Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə8/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

II mərhələ-məktəbəqədər yaĢdan əvvəlki dövrdür. UĢaqda ilk sözlərin meydana gəlməsi ilə hazırlıq mərhələsi bitmiĢ olur. Və onda fəal nitqin yaranması baĢlayır. Bu zaman uĢaqda onu əhatə edənlərin artikulyasiyasına xüsusi diqqət yaranır. O, özü dəfələrlə (danıĢmanı) danıĢanı yamsılayır və özü müstəqil sözləri ifadə edir. Bununla yanaĢı, o, səsləri qarıĢdırır, yerlərini dəyiĢik salır, buraxır və tələffüzünü təhrif edir.

UĢağın ilk sözləri ümumi məna xarakteri daĢıyır. Belə ki, eyni sözlə ya da söz birləĢməsi ilə həm əĢyanı, həm istəyini, həm də hisslərini adlandıra bilər. Məs: ata sözü həm atanın kəlməsini, həm atanı istəməsini, həm də incəlikliyini bildirə bilər. Buna görə də stiuasiyadan asılı olaraq uĢağı baĢa düĢmək olar. Belə nitq stiuasiyası nitq adlanır və jest-mimika ilə müĢayiət olunur.

Göstərmək lazımdır ki, 2 yaĢdan 3 yaĢa qədər uĢağın lüğətində artıq çoxlu söz olur. Məs: 1 yaĢ 6 ayında 10-15, 2 yaĢın sonuna 300 söz, 3 yaĢında 1000-ə qədər söz ola bilir.

3 yaĢın əvvəlində uĢaqda nitqin qrammatik quruluĢu formalaĢmağa baĢlayır.

Əvvəl uĢaq arzu və istəyini eyni bir sözlə, sonra primitiv ifadə ilə (ata, appa, mə, dəd-ata mənimlə gəzməyə gedək), sonra isə uzlaĢma və idarə əlaqələrinin əlamətləri olan cümlələrlə bildirir.

3 yaĢda artıq uĢaqlar isimləri tək və cəmdə, felləri isə Ģəxs, kəmiyyət və zamana görə dəyiĢmək vərdiĢlərinə praktik olaraq yiyələnmiĢ olurlar.

III mərhələdə – məktəbəqədər yaĢ dövrüdür.

Qeyd etmək lazımdır ki, bu mərhələdə uĢaqların çox hissəsində düzgün olmayan səs tələffüzü müĢahidə edilir. (s, z, Ģ, j, f, v, c, y)

3 yaĢından 7 yaĢına qədər olan mərhələdə uĢaqlarda öz tələffüzünə eĢitmə vasitəsi ilə nəzarət etmək və müəyyən imkan daxilində onu düzəltmək vərdliĢləri inkiĢaf edir. baĢqa sözlə lüğət tərkibi çox böyük surətlə zənginləĢir. Belə ki, uĢağın 4-6 yaĢında aktiv lüğət ehtiyatı 30004000 sözə çatır. Sözlərin mənası daha da dəqiqləĢir və çox zənginləĢir. UĢaqda «nitq duyumu» - nitqlə ünsiyyət təcrübəsi artdıqca söz yaradıcılığı, sintaktik əlaqələrdən istifadə bacarığı nitqi hissetmə formalaĢır. 4 yaĢında uĢaq sadə və mürəkkəb cümlələrdən istifadə edə bilir.

5 yaĢında nisbi olaraq tabesiz və tabeli mürəkkəb cümlələrdən istifadə edir. («sonra biz evə getdik, anam bizə qoğal verdi». «Mən anamı çox sevirəm, çünki o, mənim üçün oyuncaq alır»). Bu yaĢdan etibarən, uĢaqların danıĢığı qısa hekayətlərə oxĢayır. Söhbət zamanı onların suallara cavabı daha çox cümlələrdən ibarətdir.

Məhz 5 yaĢında nitqin ən ağır növü monoloji nitq formalaĢmağa baĢlayır.

Bu mərhələdə fonetik qavrama daha da yaxĢılaĢır. UĢaq əvvəl sait və samit səsləri, sonra yumĢaq və bərk samitləri, ən nəhayət isə sonor, fitli və fısıltılı səsləri diferensiallaĢdırmağa baĢlayır.

Məktəbəqədər yaĢ dövründə tədricən kontekstli (ümumiləĢmiĢ, yayındırılmıĢ, əyani dayaqdan məhrum) nitq formalaĢır. Kontekstli nitq əvvəlcə uĢağın nağılları, hekayələri nəql etdiyi zaman sonra isə öz həyat təcrübəsində qarĢılaĢdığı hər hansı bir hadisəni təsvir edəndə meydana çıxır.

IV mərhələ – məktəb dövrüdür.

Bu mərhələdə uĢaqların nitq inkiĢafının xüsusiyyətləri digər mərhələlərdən fərqlənir. Məktəb dövründə nitq Ģüurlu surətdə ona yiyələnmə ilə, səs təhlili qrammatik qanunları mənimsəmə ilə xarakterikdir. Məhz, bu dövrdə nitqin yeni bir növü-yazılı nitq aparıcı rol oynamağa baĢlayır.

Məktəb dövründə uĢaq nitqinin məqsədyönlü yenidən qurulması baĢ verir, yəni səsləri qavramaqdan və fərqləndirmədən ta bütün nitq vasitələrindən Ģüurlu istifadə edilməsi meydana çıxır.

Göstərmək lazımdır ki, bütün adları çəkilən mərhələlər arasında ciddi, dəqiq sərhədlər yoxdur. Bu mərhələlər rəvan olaraq biri digərinə keçir. UĢağın nitq inkiĢafı prosesinin vaxtında və səlis olması üçün müəyyən Ģərtlər vacibdir, yəni bu prosesin müvəffəqiyyətli keçməsi üçün uĢaq:

-psixi və somatik cəhətdən sağlam olmalıdır. -normal əqli imkanlara malik olmalıdır.

-normal eĢitmə və görməyə malik olmalıdır.

-kifayət qədər psixi fəallığı olmalıdır.

-nitq ünsiyyətinə tələbatı olmalıdır.

-normal nitq mühiti ilə əhatə olmalıdır.

UĢağın normal nitq inkiĢafı ona imkan verir ki, yeni anlayıĢları həmiĢə qavrasın, ətraf aləm haqqında təsəvvür və bilik ehtiyatlarını zənginləĢdirsin.

Beləliklə də, nitq, onun inkiĢafı sıx surətdə bilavasitə təfəkkürün inkiĢafı ilə bağlıdır.

Kiçik yaĢlı uĢaqların nitqi onun formalaĢması mərhələsində səs tələffüzü çatıĢmamazlıqları ilə fərqlənir. Bu, ilk öncə, artikulyasiya aparatının üzvlərinin natamam hərəkətləri nəticəsində meydana gəlir, yəni dil, dodaq, yumĢaq damaq, aĢağı çənənin hərəkətlərinin tam inkiĢaf etməməsi tələffüz qüsurlarını yaradır. Ġkinci səbəb uĢaqlarda fonematik qavramanın, eĢitmənin formalaĢmaması, yəni eĢitmə ilə səsləri qavramaq və bütün nitq səslərinin (fonemlərinin) dəqiq differensiallandırmaq bacarığının tam inkiĢaf etməməsidir.

Buna görə də məktəbəqədər yaĢ dövrünün baĢlanmasında uĢağın nitqi kifayət qədər aydın və təmiz səslənmir. Məlumdur ki, uĢaqlar birbirlərindən fonematik qavramanın inkiĢaf səviyyəsi, həmçinin nitq aparatının motorikasının inkiĢafına görə də fərqlənirlər. Bəzi uĢaqlara artikulyasiya hərəkətləri çox asan baĢa gəlir. Onlar bir dəfə görmək və izah edilməklə onlar üçün əlçatmaz olan bir səsin tələffüzünə nail ola bilirlər. Lakin digərləri əksinə öz nitq orqanlarını idarə edə bilmir və onlara uzun müddət məĢq etmək lazım gəlir. Bundan sonra onlar lazımi artikulyasiya hərəkətləri edə bilərlər. Məktəbəqədər yaĢlı uĢaqlar sait səslərin çoxunu geniĢ yastılanmıĢ dillə hava axını ağızdan dilin ortasından keçməsi ilə tələffüz edirlər. Dilin düzgün olmayan vəziyyəti hava axınının istiqamətini dəyiĢərək səsin tələffüzündə qüsurların olmasına səbəb olur. 3 yaĢında olan uĢağın nitqində təsadüf edilən nitq qüsurları aĢağıdakılardır.

1.Saitlər bir qədər yumĢaq tələffüz edilir və ya əksinə.

2.UĢaqların çoxu Ģ, j, ç səslərini tələffüz etmir və adətən, s, z səsləri ilə əvəz edirlər. Məs: «zurnal» (jurnal), «sar» (Ģar), «sirin» (Ģirin), «Zalə» (Lalə).

3.R səsini tələffüz etmirlər: Və ya l, v, j səsləri ilə əvəz edirlər. «əndə» (rəndə), «qal» (qar).

Və ya l, v, j səsləri ilə əvəz edirlər. «əndər-rəndə, qal-qal» və s.

4.L səsi çox zaman yumĢaq tələffüz edilir: «Lyalyə» (Lalə). Bəzən L səsi y səsi ilə əvəz olunur. «yampa» (lampa), «yimon» (limon). 5.Q, k, x səsləri bəzən buraxılır və ya t, d səsləri ilə əvəz edilir: «toyun» (qoyun), «doz» (qoz), «delem» (kələm), «toruz» (xoruz).

Getdikcə bu qüsurlar azalır və 4-5 yaĢ üçün uĢaqların çoxu düzgün səs tələffüzünə malik olurlar.

Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, göstərmək lazımdır ki, məktəbəqədər yaĢ dövründə düzgün formalaĢmıĢ nitqin tərbiyə edilməsi çox ciddi və lazımlı ictimai əhəmiyyətli vəzifədir. Bu vəzifənin məsuliyyətini həm valideynlər, həm müəllimlər, həm də ictimaiyyət baĢa düĢməlidir.

Biz göstərdik ki, 4-5 yaĢlarda nitq qüsurlarının çoxu aradan çıxır. lakin bu proses öz-özünə deyil, böyüklərin pedaqoji təsiri nəticəsində baĢ verir. bu təsir o vaxt yaxĢı nəticə verir ki, uĢaq normal eĢitsin, düzgün danıĢmaq üçün böyüklərin göstəriĢini alsın və bu göstəriĢə uyğun danıĢmağa həvəsi olsun. Beləliklə, uĢağın nitq mühitinin yaxĢılaĢması, valideyn və tərbiyəçilərin aydın və düzgün nitqi çox böyük əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, bəzən ailələrdə uĢağın danıĢığını təqlid edərək, onlarla uĢaq dilində danıĢır və bununla düzgün olmayan tələffüz vərdiĢləri aĢılayırlar. («qa-qa gəlsin üfə yesin», «Çiçi paltar dəĢəydir», «Dü-dütə minib oppa gedəy» və s.) Bəzən isə uĢaqları çox çətin Ģer parçalarını əzbərləməyə məcbur edirlər. Nitq mexanizminin fizioloji yüksəlməsi nəticəsində yaĢa görə düzgün olmayan tələffüz möhkəmlənir və daha da artır.

UĢaq bağçalarında tərbiyəçilər uĢaqlarda nitqin formalaĢmasına xüsusi diqqət yetirilməli və bu prosesə rəhbərlik etməlidirlər. MəĢğələ saatlarında gəzinti və rejim proseslərində tərbiyəçilər uĢaqların nitqinə nəzarət edib onların aydın və səlis danıĢmalarına çalıĢmalıdırlar. Nitq inkiĢafı üzrə aparılan iĢlərdə ən mühüm yeri uĢaqlarda düzgün səs tələffüzü və diksiyanın formalaĢmasına istiqamətlənmiĢ məĢğələ və oyunlara vermək lazımdır.

Qeyd etmək lazımdır ki, dəqiq artikulyasiyalarının inkiĢafı uĢaqlarda danıĢıq vaxtı müsahibinin üzünə baxmaq vərdiĢi yaradır və beləliklə də, dodaq və dilin hərəkətini izləmək bacarığı formalaĢır.

Sonralar da uĢaqlarda eĢitmə diqqətini və fonematik qavramanı inkiĢaf etdirmək çox vacibdir. Səslərin eĢitmə ilə dəqiq qavranılması düzgün səs tələffüzünü tənzimləyir, düzgün səs tələffüzü isə öz növbəsində fonematik qavramanın daha da yaxĢılaĢmasına kömək edir. Məktəbəqədər yaĢlı uĢaqların danıĢıq səsləri ilə tanıĢlığı yaxĢı olardı ki, oyun formasında, hər biri səsi hər hansı konkret obrazla bağlayıb həyata keçirsinlər. Məs: z səsi-ağcaqanadın mahnısı kimi; g-böcəyin səsi kimi; v-maĢının getməsi kimi; f-paravozun yola düĢməsi və s.

Bundan əlavə uĢaqlara yanıltmacların öyrədilməsi də yaxĢı nəticələr verir.

Beləliklə, aparılan sistemli və məqsədyönlü iĢ nəticəsində uĢaqlarda düzgün səs tələffüzünə nail olmaq və nitq qüsurlarının qarĢısını almaq olar.




Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin