Danişiq etikasi və Nİtq etiketləRİ S1



Yüklə 23,4 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü23,4 Kb.
#37220
1   2   3   4   5   6
nitq etiketleri

S10. Sağollaşma - Yaşlılar "xudahafiz" sözünü, yeniyetmələr, gənclər, orta yaşlılar salamat qalın! Sağ olun, Sağlıqla qalın! - ifadələrindən birini seçirlər. Əgər sağollaşma mənzildə və ya birinin həyətində baş tutubsa, yola salan "Xoş gəldin!" "Xoş gəldiniz!" deyir, axşamdan xeyli keçmiş gedən şəxs "Gecəniz xeyrə qalsın!", ev sahibi-yola salan isə "Xeyrə qarşı!" ifadəsini işlədir. Bu
nitq etiketləri yalnız üzbəüz görüşənlərə deyil, eləcə də telefonla danışanlara da aiddir.

S11. Sualvermə, söhbətəqoşulma.Cavabvermə.

Sorğu-sual insanın insanlıq səviyyəsinin, dünyagörüşünün, bilik və məlumat dərəcəsinin aynasıdır. Sual vermə məqamına qədər diqqətli olmaq, söhbətin nədən getdiyini dəqiq bilmək zəruridir. Şagirdlərə öyrədilməlidir ki, sual söhbət gedən mövzudan olmaqla məntiqli, düşündürücü və öyrədici xarakter daşımalıdır. Müəllimə, məruzəçiyə, rəsmi yerlərdə isə müsahibə "Zəhmət olmasa deyin..", "Zəhmət olmasa başa salın", "Sizə belə bir sual vermək olarmı?", "Sizin şəxsi fikrinizi bilmək olarmı?"-və s. kimi sual-cavabdan sonra üzrxahlıq etmək, cavabın qaneedici olub-olmamasına baxmayaraq "Çox sağ olun", "Razı qaldım", "Təşəkkür edirəm", "Minnətdaram" kimi söz və ifadələr işlədilməlidir. Təbii ki, danışan fikrinin şərhindən sonra "Diqqətinizə görə təşəkkür edirəm", "Məni axıra qədər diqqətlə dinlədiyinizə görə sağ olun" deməyi unutmamalıdır. Bu hal auditoriyada, sinif otaqlarında, mühazirə salonunda baş vermişsə, müəllim (məruzəçi) sualın müqabilində "Sizi başa düşdüm", "Sualınız aydındır", "Sualınıza görə təşəkkür edirəm", "Çox yerində verilmiş sualdır", "Çalışaram, məsələyə aydınlıq gətirəm" və s.kimi nəzakətli ifadə və cümlələrlə dinləyicilərdə xoş təəssürat yaratmalıdır. Suallar sinfin və ya auditoriyanın səviyyəsinə uyğun olmalı, mövzudan kənara çıxmamalıdır, Sual sual xatirinə verilməməli, eləcə də hamının bildiyi sual səsləndirilməməlidir. Cavab verməli olan şəxs sualları nəzakət və razılıqla qarşılamalı, onlara öz münasibətini bildirməlidir.


S12. Hazırda biz televiziya verilişlərində aparıcı ilə müsahibə verən şəxslər arasında bu aspektdə gedən sual və cavabların şahidi oluruq. Müsahib "Sual yerində verilmişdir", "Yaxşı sualdır", "Düşündürücü sualdır", "Mən bu sualı gözləyirdim"-kimi fikrə münasibət bildirən ifadələrdən istifadə edərkən diskusiya xoş təəssürat yaradır. Sinifdə, auditoriyada dərs və ya məşğələ zamanı müəllim şagird və ya tələbələrin yerində, məqamında verilməyən bəsit suallarına da nəzakətlə, dözümlülük göstərməklə təmkinli cavab verməlidir. O, "Bu nə
sualdır?", "Belə də sual olar?", "Sən onu da bilmirsən?", "Vaxtımızı almayın, əyləşin", "Mane olmayın, oturun!"
və s. kimi ifadələr işlətməməlidir. Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.
Yüklə 23,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin