Danişiq etikasi və Nİtq etiketləRİ S1



Yüklə 23,4 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü23,4 Kb.
#37220
1   2   3   4   5   6
nitq etiketleri

S2. Abbasqulu ağa Bakıxanov (1794-1847) “Kitabi-nəsihət” əsərində gənc nəsli ən yaxşı insani keyfiyyətlər qazanmağa çağırırdı:

1) Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə, ona hörmət elə ta ki, səndən kiçiklər də sənə hörmət etsin.
2) Hər kəsi görən zaman ona salam ver. Əgər o sənə bir söz desə ədəblə, mərifətlə ona cavab ver ki, hamı səni sevsin.
3) Heç kəsin pisliyini başqasına söyləmə. Əgər o şəxs sənə dost deyilsə, bu sözləri həmin adama çatdırar, əgər dostdursa sənin haqqında pis fikrə düşər.
4) Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xüsusiyyətini bilərsə, doğru sözünə də inanmaz.
5) Elm və kamal əldə etməyi hər şeydən əziz tut. Çünki hər şey onların vasitəsilə əldə edilir.
6) Hər nə vəd vermisənsə onu yerinə yetirməyə çalış ki, başqa vəd verəndə onun icra ediləcəyinə də inansınlar.

7) Şuxluq və boş zarafatı özünə adət etmə, başqalarının nəzərində yüngül görünərsən.



S3. Söz təkcə adlandırma və ünsiyyət funksiyasını deyil, həm də müraciət funksiyasını yerinə yetirir. Müraciət formalarından düzgün və yerində istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Əvvəllər Azərbaycanda xanlıqlar zamanı xan, xanım, bəy, bəyim, ağa sözləri müraciət formaları kimi çox işlək olmuşdur.

Knyaz Xasay: Canişin cənabları indi buyurub sizi dinləyəcəklər, banu bəyim.

Xurşidbanu: Təşəkkür edirəm,knyaz.

Knyaz Xasay: Qulluğunuzda həmişə hazıram, banu bəyim.

Xurşidbanu: Bu mənim üçün böyük iltifatdır,knyaz.

Həmçinin Məşhur Dədə Qorqud eposunu təşkil edən hər bir boy Oğuz xanına müraciətlə başlanır. “Xanım,hey” müraciət-nidası ilə ozan boya giriş edir. Dədə qorqud da xeyir-dua verərkən bu müraciətdən tez-tez istifadə edir: Xeyir-dua verək, xanım:Yerli uca dağların yıxılmasın! Kölgəli iri ağacın kəsilməsin!




Yüklə 23,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin