasında müəyyən edilir. Bu, sərf.edilraiş materialların dəyərini, 
17 


bir qayda olaraq, istehsalın uçotunun müvafiq obyektinə aid edilməsinə 
imkan verir. 
Müəssisənin anbarındakı materialların istehsalata buraxılması sex 
anbarı  vasitəsi  ilə  həyata  keçirilir.  Müəssisədə  materiallar  hazırlanan 
məmulatın hər bir növünə buraxılır. Müəssisənin anbarından istehsalata 
buraxılan, lakin ayın axırına kimi emal edilməyən materiallar, müvafiq 
istehsalat hesablarından silinib yenidən materiallar hesabına yazılır. Bu, 
bitməmiş  istehsalatın  qalığının  qədərini  və  məhsulun  maya  dəyərinin 
düzgün hesablanması üçün lazımdır. 

Hər  ay  müəssisənin  sexləri  hər  bir  nomenklatura  nömrəsi  üzrə 
istehsalatda  materialların  sərf  edilməsi  haqqında  hesabat-cədvəlləri 
tərtib edirlər. Bunun üçün materialların sexdə ayın əvvəlinə və axırına 
qalığını nəzərə almaqla onlann daxil olması, geri qaytarılması və sərf 
edilməsi haqqında məlumatlardan istifadə edilir. 
Bu  hesabat  cədvəllərdə  ayrı-ayn  məmulatlara  faktiki  məsrəflər 
nonna  ilə  və  normalardan  kənarlaşmalar  üzrə  məsrəflərə  bölünməklə 
göstərilir.  Elə  buradaca  materiallann  artıq  sərf  edilməsinin  və  ya 
qənaətin  səbəbi  aydınlaşdırılır  və  çatışmamazlıqların  aradan 
qaldırılması üzrə qəbul edilmiş ölçülər göstərilir. 
Sərf edilmiş materiallann, istehsal xərclərinin sintetik və analitik 
uçotunun müvafiq hesablarına silinməsi üçün mühasibatda hər ay ilkin 
sənədlər  və  sexlərin  hesabat-cədvəlləri  əsasında  materiallann 
bölüşdürülməsi  cədvəlləri  tərtib  edilir.  Onlarda  məsrəf  hesablannın 
şifrləri, uçot qiyməti ilə sərf edilmiş materialların dəyəri, faktiki tədarük 
maya  dəyərinin  plandan  kənarlaşmasının  (qənaət  və  ya  artıq  xərc) 
həcmi və ya nəqliyyat-tədarükat xərclərinin məbləği göstərilir. Bu plan 
maya  dəyərindən  kənarlaşma  və  ya  nəqliyyat-  tədarükat  xəcləri 
məhsulların ayrı-ayrı növlərinə, qruplarına uçot qiyməti ilə sərf edilmiş 
materialların  dəyərinə  mütənasib  olaraq  bölüşdürülür.  Bununla  da 
istehsalata  və  başqa  məqsədlərə  sərf  edilən  materiallar,  son  nəticədə 
faktiki tədarük maya dəyəri ilə əks etdirilir. 
İstehsalatda  materiallann  faktiki  sərf  edilməsini  müəyyən  etmək 
üçün  normadan  kənarlaşmanın  sənədlə rəsmiləşdirilməsi  tətbiq  edilir, 
bu zaman norma üzrə məsrəfə adəti üzrə sənəd tərtib edilir. 
18 


materiallann  məsrəf  normasından  kənarlaşmasına  və  ya  onların 
başqaları ilə əvəz olunmasına ayrıca xəbərdarlıq sənədi, yəni, di- aqonal 
üzrə qırmızı xətt çəkilmiş tələbnamə tərtib edilir. Bu sənəd müəssisənin 
direktoru tərəfindən imzalanır və bununla bərabər gələcəkdə artıq xərcə 
yol verilməməsi üçün tədbirlər qəbul edilir. 
Müəssisədə  istehsal  olunan  məmulatların  ayn-ayn  növlərinə 
materialların,  komplektləşdirici  məmulatların  və  yarımfabrikatlann 
müstəqim  olaraq  aid  edilməsi  həmişə  mümkün  deyildir.  Müxtəlif 
növlərdə  məhsul  istehsalı  üçün  material  istifadə  edildiyinə  görə, 
ınəhsullann  ayrı-ayrı  növlərinə  onların  faktiki  məsrəfi,  məmulatlann 
ayrı-ayrı növləri arasında faktiki buraxılmış məhsullara normativ üzrə 
çəkilmiş xərclərə mütənasib olaraq bölüşdürülür. 
İstehsalat hesablarından mədaxil edilən geri qaytanlan tullantılann 
dəyəri  qədər  xammal  və  əsas  materiallara  çəkilən  xərc  azaldılır.  Ona 
görə geri qaytanlan tullantıların öz vaxtında toplanması və yenidən emal 
edilməsi, məhsul buraxılışının artı- nlmasında və onun maya dəyərinin 
aşağı  salınmasında  mühüm  ehtiyat  hesab  olunur.  Əsas  istehsalat 
sexlərində istehlak edilən və ya tam dəyərli material kimi kənara satılan 
tullantılar  həmin  ilk  materialların  preyskurant  qiyməti  ilə 
qiymətləndirilir.  Əgər  tullantılar  əsas  istehsalatda  tələb  olunmursa  və 
köməkçi  istehsalatın  ehtiyaclanna  və  ya  geniş  istehlak  əşyalarının 
hazırlanmasına tətbiq edilirsə, 
onlar 
ilk 
materialın aşağı salınmış 
qiyməti ilə 
qiymətləndirilir.  Qalan  hallarda  tullantılar  kənara  onların  istifadəsinin 
mümkün olan qiymətləri ilə satılır. 
Müəssisədə  köməkçi  materialların  sərf  edilməsinin  uçotu  əsas 
materiallann  uçotuna  oxşar  apanlır.  Lakin  köməkçi  materiallann 
texnoloji məqsədlərə sərf edilməsi, əsas materiallara nisbətən çox \'axt 
məmulat növləri arasında qeyri-müstəqim yolla bölüşdürülür. 
Hesabat  kalkulyasiyası  tərtib  edilən  zaman  texnoloji  məqsədlər 
üçün  sərf  edilən  köməkçi  materialların  dəyərini  məmulat  növləri 
arasında  tarif  smetasına  mütənasib  olaraq  bölüşdürmək  tətbiq  edilir. 
Məmulatlar üzrə tarif smetası, köməkçi materialların qiyməti və məsrəf 
norması əsasında müəyyən edilir. Materiallann məsrəf normalan və plan 
maya dəyəri dəyişilən zaman tarif smetasına müəssisədə yenidən baxılır. 
Avadanlıqların, inventarların və başqa 
19 


əsas vasitələrin cari təmiri və saxlanması üçün istifadə edilən köməkçi 
materiallar,  avadanlıqların  saxlanması  və  istismarı  üzrə  xərclərin, 
ümumistehsalal və ya ümumtəsəmifat xərclərinin müvafiq maddələrinə 
silinir. 
Texnoloji yanacağın sərf edilməsinin uçotu, bir qayda olaraq, onun 
istehlak  edildiyi  yerlər,  yəni  peçlər,  aqreqatlar  və  i.a.  üzrə  aparılır. 
Məhsulun maya dəyərinə sərf edilmiş yanacaq, köməkçi mate- rial-ların 
bölüşdürülməsinə oxşar yolla müstəqim və ya qeyri- müstəqim olaraq 
daxil edilir. Bu zaman, hesabat məlumatlarını planla müqayisə etmək 
məqsədi  ilə  bütün  növdən  sərf  edilən  yanacaq  istilik  törətmə 
qabiliyyətinə görə 1 kq-mı 7000 kal. olan şərti yanacağa çevrilir. 
Müəssisədə  texnoloji  yanacaq  və  bütün  növdən  olan  enerji 
avadanlıqların saxlanması və istismarı üzrə xərclərin tərkibində uçota 
alınır və kalkulyasiyanın müstəqil maddəsinə ayrılmır. 
İstehsalata  sərf  edilən  həm  öz  istehsalının  və  həm  də  kənardan 
alınan  enerjinin  bütün  növlərinin  ümumi  miqdarı  hesablayıcılann 
göstəricilərinə  əsasən  müəyyən  edilir.  İstehsal  xərclərinin  uçotu  və 
məhsulun  maya  dəyərinin  kalkulyasiya  obyektləri  üzrə  sərf  edilmiş 
enerjinin  bölüşdürülməsi  istehsalatın  ölçü  cihazlan  ilə  təmin 
olunmasından asılı olaraq müstəqim və ya qeyri-müstəqim yolla həyata 
keçirilir. Ayrı-ayrı işçi yerlərində ölçü cihazları olan zaman, bir qayda 
olaraq, texnoloji ehtiyaclara sərf edilmiş elektrik və digər növ enerjinin 
məhsulun maya dəyərinə müstəqim olaraq aid edilməsi mümkün olur. 
Bu, eyni zamanda enerjinin səmərəli istifadə edilməsinə nəzarət etmək 
üçün  vacibdir.  Həm  texnoloji  və  həm  də  mü-  həiTİk  enerjisini 
aparatların iş saatlarının miqdarına mütənasib olaraq, hər bir iş yerində 
istehsal edilən məhsulun növləri üzrə isə  - köməkçi materialların sərf 
edilməsinin hesablanmasına oxşar olaraq, faktiki buraxılan məhsula sərf 
edilmiş enerjinin nonnativinə mütənasib olaraq bölüşdürülür. 
Sərf edilmiş enerji aşağıdakı mühasibat köçürməsi ilə əks etdirilir: 
a) öz istehsalının enerjisinin dəyərinə: 
DT  25-1  "Ümumislehsalat  xərcləri"  hesabının  1-ci  "Maşın  və 
avadanlıqların saxlanması və istismarı üzrə xərclər" subhesabı 
20 


KT 23 "Köməkçi istehsalat" hesabı b) 
kənardan alınmış enerjinin dəyərinə: 
DT  25-1  "Ümumistehsalat  xərcləri"  hesabının  1-ci  "Maşın  və 
avadanlıqların saxlanması və istismarı üzrə xərclər" subhesabı 
KT 60 «Malgöndərənlər və podratçılarla hesablaşmalar» hesabı 
Kalkulyasiya obyektləri və xərc maddələri üzrə materialların sərf 
edilməsini qruplaşdırmaq üçün ay ərzində sərf edilmiş materialların 
bölüşdürülməsindən ötəri hazırlıq cədvəli tərtib edilir. 
Materialların 
bölüşdürülməsi 
cədvəllərinə 
əsasən 
25 
"Ümumistehsalat  xərcləri"  hesabının  məsrəf  uçotu  üzrə  12  saylı 
cədvəldə və 26 «Ümumtəsərrüfat xərcləri» hesabının uçotu üzrə 15 saylı 
cədvəldə qeydlər həyata keçirilir, 12 saylı cədvəldə bundan başqa əsas 
istehsalatın (20 saylı) ehtiyacına və çıxdaşın düzəldilməsinə (28 saylı) 
materiallar sərfi əks etdirilir. 
İstehsalata sərf edilən materiallara nəzarətin məqsədi istehsalatda 
maddi  qiymətlilərin  itkisinin  qarşısını  almaqdan  və  onların  daha 
səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Materialların sərf 
edilməsinə  qabaqcadan  nəzarət  edilməsi  foiTnası,  limitləşdirmə 
sisteminin  tətbiq  edilməsindən  ibarətdir.  Limitləşdimıə  zamanı 
istehsalat  proqrammasmın  ölçüsü  ilə  materialların  buraxılışı 
məhdudlaşdırılır. - , 
^ 7. Əməyin ödənilməsinə və ipçilərin sosial təminatına çəkilən 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin