Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ 2. Maliyyə və iilurəeiınə ıiı^otmıuıı Ucsublur sistemində



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63
596 (1)

§ 2. Maliyyə və iilurəeiınə ıiı^otmıuıı Ucsublur sistemində 
istehsalata ııiəsrəjləı in uçotımnn təşkili 
İstehsalata  məsranərm  uv’ttınun  təşkili  metodikası  və  məhsulun 
faktiki maya dəyərinin miMyyi'iı edilnmsi qaydəsi istehsalın tipindən 
və  xarakterindən,  onun  təşkilindən  və  texnologiyasından,  buraxılan 
məhsulun  növlərinin  miqdarından,  isiehsalm  idarə  edilməsinin 
quruluşundan,  uçot-hesablama  işlərinin  mexanikləşmə  səviyyəsindən 
və  məsrəflərin  uçotu,  məhsulun  maya  dəyəri  kalkulyasiyasmm 
metodlarından  olduqca  asılıdır.  Bütün  bu  xüsusiyyətlərə  baxmayaraq, 
məhsul buraxılışı və hazırlanması üzrə məsrəflər istehsalın növləri (əsas 
və  köməkçi)  üzrə,  xərclərin  əmələ  gəlmə  yerləri  üzrə  (fazalar  və 
mərhələlər),  məhsulun  maya  dəyəri  kalkulyasiyasmm  obyektləri 
(məhsulun  növləri,  sifarişlər,  bircinsli  məhsul  növləri,  qrupları  və  b.) 
üzrə  xərclərin  kalkulyasiya  madələrinin  nümunəvi  nomenklaturası 
çərçivəsində qruplaşdırılmalıdır. 
Müəssisədə  məsrəflərin  yuxanda  qeyd  olunduğu  kimi 
ümumiləşdirilməsi  və  qruplaşdırılması  üçün  mühasibat  uçotunun 
hesablar planının bir neçə hesablan tətbiq olunur. Məsələn, məsrəflərin 
qru-  plaşdırılmastnın  birinci  növü-  istehsalın  növləri  üzrə  20  «Əsas 
isteh- salat» və 23 «Köməkçi istehsalat» hesablarında əks olunur. Sonra 
istehsal məsrəflərinin aydınlaşdırılması əmələ gəlmə yerləri üzrə həyata 
keçirilir.  Məhsulun  istehsalına  müstəqim  xərclər  yuxarıda  əks  olunan 
istehsalın  kalkulyasiya  hesablarında  əks  olunur,  qeyri-  müstəqim 
xərclər  isə-  müvafiq  olaraq  toplayıcı-bölüşdürücü  olan  25 
«Ümumistehsalat  xərcləri».  26  «ÜmumtəsəiTufat  xərcləri»və  b. 
hesablarda əks olunur. 
Ay ərzində mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq 
yuxarıda  sadalanan  sintetik  hesablarda,  hesablartn  daxilində  isə 
məsrəfləri, xərclərin müəyyən edilmiş maddələri üzrə əks etdirirlər. 
23  «Köməkçi  istehsalat»  hesabında  uçota  alınan  məsrəfləri,  ay 
qurtardıqdan  sonra  bölüşdürürlər.  Müəssisədə  müəy>ən  olunmuş 
metodikaya müvafiq olaraq bu məsrəfləri təyinatı üzrə o.sas istehsalat, 
ümumistehsalat  və  b.  hesablara  aid  edirlər.  Sonra  əvvolcodon 
toplayıcı-bölüşdürücü  hesablarda  toplanmış  xərclər,  bir  ı«>roldən 
əmtəəlik məhsul və bitməmiş istehsalatın qalıqları arasında 


bölüşdürülür. İkinci bölüşdürmə təkcə kompleks xərclərə deyil həm də 
müstəqim  xərclərə  aiddir.  Bu  yolla  istehsal  prosesinin  bütün 
mərhələlərində  istehsal  edilən  bütün  məhsulların  maya  dəyərini  və 
bitməmiş istehsalatın maya dəyərini müəyyən edirlər. 
Məsrəflərin  uçot  metodologiyası  və  məmulatın  maya  dəyərinin 
müəyyən edilməsi üsulları, təşkilatın uçot siy^əti adlanan sənəddə əks 
olunur, bu da hesabat ili ərzində, bir qayda olaraq dəyişdirilməməlidir. 
İstehsal edilən məhsulların uçotunun məmulatlar üzrə hansı maya 
dəyərinin, yəni tam və ya məhdud (kəsik) maya dəyərinin hesablanması 
mühüm  əhəmiyyətə  malikdir.  İkinci  birincidən  onunla  fərc[lənir  ki, 
məhdud maya dəyəri prinsipi üzrə məsrəflərin uçotu zamanı təşkilatın 
idarə  edilməsi  üzrə  ümumi  xərcləri  (adətən  sabit  həcmə.malik  olan) 
məsrəf  uçotu  hesablarına  aid  etmirlər,  bilavasitə  26  «Ümumtəsərrufat 
xərcləri»  aktiv  hesabın  kreditindən  46  «Məh-  sullarm(işlərin, 
xidmətlərin) satışı» hesabının debetinə silirlər. 
Təşkilatın  uçot  siyasətində  hazır  məhsül  bufaxılışı  uçotunun  37 
«H|zır məhsulların(işlərin, xidmətlərin) bufaxılışi)> heşabından istifadə 
etmək və ya onu tətbiq etməmək qaydasına baxm^ lazımdır. 
Sözü'gedən  hesab  istehsal  edilən  məhsulların  uçotu  və  faktiki 
istehsalat  maya  dəyərinin  normativdən  və  ya  plandan  kənarlaşmasını 
aşkar  etmək  üçün  ayrılmışdır.  Bu  hesabın  istifadə  edilməsi,  hazır, 
göndərilmiş və satılmış məhsullar üzrə faktiki maya dəyərinin plan maya 
dəyərindən kənarlaşmasını müəyyən etməklə əlaqədar olan çox zəhmətli 
hesablamaların  aradan  qaldırılmasına  imkan  verir.  Bu  hesabın  debeti 
üzrə  faktiki,  krediti  üzrə  isə  normativ  və  ya  plan  maya  dəyərini  əks 
etdirirlər. 
Məhsulların  faktiki  istehsalat  maya  dəyərini  20»Əsas  istehsalat» 
hesabının  kreditindən  37»Hazır  məhsullann  (işlə  rin,  xidm-ıtlərin) 
buraxılışı»hesabmm debetinə silinir. 
Məhsulların  normativ  və  ya  plan  maya  dəyərini  37«Hazır 
məhsulların  (işlərin,  xidmətlərin)  buraxıhşı»  hesabının  kreditinə  və 
40«Hazır məhsul» və ya 46 «Məhsulların (işlərin, xidmətlərin) satı- şı» 
hesablarının debetinə aid edirlər. 
37»Hazır məhsulların(işlərin, xidmətlərin) buraxılışı» hesabı üzrə 
debet və kredit dövriyyələrini müqayisə etməklə ayın 1-nə 


məhsulların  faktiki  maya  dəyərinin  normativ  və  ya  plan  maya 
dəyərindən kənarlaşmasını müəyyən edirlər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin