Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
596 (1)

müstəqim xərclərin uçota 
Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  əmək  haqoımn 
müəyyən  edilməsi,  verilməsi  qaydalannda  bir  sıra  dəyişikliklər 
edilmişdir. Hər şeydən əvvəl, müəssisələr əmək haqqı fondunu sərbəst 
surətdə müəyyənləşdirirlər. Əgər müəssisələrin kifayət qədər vəsaitləri 
vardırsa, onlar əmək haqqını da artıra bilərlər. 
Bununla  əlaqədar  olaraq,  son  dövrlərdə  istehsal  xərclərinin 
tərkibində  əmək  haqqına  çəkilən  xərclər  də  artır.  Məhsulun  maya 
dəyərinin  aşağı  salınmasında  əmək  haqqı  xərclərinin  nisbətən 
azaldılması  (məhsul  vahidinə  düşən  əmək  haqqı  məbləğləri  nəzərdə 
tum- lur) mühüm əhəmiyyətə malikdir. Bu işdə əmək haqqı xərclərinin 
uçotunun düzgün təşkili də mühüm əhəmiyyət kəsb edir. 
21 


Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  1996-cı  il  16 
avqust  tarixli  111  saylı  qərarı  ilə  qəbul  edilmiş  Əsasnamə  ayrı-ayrı 
məmulatın  maya  dəyərinə  müstəqim  xərc  şəklində  daxil  edilən  əmək 
haqqının payını olduqca genişləndirmişdir. 
Əsasnamədə nəzərdə tutulur ki, "İstehsalat fəhlələrinin əsas əmək 
haqqı"  maddəsində  məhsulun  müəyyən  növünün  istehsalı  prosesində 
bilavasitə  məşğul  olan  həm  istehsalatda  çalışan  fəhlələrin  və  həm  də 
mühəndis-texniki işçilərin əmək haqqı tənzimlənir və uçota alınır. Bura 
işəmuzd  normalarla  və  rassenkalarla  işlərin  ödənilməsi,  əməyin 
vaxtamuzd ödənilməsi, işəmuzd mükafath sistemlər üzrə əməyin əlavə 
ödənilməsi, istehsalın normal şəraitdən kənarlaşmalarla (avadanlıqların, 
materialların, alətlərin müvafiq olmaması və texnoloji prosesdən digər 
kənarlaşmalar)  əlaqədar  olaraq  əsas  işəmuzd  rassenkalara  əlavələr, 
rayon əmsalları üzrə əlavə ödəmələr və b. daxildir. 
İstehsalat uçotunda cari uçotun, xüsusilə məhsul istehsalı və əmək 
haqqı üzrə əməliyyatların sənədləşdirilməsi səmərəli təşkil olunmalıdır. 
İlkin sənədlərin səmərəli qurulması və məhsul istehsalı və əmək haqqı 
uçotunun  düzgün  təşkil  olunması  onunla  əlaqədardır  ki,  mahiyyətcə 
sənədlərlə, işçilər və müəssisə arasında olan qarşılıqlı pul münasibətləri 
rəsmiləşdirilir. Ona görə sənədlərin məzmunu fəhlələrə və qulluqçulara 
aydın olmalıdır. 
Məhsul istehsalı və əmək haqqının uçotu üzrə ilkin sənədləri, digər 
əməliyyatların  uçotuna  nisbətən,  demək  olar  ki,  müəssisənin  bütün 
xidmətləri  -  emək  və  əmək  haqqı,  plan-iqtisad,  texniki-nəza-  rət, 
kadrlar,  istehsalat-dispetçer,  mühasibat  və  b.  şöbələr  ,  istifadə  edirlər. 
Ona  görə  ilkin  sənəd  formalarını  və  sənəd  dövriyyəsini  işləyib 
hazırlayan zaman bu xidmətlərin işində təkrara yol verməmək lazımdır, 
operativ-texniki,  mühasibat  və  statistik  uçot  üçün  göstəricilərin 
vahidliyini  təmin  etmək  və  ilkin  sənədlərin  mexaniki  üsulla  tərtib 
olunması və işlənməsinin bütün imkanlarından istifadə etmək lazımdır. 
Hazırda  müəssisələrdə  məhsul  istehsalının  uçotu  naryadlar, 
məhsul istehsalı haqqında cədvəllər, raportlar, marşrut vərəqələri, əlavə 
ödəmə  vərəqəsi  və  bəzi  digər  sənədlər  əsasında  həyata  keçirilir.  Bu 
sənədlər məzmununa, fonnasma, təsir müddətinə və i.a. görə 
22 


olduqca müxtəlifdir. Lakin onlarda çoxlu ümumilik vardır:  sənədlərdə 
bir  qayda  olaraq,  fəhlələrin  məhsul  istehsalı  və  əmək  haqqı  haqqında 
məlumatlar əks olunur. Bu məlumatlara aşağıdakılar: iş vaxtı (ay, gün, 
növbə),  iş  yeri  (sex,  sahə,  avadanlığın  növü  və  b.),  iş  tapşırığı 
(əməliyyatın  nömrəsi,  məhsulun  hissəsi,  buraxılmış  xammal  və 
materiallann miqdarı, əməyin ödənilən növləri və b.), məhsul istehsalı 
və  əmək  məsrəflərinin  nonnativləri  (işlərin  dərəcələri,  vaxt  normalan, 
məhsul  istehsalı  və  ya  xidmət  normaları,  normalaşdırılmış  tapşırıqlar, 
rassenkalar və b.), tapşırığın, işin icraçılan (tabel nömrəsi  \ ə fəhlənin 
soyadı,  dərəcə,  kateqoriya,  peşə  və  b.),  tapşırığın,  işin  faktiki  icrası 
(məhsulun yararlı hissəsi, yararlı məhsul, çıxdaş məhsul, texniki nəzarət 
xidməti,  ustalar  və  digər  şəxslər  tərəfindən  işlərin  qəbul  edilməsi, 
materialların qalıqları və i.a), yerinə yetirilmiş işlərə görə hesablanmış 
əmək haqqının məbləği (yararlı məhsula görə, çıxdaş məhsula görə və 
i.a.) aiddir. 
Göstərilən  rekvizitlər,  işlərin  fərdi  və  ya  briqada  ilə  yerinə 
yetirilməsindən asılı olmayaraq məhsul istehsalı və əmək haqqının uçotu 
üzrə  ilkin  sənədlərin  çoxuna  xasdır.  Sonuncu  halda  (yəni,  briqada 
halında) sənədlərə əlavə olaraq briqadirlərin və briqada üzvlərinin tabel 
növrələri və soyadları, hesablaşma əmsalları və b. daxil edilir. 
Müəssisələrdə  məhsul  istehsalı  ilə  məşğul  olan  fəhlələrə 
hesablanmış  əmək  haqqı,  kalkulyasiya  obyektləri  üzrə  ilkin  sənədlər 
əsasında  müstəqim  əlamətlərinə  görə  bölüşdürülür.  Vaxta  muzdçu 
istehsalat fəhlələrinin vaxtamuzd əmək haqqı istehsal edilən məhsulun 
maya  dəyərinə  ya  müstəqim  əlamətlərinə  görə  və  ya  işəmuzd  əmək 
haqqının  nomrativ  xərclərinə  mütənasib  olaraq  bölüşdürmək  yolu  ilə 
daxil edilir. Müəssisələrdə gecə vaxtı işləməyə görə, müəyyən edilmiş 
mükafatlandırma  sistemləri  üzrə  əmək  haqqı  fondundan  verilən 
mükafatlar, iş vaxtından sonra işləməyə görə, əsas 'şdən azad olmayan 
briqadirlərə  briqadaya  etdiyi  rəhbərliyə  görə  və  digər  müxtəlif  əlavə 
ödəmələr kalkulyasiya obyektləri üzrə işəmuzdçu fəhlələrin müstəqim 
əmək haqqına mütənasib olaraq bölüşdürülür. 
Əsas  əmək  haqqının  bilavasitə  bölüşdümlə  bilməyən  hissəsinin 
ayrı-ayrı  növləri  maya  dəyərinə  hər  məhsul  vahidi  üçün  vaxtaşırı 
hesablanmış smeta stavkalanna mütənasib olaraq daxil edilir. Bölüş 
23 


dürmənin bu və yaxud digər üsulunun daha dəqiq tətbiq edilə bilməsi 
"Sahə təlimatında" nəzərdə tutulur. 
Əlavə  əmək  haqqı  ayrı-ayrı  məhsul  növlərinin  arasında  dolayı 
yolla  -  istehsal  fəhlələrinin  əsas  əmək  haqqına  mütənasib  olaraq 
bölüşdürülür və kalkulyasiya olunan obyektlərdə adətən eyni adlı xərc 
maddəsi üzrə əks etdirilir. 
Sosial  ehtiyaclara  ayırmalar  müxtəlif  məhsul  növlərinin  payına 
düşən əmək haqqı xərclərinin yekunundan, müəyyən olunmuş ayırma 
tariflərinə müvafiq olaraq hesablanır və həmin məhsul növlərinin maya 
dəyəri kalkulyasiyalarında ayrı-aynhqda göstərilir. 
Əsas  və  əlavə  əmək  haqqı  məbləğlərindən  müəyyən  edilmiş 
normalarla  istehsalat  fəhlələrinin  sosial  ehtiyaclanna  ayırmalar  20 
«Əsas  istehsalat)!  hesabının  debetinə  aid  edilir.  Yəni,  Dt  20  «Əsas 
istehsalat)),  Kt  69  «Sosial  sığorta  və  təminat  üzrə  hesablaşmalar)) 
hesabı olur. 
Ümumistehsalat  və  ümumtəsərrüfat  heyətinin  əmək  haqqı  üzrə 
sosial ehtiyaclara ayırmalar müvafiq olaraq 25 və 26 saylı hesablara aid 
edilir. Yəni, 
DT 25 "Ümumistehsalat xərcləri" hesabı 
DT 26 «Ümumtəsərrüfat xərcləri)) hesabı 
KT 69 «Sosial sığorta və təminat üzrə hesablaşmalar)) hesabı olur. 
İstehsalat fəhlələrinin məzuniyyətinə görə əmək haqqı üzrə sosial 
ehtiyaclara ayınualar 89 saylı hesaba aid edilir. Yəni, 
DT 89 "Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar" hesabı 
KT 69 «Sosial sığorta və təminat üzrə hesablaşmalar)) hesabı olur. 
Sosial ehtiyaclara ayırmaların məbləği, əsas və əlavə əmək haqqı 
məbləğlərini,  ayırmaların  müəyyən  edilmiş  faizinə  vurub  və  100-  ə 
bölməklə  müəyyən  edilir.  Ayırmalann  məbləğləri  12,  13  və  15  saylı 
cədvəllərə yazılır. 
Bu  qayda  ilə  müəssisənin  planında  müəyyən  edilmiş  mükafat 
faizlə,  istehsalat  fəhlələrinin  əmək  haqqından  sexlər  çərçivəsində 
fəhlələrin  məzuniyyətlərinin  ödənilməsinə  ehtiyat  məbləğləri 
hesablanır. 
24 


Xərclərin  istiqaməti  üzrə  (kalkulyasiya  obyektləri  və  xərc 
maddələri)  istehsalat  fəhlələrinin  və  sair  inzibati  heyətin  əmək 
haqqlarını  qruplaşdırmaq  üçün  əmək  haqqının  bölüşdürähnəsinin 
hazırlıq  cədvəli  (1  saylı  formada)  tərtib  edilir.  Bu  sənədlərin 
məlumatları  əsasında  istehsalat  uçotunun  12,  13  və  15  saylı 
cədvəllərində  və  10  və  10/1  saylı jurnal-orderlərdə  qeydlər  edilir.  Bu 
zaman  20,  23,  25,  26,  28,  29,  31,  89  və  b.  hesablar  debetləşir  və  70 
«Əməyin  ödənilməsi  üzrə  işçi  heyəti  ilə  hesablaşmaları)  hesabı 
kreditləşir. 
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin