SENSOR ALALİYA
Sensor alaliyada eĢitmənin yaxĢı olmasına baxmayaraq uĢaqlarda ətrafdakıların nitqinin dərk edilməsi pozulur, sözlərin mənası və səslənməsində uyğunsuzluq müĢahidə olunur, impressiv nitq inkiĢaf etmir. EĢitmə nitq analizatorlarının qabığının (vernike mərkəzi) və onun ötürücü yollarının zədələnməsi bu xəstəliyin yaranma səbəbi ola bilər. Əsas nitq simptomları: nitqin qavranılmasının pozulması, sözlə onu bildirən əĢya, hərəkətlər arasında uyğunsuzluq (qapalı akupatiya adlanır), səslərə qarĢı həssaslıq, yəni hiperakuziya, baĢqalarının diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının səsləri, kağız xıĢıltısı). Bu sensor alaliyalı uĢaqları zəif eĢidənlərdən fərqləndirir. Exolaliya müĢahidə oluna bilər. Sensor alaliyalı uĢaqların səsləri normaldır, sözlər və səslər normal modulyasiya olunur və intonasiyalıdır, zəif eĢidən uĢaqların səsi zəif olur. Sensor alaliya uĢaqlarda az olur, adətən qarıĢıq tipinə tez-tez rast gəlinir, yəni sensormotor alaliya yaxud motor alaliya sensor komponentləri ilə.
Dostları ilə paylaş: |