Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§ ]0. Üstəlik xərdarin höli'njdiiritlinəsi üsulları



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   63
596 (1)

§ ]0. Üstəlik xərdarin höli'njdiiritlinəsi üsulları 
Məhsulun maya dəyərini düzgün hesablamaq üçün, avadanlığın işi 
ilə  əlaqədar  olan  xərclər  və  digər  kompleks  xərclərin  məhsulların 
ayrı-ayrı  növləri  arasındakı  bölüşdürülməsində  əsaslandırılmış  üsul- 
lann tətbiq edilməsinin böyük əhəmiyyəti vardır. Təcrübədə bu xərclər 
istehsalat  fəhlələrinin  əsas  əmək  haqqına  (mütərəqqi-müka-  fatlı 
sistemlər üzrə əlavə ödəməsiz); istehsalat fəhlələrinin norma- 
 


laşdmlmış  və  ya  faktiki  iş  vaxtına,  ayrı-ayn  məhsul  növlərinin 
istehsalında faktiki işlənmiş dəzgah-maşın-saatlara, faktiki buraxılmış 
əmtəəlik  məhsula  əmsal-maşın-saatlar  əsasında  hesablanmış, 
avadanlığın  saxlanması  və  istisman  üzrə  xərclərin  normativ  (smeta) 
məbləğinə 
mütənasib 
olaraq 
bölüşdürülür. 
Bu 
xərclərin 
bölüşdürülməsinin digər üsulları da məlumdur. 
Daha sadə və geniş yayılmış üsul istehsalat fəhlələrinin əsas əmək 
haqqına  mütənasib  olaraq  bölüşdürülməsi  üsuludur  (mütərəq- 
qi-mükafatlı  əlavə  ödəməsiz).  Lakin  bu  zaman  çox  halda  məhsulun 
maya  dəyəri  təhrif  olunur  ki,  bu  da  müxtəlif  məmulatların  istehsal 
proseslərinin mexanikləşmə dərəcələrinin fərqli olması ilə əlaqədardır. 
Misal  üçün,  bu  cür  çatışmamazlıqlar,  istehsalat  fəhlələrinin  nor- 
malaşdırılmış  və  ya  faktiki  iş  vaxtlarına  mütənasib  olaraq 
bölüşdürülməsi  üsulunda  da  mövcuddur.  Buna  görə  avadanlığın 
saxlanması və istismarı ilə əlaqədar olan xərcləri, məmulatlann maya 
dəyərinə  onların  hazırlandığı  şəraitdən,  istifadə  edilən  avadanlığın 
mürəkkəbliyindən,  avadanlığın  bir  saat  işləməsi  üçün  istismar 
məsrəflərinin həcmindən asılı olaraq aid etmək lazımdır. Bu tələblərə 
əmsal-ma- şm-saatlar əsasında hesablanmış, avadanlığın saxlanması və 
istismarı  üzrə  xərclərin  noiTnativ  (smeta)  məbləğlərinə  mütənasib 
olaraq  bölüşdürülməsi  üsulu  cavab  verir.  Həmin  üsulun  mahiyyəti 
aşağıdakılardan ibarətdir: 
Avadanlığın saxlanması və istismarı üzrə xərclərin plan məbləğini 
müəyyən etmək üçün məmulat və ya sifarişə bir sıra ardıcıl hesablama 
aparmaq  lazımdır.  Hər  şeydən  əvvəl,  müəssisənin  hər  bir  sexinin 
avadanlıqları,  avadanlığın  bir  saat  işləməsi  üçün  çəkilən  istismar 
məsrəflərinin təxminən eyni həcmi əlamətinə görə bircinsli qruplarda 
birləşdirilir. Sonra hesablaşma yolu ilə avadanlığın hər bir qrupu üçün, 
avadanlığın bir  saat işləməsindən  ötəri  lazım  olan  xərclərin normativ 
həcmi  tapılır.  Avadanlıqların  qruplarından  biri,  bir  vahid  kimi  qəbul 
edilir  və  ona  nisbətən  avadanlıqların  qalan  qrupları  üçün  əmsal 
hesablanır.  Əmsalların  mövcud  olması,  əvvəlcədən  hər  bir  qrupun 
maşın-saatlarını 
əmsal-maşm-saatlara 
çevirməklə, 
avadanlığın 
.müxtəlif  qrupları  üçün  (məmulatlar  çərçivəsində)  vaxt  məsrəflərini 
toplamaq mümkündür. Bu əmsallar və habelə ava- 
36 


danlığm bir saat işləməsi üçün əldə edilən məsrəflərin normativ həcmi, 
avadanlığın  plan  yükünün,  enerjinin  tarif  stavkasını  və  i.a. 
dəyişilməsindən  asılı  olaraq  dövrü  surətdə  dəqiqləşdirilməlidir.  Sonra 
isə  sexdə  hazırlanan  hər  bir  məmulat  və  ya  komplekt  detallar  və 
qovşaqlar üzrə, avadanhqlann müvafiq qruplarının maşın-saat işlərinin 
lazımi  miqdan  hesablanır.  Daha  sonra  avadanlığın  hər  bir  qrup  üçün 
müəyyən  edilmiş  əmsallara  müvafiq  olaraq  maşın-saatları, 
əmsal-maşın-saatlan  hesablanır.  Bu  məqsəd  üçün  həmin  qrupun 
maşın-saatlanmn  miqdan,  xərclərin  əmsalına  vurulur.  Sex  üzrə 
avadanlığın saxlanılması və istismarı üzrə xərclərin smetasının ümumi 
məbləğini, istehsalat planının yerinə yetirilməsi üçün lazım olan həmin 
plan  dövründəki  əmsal-maşm-saatların  ümumi  miqdarlarına  bölmək 
yolu  ilə  əmsal-maşın-saatın  plan  maya  dəyərinin  müəyyən  edilməsi 
növbəti mərhələdir. 
Sex  tərəfindən  hazırlanan  bir  məmulat  və  ya  komplekt  detala  və 
qovşaqlara çəkilən məsrəflərin smeta stavkası, bir əmsal-maşın-saa- tm 
plan  dəyərini,  hər  bir  məmulat  üzrə  əmsal-maşm-saatların  miqdarına 
vurmaq yolu ilə tapılır. 
Ay  ərzində  avadanlığın  saxlanılması  və  istismarı  üzrə  xərclərin 
faktiki məbləği, ayın axırına olan bitməmiş istehsalat qalığındakı həmin 
xərclərin məbləğini nəzərə almaqla, faktiki buraxılmış məhsulların bir 
məmulatına smeta stavkası ilə hesablanmış bu xərclərə mütənasib olaraq 
bölüşdürülür. 
Smeta stavkasını hesablayan zaman daha çox zəhmət tələb edən iş, 
xərclərin əmsallarını sonra hesablamaq üçün lazım olan, avadanlıqların 
qrupları  üzrə  bir  maşın-smetaya  çəkilən  nonuativ  xərclərin  həcmini 
müəyyən  etməkdən  ibarətdir.  Bu  vəziyyət,  baxdığımız  üsulun  geniş 
yayılmasının  qarşısını  alan  ən  başlıca  səbəb  kimi  xidmət  edir.  Smeta 
stavkasmın  hesablanmasının  çox  zəhmət  tələb  etr'əsini,  bir  sıra  eyni 
cinsli  müəssisələr  üçün  mərkəzləşmiş  qaydada  müəyyən  edilən, 
avadanlığın  qmpları  üzrə  xərc  əmsallarının  köməkliyi  ilə  azaltmaq 
mümkündür. 
Avadanlığın  saxlanılması  və  istismarı  üzrə  xərclərin  smeta  stav- 
kalarmın hesablanmasının oxşar qaydası, həmçinin alət və təmir sexləri 
tərəfindən yerinə yetirilən işləri də daxil etməklə, müxtəlif cinsli kiçik 
sifarişlərə də nəzərdə tutulmuşdur. Bu cür sifarişlərə 
37 


smeta  stavkalan,  həmin  sifarişlərə  istehsalat  fəhlələrinin  əsas  əmək 
haqqı  məbləğlərindən  və  ayrı-ayn  mexanikləşdirilmiş  və  mexanik- 
ləşdirilməmiş  işlər  üzrə  avadanlıqların  saxlanılmasına  və  istismarına 
çəkilən xərclərin, əmək haqqının bir manatına olan normativ həcmindən 
asılı olaraq müəyyən edilir. 
Müəssisədə  ümumistehsalat  və  ümumtəsərrüfat  xərclərinin  çox 
hissəsi son nəticə etibarı ilə müstəqim xərc  maddələri kimi 20  «Əsas 
istehsalat))  hesabında  əks  etdirilir.  Həmin  xərclərin  ümumi 
məbləğindən  müəyyən  hissəsi  25  "Ümumistehsalat  xərcləri"  və  26 
«Ümumtəsərrüfat  xərcləri))  hesablarının  kreditindən  28  "İstehsalatda 
olan  çıxdaş"  hesabının  (buraya  yalnız  ümumistehsalat  xərcləri  aid 
edilir)  debetinə,  31  "Gələcək  dövrlərin  xərcləri"  hesabının  (yeni 
istehsalın mənimsənilməsi üçün) debetinə və 80 «Mənfəət və zərərlər)) 
hesabının  debetinə  (ayrı-ayrı  sexlərin  və  ümumiyyətlə  müəssisənin 
işində olan müvəqqəti fasilələrə düşən hissəsi) keçirilir. Bundan başqa, 
23  «Köməkçi  istehsalat))  və  29  «Xidmətedici  istehsalatlar  və 
təsərrüfatlar))  hesablarının  debetində  uçota  alman  kənar  üçün  yerinə 
yetirilmiş  sifarişlərin  maya  dəyərinə  daxil  edilmiş  məbləğlər  26 
«Ümumtəsərrüfat xərcləri)) hesabından silinir. 
Müəssisədə  ümumistehsalat  və  ümumtəsərrüfat  xərclərinin  bu 
qaydada uçota alınması və bölüşdürülməsinə görə 20 «Əsas istehsalat)) 
hesabında bu xərclərin yalnız bir hissəsi, daha doğrusu, əsas hissəsi əks 
etdirilir. Göstərilmiş xərclərin ümumi məbləği ilə 20 «Əsas istehsalat)) 
hesabında  müstəqil  olaraq  göstərilmiş  məbləğ  arasındakı  fərq  isə, 
qismən digər kompleks maddələrin (çıxdaşdan və boş dayanmadan olan 
itkilər)  və  gələcək  hesabat  dövrünün  xərcləri  (mənimsəməyə  aid 
bölüşdürülməmiş xərclər) tərkibində əks etdirilir. 
Müəssisədə istehsal olunan məhsulun maya dəyərinin uçotu üçün 
qeyri-müstəqim məsrəflərin bölüşdürülməsi qaydası haqqındakı məsələ 
böyük əhəmiyyət daşıyır. 
Son  məhsula  görə  məsrəflərin  bölüşdürülməsi  sistemində  iki 
mərhələ  nəzərdə  tutulur.  Xərclərin  birinci  bölüşdünnə  mərhələsində 
köməkçi  sexlər  tərəfindən  müəssisənin  öz  əsas  sexləri  üçün  yerinə 
yetirilmiş işlərin maya dəyərini hesablamaq, çıxdaş və boşdayanmadan 
olan itkilərin qədərini müəyyən etmək, habelə istehsalat 
38 


maya  dəyəri  elementlərinin  tərkibində  müstəqil  əks  etdirilən  ümu- 
mistehsalat,  ümumtəsəndifat  və  digər  kompleks  xərclərin  ümumi 
məbləğini müəyyən etmək nəzərdə tutulur. Burada ümumistehsalat və 
ümumtəsərrüfat  xərclərinin  bir  hissəsini  təmir  və  əsaslı  tikinti  üzrə 
işlərin və xidmətlərin maya dəyəri üzərinə, mənimsəmə xərclərinə və s. 
keçirilməsi, qarşılıqlı xidmət, habelə əsas sexlərə xidmət göstərilməsi 
üzrə  köməkçi  sexlər  tərəfindən  aparılan  işlərə  aid  edilmiş  məsrəflərin 
qədərinin hesablanması və s. nəzərdə tutulur. 
Məhsula 
çəkilən 
məsrətlərin 
bölüşdürülməsinin 
ikinci 
mərhələsində  20  «Əsas  istehsalat»  hesabına  yazılmış  kompleks 
məsrəfləri (ümumistehsalat və ümumtəsərrüfat xərcləri, çıxdaşdan olan 
itkilər,  mənimsəmə  ilə əlaqədar  olan  xərclər  və  s.)  bir tərəfdən, hazır 
məhsul  və  bitməmiş  istehsalat  arasında,  digər  tərəfdən,  ayrı-ayrı 
məmulat növləri arasında bölüşdürmək nəzərdə tutulur. 
İstər  bütün  satlıq  məhsulun,  istərsə  də  buraxılan  müxtəlif  növlü 
məmulatın hər vahidinin maya dəyərini düzgün müəyyən etmək üçün 
məsrəfləri bölüşdünnə sisteminin mühüm iqtisadi əhəmiyyəti vardır. 
Qeyri-müstəqim xərclər konkret məmulatların istehsalına nə qədər 
dəqiq keçirilərsə, onların maya dəyəri bir o qədər real olar, rentabellik 
bir o qədər düzgün aydınlaşdınlıb planlaşdırılmış olar, habelə məhsulun 
ayn-ayrı növləri üçün buraxılış qiymətləri dəqiq müəyyənləşdirilə bilər. 
İstehsalın  idarə  edilməsi  və  ona  xidmət  xərcləri  çox  zaman  şərti 
bölüşdürmə yolu ilə müvafiq məmulatın maya dəyərinə daxil edilir. 
Hazırda  qüvvədə  olan  təcrübə  bu  və  ya  digər  qeyri-müstəqim 
xərclərin  istehsalat  fəhlələrinin  əmək  haqqına  (mütərəqqi  mükafatlı 
əlavə  ödəmələrsiz);  emal  məsrəflərinə,  avadanlığın  işinin  maşın-  saat 
miqdarına, eyni növlü avadanlıq qruplarının maşın-saat əmsalı əsasında 
hesablanmış  smeta  stavkalarına,  sex  maya  dəyərinə,  adam-  saat 
miqdarına, hasil edilən məhsulun, yaxud emaldan keçirilən xammalın 
miqdarına və şairəyə mütənasib olaraq bölüşdürülməsini nəzərdə tutur. 
Müəssisədə  ümumistehsalat  və  ümumtəsərrüfat  xərcləri 
avadanlığın saxlanması və istismarı ilə əlaqədar olan xərclərlə 
.^9 


birlikdə,  istehsalat  fəhlələrinin  əmək  haqqına  (mütərəqqi  mükafatlı 
əlavə ödəməsiz) mütənasib olaraq bölüşdürülür. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin