Danişiq etikasi və Nİtq etiketləRİ S1


Məşədi, hacı, kərbəlayi, seyid, şeyx, axund, molla



Yüklə 23,4 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü23,4 Kb.
#37220
1   2   3   4   5   6
nitq etiketleri

Məşədi, hacı, kərbəlayi, seyid, şeyx, axund, molla sözləri dini müraciət formasını təşkil etmişdir və indi də qalmaqdadır.

Mirzə Ə.Sabirin Əhvalpürsanlıq şeirində məşədi xitabından istifadə edilərək hal-əhval tutulur.

- Nə xəbər var, məşədi?
- Sağlığın!
- Az-çox da yenə?
- Qəzet almış Hacı Əhməd də...
- Ba! Oğlan, nəmənə?
Sən özün gördün alanda?
- Belə nəql eylədilər...
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dini, imanı danıb, yoldan azıbdır, babıdır!

S4. Xalqımızın milli ənənələrinə, təfəkkür tərzinə, etik görüşlərinə uyğun olaraq son 80 ildə yoldaş, müəllim, bəy sözləri, indi isə cənab sözü rəsmi və qeyri-rəsmi müraciət forması kimi istifadədədir.

İnsanlar arasında ictimai əlaqələrə, qocalara və uşaqlara, qadınlara, yaşça və vəzifəcə böyüklərə münasibət məsələsi danışıqda gözlənilən amillərdəndir. İnsanlara edilən müraciət formalarının müxtəlifliyi əksər hallarda bu baxımdan qiymətləndirilir. Məsələn, qohumluq münasibəti bildirən sözlərə baxmaq yerinə düşər: atacan, anacan, anambacım, atam balası, gəlinbacı, dayıcan, əmican, qaqaş və s. Bu sözlərlə, əsasən, ən yaxın adamlara müraciət olunur. Amma bu, həmişə belə olmur. "Əmican", "dayıcan" deyə müraciət olunan şəxs sözü deyənin doğrudan-doğruya əmisi və ya dayısı olmaya da bilər. Xoş qılıq anlamında "can" sözü müraciəti doğmalaşdırır.

Doğmalıq bildirən müraciət formaları adlara da əlavə kimi işlədilir: Səfər əmi, Nadir dayı, Zərifə xala və s.

Məsələn: Cavan- Zəhmət çəkməyin! Sönqulu əmi, əslində gərək mən sizin xərcinizi çəkəydim. Amma...

Sönqulu- Qardaşoğlu, mən sözü üzə şax deyən adamam, sən də ki, bu xasiyyət var, ömrün boyu işin bunu götür, bunu qoy olacaq, içdiyin də çay.(Bildirçinin bəyliyi- Rüfət Əhmədzadə)

S5. Azərbaycanda geniş şəkildə işlədilən müraciət forması keçən əsrin iyirminci-doxsanıncı illəri arasında "müəllim" sözü olmuşdur. Hazırda bu sözü adlarla birlikdə təkcə təlim-tərbiyə işləri ilə məşğul olanlara deyil, həm də rəsmiyyət və hörmət naminə başqa sənət adamlarına da (müəssisə, təşkilat, idarə rəhbərliyinə) şamil edirlər. Müraciət olunanda "müəllim" sözü şəxsin adı ilə birlikdə işlədilir: Ramiz müəllim, Müslüm müəllim, Rövnəq müəllim, Nailə müəllimə və s.

Hazırda məsul vəzifəli şəxslərə yaxın adamlarından fərqli olaraq geniş ictimaiyyət "cənab" sözünü həmin şəxsin soyadı ilə birlikdə işlədir. Cənab Abdullayev, cənab Məmmədov, cənab səfir, cənab hakim, cənab nazir, cənab Misir müəllim, möhtərəm Şeyx həzrətləri və s. rəsmi məqamlarda geniş işləklik qazanmışdır.

Məsələn: Möhtərəm prokuror Əsgərov, görünür beş ilin nə olduğunu bilmirsiz. Beş ilə adamlar institut qurtarıb ali təhsil alırlar. (Maqsud İbrahimbəyov-Kərgədan buynuzu)

Hazırda xalqımızın səmimi şəkildə yaşa, qohumluğa, rəsmi münasibətlərə yanaşması nəticəsində əziz, hörmətli, çox hörmətli, xüsusi hallarda möhtərəm sözləri üstünlük qazanır.




Yüklə 23,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin