Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə20/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 18 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 + Əlavə olunur: təşəkkür məktubları- 13 vərəq

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini N.Hüseynov

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Mərkəzdən göndərilən kitablar, jurnallar və bruşuraların kitabxanalara və təhsil müəssisələrinə göndərilməsinə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,


Məlumat üçün bildiririk ki, ölkəmizin təbliğ edilməsi və Azərbaycan həqiqətlərinin bolqar ictimaiyyətinə çatdırılması Səfirliyin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir və bu istiqamətdə Səfirlik tərəfindən daim müvafiq işlər görülməkdədir.

Bildiyiniz ki, Bolqarıstanda çox saylı (30 mindən çox) erməni diasporası yaşayır və erməni diasporası tərəfindən daim ölkəmizə və türk dünyasına qarşı əks təbliğat işləri aparılır. Bu diasporanın fəaliyyətinə qarşı təbliğat işlərinin aparılması və ölkəmizin təbliğ edilməsi üçün bir vasitə kimi daim təbligat xarakterli nəşrlərdən və digər vasitələrdən istifadə olunur.

Qeyd etmək istərdik ki, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş və Səfirliyə göndərilmiş (War against Azerbaijan Targeting Cultural Heritage; The series of “ The true facts about Garabagh”; New Revivers of MUGHAM; Из серии “Карабахские реалии”) kitabları və ölkəmizlə bağlı digər nəşrləri (tarixini, mədəniyyətini, incəsənətini, coğrafi mövqeyini, sosial-iqtisadi inkişafını, həmçinin Dağlıq Qarabağ münaqişəsini, soyqırımları, erməni vəhşiliklərini özündə əks etdirən kitabçalar, broşuralar, jurnallar, disklər) Bolqarıstanda mövcud olan 45 kitabxana və təhsil müəssisəsinə göndərilmişdir. Bu hal qeyd olunan qurumlar tərəfindən böyük maraqla qarşılanmış və çox saylı təşəkkür məktubları (Əlavə olunur 12 məktub) ilə əməkdaşlığın davam etdirilməsi xahiş olunmuşdur.

Qeyd olunanları nəzərə alaraq, ölkəmizlə bağlı gələcəkdə dərc olunacaq yeni nəşrlərlə Səfirliyin təmin edilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.


Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov

Heydər Əliyev Fondunun

İcraçı direktoru

cənab A.Ələkbərova

Hörmətli Anar müəllim,


Sizə dərin hörmət və ehtiramımı ifadə edərək, qeyd etmək istərdim ki, ölkəmizin təbliğ edilməsi və Azərbaycan həqiqətlərinin bolqar ictimaiy-yətinə çatdırılması Səfirliyin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir və bu istiqamətdə Səfirlik tərəfindən daim müvafiq işlər görülməkdədir.

Bildiyiniz ki, Bolqarıstanda çox saylı erməni diasporası yaşayır və erməni diasporası tərəfindən daim ölkəmizə və türk dünyasına qarşı əks təbliğat işləri aparılır. Bu diasporanın fəaliyyətinə qarşı təbliğat işlərinin aparılması və ölkəmizin təbliğ edilməsi üçün bir vasitə kimi daim təbligat xarakterli nəşrlərdən və digər vasitələrdən istifadə olunur.

Qeyd etmək istərdik ki, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş və Səfirliyə göndərilmiş (War against Azerbaijan Targeting Cultural Heritage; The series of “ The true facts about Garabagh”; New Revivers of MUGHAM; Из серии “Карабахские реалии”) kitabları və ölkəmizlə bağlı digər nəşrləri (tarixini, mədəniyyətini, incəsənətini, coğrafi mövqeyini, sosial-iqtisadi inkişafını, həmçinin Dağlıq Qarabağ münaqişəsini, soyqırımları, erməni vəhşiliklərini özündə əks etdirən kitabçalar, broşuralar, jurnallar, disklər) Bolqarıstanda mövcud olan 45 kitabxana və təhsil müəssisəsinə göndərilmişdir. Bu hal qeyd olunan qurumlar tərəfindən böyük maraqla qarşılanmış və çox saylı təşəkkür məktubları ilə əməkdaşlığın davam etdirilməsi xahiş olunmuşdur.

Təbliğat istiqamətdə fəaliyyətimizin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin ictimaiyyətə daha yaxından tanıtdırılması üçün Heydər Əliyev Fondu tərəfindən dərc etdirilən yeni nəşrlərə daim ehtiyac duyulmaqdadır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu tərəfindən dərc etdirilən yeni nəşrlərlə Səfirliyin təmin edilməsində köməklik göstərməyinizi xahiş edirəm.
Əlavə olunur -12 təşəkkür məktubu
Hörmətlə,
Səfir E.Kərimov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 + Əlavə olunur: tələb olunan sənədlər- 14 vərəq

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini N.Hüseynov

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfir E.Kərimovun şəxsi işinin surətinin göndərilməsinə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,


Mərkəzin S/17-1138/05/11 nömrəli, 18.01.2011-ci tarixli məktubu ilə əlaqədar, Səfir E.Kərimovun şəxsi işinin ( kadrlar uçotunun şəxsi vərəqəsi foto şəkillə birgə, avtobiaqrafiya, şəxsiyyət vərəqəsi, diplom, əmək kitabçası) surətini diqqətinizə təqdim edir və sənədlərin əsillərini diplomatik poçt vasitəsi ilə yaxın zamanlarda göndəriləcəyini bildiririk.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair:
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, son zamanlar Bolqarıstanda dövlət orqanları tərəfindən vəzifəli şəxslərin və vətəndaşların rabitə vasitələrinin qanunsuz olaraq dinlənilməsi faktlarının aşkarlanması ictimaiyyət arasında böyük narazılıqlara səbəb olmuşdur. Bu hadisələr 2010-cu ilin dekabr ayında Maliyyə nazirinin müavini və Gömrük Komitəsinin sədri arasında telefon danışıqlarında olan mübahisələr və qarşılıqlı təhqirlər barədə Baş nazirin xüsusi xidmət orqanları vasitəsi ilə xəbərdar olması və onun tapşırığı ilə hər kəsin dinlənilməsi barədə KİV-də çıxışı ilə başlanmışdır. Bu haldan sonra növbəti hadisə kimi Baş nazir B.Borisovun Maliyyə naziri S.Dyankovla və Gömrük Komitəsinin sədri V.Tanovla telefon danışıqlarının və danışıqlar zamanı Baş nazirin biznez və səxsi maraqları (qanunsuz içki istehsalı ilə bağlı dayandırılmış “Lednika” pivə zavodunun istehsalının davam etdirilməsi) ilə bağlı onlara qanunsuz göstərişlərinin audio yazısının (Dövlət Təhlükəsizlik Xidməti tərəfindən) KİV-də yayılması (Qalereya qazeti) hadisəsi olmuşdur. Növbəti baş vermiş bu insident ictimaiyyət arasında narazılıqların daha da artırmasına səbəb olmuşdur. Bu hadisələrlə bağlı KİV-ə müsahibə verən Baş nazir və sadalanan məmurlar(Maliyyə naziri, Gömrük Komitəsinin sədri) bu cür göstərişlərin verilmədiyini bildirərək, səs yazıların montaj edildiyini və bununla bağlı hadisələrin araşdırılması üçün tərəflərindən müvafiq orqanlara müraciət edildiyini bildirmişlər.

KİV-də verilən məlumatlara görə bu hadisələr eyni zamanda son zamanlar hökumətin müdafiə, təhlükəsizlik, iqtisadi-sosial, energetika sahələrində, həmçinin Şengen və Avrozonaya daxil olması istiqamətində apardığı uğursuz siyasəti siyasi arenada (hətta tərəfdaş partiyalar arasında), ictimaiyyət arasında hökumətin etimadını zəiflətmiş və reytinqinin düşməsinə səbəb olmuşdur

Bununla əlaqədar, hökumət bu etirazların qarşısını almaq və hökumətə qarşı yaranmış bu kampaniyanı dayandırmaq məqsədi ilə Prezident seçkilərindən 6 ay öncə hökumətin fəaliyyətinə qiymət verilməsi və Parlamentdən etimad alması üçün Xalq Məclisində bu məsələnin baxılması ilə bağlı müraciət etmişdir.
Hökumətin müraciətinə əsasən 20.01.2010-cu il tarixində Xalq Məclisinin növbəti iclasında bu məsələ müzakirəyə çıxarılmışdır. Müzakirələr zamanı Göy Koalisiya, RZS, HAH və BSP partiyalarının nümayəndələri hökumətin uğursuz siyasətini tənqid edərək, özünü doğrultmadığını, əhalinin sosial iqtisadi vəziyyətinin günü-gündən ağırlaşdığını, işsizliyin, inflyasiyanın, korrupsiyanın artdığını, hökumətin energetika siyasətində səhv addımlarını, Şengen və Avrozonaya daxil olması istiqamətində apardığı uğursuz fəaliyyətini,həmçinin son zamanlar hökumət tərəfindən rabitə vasitələrinin qanunsuz olaraq dinlənilməsi hallarını pisləmiş və hökumətə etimad göstərmədiklərini bildirmişlər. Eyni zamanda bu partiyaların nümayəndələri Baş nazir və Maliyyə naziri, Gömrük Komitəsinin sədri arasında baş verməsi ehtimal olunan danışıqların araşdırlmasını və danışıqların düzgünlüyü müəyyən edildiyi təqdirdə hökumət nümayəndələrinin lazımı qaydada çəzalandırılamsını Parlament-dən tələb etmişlər. Müzakirələrdən sonra deputatlar arasında hökumətə etimadın müəyyən edilməsi üçün səsvermə keçirilmişdir. Səsvermə zamanı hakim GERB və millətçi ATAKA partiyasının 141 lehinə, RZS, HAH və BSP partiyalarının 62 əlehinə və Göy Koalisiyanın, müstəqil namizədlərin 13 bitərəf səsi ilə Hökumət Parlamentdən etimad qazanmışdır. Bildirmək istərdik ki, Hökumət Parlamentdən etimad qazansa da, müxalif partiyalar tərəfindən hökumətə qarşı bu kampaniyalar hələ davam etdirilməkdədir. Gündəlik KİV-də çıxan məlumatlarda Göy Koalisiya, RZS, HAH, və BSP partiyalarının nümayəndələri tərəfindən hökuməti tənqid edən müsahibələrə rast gəlinməkdədir.

KİV-də həmçinin Baş nazir və Prezident Administrasiyası arasında bu hadisələrlə bağlı tez-tez qarşılıqlı ittihamlara da rast gəlinməkdədir. Beləki, baş vermiş hadisələrdən sonra KİV-də müsahibə verən Baş nazir bu kompaniyanın Prezident G.Pırvanovun və iş adamı A.Petkovun (Dövlət Təhlükəsizlik Xidmətinin sabiq sədri, RZS partiyasının təsisçisi, yeni hökumət tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş) sifarişi ilə edildiyini bildirmişdir. Həmcinin Baş nazir dinləmə əməliyyatının ilk dəfə Prezident tərəfindən edildiyini qeyd edərək, 2010-cu ildə Prezidentin Maliyyə naziri ilə görüşü zamanı onların görüş yazısının Prezident Administrasiyası tərəfindən KİV-ə verilməsini xatırlatmışdır.

Prezident G.Pırvanov isə KİV-də Baş nazirə cavab olaraq, ona qarşı ünvalanan böhtanlara və dövlətin milli təhlükəsizliyini, vətəndaşların azad yaşama hüquqlarını (rabitə vasitələrinin dinlənməsi) pozduğuna görə Baş nazirə qarşı lazımi tədbirlərin görülməsi üçün Baş Prokurorluğa müraciət edəcəyini bildirmişdir.
Bununla yanaşı bildirmək istərdik ki, 21.01.2011-ci ildə Göy Koalisiya, BSP, HAH, RZS partiyalarının tələbi ilə Parlamentdə bu hadisələrin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılmışdır və hazırda bu komissiya tərəfindən səs yazıların düzgünlünün müəyyən edilməsi istiqamətində aidiyyatı qurumlarla iş aparılmaqdadır.

Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bildirmək istərdik ki, Səfirlik bu hadisələri diqqətlə izləməkdədir və hər hansı hal baş verəcəyi təqdirdə dərhal Mərkəzə bildirəcəkdir.


Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN TO THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
Azərbaycan Dövlət Teleqraf Agentliyinin

Baş direktoru cənab A.Aslanova


Hörmətli Aslan müəllim,


Sizə dərin hörmət və ehtiramımı ifadə edərək, Səfirlikdə fotoarxivin yaradılması ilə bağlı, aşağıda qeyd olunan rəsmi xroniki məlumatlarla və fotoşəkillərlə Səfirliyin təmin olunmasında (Səfirliyin email ünvanlarına - sofia@mission.mfa.gov.az; sefirlik@azerembsof.com - göndərilməsində) köməklik göstərməyinizi xahiş ediəm.


  • 29-30 iyun 1995-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;




  • 02-03 dekabr 1999-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab P.Stoyanovun Azərbaycan Respublikasına rəsmi səfəri;




  • 1999-cu il tarixində Bolqarıstan Respublikasının ilk səfiri tərəfindən etimadnaməsinin Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevə təqdim edilməsi;




  • 30 dekabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən Bolqarıstan Respublikasının sabiq Prezidenti cənab J.Jelevin qəbul edilməsi;




  • 04-05 noyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının Müdafiə naziri cənab N.Sivanarovun qəbul edilməsi;




  • 15-16 mart 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının Xarici İşlər naziri cənab S.Passinin ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilməsi;




  • 17 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının Təhsil nazirinin müavini cənab K.Velevin qəbul edilməsi;




  • 30 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının Xarici İşlər nazirinin müavini cənab İ.Petkovun qəbul edilməsi;




  • 27-30 sentyabr 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin sədri M.Ələsgərovun Bolqarıstan Respublikasına rəsmi səfəri;




  • 04 oktyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının yeni təyin olunmuş səfiri İ.Palçevin etimadnaməsinin qəbul edilməsi;




  • 06-07 oktyabr 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Nəqliyyat və Komunikasiyalar naziri cənab N.Vasilyevin Azərbaycan Respublikasına səfəri;




  • 07-08 oktyabr 2004-cü il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri;




  • 23-24 sentyabr 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri;




  • 12 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının sabiq Prezidenti cənab J.Jelevin qəbul edilməsi;




  • 23-25 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri cənab G.Pirinskinin qəbul edilməsi;




  • 15-19 may 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının Ədliyyə naziri cənab Q.Petkanovun qəbul edilməsi;




  • 12-13 noyabr 2007-ci il tarixində Bolqarıstan Respublikasının Baş naziri cənab S.Stanişevin ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən qəbul edilməsi;




  • 10-12 mart 2008-ci il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;




  • 19-21may 2008-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin sədri O.Əsədovun Bolqarıstan Respublikasına rəsmi səfəri;




  • 22 yanvar 2009-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;




  • 02 aprel 2009-cu il tarxində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən Bolqarıstan Respublikasının yeni təyin olunmuş səfiri V.Kalinovun etimadnaməsinin qəbul edilməsi;




  • 13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri;




  • 30 iyun-01 iyul 2010-cu il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti cənab G.Pırvanovun Azərbaycan Respublikasına işgüzar səfəri;

Hörmətlə,


Səfir E.Kərimov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Prezident G.Pırvanovla BSP partiyasının sədri S.Stanişev arasında keçirilmiş görüşə dair

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 08.02.2011-ci il tarixində Prezident G.Pırvanovun BSP partiyasının sədri (sabiq Baş nazir) S.Stanişevlə BSP partiyasının qərargahında görüşü keçirilmişdir. KİV-də yayılan məlumatlara görə, görüş zamanı tərəflər ölkədə baş verən son hadisələri və yaxın gələcəkdə keçiriləcək prezident seçkilərində müxalif qüvvələrə qarşı birgə (ABV hərəkatının və BSP partiyasının) mübarizə aparmaq imkanlarını müzakirə etmişlər. Bununla yanaşı, BSP partiyasının Siyasi Bürosunun üzvü A.Kutevin KİV-ə verdiyi müsahibəsinə görə, keçirilən görüş zamanı tərəflərin (S.Stanişev və G.Pırvanov) prezident seçkilərində GERB partiyası tərəfindən təqdim olunacaq namizədə qarşı ABV və BSP partiyasından vahid namizəd kimi, ya Avrodeputat, ABV hərəkatının təsisçisi, ölkədə və beynəlxalq arenada yetərincə sahib olan (sabiq Xarici İşlər naziri) İ.Kalfinin, ya da siyasi qarşıdurmalardan uzaq olan və hər iki tərəfin dəstəyinə sahib olan hazırki, Baş Prokuror B.Velçevin namizəliyinin irəli sürmələrinə qərar verdiklərini bildirmişdir. Həmçinin A.Kutev BSP və ABV hərəkatının siyasi səhnədə daima birgə fəaliyyət göstərəcəklərini qeyd edərək, əyani sübut kimi prezident G.Pırvanov və BSP partiyasının sədri S.Stanişev arasında tez-tez keçirilən görüşləri və fəaliyyətlərində qarşılıqlı birgə dəstək nümayiş etdirmələrini göstərmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstan Respublikasının ermənistandakı səfiri Todor Staykovun ordenlə təltif edilməsinə dair

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova


Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, Bolqarıstanda nəşr olunan həftəlik Vahan qazetinin 25.01.2011-ci il tarixli buraxılışında Bolqarıstan Respublikasının ermənistandakı səfiri T.Staykovun diplomatik missiyasının bitməsi ilə əlaqədar, Müdafiə naziri S.Oxanyan tərəfindən qəbul edildiyi və ermənistan-Bolqarıstan arasında hərbi əməkdaşlıq sahəsində əvəzolunmaz xidmətlərinə görə onun Marşal Baqramyan ordeni ilə təltif edildiyi qeyd olunmuşdur.

Qeyd etmək istərdik ki, T.Stoykov xüsusi xidmət orqanının sabiq əməkdaşı kimi hökumət tərəfindən 27.12.2010-cu il tarixində Prezident Administrasiyasından geri çağırılması tələb olunan (35 Səfir) və Prezident tərəfindən geri çağırılmasına razılıq verilən 23 Səfirdən biridir.

Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİİD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.02.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur: 4 vərəq

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: Mərkəzin S/18-4029/18/11 saylı, 21.02.2011-ci il tarixli məktubuna cavab

Xarici İşlər Nazirliyinin

İşlər İdarəsinin rəisi

cənab F.Molla-zadəyə

Hörmətli Fərhad müəllim,
Mərkəzin S/18-4029/18/11 saylı, 21.02.2011-ci il tarixli məktubu ilə əlaqədar, müvafiq gömrük bəyənnaməsi ilə 18.11.2008-ci il tarixində Səfirliyə gətirilmiş (mülkiyyəti olan) və hazırda istifadədə olan aşağıda adları qeyd olunan 3 ədəd rəsm əsərinə dair məlumatı və mövcud təsdiqedici sənədləri (əlavə olunur – 4 vərəq) diqqətinizə təqdim edirik.


  1. “Yay şəhəri” - ölçüsü - 111 X 95 sm; maddi dəyəri - 700 AZN

  2. “İçəri şəhər” - ölçüsü - 105 X 85 sm; maddi dəyəri - 800 AZN

  3. “Aqressiv balqabaqlar” – ölçüsü - 90 X 90 sm; maddi dəyəri - 550 AZN

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin