Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ 12. Çıxdaşdan olan itkilərin uçotu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   63
596 (1)

§ 12. Çıxdaşdan olan itkilərin uçotu 
Sənaye  məhsullarının  maya  dəyərini  aşağı  salmaq,  təsərmfat- 
sızhğı  aradan  qaldınnaq,  boşdayanmaları  ixtisara  salmaq  və  istehsal 
edilən  məmulatlann  keyfiyyətini  yüksəltmək  üçün  səbəblərini  və 
günahkarlarını  aşkara  çıxarmaqla  bütün  istehsalat  itkilərini  səliqə  ilə 
uçota almaq lazımdır. İstehsalat çıxdaşları və boşdayanmalar məhsulun 
maya dəyərini yüksəldir və onun keyfiyyətini aşağı salır. Buna görə belə 
istehsaldan kənar xərclərlə qəti mübarizə aparmaq lazımdır. Çıxdaşdan 
və boşdayamadan əmələ gələn itkilərin uçotunu elə qurmaq lazımdır ki, 
hər bir çaxdaş və ya boşdayanmanı təhlil etmək, onların səbəblərini və 
günahkarları  aşkara  çıxarmaq  mümkün  olsun.  Bu  məqsədlə,  bəzi 
istehsalat  itkiləri  və  hər  şeydən  əvvəl  çıxdaşdan  olan  itkilər,  bir  sıra 
sahələrdə 
isə 
boşdayanmadan 
olan 
itkilər 
maya 
dəyəri 
kalkulyasiyalarmda müstəqil maddəyə ayrılır. 
Müəyyən  edilmiş  tələbata  cavab  verməyən  və  öz  təyinatı  üzrə 
istifadə edilmək üçün yaramayan, ya da düzəltmək üçün əlavə olaraq 
yenidən işlənmək tələb edən məmulat və ya işlər istehsalat çıxdaşı hesab 
olunur. 
Çıxdaşların  aşağıdakı  əlamətlərinə  görə  təsnifləşdirilməsi  qəbul 
edilmişdir: 
1)  Aşkara çıxarılmış qüsurların xarakterinə görə
a)  düzəldilə bilən çıxdaşlar; 
b)  büzəldilə bilməyən çıxdaşlar 
2)  Baş verdiyi yerinə görə: 
a) daxili,  yəni  məhsul  malalan  təşkilatlara  (müəssisələrə 
göndərilənə qədər aşkara çıxarılan çıxdaşlar; 
b) xarici, yəni məmulatın yığılması, quraşdırılması və ya istismarı 
prosesində sifarişçidə və ya alıcıda aşkara çıxarılan çıxdaşlar. 
3)  Çıxdaşın baş venuəsi səbəblərinə və günahkarlara görə. 
Bu cür təsnifata uyğun olaraq məhsul çıxdaşının uçotu qurulur. 
41 


Düzəldilə  bilən  çıxdaşlara,  əlavə  məsrəflər  edildikdən  sonra,  öz 
təyinatı üzrə istifadə edilməsi mümkün olan çıxdaş edilmiş məmulat və 
ya işlər aid edilir. 
Düzəldilə  bilməyən  çıxdaşlara,  texniki  cəhətdən  düzəldilməsi 
mümkün olmayan və ya iqtisadi cəhətdən düzəldilməsi məqsədəuyğun 
hesab edilməyən çıxdaş edilmiş məmulat və ya işlər aiddir. 
Çıxdaşın uçotu üçün 28 «İstehsalatda olan çıxdaşlan> adlı hesab 
nəzərdə tutulmuşdur. Bu hesab aktivdir, kalkulyasiya hesabıdır. 
Düzəldilə bilən çıxdaş üzrə bu hesabın debetinə onun düzəldilməsi 
ilə əlaqədar olan ümumistehsalat xərclərinin müvafiq hissəsini də daxil 
etməklə bütün xərclər aid edilir. Bu halda 28 «İstehsalatda olan çıxdaş» 
hesabının  debeti  çıxdaşın  düzəldilməsinə  sərf  edilmiş  materialların 
maya  dəyərinə  görə  10  «Materiallar»  hesabının  krediti  ilə,  çıxdaşın 
düzəldilməsinə  hesablanmış  əmək  haqqına  görə  70  «Əməyin 
ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar)) hesabının krediti ilə, 69, 
25 və b. hesabların kreditləri ilə müxabirləşir. 
Düzəldilə  bilməyən  çıxdaş  üzrə  28  «İstehsalatda  olan  çıxdaş)) 
hesabının debetinə 20 «Əsas istehsalat)) və ya 23 «Köməkçi istehsalat)) 
hesabından  çıxdaş  edilmiş  məmulatın  (kalkulyasiya  maddələri  üzrə 
bölünməklə)  istehsalat  maya  dəyəri  silinir.  Yararlı  məhsulların  maya 
dəyərindən fərqli olaraq, qəti çıxdaş edilmiş məhsulların maya dəyərinə 
ümumtəsərrüfat  xərcləri,  habelə  yeni  növ  istehsalın  mənisənilməsi 
xərcləri, xüsusi alət və cihazların köhnəlməsinin ödənilməsi və başqa 
xüsusi xərclər aid edilmir. 
28 «İstehsalatda olan çıxdaş)) hesabının kreditində qəti çıxdaşdan 
əldə  edilən  tullantıların  və  ya  materialların  dəyəri,  çıxdaşın 
günahkarlarının 
əmək 
haqqından 
tutulmalar, 
əgər 
çıxdaş 
malgöndərənin günahı üzündən baş veribsə, çıxdaşdan olan itkinin 63 
«İddialar üzrə hesablaşmalar)) hesabına silinməsi əks olunur. Bundan 
sonra  çıxdaşdan  olan  itkilərin  qalan  ödənilməmiş  məbləği  (28  saylı 
hesabın  debet  qalığı)  20  «Əsas  istehsalat))  hesabına  silinir  və 
«Çıxdaşdan  olan  itkilər))  maddəsi  üzrə  müvafiq  məmulatın  maya 
dəyərinə daxil edilir. Beləliklə, 28 «İstehsalatda olan çıxdaş» hesabı hər 
ay bağlanır. 
42 


Çıxdaşın  operativ  uçotu  texniki-nəzarət  şöbəsinin  işçiləri 
tərəfindən aparılır. İstehsalatda olan çıxdaş, çıxdaşa aid bildirişlə və ya 
aktla  rəsmiləşdirilir,  həmçinin  istehsal  haqqında  sənədlərdə  (növbə 
raportlarında, marşrut vərəqələrində, naryadlarda və b.) qeyd edilir. Hər 
bir qəti çıxdaşa, çıxdaş haqqında akt (və ya bildiriş) tərtib edilir. Onda 
çıxdaş aşkar edilmiş detalın adı və əməliyyatlar, onun əmələ gəlməsinin 
səbəbi  və  günahkar,  istifadəsinin  mümkün  olan  qiyməti  ilə  çıxdaş 
edilmiş  məhsulların  dəyəri,  müstəqim  məsrəf  maddələri  üzrə 
(materiallar  və  əmək  haqqı)  çıxdaş  edilmiş  məhsullar,  habelə 
günahkardan  tutulası  itkinin  məbləği  əks  olunarsa,  aktlardan  imtina 
etmək olar. 
Düzəldilə  bilən  çıxdaşa  akt  yazılmır,  eyni  zamanda  əgər  onun 
düzəldilməsi  günahkar  olmayan  fəhləyə  tapşırılmışsa,  onda 
normativdən  artıq  əmək  haqqı  məsrəfinə  siqnal  sənədi  kimi  xüsusi 
naryad  yazılır.  Günahkar-fəhlə  tərəfindən  çıxdaşın  düzəldilməsi, 
sənədlə rəsmiləşdirilmədən həyata keçirilir. 
Texniki  nəzarət  şöbəsi  tərəfindən,  həmçinin  alıcılardan 
məhsulların  keyfiyyəti  üzrə  daxil  olmuş  reklamasiyaların  (malın  pis 
olması  üzrə  edilən  tələb)  operativ  uçotu  aparılır.  Daxili  və  xarici 
çıxdaşlann  operativ  uçotunun  məlumatları  üzrə,  bu  şöbə,  gündəlik 
səbəbləri təhlil edir və çıxdaşı aradan qaldırmaq üzrə tədbirlər müəyyən 
edir. 
Daxili qəti çıxdaşlann maya dəyəri bütün kalkulyasiya maddələri 
üzrə  faktiki istehsal  xərcləri  ilə  müəyyən  edilir (birinci əməliyyatdan 
çıxdaş  aşkar  edilənə  qədər).  Bura  yuxarıda  deyildiyi  kimi,  istehsalın 
hazırlanmasına və mənimsənilməsinə çəkilən xərclər, ümumtəsərrüfat 
xərcləri,  çıxdaşdan  olan  itkilər,  məqsədli  təyinatlı.alətlərin 
köhnəlməsinin  ödənilməsi  və  sair  xüsusi  xərclər,  ancaq  hazır 
məhsulların  maya  dəyərinə  aid  edilən  sair  istehsal  xərcləri  daxil 
edilmir. Çoxlu nomenklaturalı məmulat və yarımfabrikat istehsal edən 
ayrı-ayrı  sənaye  sahələrində  çıxdaş  edilmiş  məhsulların  plan  və  ya 
nonnativ maya dəyəri üzrə qiymətləndirməyə icazə verilir. 
Xarici qəti çıxdaşların maya dəyərinə məmulatın faktiki istehsalat 
maya dəyəri, habelə onun dəyişilməsinə və daşınmasına edilən xərclər 
də daxildir. Xarici çıxdaşın dəyəri qədər çıxdaşa görə 
43 


iddia qəbul olunan ayda, məhsul buraxılışının həcmi azaldılır. Müəssisə 
bundan  başqa  çıxdaş  məhsul  göndərməyə  görə  sifarişçiyə  müəyyən 
məbləğdə cərimə ödəyir. 
Müəssisənin  qəti  çıxdaşdan  olan  itkisi  istehlak  edilmiş 
materialların dəyərindən və onların emalına çəkilən xərclərindən (xarici 
qəti  çıxdaşa  isə,  bundan  başqa  məmulatlann  dəyişdirilməsi  və 
daşınmasına  çəkilən  xərclər  və  ödənilmiş  cərimələrin  məbləği  aid 
edilir) ibarətdir. Bundan, əldə edilmiş materiallann və ya tullantıların 
dəyəri və çıxdaşın günahkarından tutulan məbləğ çıxılır. 
Düzəldilə  bilən  çıxdaşdan  olan  müəssisənin  itkiləri,  çıxdaşın 
günahkarlarından tutulmaları çıxmaqla, detalların (məmulatların) əlavə 
və ya təkrar olaraq emal xərcləri ilə müəyyən edilir. 
Çıxdaşdan  olan  itkilərə  həmçinin  təminatla  satılmış  məhsullann 
təmirinə  çəkilən  xərclər  aid  edilir.  Bu  təmirlərin  dəyəri  müəyyən 
edilmiş təminat müddətində həyata keçirilirsə, o zaman çıxdaşdan olan 
itkilərə aid edilir. 
Çıxdaşdan  olan  itkilər,  bir  qayda  olaraq,  əmtəəlik  məhsulların 
maya dəyərinə tamamilə daxil edilir və onlar hazırlanan zaman çıxdaş 
alman məmulat növlərinə aid edilir. Fərdi və kiçik seriyalı istehsallarda 
belə  itkiləri,  hesabat  dövrünün  axınna  qurtarmamış  qalan  müəyyən 
sifarişin  yerinə  yetirilməsi  ilə  əlaqələri  olduğuna  görə  bitməmiş 
istehsalın tərkibinə daxil edilir. 
Çıxdaşdan  olan  itkinin  analitik  uçotu  ayrı-ayrı  sexlər,  məmulat 
növləri  və  məsrəf  maddələri  üzrə  aparılır.  Texniki  nəzarət  şöbəsi 
bundan  başqa  istehsalda  olan  çıxdaşı  onun  əmələ  gəlməsi  səbəbi  və 
günahkarı üzrə aparır. 
Maşmqayınna və metal emalı müəssisələrində materiallann dəyəri, 
sərf  edilm.'si  normasından  asılı  olaraq  və  topdansatış  qiyməti  ilə 
dəyərinin  u.suinə  nəqliyyat-tədarükat  xərclərini  gəlməklə  hesablanır, 
əmək  haqqı  isə  çıxdaş aşkar  ediləndən əvvəlki  axınncı  əməliyyatı  da 
daxil  etməklə  normalar  üzrə  hesablanır.  Ümumistehsalat  xərcləri  və 
avadanlıqların saxlanması və istismarı üzrə xərcləri normativ üzrə, ya 
da  həmin  ayın  istehsalat  fəhlələrinin  əmək  haqqı  üzrə  faktiki  faizinə 
görə götürülür. 
Qəti çıxdaşın məbləğinə bu cür mühasibat köçürməsi tərtib edilir
44 


DT 28 «İstehsalatda olan çıxdaş» hesabı 
K.T 20 «Əsas istehsalat» hesabı 
Köçürmə  10  saylı  jurnal-orderdə əks  etdirilir.  Qismən  (düzəldilə 
bilən) çıxdaş istehsaldan çıxarılmır, onun düzəldilməsi üzrə məsrəflər 
isə  müxtəlif  hesabların  kreditindən  28  «İstehsalatda  olan  çıxdaş» 
hesabının debetinə aid edilir. 
Çıxdaşın  baş  verməsinə  səbəb  olan  müəssisənin  işçisindən 
düzəlişin  dəyəri  tutulur,  düzəldilməyən  çıxdaş  üzrə  sərf  edilən 
materialların  dəyəri  (mllantıları  çıxmaqla)  və  verilmiş  əmək  haqqı 
tutulur. Çıxdaşa görə tutulmanın miqdarının həddi, çıxdaş edilən ayda 
günahkarın əmək haqqının 2/3 hissəsindən artıq olmamalıdır. 
Çıxdaşa  yol  verənin  əmək  haqqından  tutulmalann  məbləği  belə 
yazılışla əks etdirilir
DT  70  «Əməyin  ödənilməsi  üzrə  işçi  heyəti  ilə  hesablaşmaları) 
hesabı 
KT 28 «Çıxdaşdan olan itkilər» hesabı 
İstifadəsinin  mümkün  olan  qiyməti  ilə  anbara  mədaxil  edilmiş 
qınntılar hesablar üzrə belə yazılır: 
DT 10 «Materiallar» hesabı 
KT 28 «Çıxdaşdan olan itkilər» hesabı 
Keyfiyyətsiz materiallann göndərilməsi və ya elektrik enerjisinin, 
qazın, suyun, buxann və s. öz vaxtında verilməməsi ilə əlaqədar olaraq 
əmələ  gələn,  çıxdaşdan  olan  itkinin  ödənilməsinə  müəssisə  və 
təşkilatdan tutulmalı olan məbləğlər (razılaşdırılmış məbləğlər də) belə 
köçünnə ilə əks etdirilir: 
DT 63 «İddialar üzrə hesablaşmalar)) hesabı 
KT 28 «İstehsalatda olan çıxdaş)) hesabı 
Malgöndərənlərdən  bu  məbləğlərin  daxil  olmasına  belə  köçürmə 
verilir: 
DT  51  «Hesablaşma  hesabı))  hesabı  KT  63  «İddialar  üzrə 
hesablaşmalar))  hesabı  Çıxdaşdan  olan  axırıncı  itkilər,  düzəldilə 
bilməyən  çıxdaşın  və  düzəldilə  bilən  çıxdaşın  düzəldilə  bilməsi  üzrə 
xərclərin məbləğlərilə (28 «İstehsalatda olan çıxdaş)) hesabının debet 
dövri})yəsi), əmək haqqından tutulmaların, istifadəsinin mümkün olan 
qiyməti ilə anbara mədaxil edilən qırıntıların dəyərinin 
45 


məbləği  və  kefıyyətsiz  materialların  göndərilməsi  və  ya  elektrik 
enerjisinin,  qazın,  suyun,  buxarın  və  s.  öz  vaxtında  verilməməsi 
nəticəsində əmələ gələn çıxdaşdan olan itkinin ödənilməsinə müəssisə 
və  təşkilatlardan  tumimalı  olan  məbləğlər  (28  «İstelısalatda  olan 
çıxdaş» hesabının kredit dövriyyəsi) arasındakı fərq kimi aşkar edilir. 
istehsalda olan çıxdaşdan əmələ gələn axırıncı itkinin məbləğinə 
mühasibat köçürməsi belə tərtib edilir; 
DT 20 «Əsas istehsalat» hesabı 
KT 28 «İstehsalatda olan çıxdaş» hesabı 
Xarici çıxdaşın uçotunun bəzi xüsusiyyətləri vardır. 
Birincisi, o məhsul hazırlanan ayda deyil, ondan sonrakı aylarda 
aşkar  edilir.  Buna  görə  bu  çıxdaş  faktiki  istehsalat  maya  dəyəri  üzrə 
(.|iymətləndirilir, yəni ümumtəsəndifat xərcləri də daxil edilir. 
İkincisi,  çıxdaşdan  olan  itkilərə  həmçinin,  əgər  göndərmə  üzrə 
xərclər  malalan  tərəfindən  ödənilmək  üçün  hesaba  daxil  edilmişsə, 
çıxdaş  edilmiş  məhsulların  göndərilməsi,  sökülmə  və  qaytarma  üzrə 
nəqliyyat xərcləri aid edilir. 
Qaytarılan  çıxdaş,  çıxdaş  edilmiş  məhsul  malalanlar  tərəfindən 
hesab-fakturalar  ödənilincəyə  qədər  faktiki  maya  dəyəri  ilə  stomo- 
laşdırıcı yazı ilə əks etdirilir: 
1) DT 45 «Göndərilmiş mallar» 
hesabı KT 40 «Hazır məhsul» 
hesabı DT 40 «Hazır məhsul» 
hesabı KT 20 «Əsas istehsalat» 
hesabı 
Malalanlar  tərəfindən  hesab-fakturalar  ödənildikdən  sonra 
qaytarılan məhsul da həmçinin stomolaşdıncı yazı ilə əks etdirilir. 
Beləliklə,  malalanlar  tərəfindən  çıxdaş  edilmiş  hazır  məmulatın 
dəyəri 20 «Əsas istehsalat» hesabına bərpa edilir. Bundan sonra çıxdaş 
edilmiş məmulatlar 28 «İstehsalatda olan çıxdaş» hesabına silinir. 
Malalanlardan  qaytarılan  məhsullara  görə  daxil  olan  məbləğlər 
stomolaşdıncı  köçümıə  ilə  pulun  hansı  hesaba  köçürülməsindən  asılı 
olaraq 51 «Hesablaşma hesabı»nın və ya 90 «Bankların qısamüddətli 
ki‘editləri»  hesabının  debeti  üzrə  və  46  «Məhsulların  (işlərin, 
xidmətlərin) satışı» hesabının krediti üzrə əks etdirilir. 
46 


Bu məbləğlər, eyni zamanda kreditor borcu kimi stomo köçürməsi 
ilə deyil, adi köçürmə ilə 51 «Hesablaşma hesabı» hesabının (90> debeti 
üzrə və 62 «Malalanlar və sifarişçilərlə hesablaşmalar» hesabının krediti 
üzrə əks etdirilir. 
Malalanlarm  hesabına  hesaba  daxil  edilən  və  məhsulların 
qaytarılması ilə əlaqədar olaraq onlar tərəfindən ödənilməyən nəqliyyat- 
tədarükat xərcləri «İstehsalatda olan çıxdaş» hesabının debeti üzrə və 45 
«Gönədirlmiş  mallar»  hesabının  krediti  üzrə  əks  etdirilir.  Əgər 
nəqliyyat-tədarükat  xərcləri  malalanlar  tərəfindən  ödənilibsə,  onda  28 
«İstehsalatda olan çıxdaş» hesabının debeti üzrə və 62 «Malalan- lar və 
sifarişçilərlə hesablaşmalar» hesabının krediti üzrə əks etdirilir. 
Xarici çıxdaşdan olan itkilər, daxili çıxdaşdan olan itkilər kimi 28 
«İstehsalatda olan çıxdaş» hesabının kreditindən 20 «Əsas istehsalat)) 
hesabının debetinə silinir və çıxdaş aşkar edilən həmin məmulatın maya 
dəyərinə daxil edilir. 
Əgər  hesabat  dövründə  belə  məmulatlar  istehsal  edilmirsə,  onda 
xarici  çıxdaşdan  olan  itkilər,  əmtəəlik  məhsullar  arasında  ümumtə- 
sərrüfat xərclərinin bölüşdürülməsi üsulu ilə bölüşdürülür. 
Təminatla satılan məmulatların təmir xərcləri, mənfəət hesabına bu 
məqsədə  yaradılmış  ehtiyat  uçota  alınan  89  «Qarşıdakı  xərclər  və 
ödəmələr üçün ehtiyatlar)) hesabına silinir, təminatlı təmir xərclərinin 
müəyyən  edilmiş  normalarını  ötüb  keçən  məbləğlər  isə  28  «İs- 
tehsalatda olan çıxdaş)) hesabına aid edilir. 
Müəssisələrdə  boşdayanmalar  avadanlıqdan  və  işçi  qüvvəsindən 
natamam istifadə edilməsi ilə əlaqədar olaraq vəsaitin səmərəsiz itkisi 
və bu səbəbdən də məhsulun əldə edilməməsi deməkdir. 
Boşdayanma xarici və daxili səbəblər nəticəsində baş verir. 
Daxili  səbəblərdən  baş  verən  boşdayanmalar  sexlərdə  müxtəlif 
istehsalat  qüsurlarının  (alətlərin,  cizgilərin  olmaması,  avadanlığın  saz 
olmaması və b.), təchizatda olan çatışmamazlıqların və başqa səbəblərin 
nəticəsində müəssisənin özünün günahı üzündən baş verir. 
Xarici  səbəblərdən  boşdayanmalar  üzrə  itkilərin  ümumi  həcmi 
aşağıdakı xərclərin məcmuu ilə müəyyən edilir: 
47 


a) boşdayanma  dövründə  istehsalat  fəhlələrinin  əsas  əmək  haqqı 
(əgər  fəhlələr  başqa  işdə  istifadə  edilməyibsə,  müvafiq  ixtisaslann 
vaxtamuzd əmək haqqının tarif dərəcəsinin 50%-i hesabı ilə); 
b)  istehsalat fəhlələrinin əlavə əmək haqqı; 
v) boşdayanma dövründəki əmək haqqına müəyyən edilmiş faizlə 
sosial ehtiyaclara ayırmalar; 
q) boşdayanmadan sonra aqreqatların işə salınmasına və peçlərin 
qızdırılmasına  yanacaq  sərfi,  habelə  əgər  heç  olmasa  tam  gücü  ilə 
olmasa  da,  avadanlıq  fəaliyyətini  davam  etdirmişsə,  fəhlələrin  boş 
dayanması vaxtı yanacaq və elektrik enerjisi sərfi
d)  avadanlıqların  işi  ilə  əlaqədar  olan  ümumistehsalat  və 
ümumtəsərrüfat  xərclərinin  müəyyən  hissəsi  (onların  plan 
səviyyəsindən asılı olaraq). 
Xarici səbəblərdən boşdayanmalar, onun başlanması və qurtarması 
vaxtı, itkinin hesablanması (fəhlələrin əmək haqqının məbləği və sosial 
ehtiyaclara  ayınuaları,  boşdayanma  dövründə  sərf  edilən  yanacaq  və 
elektrik  enerjisinin  dəyəri),  səbəblər  və  günahkarlar  göstərilən  aktla 
rəsmiləşdirilir. Akta əsasən mühasibat köçürməsi tərtib edilir: 
DT-26  «Ümumtəsərrüfat  xərcləri»  hesabı  («Boşdayanmadan  it- 
kilər» maddəsi) 
KT-10,12,70, 69 və b. hesablar. 
Sonra  bu  xərclərə  maşın  və  avadanlıqların  saxlanılması  və 
istismarı üzrə xərclər əlavə edilir və boşdayanmanın bütün məbləğinə 
günahkara qarşı iddia qaldırılır. 
Qarşılıqlı razılıq və ya İqtisad məhkəməsinin qərarı əsasında xarici 
səbəbdən boşdayanmaya görə itkilərin ödənilməsi məbləğinə 10 saylı 
jumal-orderdə köçürmə tərtib edilir. 
DT 63 «lddialar üzrə hesablaşmalar» hesabı 
KT 26 «Ümumtəsərrüfat xərcləri» hesabı 
Daxili  səbəblərdən  boşdayanmalardan  olan  xərclər  istehsalın 
dayandırılması  nəticəsində  korlanmış  materiallann  dəyərindən,  əsas 
əmək  haqqından  və  sosial  ehtiyaclara  ayırmalardan,  sərf  edilmiş 
yanacaq  və  enerjinin  dəyərindən  və  s.  ibarətdir.  Onlar  25  «Ümum- 
istehsalat xərclərin hesabının debetində və 70, 69, 10 və b. hesabların 
kreditində əks olunur. 
48 


Təbii  fəlakət  nəticəsində  boşdayanmadan  olan  itkilər  məhsulun 
maya dəyərinə daxil edilmir və 80 «Mənfəət və zərərlər» hesabına aid 
edilir.  Yerdə  qalan  itkilər  hər  ay  26  «Ümumtəsərrüfat  xərcləri» 
hesabının kreditindən 20 «Əsas istehsalat» hesabının debetinə silinir və 
kalkulyasiyalarda ayrıca maddədə göstərilir. 
Davametmə  müddətinə  görə  boşdayanmalar  növbədaxili  (növbə 
müddətinin  bir  hissəsi  ərzində)  və  tam  növbəli  (bir,  yaxud  bir  neçə 
növbə ərzində) boşdayanmalara bölünür. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin