Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ 4. istehsalat məsrəfləri və onların təsnifatı



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63
596 (1)

§ 4. istehsalat məsrəfləri və onların təsnifatı 
Maya  dəyərinin  qunıluşunun  öyrənilməsi  maya  dəyərini  aşağı 
salmağın  ən  mühum  istiqamətlərini  aşkara  çıxarmağa,  istehsal 
xəuplərinin  aşağı  salınmasının  səmərəli  yollarını  müəyyən  etməyə, 
həmçinin  istehsalat-təsərrüfat  təşkilatlarının  fəaliyyətini  obyektiv 
qiymətləndirməyə kömək edir. 
Maya  dəyərinin  quruluşu  dedikdə,  istehsala  çəkilən  məsrəflərin 
ümumi  məbləğində  maya  dəyərinin  ayrı-ayrı  iqtisadi  ünsürlərinin 
xüsusi çəkisinin faiz nisbəti başa düşülür. 
İstehsalat  məsrəfləri  bir  sıra  əlamətlərinə  görə,  yəni  xərclərin 
iqtisadi məzmununa və təyinatına, xərclərin maya dəyərinə aid edtlməsi 
üsüluna,  onların  tərkibinə,  istehsalın  həcminə,  xərclərin  əmələ  gəlmə 
sferasına olan münasibətə görə təsnifləşdirilir. 
Müəssisənin  istehsal  xərcləri  aşağıdakı  elementlərdən  ibarətdir: 
material  məsrəfləri  (geri  qaytarılan  tullantıların  dəyərini  çıxfnaqla), 
əməyin  ödənilməsinə  məsrəflər,  sosial  ehtiyaclara  ayırmarar,'  əsas 
vəsaitlərin  amortizasiyası  və  sairə  məsrəflər(poçta-teleqraf,  telefon, 
ezamiyyə və b.) 
Xərc  elementlərinin  nomenklaturası  makroiqtisadiyyatm  bütün 
sahələri  üçün  bir  cürdür.  Həmin  nomenklaturanın  xüsusiyyəti  ondan 
ibarətdir ki, xərclərin hər bir elementi üzrə məqsədindən və sərf edilmə 
yerindən  asılı  olmayaraq  hesabat  dövründə  istehsalatda  onun  tamam 
sərf edilməsi göstərilir. 
İstehsal  xərclərinin  elementlər  üzrə  uçotu  xərclərin  hər  bir 
növünün məqsədli təyinatı və istiqaməti üzrə uçotu ilə birlikdə həyata 
keçirilir.  Bu  və  ya  digər  elementin  sərf  edilməsini  əks  etdirən  ilkin 
sənədlərdə, xərclərin məqsədli istiqamətinin göstərilməsi yolu ilə əldə 
edilir. 
İstehsal  xərclərinin  uçotunu  məqsədli  istiqaməti  və  təyinatı  üzrə 
təşkil etmək üçün xərclərin müvafiq nomenklaturaları və şrifləri işlənib 
hazırlanır  ki,  bu  da  onların  istehsalın,  sexlərin  növləri  və  məmulat 
növləri  üzrə  toplamağa  imkan  verir.  Xərclərin  təyinatı  üzrə  uçotu 
maddələrlə  aparılır,  onların  siyahısı,  istehsalın  təşkili  vo 
texnologiyasının xüsusiyyətlərindən asılı olaraq işlənib hazırlanır. Kal- 
1 0  


kulyasi\;ı  nı.uidələ'  üz-  '  '.əıclərin  qruplaşdınlması  məsrəflərin  məhsul 
ıstehsaım.  ;cxn  ojı  proseslə  əlaqəsini,  istehsalın  həcmi  ilə  əlaqəsini, 
m.->rər  :in  əqş.tdəuyğunluğunu.  məmulatın  ayrı-ayrı  növlərinin  maya 
ə.əyəruK) daxil edilməsi üsulunu əks etdirməlidir. 
İstehsal  xərclərinin  cari  uçotu  və  buraxılan  məhsulların  maya 
dəyəri  kalkulyasiyası  məsrəf  maddələri  üzrə  həyata  keçirilir.  Məsrəf 
maddələrinin tərkibinə görə xərclər müxtəlif cinsli xərc elementindən 
ibarət olmaqla, həm bir elementli və həm də kompleks olur.Xərclərin 
kompleks  maddələrinə,  misal  üçün,  ümumistehsalat  xərcləri, 
ümumtəsəmıfat  xərcləri  və  ia.  aid  edilir.  Bu  maddələrdən  hər  biri 
xərclərin müxtəlif elementlərinin toplanmış məbləğindən ibarətdir. 
İstehsal  prosesində  məsrəllərin  iqtisadi  məzmunundan,  onların 
məqsədli  təyinatından  asılı  olaraq  xərcələr  əsas  və  əlavə  olmaqla  iki 
yerə bölünür. 
Əsas məsrəflər dedikdə, məhsul istehsalının texnoloji prosesləri ilə 
bilavasitə əlaqədar olan xərclər, daha doğrusu, texnoloji prosesin onsuz 
həyala  keçirilməsi  mümkün  olmayan  xərclər  başa  düşülür.  Onlara 
xammal  və  materialların,  yanacağın, enerjinin  və  texnoloji  məqsədlər 
üçün suş ıın dəyəri, istehsalat fəhlələrinin əsas və əlavə əmək haqqı vo 
sosial ehtiyaclara ayırmalar, istehsal prosesində bilavasitə iştirak edən 
əsas vəsaitlərin amortizasiyası, avadanlıqların saxlanması və istismarı 
üzrə  xərclər,  yeni  növ  məhsulların  istehsalının  mənimsənilməsi, 
alətlərin,  məqsədli  təyinatlı  qurğuların  köhnəlməsinin  ödənilməsi  və 
başqa .xərclər aiddir. 
İstehsalın  təşkili,  idarəedilməsi  və  xidmətlə  əlaqədar  olan 
məsrəflərə  əlavə  xərclər  deyilir.  Onların  tərkibinə  sosial  ehtiyaclara 
ayırmalarla  birlikdə  sexlərin  və  zavod  idarəsinin  inzibati-təsərrüfat 
heyətinin  əmək  haqqı,  binanın  qızdınlmasından  ötəri  yanacaq  və 
işıqlandırmaq  üçün  enerji  səıii.  bina  və  təsərrüfat  inventarlannm 
amortizasiyası,  onların  cari  təmiri  üçün  xərclər  və  i.a  daxildir.Əlavə 
xərclər, ayrı-ayrı sexlərin idarə edilməsi \ ə xidməti üzrə məsrəflərə və 
ümumtəsərrüfat xərclərinə, yəni bıııövlükdə istehsalın idarə edilməsi və 
təşkili ilə əlaqədar olaraq meydana çıxan məsrəflərə bölünür. 
11 


Məhsulun  maya  dəyərinə  xərclərin  aid  edilməsi  üsulundan  asılı 
olaraq,  bütün  xərclər  müstəqim  və  qeyri-müstəqim  olmaqla  iki  yerə 
bölünür. 
Müstəqim  məsrəflər  dedikdə,  məmulatın  müəyyən  edilmiş  bir 
növünün  istehsalı  ilə  əlaqədar  olan  xərclər  başa  düşülür.  Bununla 
əlaqədar  olaraq,  onlar  ilk  sənədlər  əsasında  istehsal  edilən  müvafiq 
məhsulun maya dəyərinə müstəqim olaraq əlavə edilə bilərlər. 
Bir  neçə  məmulatın  hazırlanması  və  ya  məmulatın  müxtəlif 
mərhələlərdə emalı ilə əlaqədar olan məsrəflər, qeyri-müstəqim xərclər 
adlanır. Qeyri-müstəqim xərcələr, adətən, onların baş vermə yerləri üzrə 
üçota  alınır  Sonra isə onlar  məhsulların  ayrı-ayrı  növləri  arasında hər 
hansı  şərti  bazaya  mütənasib  olaraq  bölüşdürülürlər.  Qeyri-müstəqim 
xərclərin bölüşdürülməsi metodları, əsas etibari ilə istehsalın təşkili və 
texnologiyasının xüsusiyyətlərindən, habelə istehsal edilən məhsulların 
xarakterindən  asılıdır.  Bu  xərclərin  bölüşdürülməsi  metodlarının 
seçilməsinə  həmçinin  sənaye  sahəsində  kalkulyasiya  maddələri 
nomenklaturasmm qurulması müəyyən təsir göstərir. 
Məhsulun  maya  dəyərinə  aid  edilməsi  üsuluna  görə  müstəqim 
xərclərə,  bir  qayda  olaraq,  məsrəflərin  bir  elementli  maddələri  aiddir 
(xammal  və  əsas  materiallar,  texnoloji  məqsədlər  üçün  yanacaq, 
istehsalat fəhlələrinin əmək haqqı və i.a.). Bütün bunların əksinə olaraq, 
məhsulların maya dəyərinə aid edilmək üçün kompleks xərclərin şərti 
bölüşdürülməsi tələb olunur. 
İstehsalın  həcminə  olan  münasibətinə  görə  müəssisənin  xərcləri 
dəyişən və şərti-daimi olmaqla iki yerə bölünür. 
Dəyişən xərclərə, həcmi çox və ya az miqdarda istehsalın həcminin 
dəyişməsindən  düz  mütənasib  olaraq  asılı  olan  məsrəflər,  məhsul 
istehsalına sərf edilən xammal və materiallar, istehsalat fəhlələrinin əsas 
əmək haqqı və buna oxşar xərclər aid edilir. İstehsalın, başqa cür desək
məhsul  istehsalının  texnoloji  proseslərin  dəyişilməsindən  müstəqim 
olaraq  asılı  olan  bütün  qalan  əsas  xərclər  tapılır  və  ona  görə  onlar 
dəyişən maddələr hesab olunurlar. 
Şərti-dəyişən  xərclər  dedikdə,  kəmiyyəti  istehsalın  həcminin 
miqdarı  ilə  mütənasib  olmayan  məsrəflər  başa  düşülür.  Bura  bütün 
üstəlik xərclər aid edilir. 
12 


Onu da bilmək lazımdır ki, dəyişən xərclərin heç də bütün növləri 
istehsalın  həcminin  miqdarından  tamamilə  asılı  deyildir.  İstehsalın 
həcmindən məsrəflərin bu və ya digər növünün asılılıq dərəcəsi istehsal 
xərclərinin tənzimlənməsi və təhlil prosesində dəqiqləşdirilir. 
Tənzimlənmə  ilə  əhatə  olunmasından  asılı  olaraq  xərclər, 
tənzimlənən və tənzimlənməyən olmaqla iki yerə bölünür. 
Tənzimlənən  xərclərə,  müəssisənin  təsərrüfat  fəaliyyətinin  öz 
xarakterindən  irəli  gələn  və  istehsal  xərcləri  smetasında  və  texniki 
sənaye maliyyə planında nəzərdə tutulan müəssisənin bütün məsrəfləri 
aid edilir. 
Tənzimlənməyən xərclər səmərəsiz xərclərdir. Onlar heç də üzvü 
surətdə  zəruri  deyildir  və  müəssisənin  təsərrüfat  fəaliyyətinin  normal 
şəraitindən irəli gəlmir.Bu məsrəflər müstəqim itkilər hesab olunur və 
ona görə istehsal xərcləri smetasına və texniki-sənaye maliyyə planına 
daxil edilmir. 
Tənzimlənməyən 
xərclərə 
saxlanma 
zamanı 
xammalın, 
materialların  və  məhsulların  xarab  olması  ilə  əlaqədar  çalışmaması, 
çıxdaşdan olan itkilər və digər səmərəsiz məsrəflər aid edilir. 
Səmərəsiz  məsrəflərin  və  itkilərin  uçotu,  onların  nəzərə 
çatdırılması və aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. 
Əmələ gəlmə sferasına görə bütün xərclər istehsal və qeyri- istehsal 
xərclərinə bölünür. 
İstehsal  xərclərinə  məhsulun  istehsalı  ilə  əlaqədar  olan  məsrəflər 
aid edilir, onların da məbləği istehsalat maya dəyərini təşkil edir. 
Qeyri-istehsal xərcləri dedikdə, əsasən istehsal edilən məhsulların 
satışı ilə əlaqədar olan təsrəflər başa düşülür. Onların istehsal xərclərinə 
birləşdirilməsi nəticəsində buraxılan məhsulların tam maya dəyəri alınır. 
İstehsal  xərclərinin  hər  bir  növünün  mahiyyətinin  düzgün  başa 
düşülməsi,  onların  əsaslı  olaraq  tənzimlənməsi  və  uçotu,  istehsal 
xərclərinin durmadan aşağı salınmasına gündəlik nəzarətin təşkili üçün 
vacib şərtdir. 
İstehsal  xərclərinə  nəzarət  etmək  üçün  müəssisədə  məsrəf 
normaları - həmin istehsal şəraitində - məhsul vahidinə sərf edilən 
13 


xammal və matcriallarır iş valiidinə sərf edilən əmək və əmək haqqının 
və  i.a.  maksimum  icazə  verilən  həcmi  işlənib  hazırlanır.  Məsrəf 
normaları onun aşağı olmasını həvəsləndirən olmalıdır. Əvvəlcə məsrəf 
nonnaları  miqdar  şəklində  müəyyən  edilir,  məmulata  müəyyən  növ 
materialların  sərf  edilməsi  kq-la.  texnoloji  əməliyyatların  yerinə 
yetirilməsinə iş vaxtının sərf edilməsi dəqiqə ilə və i.a., sonra xərclərin 
miqdar  göstəriciləri  pul  ölçülərinə  çevrilir.  Məhsul  vahidinə  məsrəf 
normasını  müəyyən  etmək  məqsədəuyğun  deyilsə  və  ya  çətindir  sə, 
onda  xərclərin  bəzi  növləri  üzrə  müəyyən  dövrə  xərclərin  smetası 
işlənib hazırlanır. Misal üçün, ümumistehsalat xərclərinin smetası il və 
ya rüb üçün tərtib edilir. Yeni növ məmulatın istehsalının hazırlığına və 
mənimsənilməsinə  məsrəflərin  smetası  istehsalın  bu  cür  hazırlığı  və 
mənimsənilməsi  üçün lazım  olan  bütün  dövrə  işlənib  hazırlanır.  Belə 
smetalar  kompleks  xərclərin  müvafiq  növləri  üçün  təsdiq  edilmiş 
maddələrin nomenklaturası üzrə müəyyən olunur. Vəsaitələrin istifadə 
edilməsinə nəzarət, smeta üzrə məsrəflərlə faktiki məsrəfləri müqayisə 
etməklə həyata keçirilir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin