Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   63
596 (1)

ehtiyatların nçotn 
Gələcək  dövrlərin  xərclərinə  hesabat  dövründə  həyata  keçirilən, 
lakin gələcək hesabat dövrlərinə aid edilən məsrəflər aiddir. 
Təşkilatlarda  gələcək  dövr  xərclərinin  əsas  hissəsini  istehsalın 
hazırlanmasına  və  mənimsənilməsinə  çəkilən  xərclər  təşkil  edir. 
Bundan  başqa,  gələcək  dövr  xərclərinə  sonrakı  dövrlərə  görə  icarə 
ödəmələrinin haqqlarını, sənayenin mövsümi sahələrində (təmir fondu 
yaradılmayan  hallarda)  əsas  vəsaitlərin  təmiri  üzrə  xərclər,  gələcək 
dövrə qismən aid edilən xərclər və b. aid edilər. 
Gələcək dövr xərclərinin uçotunu müvafiq material, hesablaşmalar 
və  digər  hesabların  (10,  13,  70,69,76  və  b.)  kreditindən  31  «Gələcək 
dövrlərin  xərcləri»  aktiv  hesabının  debeti  üzrə  əks  etdirməklə  həyata 
keçirirlər.  Hər  ay  və  ya  digər  müddətlərdə  3  I  «Gə-  ləcək  dövrlərin 
xərcləri»  hesabının  debetində  uçota  alman  xərclər  20,  23,  25,  26,  44 
«Tədavül  xərcləri»,  81  «Mənfəətin  istifadəsi»,  88  «Bölüşdürülməmiş 
mənfəət  (örtülməmiş  zərər)»  hesablannın  debetinə  silinir.  Gələcək 
dövrün xərclərinin silinməsi, habelə müvafiq məsrəflərə və ya göstərilən 
xərclərin 
silindiyi 
digər 
mənbələrə 
silinməsi 
müddətləri 
qanunvericiliklə  və  digər  normativ  aktlarla  nizama  salınır  və  ya 
təşkilatların özü tərəfindən müəyyən edilir. 
Məsələn, ilin əvvəlinə 31 «Gələcək dövrlərin xərcləri» hesabında 
uçota alınan əsas vəsaitlərin təmiri üzrə xərcləri, ya hər ay - aylar üzrə 
istehsalın  həcminə  mütənasib  olaraq,  ya  əsas  vəsaitlərin  təmirinə 
nəzərdə tutulan plan üzrə məsrəflərə mütənasib olaraq, ya da aylar üzrə 
bərabər surətdə silirlər. Gələcək dövrün xərclərinin ümumi tərkibindən 
20 «Əsas istehsalat» hesabında ayrıca kal- kulyasiya maddəsində ancaq 
istehsalın hazırlanması və mənimsənilməsi üzrə xərcləri əks etdirirlər. 
Qalan  xərcləri  31  «Gələcək  dövrlərin  xərcləri»  hesabından 
toplayıcı-bölüşdürücü (25, 26) və ya digər hesabların debetinə silirlər. 
İstehsal  və  tədavül  xərclərinə  məsrəfləri  bərabər  surətdə  daxil 
etmək məqsədi ilə təşkilatlar müəyyən edilmiş qaydada gələcək xərclərə 
və  ödəmələrə  görə,  yəni,  işçilərin  məzuniyyətinin  gələcəkdə 
ödənilməsinə, uzun müddəi işləməyə görə hər il təltifalm 
51 


ödənilməsinə,  əsas  vəsaitlərin  təmir  xərclərinə,  istehsalın  mövsümi 
xarakteri ilə əlaqədar olaraq hazırlaq işləri üzrə istehsalat məsrəflərinə, 
kirayə  əşyalarının  təmiri  üzrə  gələcək  məsrəflərə,  qanunvericiliklə 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin normativ aktları ilə 
və  ya  məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyərinə  daxil  edilən 
məsrəflərin  tərkibinin  sahə  xüsusiyyətləri  ilə  nəzərdə  tutulan  illik 
işlərinin  yekununda  və  digər  məqsədlərə  görə  təltifatın  ödənilməsinə 
ehtiyat yarada bilərlər. 
Yaradılmış  ehtiyatları  89  «Qarşıdakı  xərclər  və  ödəmələr  üçün 
ehtiyatlar» adlı passiv hesabın krediti və istehsal və ya tədavül xərcləri 
hesablarının (20, 23, 25, 26 və b.) debeti üzrə əks etdirirlər. 
Əvvəl  hesablanmış  ehtiyatların  faktiki  istifadə  edilmiş 
məbləğlərini hesablaşma və digər hesabların (70 «Əməyin ödənilməsi 
üzrə  işçi  heyəti  ilə  hesablaşmalar»  hesabı  -  məzuniyyət  vaxtına  görə 
əməyin  ödənilməsinə  məbləğlər,  uzun  müddət  işləməyə  görə  hər  il 
verilən təltifata və b.) kreditindən 89 «Qarşıdakı xərclər və ödəmələr 
üçün ehtiyatları) hesabının debetinə silirlər. 
Ehtiyatların növləri üzrə məbləğlərin yaradılması və istifadəsinin 
düzgünlüyünü  dövrü  olaraq  (adətən  illik  hesabatı  tərtib  etməmişdən 
əvvəl)  smetaların, hesablamaların  və  b.  məlumatları üzrə  yoxlayır  və 
lazım  gəldikdə  düzəliş  edirlər.  Bir  qayda  olaraq,  ehtiyatların  artıq 
hesablanmış 
məbləğlərini 
storao 
edirlər, 
ehtiyatların 
tam 
hesabldanmamış  məbləğlərinə  isə  əlavə  mühasibat  köçürmələri  tərtib 
edirlər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin