Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§13. Köməkçi istehsalatların uçotunun xüsusiyyətləri



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   63
596 (1)

§13. Köməkçi istehsalatların uçotunun xüsusiyyətləri 
Əsas  istehsalata  və  müəssisənin  digər  bölmələrinə  xidmət  etmək 
üçün  təyin  edilən,  habelə  bir-birinə  qarşılıqlı  xidmət  göstərən  sexlərə 
köməkçi istehsalat deyilir. Köməkçi istehsalatın uçotu əsas istehsalatın 
uçotu qaydasından mahiyyətcə heç də fərqlənmir. 
Köməkçi  istehsalat  əsas  istehsalat  sexlərini  alətlərlə,  qurğularla, 
ştamplarla, enerjinin müxtəlif növləri ilə (elektrik enerjisi, buxar, qaz, 
hava,  su  və  s.)  nəqliyyat  və  başqa  xidmətlərlə  təmin  edir  və  habelə 
avadanlıqların və digər növ əsas vəsaitlərin təmirini həyata keçirir. 
Köməkçi  istehsalat  məsrəfləri  uçotunun  qurulmasına,  onların 
texnoloji  proseslərinin  xüsusiyyətləri  və  onlar  tərəfindən  buraxılan 
məhsulların  xarakteri  həlledici  dərəcədə  təsir  göstərir.  Bu  nöqteyi- 
nəzərdən köməkçi istehsalat sexləri iki qmpa bölünür: 
a) birincisi, sadə məhsul buraxan, qısa istehsal dövrlü sexlər (zavod 
elektrik stansiyası, buxar qazanı, nəqliyyat və b.); 
b) müxtəlif  cinsli  məhsullar  buraxan  uzun  istehsal  dövrlü  sexlər 
(alət, təmir-texniki, model istehsalı və b.) 
Köməkçi  istehsalat  üzrə  məsrəflər  23  «Köməkçi  istehsalat»  adlı 
hesabda  uçota  alınır.  Bu  hesabda,  məhsulların  maya  dəyəri  kalkulya- 
siya  edilir.  Bu  hesab  öz  məzmununa  görə  aktivdir,  kalkulyasiya 
hesabıdır.  İstehsal  məsrəflərinin  analitik  uçotu  köməkçi  istehsalatın 
növləri üzrə və məhsulun maya dəyəri kalkulyasiyası və uçotu üzrə sahə 
təlimatı  ilə  müəyyən  edilmiş  kalkulyasiya  maddələri  üzrə  həyata 
keçirilir. 


K.öməkçi istehsalatın birinci qrupuna, yəni sadə, bircinsli məhsul 
buraxan qrupuna, yanmfabrikatlar və bitməmiş istehsalatı sabit olan və 
ya əhəmiyyətsiz olan, kütləvi şəkildə, mürəkkəb olmayan və bircinsli 
məhsul buraxan istehsallar aid edilir. 
Bu  qrupun  köməkçi  sexlərində  istehsal  məsrəflərinin  analitik 
uçotu, məmulatların nöx lori üzrə bölüşdürülmədən məsrəf maddələri 
üzrə aparılır, çünki, bu istehsalda ancaq bir növ məhsul istehsal edilir. 
İkinci  qrupa,  yəni  mürəkkəb  istehsala,  müxtəlif  cinsli  məhsullar 
istehsal edən və bitməmiş  istehsalın qalığı olan köməkçi istehsalatlar 
aid edilir (təmir-mexaniki sexlər, alət sexi, modellər sexi). 
Belə istehsallarda müstəqim  məsrəflər məhsul, iş və xidmətlərin 
ayrı-ayrı  növləri  üzrə  uçota  alınır.  Bu  istehsalların  idarəetmək  və 
xidmət üzrə xərcləri əvvəlcə 25 «Ümum istehsalat xərcləri» hesabında 
uçota alınır və sonra 23 «Köməkçi istehsalam hesabına aid edilir. 
Mürəkkəb  köməkçi  istehsalatlarda,  istehsal  məsrəfləri  uçotunun 
müxtəlif üsulları, yəni normativ, sifariş üsulu və sex üzrə bütövlükdə 
bütün  məsrəfləri  əhatə  edib  icmallaşdırılan  və  yerinə  yetirilən  işlərin 
həcmindən  və  bitməmiş  istehsalatın  qalıqlarından  asılı  olmayaraq 
onların hər ay tamamilə silinməsini yüngülləşdirən üsullar tətbiq edilir. 
Beləliklə,  23  «Köməkçi  istehsalam  hesabının  debeti  üzrə  həm 
müstəqim məsrəflər əks olunur, həm də əvvəlcədən 25/1, 25/2, 28 saylı 
hesablarda  uçota  alınan  və  sonra  23  saylı  hesaba  keçirilən  müvafiq 
məsrəflər də əks olunur. 
Köməkçi  istehsalat  məhsulları  sex  maya  dəyəri  ilə  kalkulyasiya 
edilir,  yəni  daxildə  istifadə  olunan  məhsullara  ümumtəsərrüfat 
xərclərinin  müəyyən  hissəsi  əlavə  edilmir.  Lakin  kənara  (başqa 
müəssisə  və  təşkilatlara),  mənzil-koınmunal  və  başqa  qeyri-sənaye 
istehsalatları  və  təsərrüfatları  üçün  hazırlanmış  köməkçi  istehsalat 
məhsullarının  maya  dəyərinə,  ümumtəsərrüfat  xərclərinin  müvafiq 
hissəsi daxil edilir. 
50 


14. Gələcək dövr xərclərinin və qar^nlakt xərclər iiçiin 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin