Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə13/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

ALALİYA


UĢaqlarda nitqin inkiĢafdan geri qalmasının ağır hallarından biri də alaliyadır. Alaliya erkən uĢaqlıq çağlarında nitqin inkiĢafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danıĢmaq, nitqin olmaması kimi tərcümə olunur). Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuĢ zədələri, həmçinin 1,5 yaĢına qədər uĢaqlarda baĢ beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baĢ beynin zədələnməsi xəstəliyi ola bilər. Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkiĢaf etməməsi baĢqasının nitqinin baĢa düĢülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır.

Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluĢu pozulan nitqin sistemli geriliyidir.

Alaliyalı uĢaqlarda nitq tamamilə inkiĢaf etmir, yaxud kobud pozuntularla inkiĢaf edir. Sensor alaliyada uĢaqlar baĢqasının nitqini pis baĢa düĢür, qavramırlar, özü də nitqdəki səsləri ayırd edə bilmirlər, insan nə isə deyir, lakin nə deyildiyini baĢa düĢmürlər. Biz bilmədiyimiz xarici dildə eĢitdiyimiz danıĢığı baĢa düĢə bilmədiyimiz kimi. Motor alaliya zamanı uĢaq dili qavraya bilmir (onun səsləri, sözləri, qrammatikasını). Motor və sensor alaliyanın əlamətləri uzlaĢan nitq qüsuruna sensor-motor alaliya deyilir.

Loqopedik iĢ ondan ibarətdir ki, alaliyalı uĢağı qrammatik qaydaların, yazı, oxu qaydalarına yiyələnməyi deyil, nitq fəaliyyətinin pozulmuĢ kanalların əvəzinə, mövcud olanları iĢlətməli və ikiqat, üçqat artıq yükü icra etməkdir. Bunun üçün nitqdən əvvəlki vərdiĢlərə tez-tez müraciət etmək lazımdır. Bu əsasən jestlər, ritmik hərəkətlər, rəsm çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uĢaqlarda selikaxma olur. Ġflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir. Dodaq və dil hərəkətlərində əziyyət çəkirlər. UĢağın nitq inkiĢafı 2-4, bəzən isə 5 yaĢına qədər inkiĢaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır və normal səviyyəyə çatır. Nitqin bu cür ağır pozulması onun ümumi inkiĢafına da təsir göstərir. Onlar utancaq, az ünsiyyətli, qətiyyətsiz, passiv olur. Tələffüzdə dönüĢ yaransa da uĢağın sonrakı dövründə, yenə də gerilik hiss olunur, nəinki səs tələffüzündə deformasiya olur, hətta nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, informasiyasında. Artikulyasiyanın pozulması hansı qrup əzələlər daha çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik iĢ aparılır. Fonematik, leksik, qrammatik quruluĢun inkiĢafında mümkün olan dəyiĢikliklər əldə edilir, lakin bir çox hallarda belə xəstə uĢaqlara göstərilən loqopedik kömək az effektli olmuĢdur.

Səslərə yiyələndikdən sonra uĢağı nitqdəki ayrı-ayrı səsləri yiyələnmək vərdiĢlərinə öyrədirlər, getdikcə bu iĢ mürəkkəbləĢdirilir. Belə iĢlə yüksək ixtisaslı mütəxəssis məĢğul olur, valideynlər loqopedlərə köməklik göstərə bilər, onları əvəz edə bilməzlər. Alaliya zamanı uĢağın nitqindəki geriliyi müəyyən edən kimi loqopedik iĢ aparılmalıdır, çünki müstəqil olaraq və loqopedin köməyi olmadan nitq formalaĢa bilməz. UĢağın 2 yaĢına qədər nitqinin olmaması artıq həyəcan amildir.

Motor alaliya-dil əməliyyatlarının formalaĢmaması ilə səciyyələnən ekspressiv nitqin inkiĢaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkiĢafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur. Afferent alaliyada nitqin pozulması mexanizmi kinestik apraksiya, efferent alaliya isə genetik apraksiyaya gətirib çıxarır. Motor alaliyada nitqin fonetik-fonematik, leksikqrammatik quruluĢu pozulur. Nitq aparatının hərəkəti koordinasiyası formalaĢmır. Artikulyasiya hərəkəti və əməliyyatlarının icra edilməsi mümkünsüzlüyü müĢahidə olunur. Sözlərin, ifadələrin tələffüzü pozulur. Nitqin tempi, ritmi, formalaĢmaması ilə səciyyələnir. Lüğət ehtiyatı uĢaqlarda zəif inkiĢaf edir, nitqdə düzgün istifadə olunmur. Qrammatik quruluĢ ləng mənimsənilir, sintaktik konstruksiyalar primitivliyi ilə fərqlənir. Ünsiyyətdə nitq anlaĢılmaması olur, ümumi nitq fəallığının pozulması ilə Ģərtlənir. Motor alaliyada nitqin tam pozulması da müĢahidə olunur. Bu xəstəlikdə ümumi hərəkət kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müĢahidə olunur. Bir çox hallarda əqli inkiĢafda gerilik özünü göstərir. Onlar psixo-fiziki tormozlanma, diqqətsizlik, emosional-iradi zəifliyi xarakterizə edilir. Nitq passivliyi ümumi anlayıĢların qavranılmasını çətinləĢdirir. Alaliya-tibbi-psixoloji-pedaqoji problemdir. Müntəzəm dərmanı və fizioterapevtik müalicənin, psixonevroloqlar tərəfindən kompleks Ģəklində aparıldıqda loqopedik iĢ səmərəli ola bilə



Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin