Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə19/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 21.12.10

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Dövlət Protokolu idarəsinin rəisi P.Mirzəzadə
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: AR Milli Məclisinin sədri cənab O.Əsədova ünvanlanmış sənəd
Xarici İşlər Nazirliyinin

Dövlət Protokolu idarəsinin

rəisi cənab P.Mirzəzadəyə
Hörmətli Pərvin müəllim,
Bununla, Bolqarıstan Respublikasının Xalq Məclisi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab O.Əsədova ünvanlanmış sənədi diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsində yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ 378 /10 Tarix: 23.12.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 Əlavə olunur: əmək müqaviləsi –5 səhifə

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Kadrlar və ixtisasartırma idarəsinin rəisi E.Sarıcalinskaya
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfirliyin sürücüsü Z.Cəbrayilovun əmək müqaviləsinin göndərilməsinə dair

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya


Hörmətli Elmira xanım,


Səfirliyin SSOF/353/10 nömrəli, 08.12.2010-cu il tarixli məktubuna əlavə olaraq, Səfirliyin sürücüsü Z.Cəbrayilovun əmək müqaviləsini diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 27.12.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 Əlavə olunur: əmək müqaviləsi, əmr –4 səhifə

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfirliyin ştatdankənar xadiməsinin sənədlərinin göndərilməsi
Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəis müavini R.Qafarova

Hörmətli Ramiz müəllim,


Mərkəzin S/17-22986/17/10 nömrəli, 24.12.2010-cu il tarixli məktubu-na cavab olaraq, Səfirliyin ştatdankənar xadiməsi S.Sandovanın əmək müqaviləsini və işə təyin olunma əmrini diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 28.12.10

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

Səhifələrin sayı: 1 Əlavə olunur: təbrik açıqçası -1 ədəd

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Dövlət Protokolu idarəsinin rəisi P.Mirzəzadə
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: AR Baş naziri A.Rəsizadəyə ünvanlanmış təbrik məktubu
Xarici İşlər Nazirliyinin

Dövlət Protokolu idarəsinin

rəisi cənab P.Mirzəzadəyə
Hörmətli Pərvin müəllim,
Bununla, Heyvanat Aləminin Sağlamlığı üzrə Ümumdünya Təşkilatının” Şərqi Avropa üzrə regional komissiyasının prezidenti professor Nikola Belev tərəfindən Azərbaycan Respublikasının Baş Naziri Artur Rəsizadəyə ünvanlanmış təbrik məktubunu, ünvan sahibinə çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 29.12.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səfirliyin SSOF/371/10 saylı, 20.12.2010-cu il tarixli məktubuna istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Hökumətlə Prezident Administrasiyası arasında yaranmış qarşıdurmalar barədə
Azərbaycan Respublikasının

Xarici İşlər naziri

cənab E.Məmmədyarova

Hörmətli cənab Nazir,


Səfirliyin SSOF/371/10 saylı, 20.12.2010-cu il tarixli məktubuna əlavə olaraq bildiririk ki, BR Hökuməti və Prezident Administrasiyası arasında son zamanlar hökumətin milli təhlükəsizlik siyasəti ilə bağlı yaranmış qarşıdurmalar hələdə davam edir. Xatırladaq ki, bu insident Şəxsi işlərin araşdırılması üzrə Dövlət Komissiyası tərəfindən xüsusi xidmət orqanlarında vaxtı ilə çalışan və hazırda BR-in 55 diplomatik nümayəndəliyinin rəhbərlərinin və dövlətdə mühüm vəzifələr tutan şəxslərin adlarının açıqlanması ilə baş vermişdir.

KİV-də qeyd olunan məlumatlara görə, Komissiya tərəfindən açıqlanan siyahıda BR-in Türkiyədəki, Rusiyadakı, Gürcüstandakı, ermənistandakı, Belarusdakı, Estoniyadakı, Litvadakı, Böyük Britaniyadakı, ABŞ-dakı, Yaponiyadakı, Çindəki, Serbiyadakı, Kosovadakı, Bosniya və Herseqovinadakı, Slovakiyadakı, Yunanıstandakı, İtaliyadakı, Vatikandakı, İspaniyadakı, Almaniyadakı, Norveçdəki, Niderlanddakı, Rumıniyadakı, İsveçrədəki, Albaniyadakı Venesuelladakı, Monqolustandakı, CAR-dakı, Küveytdəki, Qətərdəki, Əlcəzairdəki, Misirdəki, Suriyadakı Zimbavvedəki, Kombodjadakı və digər ölkələrdəki Səfirlərinin və BMT-dəki, UNESKO-dakı Daimi nümayəndələrinin adları qeyd olunmuşdur.


Bildirmək istərdik ki, 27.12.2010-cu il tarixində Bolqarıstan Respublikasının Baş naziri B.Borisov BR-in 33 diplomatik nümayəndəliyin rəhbərlərinin siyahısını Prezident Administrasiyasına göndərərək, onların geri çağırılması ilə bağlı Prezident G.Pırvanova müraciət etmişdir.
KİV-də həmçinin məsələ ilə bağlı, BR Xarici İşlər naziri N.Mladenov tərəfindən KİV-ə verilən müsahibədə, Prezidentə qeyd olunan şəxslərin geri çağırılmasını və həmin vakant yerlərə Prezident Administrasiyası ilə birlikdə yeni Səfirlərin təyin olunmasını təklif etmişdir. Bundan əlavə, N.Mladenov müsahibəsində siyahıda qeyd olunan şəxslərin Prezident G.Pırvanov tərəfindən geri çağırılmayacağı təqdirdə, BR XİN tərəfindən onların XİN-də məsləhətləşmələrlə bağlı uzun müddətə ölkəyə çağırılacağını bildirmişdir.

Hələlik Prezident Adminitrasiyası tərəfindən qeyd olunan məsələ ilə bağlı cavab verilməmişdir.

KİV-də yerli müşahidəçilər, bu hal baş verərsə vakant olacaq yerlərə Prezident tərəfindən Prezident Administrasiyasının rəhbəri N.Kolevin, Baş katib K.Stayanovun, Xarici siyasət məsələləri üzrə köməkçisi E.Vılyevin və İqtisadi məsələlər üzrə köməkçisi Q.Yanovun namizədliklərini irəli sürüləcəyini qeyd etmiş və bu namizədlərdən E.Vılyevin və Q.Yanovun xüsusi xidmət orqanlarının sabiq əməkdaşları olması səbəbindən onların təyin olunmasına hökumətin razılığı olmayacağını bildirmişlər.
Səfirlik iki qurum arasında baş verən qarşıdurmanı daim diqqətlə izləyir və məsələ ilə bağlı hər hansı bir hal baş verəcəyi təqdirdə Mərkəzə məlumat verəcəkdir.
Əlvə olunur: “24 saat” qazetində qeyd olunan siyahılar
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ, MİƏİ, MHMİ, MXSP, MKON, MİNİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 06 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

Mərkəzin 2162 nömrəli, 12.11.2010-cu il tarixli Əmrinə istinad

Səhifələrin sayı: 1 +37 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini A.Əzimov

Məlumat verilməsi üçün: Nazir müavinləri: M.Məmməd-Quliyev, X.Xələfov, N.Hüseynov

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab A.Əzimova

Hörmətli Araz müəllim,
Mərkəzin 2162 nömrəli, 12.11.2010-cu il tarixli əmrinə istinadən Səfirlik tərəfindən müvafiq sahə və istiqamətlər üzrə hazırlanmış 2010-cu ilin illik hesabatını diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ, MİƏİ, MHMİ, MXSP, MKON, MİNİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 06 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

Mərkəzin 2162 nömrəli, 12.11.2010-cu il tarixli Əmrinə istinad

Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini A.Əzimov

Məlumat verilməsi üçün: Nazir müavinləri: M.Məmməd-Quliyev, X.Xələfov, N.Hüseynov

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab A.Əzimova

Hörmətli Araz müəllim,
Mərkəzin 2162 nömrəli, 12.11.2010-cu il tarixli əmrinə istinadən Səfirlik tərəfindən müvafiq sahə və istiqamətlər üzrə hazırlanmış 2011-ci il üçün illik iş planını diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: ADA, MHMİ Surəti: MBQİ

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 06.01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 Əlavə olunur: Saziş layihəsi- 2 vərəq
Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Diplomatik Akademiyalar arasında əməkdaşlıq haqqında saziş layihəsi

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini,

Azərbaycan Diplomatik Akademiyasının

rektoru cənab H.Paşayevə
Hörmətli Hafiz müəllim,
Bildiyiniz kimi, 21 dekabr 2010-cu il tarixində BR XİN-nin Diplomatik İnstitutunun icraçı direktoru xanım T.Mixaylova ilə keçirilən görüş zamanı, xanım T.Mixaylova rəhbərlik etdiyi qurumun Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq etməyə maraq göstərdiyini qeyd etmiş və iki təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasının vacibliyini vurğulayaraq, qurum rəhbərlərinin yaxın gələcəkdə qarşılıqlı səfərləri zamanı qeyd olunan Sazişin imzalanacağına ümid etdiyini bildirmişdir.

Bununla əlaqədar, Səfirliyin SSOF/373/10 nömrəli, 21.12.2010-cu il tarixli məktubuna əlavə kimi, BR XİN-dən daxil olan Diplomatik Akademiyalar arasında əməkdaşlıq haqqında Saziş layihəsini diqqətinizə təqdim edirik.

Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİNİ Surəti: MBQİ

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini N.Hüseynov

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,


Mərkəzin S/12-22011/05/10 saylı, 14.12.2010-cu il tarixli məktubuna istinadən, Səfirlik tərəfindən məlumat və təbliğat məsələləri üzrə hazırlanmış 2010-cu ilin illik hesabatını, 2011-ci il üçün illik iş planını və il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərə dair cədvəli diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD, MBQİ, ADA Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07 .01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini N.Hüseynov

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Sandanski şəhərində Diplomatiya üzrə Qış Məktəbinin keçirilməsi barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,


Məlumat üçün bildiririk ki, 07.01.2011-ci il tarixində Səfirliyə BR XİN-nin Diplomatik İnstitutundan məktub daxil olmuşdur. Məktubda BR XİN-nin Diplomatik İnstitutu və “Hanns Seidel” Fondu tərəfindən Bolqarıstanın Sandanski şəhərində 2011-ci ilin mart ayının 14-dən 18-dək “Cənub Şərqi Avropada və Qara Dəniz regionunda təhlükəsizliyin təminatı kimi beynəlxalq faktorlar” mövzusunda seminarın – Diplomatiya üzrə Qış Məktəbinin keçiriləcəyi bildirilmiş və seminarda ölkəmizdən iki nəfər diplomatın iştirak etməsi üçün namizədliyinin 14 mart 2011-ci il tarixinədək irəli sürülməsi xahiş olunmuşdur.

Eyni zamanda məktubda iştirakçıların nəqliyyat xərclərindən (Bolqarıstana gəliş-gediş) başqa bütün xərclərin təşkilatçılar (BR XİN-nin Diplomatik Akademiyası) tərəfindən ödənilməsi qeyd olunmuşdur.

Bununla əlaqədar, 2 nəfər diplomatın namizədliyinin 14 mart 2011-cu il tarixinədək təqdim olunmasını və bu barədə AR-in Bolqarıstandakı Səfirliyinə məlumat verilməsini xahiş edirik.
Əlavə olunur: BR XİN-nin Diplomatik İnstitutunun məktubu
.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 14.01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: AR Milli Məclisinə
Məsələyə dair: Hüquq və Azadlıqlar naminə Hərəkat partiyasının üzvü Kasım Dalın partiyadakı üzvlüyündən istefasına dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, 12.01.2011-ci il tarixində Hüquq və Azadlıqlar naminə Hərəkat partiyasının (əsasən türklərin təmsil olunduğu) Mərkəzi Şurasının üzvü, partiyanın sabiq sədr müavini, Xalq Məclisinin deputatı (AR və BR Parlamentlərarası Dostluq qrupunun üzvü) Kasım Dal partiyadakı üzvlüyündən istefa vermişdir. KİV-də cənab K.Dal istefasının səbəbini partiyanın sədri Ahmed Doğanın qanunsuz fəaliyyəti və xoşagəlməz əməlləri ilə bağlı olduğunu qeyd edərək, A.Doğanın partiyanın mövqeyindən öz biznes maraqları üçün istifadə etdiyini, partiya daxilində qeyri-etik davranışı ilə qarşıdurmalar yaratdığını, partiya üzləri ilə görüşlərə, Parlament iclaslarına qatılmadığını və bu cür fəaliyyəti ilə partiyanın nüfuzunu zəiflətdiyini, seçicilər arasında partiyaya inamın itirilməsinə səbəb olduğunu bildirmişdir. Həmçinin K.Dal KİV vasitəsi ilə həmkarlarına müraciət edərək, onun istefa verməsinin partiyanı parçalamaq, üzvlər arasında qarşıdurmalar yaratmaq məqsədi daşımadığını, bu addımın yalnız partiya sədrinin fəaliyyətinə qarşı etiraz əlaməti olaraq atıldığını bildirmişdir.
KİV-də yerli müşahidəçilər K.Dalın istefa verməsini son zamanlar HAH partiyasının mövqeyinin zəifləməsi ilə bağlı partiyanı parcalamaq və siyasi səhnəyə onu əvəz edəcək yeni partiya ilə lider kimi çıxmaq məqsədi ilə qəsdən edildiyini bildirmişlər.
Qeyd etmək istərdik ki K.Dal 1985–ci ildə yaradılmış (əsasən türklərin təmsil olunduğu) HAH Partiyasının təsisçilərindən biri və ölkədəki türk ictimaiyyəti və müsəlman icmaları arasında böyük nüfuza sahib olan şəxsdir. K.Dal 1985-ci ildən 2010-cu ilə qədər partiyanın sədr müavini vəzifəsində çalışmış və 2010-cu ildə partiya sədri A.Doğanın partiya daxilində etdiyi dəyişiklərlə bağlı, sədr müavini vəzifəsindən azad edilərək, partiyanın Mərkəzi Şurasına üzv seçilmişdir. Onun fəaliyyəti dövründə partiyadakı əvəzsiz xidmətləri ilə HAH partiyası daxilində böyük nüfuz, cox saylı tərəfdaş əldə etmiş və ölkədəki türk ictimayyətinin, həmçinin Türkiyə hökumətinin böyük etimadına sahib olmuşdur. Bu etimad özünü Türkiyə Baş naziri T.R.Erdoğanın 2010-cu ilin sentyabr ayında Bolqarıstana səfəri çərçivəsində türk ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşü zamanı HAH partiyasından yalnız K.Dalla görüşü ilə əyani sübut etmişdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.01.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 15.01.2011-ci il tarixində Xalq Məclisində Səfirlərin geri çağrılması barədə müvafiq qətnamənin qəbuluna dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Səfirliyin SSOF/ 383/ saylı, 29.12.2010-cu il tarixli məktubuna əlavə olaraq bildiririk ki, BR-in xarici ölkələrdəki 35 diplomatik nümayəndəliyinin başçısının geri çağırılması ilə bağlı Hökumətin (Prezident Administrasiyasına) müraciətinə 12.01.2011-ci il tarixində Prezident G.Pırvanov tərəfindən cavab verilmişdir. KİV-də qeyd olunan məlumatlara görə, Prezident G.Pırvanov cavabında Hökumət tərəfindən təqdim olunmuş 35 Səfirdən 21-nin mandatının bitməsi və pensiya yaş həddinə çatması ilə bağlı geri çağırılması üçün lazımı tədbirlərin görülməsinə hazır olduğunu qeyd etmiş və geridə qalan 14 nəfər Səfirin (Türkiyədə, Gürcüstanda, Rumıniyada, Almaniyada, İngiltərədə, Niderlandda, İsveçrədə, Portuqaliyada, Estoniyada, Yaponiyada, Çində, Argentinada, Makedoniyada, Kosovada akreditə olunan) təcrübələrini, qüsursuz fəaliyyətlərini, iş stajlarını nəzərə alaraq, geri çağırılmasına heç bir lüzumun görülmədiyini bildirmişdir. Prezidentin bu təklifi BR Hökuməti tərəfindən qəbul edilməmiş və qeyd olunan 35 nəfər Səfirin (hamısının) Prezident tərəfindən geri çağırılması ilə bağlı Parlamentdə məcburi müvafiq qətnamənin qəbul edilməsi üçün BR Xarici İşlər Nazirliyi 13.01.2011-ci il tarixində Xalq Məclisininə müraciət etmişdir.

Xarici İşlər Nazirliyinin bu müraciəti Xalq Məclisinin 15.01.2011-ci il tarixində keçirilən iclasında müzakirəyə çıxarılmış və məsələ ətrafında uzun müzakirələrdən sonra qətnamənin layihəsi səsverməyə qoyulmuşdur. Səsvermə zamanı “GERB”, “Göy Koalisiya”, millətçi “ATAKA”, HAH (əsasən türklərin təmsil olunduğu) partiyalarının dəstəyi ilə 152 lehinə və Bolqarıstan naminə Koalisiyasının (BSP partiyası) 35 tam əlehinə səsi ilə qətnamə qəbul edilmiş və icrasından irəli gələn məsələlərin həlli üçün qətnamənin surəti BR Prezident Administrasiyasına, BR Nazirlər Şurasına göndərilmişdir.


Bununla yanaşı, qətnamənin qəbulundan sonra BR Xarici İşlər naziri N.Mladenov KİV-ə müsahibə verərək, qətnamənin icrası ilə bağlı boşalacaq vakant Səfir vəzifələrinə namizədlərin siyahısını tərtib edilməsi istiqamətində artıq BR XİN-də iş aparıldığını və gələn həftəyə qədər yeni Səfirlərin siyahısını təyin edilmələri üçün Prezidentə təqdim ediləcəyini bildirmişdir.

Hələlik Prezident G. Pırvanov tərəfindən Parlamentin qətnaməsi və N.Mladenovun müsahibəsi ilə bağlı cavab verilməmişdir.


Həmçinin qeyd etmək istərdik ki, qeyd olunan qətnamənin Parlamentdə müzakirəsi və qəbulu zamanı sabiq koalisyon hökumətin üzvü HAH partiyasının sabiq hökumətə və Prezidentə qarşı qətnaməni dəstəkləməsi ictimaiyyət arasında təəccübedici hal kimi qarşılanmışdır. KİV-də yayılan məlumata görə HAH partiyasının sədr müavini L.Yunal qətnamə ilə bağlı Parlamentdə çıxışı zamanı HAH partiyasının bu qətnaməni qurumlar arasında qarşıdurmanın aradan qaldırılması və bu sahədə qanunvericilikdən irəli gələn məsələlərin həlli məqsədi ilə dəstəklədiyini bildirmişdir. Lakin yerli müşahidəçilər KİV-də L.Yunalın bu cür çıxışına bəraət vermərək, HAH partiyasının bu cür addımını BSP partiyasının zəifləməsi və gələcəkdə dağılması ehtimalı ilə (ABV Birliyinin yaranması), həmçinin Prezident G.Pırvanovun mandatının bitməsi ilə əlaqələndirərək, HAH partiyasının iqtidar yönlü mövqedə olmaq və stabilliyini qoruyub saxlamaq məqsədi ilə qəsdən etdiyini bildirmişlər.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bildiririk ki, bu məsələ ilə bağlı hər hansı bir hal baş verəcəyi təqdirdə dərhal Mərkəzə bildiriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin