Danişiq etikasi və Nİtq etiketləRİ S1


S7. Müəllimlər şagird və tələbələrə eyni sözlərlə müraciət etməməlidirlər. Şagirdlərə oğlum, qızım, əzizim



Yüklə 23,4 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü23,4 Kb.
#37220
1   2   3   4   5   6
nitq etiketleri

S7. Müəllimlər şagird və tələbələrə eyni sözlərlə müraciət etməməlidirlər. Şagirdlərə oğlum, qızım, əzizim kimi müraciət olunması təbii qarşılansa da, ali məktəb tələbələrinə "Siz", "siz, tələbə filankəsov" deyilərsə daha nəzakətli olar. Valideyinlərin öz övladlarına, yaxınlarına, ərki çatdığı yeniyetmə qızlara qızım, gülüm, ceyranım, gözümün işığı, şirin şəkərim, oğlanlara isə oğlum, əzizim, evimin yaraşığı, ömrüm-günüm, qadan alım, qoçaq balam və s. kimi əzizləmə mənalı, könül oxşayan söz və ifadələrlə müraciəti şərait və məqamından asılı olaraq münasib sayılmalıdır.

Səməd Vurğunun “Vaqif” mənzum dramında Vaqif oğlu Əli bəyə belə müraciət edir:

Mərhaba, mərhəba, qəhrəman oğlum!

Bir gəl öpüm səni, pəhləvan oğlum!

Gözümün işığı, canım, ciyərim,

Bu nəmli torpaqlar olsa da yerim,

Mənim nə dərdim var, təki sən yaşa!

Qadınlara yaşından asılı olmayaraq "xanım", kişilərə isə sadəcə olaraq adından sonra "kişi" sözünü işlətmək məqbuldur. Əgər bu şəxslərin sənəti, peşəsi


məlumdursa, adından sonra müəllim, həkim (doktor), bəzi məqamlarda addan əvvəl mühəndis, geoloq, fermer, həkim sözlərini işlətmək yerinə düşər.
Bilmək lazımdır ki, etiket formaları ilk növbədə spesifik situasiya ilə bağlıdır.

S8.Ziyalı, mədəni adamlar danışıqda səbirli və dözümlü olmağı məsləhət görürlər. Müasir dövrümüzdə mədəni danışıq etikası və müraciət qaydaları hər bir adamın həyatında başlıca davranış, adət halına keçməlidir. Hər kəs təkcə ictimai yerlərdə, kollektivdə deyil, eləcə də həyatın bütün sahələrində- evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik normalara riayət etməlidir.
Nitq etiketləri öz normaları daxilində inkişaf edir, təkmilləşir. Həmişəlik yadda saxlamalıyıq ki, ünsiyyətə girmək, informasiya vermək və almaq nitq mədəniyyətinin, insanın ümumi mədəniyyətinin tərkib hissəsidir.

Ünsiyyət müraciətlə başlanır. Salamlaşmaq, xoş sözlərlə hal-əhval tutmaq, gülümsər sifətlə müraciət etmək insan mədəniyyətində ilkin şərtdir. Səmimi münasibət yalnız mehribanlıq, qayğı və hörmət əsasında mümkündür.

Ünsiyyət üslubu-nitq fəaliyyətinin müxtəlif sahələrini-müraciət etmə, xudahafizləşmə, dərdinə şərik olma, xahiş etmə, təbrik etmə, dəvət etmə, imtina etmə və s. sahələri əhatə etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır.
S9. Salamlaşma - Mədəni nitqin etiketlərindən olan salamlaşmada xalqımızın milli mentalitetinə uyğun hazır nitq modelləri vardır. Bunlar insanlarda ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır, qarşılıqlı anlaşmaya, bir növ, körpü salır. Azərbaycanlılar qarşılaşarkən əvvəlcə mütləq salam və ya salaməleyküm sözlərindən birini işlədir, ardınca günün hansı çağından asılı olaraq Sabahın (sabahınız) xeyir! Günortanız xeyir! Axşamınız xeyir! ifadələrini işlədirlər. Müsahib elə həmin söz-ifadələrlə cavab verir. Yaşlılar cavabında Aqibətiniz xeyir! Hər vaxtınız xeyir! Ağ bəxt olasınız! - ifadələrini işlətməyə üstünlük verirlər.

M. F. Axundovun Hekayəti-Müsyo Jordan və Dərviş Məstəli şah komediyasından bir hissə:

Birdən qapı açılır, Məstəli şah-cadukuni-məşhur qaş-qabağı tökülmüş içəri girir.

Məstəli şah –Salam-əleyküm!

Şəhrəbanu xanım- Əleykuməssalam, baba dərviş, xoş gəldin! Gəl otur. Bu misalda həm salamlaşma həm də dəvət etmə etiketləri işlədilib.


Yüklə 23,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin