Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə6/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

NİTQ QÜSURLARININ TƏSNİFATI


Ġnsanda nitq digər adamlarla ünsiyyət prosesində yaranır və inkiĢaf edir. ġifahi nitq-insanın ümumi mədəniyyətinin parlaq göstəricisidir. O, nəinki savadlı, dəqiq və məntiqi fikrin ifadəçisi, həm də düzgün tələffüz qaydalarının əks etdirilməsidir. UĢaqlarda zəngin lüğət ehtiyatına malik, qrammatik cəhətdən düzgün və tələffüzünə görə aydın nitq tərbiyə etmək lazımdır.

Adətən, Ģifahi nitq ana dilinin normalarına müvafiq olur. Lakin bəzi səbəblərin göstərdiyi təsir nəticəsində bu normalar pozulmuĢ olur və nitqdə düzgün olmayan səs tələffüzü, kəkələmə, tın-tınlıq, dizartriya, alaliya kimi qüsurlar özünü göstərir. Belə pozulmalar bəzən nitqi çətinləĢdirir, bəzən isə tamamilə nitqdən ünsiyyət vasitəsi kimi istifadəni qeyri-mümkün edir. Tədqiqatlar göstərir ki, müasir dövrdə altı yaĢına qədər uĢaqların 30 %-dən çoxu tələffüz qüsurlarına malikdirlər. UĢaqların bəzilərində bu qüsurlar məktəbə gedəndə də onlarda qalır və təlim-tərbiyə prosesində özünün mənfi təsirini göstərir.

Nitq qüsurları bir çox orfoqrafik səhflərin buraxılmasında əsas səbəblərdən biridir. Orfoqrayiya qaydalarının mənimsənilməsi təkcə Ģagirdin sözün morfoloji quruluĢunu müəyyənləĢdirmək bacarığından asılı olmayıb, həmçinin onun düzgün səs tələffüzü normalarını qavramasından, səslə hərfi fərqləndirmək bacarığından, vurğunu müəyyənləĢdirməkdən, deyiliĢlə yazılıĢ arasındakı fərqi bilməyindən də çox asılıdır.

Ümumiyyətlə, nitq qüsurlarının əmələ gəlmə səbəbləri çox müxtəlifdir.

Nitq qüsurlarını yaradan səbəblər arasında əlveriĢsiz xarici (ekzogen) və daxili (endogen) faktorları və eləcə də ətraf mühitin ekoloji Ģəraitini fərqləndirirlər.

Müxtəlif səbəblərin araĢdırılmasında alimlər təkamül dinamik yanaĢmadan – qüsurun yaranma prosesinin təhlili, anormal inkiĢafın ümumi qanunauyğunluqları və hər bir yaĢ dövrü üçün nitqin inkiĢaf qanunlarını hesaba almaq üsulundan istifadə edirlər. (Ġ.Ġ.Seçenov,

Ġ.S.Viqotskiy, V.S.Lubovskiy və s.)

Psixi və nitq proseslərinin formalaĢdırılmasında bioloji və sosioloji amillərin birliyi prinsipi nitq sisteminin yaranmasına nitq mühitinin, ünsiyyətin, emosional əlaqə və digər faktorların göstərdiyi təsiri, müəyyən etməyə imkan verir. Nitq mühitinin mənfi təsiri dedikdə buna valideynləri lal-kar olan, zəif eĢidən uĢağın ailəsində əsəbi vəziyyəti demək olar.

Məktəbəqədər yaĢ dövründə uĢaqların nitqi tez zədələnə bilən funksional sistem olduğundan və mənfi təsirlərə asan məruz qaldığından, məhz bu dövrdə bu və ya digər səbəblərdən nitq qüsurları daha çox özünü göstərir.

Məktəbəqədər yaĢ dövründə daha çox müĢahidə edilən nitq qüsurları: l, r samitlərinin qüsurlu tələffüzü, nitq sürətinin ləng və ya tez olması, səslərin qarıĢdırılması və böyükləri yamsılamaq nəticəsində meydana çıxır.

Qeyd etmək lazımdır ki, nitqin pozulması, onun inkiĢafının ən böhranlı mərhələlərində 1 yaĢla 2 yaĢ arasında, 3 yaĢında və 6-7 yaĢlarında baĢ verə bilər.

UĢaq nitqinin patalogiyasını aĢağıdakı səbəblərlə xarakterizə etmək olar:

1.Dölün inkiĢafında pozulmalara səbəb olan müxtəlif bətndaxili patalogiyadar.

Nitqin ən kobud qüsurları dölün inkiĢafının 4 həftəsindən –4 ayına qədərki mərhələdə yaranan mənfi təsirlər nəticəsində meydana gəlir. Nitq qüsurunun baĢ verməsi, hamiləlik zamanı güclü toksikoz, viruslu və endokrin xəstəliklər, zədələr (psixi və fiziki) rezus-faktora görə qan uyğunsuzluğu və digərləri səbəb ola bilər.

2.DoğuĢ zədələri və asfiksiya (tənəffüsün pozulması nəticəsində beynin oksigen çatıĢmamazlığı) nəticəsində uĢağın kəllədaxili qansızmaları nitq qüsurlarının yaranmasına gətirib çıxara bilər.

3.UĢağın həyatının birinci ilində keçirtdiyi müxtəlif xəstəliklər. Beynin zədələnmə vaxtından və lokallaĢmasından asılı olaraq, nitq qüsurları müxtəlif cür özünü göstərir: nitqin inkiĢafına ən çox zərər verən faktorlar mütəmadi yoluxucu-viruslu xəstəliklər, menenqo-ensefalit və ilkin mədə-bağırsaq pozulmalarıdır.

4.Kəllənin beyin silkələnməsi ilə müĢayiət edilən zədələnmələri.

5.Ġrsilik.

Bu halda nitq qüsurları ümumi əsəb sisteminin pozulmasının yalnız bir hissəsini və intellektual, hərəkət çatıĢmamazlıqları ilə uyğunlaĢmasını təĢkil edəcəkdir.

6.Sosial-məiĢət Ģəraitinin əlveriĢli olmaması, vegetativ disfiksiya, emosional-iradi sfera pozğunluqları və nitq inkiĢafındakı çatıĢmamazlıqlar nitq qüsurlarının yaranmasına səbəb ola bilər. Göstərdiyimiz bütün səbəb və bu səbəblərin bir-birinə qovuĢması nitqin müxtəlif tərəflərinin pozulmasını Ģərtləndirir.

Nitq qüsurlarını yaradan səbəbləri araĢdırarkən nitq qüsurları ilə mühafizə edilmiĢ analizator və onların funksiyaları arasındakı münasibətləri nəzərə almaq lazımdır. onlar korreksiya təlimində kompensasiya üçün əsas mənbə təĢkil edirlər.

Nitq qüsurlarının aradan qaldırılmasında müxtəlif anomaliyaların erkən diaqnostikası böyük əhəmiyyət kəsb edir. Əgər nitq qüsuru uĢaq məktəbə getdiyi zaman aĢkar edilirsə və ya ibtidai sinifdə müəyyən edilərsə, onları korreksiya etmək çox çətin olur, bu isə tədris materialının mənimsənilməsinə mənfi təsir göstərir. Əgər bu qüsurlar uĢağın çağalıq, ya da məktəbəqədər yaĢ dövründə aĢkar edilirsə, ilkin tibbi və pedaqoji korreksiya nəticəsində onun məktəbdə təlimdə uğurları yüksək olacaqdır.

UĢaqların inkiĢafından geri qalmasının erkən aĢkar edilməsi birinci növbədə «yüksək risqli» ailələrdə aparılır. «Yüksək risqli» ailələrə aĢağıdakılar aiddir.

1.Artıq bu və ya digər qüsurlu uĢağın olduğu ailələr:

2.Valideynlərdən birində və ya hər ikisində əqli gerilik, Ģizofreniya, eĢitmə qüsuru olan ailələr;

3.Hamiləlik dövründə anaların ağır toksikoz (doğuĢdan sonra) kəskin yoluxucu xəstəliklər keçirdiyi ailələr;

4.UĢaqların bətndaxili oksigen aclığı, doğuĢdan sonra asfiksiya, zədə və ya neyroinfeksiya keçirtmiĢ, həyatının ilk aylarında kəllə-beyin travmaları almıĢ ailələr.

Nitq inkiĢafının pozulmasının profilaktikası da uĢaqların dispanezerizasiyası böyük rol oynayır.

Bundan əlavə məktəbin və ailənin də nitq qüsurlarını aradan qaldırmaq və qarĢısını almaqda rolu böyükdür.

Buna görə də uĢaq müəssisələri və ailə qarĢısında duran əsas vəzifə uĢağın nitqini inkiĢaf etdirmək və onun vasitəsilə sözün ən geniĢ mənasında ümumi mədəniyyətini yüksəltməkdir.

Bu vəzifənin öhdəsindən gəlmək üçün uĢaqlarda müĢahidə edilən nitq qüsurları pedaqoji vasitələrlə korreksiya edilməli və qarĢısı alınmalıdır. Göstərmək lazımdır ki, nitq qüsurları hər hansı amorf, qrup olmayıb, müxtəlif forma, xüsusiyyətlərə və xüsusi kliniki əlamətlərə malik olan anomaliyadır.

Müəyyən tədqiqatçılar bəzi nitq qüsurlarını qruplaĢdırmaq, müalicəpedaqoji tədbirləri aparmaq üçün təsnif etməyə cəhd göstərmiĢlər. 1860-cı ildə ilk dəfə həkim ġultess nitq qüsurlarını 2 qrupda təsnif etmiĢdir. I qrupda bütün səs tələffüz qüsurlarının növlərini (pəltəklikdislaliya) aid etmiĢ, II qrupa isə nitq ritminin və surətinin pozulması, nitqdə iĢtirak edən əzələlərin qıc olması ilə müĢayiət olunan, nitq qüsurunu (kəkələmə) daxil elmiĢdir.

Sonralar bu bölgü digər tədqiqatçılar tərəfindən daha da təkmilləĢdirilmiĢ hər bir qrupun özünün yarımqruplara ayrılmıĢdır.

Qeyd etmək lazımdır ki, nitq qüsurları haqqında nəzəriyyəyə və onun aradan qaldırılması metod və vasitələri haqqında biliklər ilk baĢlanğıc mərhələsində həkimlər tərəfindən iĢlənmiĢdir. Sonralar tədricən nitq qüsurlarının kliniki təsnifi meydana çıxmağa baĢladı. Lakin bu təsnifat daha çox təsviri, simptomatik xarakter daĢıyaraq nitq qüsurlarının mexanizmini heç də açıqlamırdı. Bu onunla izah edilir ki, göstərilən mərhələdə əsəb sisteminin fiziologiya məsələləri, xüsusilə ali sinir fəaliyyətində (nitq beyin sisteminin ali funksiyasıdır) lazımi qədər hələ öyrənilməmiĢdi.

Nitq qüsurlarının öyrənilməsində və qruplaĢ-dırılmasında ilk dönüĢü yaradan rus akademiki S.P.Pavlov olmuĢdur. Onun beynin böyük yarımkürələrində apardığı elmi araĢdırmalar neyrofiziologiyada inqilab idi. S.P.Pavlovun apardığı eksperimentlər nəticəsində insan və heyvanların ali sinir sisteminin qanunauyğunluqları, fəaliyyəti öyrənilmiĢdir. Onun fikrincə dərketmə fəaliyyətini, prosesini həyata keçirən fizioloji mexanizm kimi siqnallar sistemi, xüsusilə II siqnal sistemi yalnız insana məxsusdur.

Nevrozlar və əsəb fəaliyyətinin digər pozulma növləri, nəhayət, beyin gövdəsinin retikilyar formasının (beynin ən dərin mexanizmləri) rolu haqqında sonrakı araĢdırmalar nitq patalogiyasının ayrı-ayrı formalarının təbiətini dərindən öyrənməyə imkan verdi və bununla da

nitq qüsurlarını təsnif etməyə, diferensial diaqnostikasını yaxĢılaĢdırmağa meydan açdı.

Müasir dövrdə nitqin öyrənilməsinin sərhədləri daha da geniĢlənmiĢdir. Belə ki, nitq qüsurlarının pedaqogika, fiziologiya, linqvistika mövqeyindən öyrənilməsi, eləcə də xüsusi elmlərin birgə tədqiqat iĢi aparılması bu anomaliyanın aradan qaldırılması və profilaktikasında ciddi irəliləyiĢ olmuĢdur.

Nitq qüsurlarının aradan qaldırılmasında həkimlərlə loqopedlərin sıx əməkdaĢlığı nitq anomaliyalarının kliniki təsnifatına zəmin yaratdı. Kliniki təsnifatın yaradıcıları M.Y.Xvatset, F.A.Rau, O.V.Pravdina,

S.S.Lyapidevskiy və b. nitq qüsurlarını, qüsurun yaranma səbəblərinə

(etiologiyasına) və patoloji göstəricilərlə (patogenezə) əsaslanaraq təsnif etmiĢlər.

Kliniki təsnifata görə aĢağıdakı nitq qüsurları vardır:

1.Fonetik qüsurlar – səslərin təhrif tələffüzü və ya heç olmaması. Bu qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaĢdırılırlar.

2.Nitqin itirilməsi və ya inkiĢafdan geri qalması. Bura alaliya və afaziya daxildir.

3.Nitq surətinin, ritminin və səlisliyinin pozulması taxılaliya, bradilaliya.

Nitq rəvanlığının pozulması əzələlərin qıc olması və Ģəxsiyyət dəyiĢmələri ilə (loqonevroz və ya kəkələmə də) müĢayiət olunur. Bundan əlavə, eĢitmənin pozulması, əqli gerilik və bəzi nevropsixi xəstəliklər – Ģizofreniya və epilepsiya nəticəsində də nitq qüsurları fərqləndirilir.

Qeyd etmək lazımdır ki, müasir dövrdə kliniki təs-nifatlarla bərabər, digər bölgü-psixoloji təsnifat da iĢlənir.

Bu bölgü kliniki təsnifatdan nitq qüsurlarının pedaqoji təsir üçün vacib olan əlamətlərə görə qruplaĢdırılması ilə fərqlənir.

Psixoloji-pedaqoji təsnifatın müəllifi R.E.Levina psixolinqvistik meyarlara nitqin ünsiyyət vasitələrinin tətbiq edilməsinin pozulmasına görə nitq qüsurlarını 2 böyük qrupa ayırır.



  1. qrupa –fonetik inkiĢafdan geri qalma, fonetik-fone-matik inkiĢafdan qalma və nitqin ümumi geriliyi daxildir.

  2. qrupa kəkələmə aiddir. Bu qüsurun əsasınıda dilin ünsiyyət vasitələrinin olmasına baxmayaraq, nitqin kommunikativ funksiyasının pozulması təĢkil edir.

Psixoloji –pedaqoji bölgü loqopediyaya geniĢ imkanlar açaraq, elmi cəhətdən əsaslanmıĢ korreksiyanın frontal metodlarının nitq qüsurlarına və məktəbəqədər, məktəb yaĢ dövrlərində uĢaqların digər psixi funksiyalarına təsir etmək praktikasını inkiĢaf etdirmiĢdir. Həm kliniki, həm də psixoloji-pedaqoji təsnifat bir-birini tamamlayır və loqopediyanın inkiĢafına təkan verir.

Göstərmək lazımdır ki, uĢaqlarda nitq böyüklərin təsiri, normal nitq mühiti Ģəraitindən, təlim və tərbiyə prosesindən asılı olaraq formalaĢır, inkiĢaf edir.

Nitq anadangəlmə bacarıq olmayıb, uĢağın fiziki və əqli inkiĢafı ilə paralel inkiĢaf edən və onun ümumi inkiĢafının ən bariz göstəricisidir. Nitq qüsurlarının patologiyasını baĢa düĢmək üçün uĢağın normal inkiĢafında nitqin for-malaĢma mərhələlərinin ardıcıllığını nəzərdən keçirmək lazımdır. Məs: «uĢaq 1 yaĢ 5 ayında hələ danıĢmır. Bunun normal hal və ya patologiya olduğunu müəyyənləĢdirmək üçün loqoped uĢağın nə vaxt ilk sözləri deyəcəyi mərhələni bilməlidir. Digər tərəfdən nitq inkiĢafının qanunauyğunluqları haqqında biliklər, həm də nitq qüsurunun düzgün diaqnostikasına da kömək edir.

Bəzən mütəxəssislər 3 yaĢlı uĢağın nitq qüsurlarını aradan qaldırmaq üçün loqopedin yanına göndərirlər. Loqopedin apardığı müayinə nəticəsində məlum olur ki, uĢağın nitqi normal inkiĢaf edir. Belə ki, göstərilən yaĢda nitqin normal inkiĢafında bəzi səslər səhv tələffüz oluna bilər. Bu hal fizioloji pəltəklik adlanaraq qanunauyğun hesab edilir və artikulyasiya aparatının lazımi qədər formalaĢmaması ilə

Ģərtlənir.

Bundan əlavə, ontogenez prosesində uĢaqların nitq inkiĢaf qanunlarını bilmək düzgün korreksiya-tərbiyə iĢini qurmağa kömək edir. Məs: alaliyalı uĢağa korreksiya iĢini tətbiq etməmiĢdən qabaq, loqoped hökmən bilməlidir ki, bütün uĢaqlarda ilkin olaraq, nitqin baĢa düĢülməsi, sonra isə nitq inkiĢaf edir. Buna görə də belə uĢaqlara aktiv nitqi inkiĢaf etdirmək heç bir müsbət nəticə verməyəcəkdir. Tədqiqatçılar uĢaqlarda nitqin yaranması və inkiĢafını müxtəlif mərhələlərə ayırırlar.

A.N.Qvozdev uĢaqların nitq inkiĢafı mərhələlərini səsin yaranması, sözlərin iĢlənməsi, söz birləĢmələri və cümlə konstruksiyalarından istifadəyə bölmüĢdür.

Q.Ġ.Rozenqrad – Pupko nitqin formalaĢma və inkiĢafını 2 mərhələyə hazırlıq (2 yaĢa qədər) və nitqin müstəqil formalaĢmasına bölmüĢdür. Nitqin inkiĢaf mərhələləri göstərdiyimiz kimi müxtəlif cür təsnif olunmuĢdur.

Müasir dövrdə istifadə edilən bölgü A.N.Leontyevin mərhələləridir. O, nitqin, yaranmasını 4 mərhələyə ayırmıĢdır:


Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin