Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§H. Yeni istehsalın mənimsənilməsinə çəkilən



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   63
596 (1)

§H. Yeni istehsalın mənimsənilməsinə çəkilən 
xərclərin uçotu 
Məhsulun maya dəyəri tərkibinə bilavasitə məhsulun cari istehsalı 
ilə əlaqədar olan, onun texnologiyası və təşkili ilə əlaqədar olan xərclər 
deyil, həm də istehsalın hazırlanmasına və mənimsənilməsinə çəkilən 
xərclər də daxil edilir. 
«İstehsalm hazırlanmasına və mənimsənilməsinə çəkilən xərclər» 
maddəsinə daxil edilən xərclərə aşağıdakılar aiddir; 
1. Yeni  müəssisələrin,  istehsalların,  sexlərin  və  aqreqatlann 
(buraxılış xərcləri) mənimsənilməsi xərcləri. 
2. Yeni növ məhsulların və istehsalın yeni texnoloji proseslərinin 
hazırlanması və mənimsənilməsi xərcləri. 
3.  Hazırlıq işləri xərcləri. 
4. Məhsul  buraxılışının  başlanğıcına  qədər  baş  verən  istehsalın 
hazırlanmasına çəkilən sair birdəfəlik xərclər. 
Yeni  növ  məhsulların  istehsalının  hazırlanmasına  və 
mənimsənilməsinə  çəkilən  buraxılış  xərcləri  əvvəlcə  31  «Gələcək 
dövrlərin  xərcləri»  hesabında  uçota  alınır  və  sonra  yeni  istehsalların, 
yeni növ məhsulların müəyyən edilmiş mənimsəmə müddətlərindən (2 
ildən artıq olmamaqla) asılı olaraq məhsulların maya dəyərinə aşağıdakı 
kimi mühasibat köçürmələri ilə daxil edilir: 
1.  DT 31 «Gələcək dövrlərin xərcləri» hesabı 
KT 10 «Materiallar» hesabı 
KT  70  «Əməyin  ödənilməsi  üzrə  işçi  heyəti  ilə  hesablaşmalar» 
hesabı və b. 
2.  DT20 «Əsas istehsalat» hesabı 
KT 31 «Gələcək dövrlərin xərcləri» hesabı 
Buraxılış  xərclərinin  və  yeni  məhsulların  hazırlanması  və 
mənimsənilməsi  xərclərinin  məhsulların  ayrı-ayrı  növləri  arasında 
bölüşdürülməsi,  bu  dövrdə  məhsul  vahidinə  çəkilən  xərclərin  ümumi 
məbləğindən, ödənilməsi müddətindən və'məhsul buraxı 
40 


lışının plan həcmindən asılı olaraq müəyyən edilmiş ödəmə normaları 
üzrə həyata keçirilir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin